22 Dekabr 2024, Bazar

Dövlət İmtahan Mərkəzi avqustun 21-də I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə növbəti qəbul imtahanları, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) da keçirib. Respublikanın 19 şəhər və rayonunda təşkil olunan imtahanlara, ümumilikdə, 75 imtahan binası, 1322 imtahan zalı ayrılıb.

İmtahanların idarə olunmasına 75 ümumi imtahan rəhbəri, 227 imtahan rəhbəri, 1719 nəzarətçi-müəllim, 150 buraxılış rejimi əməkdaşı, 70 bina nümayəndəsi cəlb olunub. İmtahanlar saat 1100-da başlanıb və 3 saat davam edib.
Naxçıvan Muxtar Respublikasında 5 ümumtəhsil məktəb binasında təşkil edilən imtahanlarda 994 abituriyent biliyini sınayıb. İmtahanların keçirilməsi üçün 86 zal, 110 nəzarətçi, 14 imtahan rəhbəri ayrılıb. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

- Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR