22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsində “İlandağ” geoparkının yaradılması ilə əlaqədar işçi qrupunun 8-ci iclası keçirilib.
Tədbirdə geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi ilə bağlı görülən işlər, hazırlanmış materiallar və xəritələr müzakirə edilib.

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev məlumat verib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublika ərazisində UNESCO səviyyəli “İlandağ” geoparkının yaradılması istiqamətində lazımi işlərin həyata keçirilməsilə bağlı mühüm tapşırıqlar verib. AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən artıq müəyyən işlərin görüldüyü diqqətə çatdırılıb. Bildirilib ki, 2019-cu ilin may ayından Ordubad, Culfa və Babək rayonları ərazisinə ekspedisiyalara gedilib. 1700 kvadratkilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, geoloji, ekoloji, biomüxtəliflik təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb. Nadir təbiət, tarix-memarlıq və arxeoloji obyektlər barədə məlumatlar hazırlanıb və kompüter məlumat bazasının yaradılması üçün materiallar sistemləşdirilib.
İclasda ərazinin geomorfoloji, landşaft materialları, xəritələrı və həyata keçirilməsi nəzərdə tutulan digər məsələlər ətrafında fikir mübadiləsi də aparılıb, növbəti iclasın sentyabr ayının əvvəllərində keçiriləcəyi planlaşdırılıb

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR