AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” monoqrafiyasının onlayn təqdimatı keçirilib.
AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Yeni Dünya Nizamı və onun mahiyyəti” monoqrafiyasının onlayn təqdimatı keçirilib.
Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci sinif şagirdləri üçün iyunun 24-də və 25-də keçirilmiş buraxılış imtahanlarının nəticələrini açıqlayıb.
DİM-dən bildirilib ki, imtahanda iştirak edənlər mərkəzin internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FIN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları təhsil müəssisələrində onlayn qeydiyyat müddəti iyulun 20-dək uzadılıb.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı ali təhsil müəssisələri tərəfindən onlayn qaydada həyata keçirilir.
15 iyul saat 11:15-ə olan məlumata əsasən, qəbul olunan bakalavrlardan 72%-i qeydiyyatdan keçib.
AMEA Naxçıvan Bölməsinin cari ilin ilk yarım ilindəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.
Sonra Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov cari ilin birinci yarısında bölmənin tərkibindəki elmi qurumlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb. O bildirib ki, təsdiq edilmiş planauyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 38 işin 102 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub. Hesabat dövründə araşdırmalar 23 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupunda yerinə yetirilib.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 15-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.
Naxçıvan Dövlət Universiteti əlavə (təkrar) ali təhsilin
qaydalarına uyğun olaraq 2020-2021-ci tədris ilində
aşağıdakı ixtisaslar üzrə əlavə (təkrar) ali təhsil almaq üçün qiyabi şöbəyə tələbə qəbulu elan edir
Əlavə (təkrar) ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- rektorun adına ərizə;
- ali təhsil haqqında sənədin (diplomun) və qiymət kitabçasından çıxarışın (diploma əlavə) notariusda təsdiq olunmuş surətləri;
-3x4sm ölçüdə 6 ədəd fotoşəkil;
-sağlamlıq haqqında arayış;
-əmək kitabçasından çıxarış;
-şəxsiyyət vəsiqəsi və diplom şəxsən təqdim olunur.
Xarici ali təhsil müəssisələrinin məzunları aldıqları ixtisasların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamə təqdim etməlidirlər.
Sənədlər 2020-ci il iyul ayının 14-dən avqust ayının 1-dən hər gün (istirahət günlərindən başqa) saat 1000-dan 1600-dək Naxçıvan Dövlət Universitetində qəbul edilir ( Əsas bina 1-ci mərtəbə, Sənəd qəbulu komissiyası).
Əlavə (təkrar) ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müəyyən edilmiş qaydada müsahibə aparılır.Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müvafiq əlavə (təkrar) ali təhsil ixtisası üzrə tələbələr sırasına qəbul edilirlər.Təhsil haqqı müqavilə əsasında müvafiq ixtisaslar üzrə uyğun qaydada ödənilir.
Ünvan : Naxçıvan şəhəri,
Universitet şəhərciyi, əsas bina.
Telefon: 036-544-08-61 (Daxili 1156)
İyulun 10-da Dövlət İmtahan Mərkəzi (DİM) sərtləşdirilmiş karantin rejimi tətbiq olunmayan 41 şəhər və rayonda qəbul imtahanları keçirib.
DİM-dən bildirilib ki, Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
İmtahanların təşkil edilməsi üçün ümumilikdə 49 imtahan binası, 740 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 49 ümumi imtahan rəhbəri, 121 imtahan rəhbəri, 965 nəzarətçi–müəllim, 98 buraxılışı təşkil edən əməkdaş, 49 bina nümayəndəsi cəlb edilib.
Rezidenturaya qəbul imtahanlarında iştirak etmək istəyən, lakin vaxtında qeydiyyatdan keçməyən namizədlər üçün iyulun 10-dan 13-dək əlavə sənəd qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, namizəd DİM-in internet saytının ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra ərizə vermək üçün tələb olunan məbləği (60 AZN) buradakı hesabına əlavə edir. Hesaba məbləği əlavə etmək üçün ödəniş üsulları epayment.dim.gov.az internet səhifəsində göstərilib.
Namizəd “Şəxsi kabinet”inin istifadəçi adı və parolu ilə Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub “Namizədin elektron ərizəsi” formasını doldurur və təsdiq edir.
Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, iyulun 15-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.
Tədris ilinin yekunlaşması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə məktəblilərin yay tətili istirahətinin təşkili diqqətdə saxlanılır. Məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən internet resurslarından istifadə edərək onlayn qaydada şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, müxtəlif yaradıcılıq işləri ilə motivasiya etmək üçün mütəmadi olaraq yaradıcılıq müsabiqələri, intellektual yarışlar, kitab mütaliələri, videodərslər, onlayn ekskursiyalar təşkil edilir.
Dövlət İmtahan Mərkəzi koronavirus (COVID-19) pandemiyası ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə DİM-in “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda görkəmli kimyaçı-alim, Əməkdar elm xadimi, akademik Həbibulla Şahtaxtinskinin anadan olmasının 120 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya iyun ayında da öz fəaliyyətini gücləndirmiş, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra etmişdir. Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarət edilmiş və 1 dövlət orqanının qanunauyğun olmayan 2 qərarı ləğv etdirilmişdir.
Ay ərzində ehtiyat kadrlarla işin təşkili diqqətdə saxlanılmış, ehtiyat kadrlar siyahısında olan 1 nəfər işlə təmin olunmuşdur. Ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün el
Dövlət İmtahan Mərkəzi (DİM) orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyənlər üçün “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib.
Müasir şəraitdə respublikamızda sosial-iqtisadi inkişafa nail olmaq və mövcud inkişafın dayanıqlığını təmin etmək düzgün iqtisadi siyasət nəticəsində mümkün olmuşdur. Ölkənin şəhər və rayonlarında istifadəyə verilən müəssisələr, bu sahədə həyata keçirilən kompleks tədbirlər iqtisadiyyatda bir sıra dəyişikliklərə səbəb olmuş və əmək bazarında ixtisaslaşmış işçi qüvvəsinə olan tələbi artırmışdır.
Naxçıvan Dövlət Universiteti və Almaniyanın Brandenburq Universiteti Konservatoriyalarının birgə təşkilatçılığı ilə onlayn ustad dərsi keçilib. “Vyana klassiklərinin əsərlərinin müxtəlif interpretasiyaları” mövzusunda dərsi Brandenburq Universiteti Konservatoriyasının professoru, pianoçu Veronika Glemser keçib.
Universitetin rektoru Elbrus İsayev qonağı salamlayıb və ustad dərslərin keçilməsinin nəzəri və təcrübi əhəmiyyətini qeyd edib. Rektor universitetin İncəsənət fakültəsinin malik olduğu imkanlardan danışaraq diqqətə çatdırıb ki, fakültədə yaradılacaq elektron filarmoniya gələcəkdə bu cür onlayn tədbirlərin keçirilməsində faydalı olacaq.
İmtahanlarda iştirak edənlər şəxsiyyəti təsdiq edən sənəd və “İmtahana buraxılış vərəqəsi” ilə yanaşı, “İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə”ni də çap edib özləri ilə gətirməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, imtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə DİM-in saytında imtahana buraxılış vərəqəsi ilə bir yerdə çap olunur və abituriyent tərəfindən imzalanır. Bundan əlavə, imtahana buraxılış vərəqəsi şagirdin özündə saxlanıldığı, sağlamlıq haqqında bəyannamə isə imtahan nəzarətçisinə təhvil verildiyi üçün hər iki sənəd ayrıca vərəqdə çap olunmalıdır.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən XI sinif şagirdləri üçün iyunun 10-da və 11-də keçirilmiş buraxılış imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbuluna başlanılıb.
DİM-dən bildirilib ki, apelyasiya komissiyasına müraciət etməzdən əvvəl şagirdlər Mərkəzin saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən illərin təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət edib. DİM abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Dövlət İmtahan Mərkəzi (DİM) buraxılış imtahanlarının nəticələri ilə bağlı müraciətlərə baxılması üçün iyulun 13-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apelyasiya prosesi təşkil edəcək.
DİM-dən bildirilib ki, Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər iyulun 6-8-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagirdlə yanaşı, valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Bu gün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı başlayır.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, qeydiyyat iyulun 15-dək davan edəcək. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.
Qeydiyyat üçün tələb olunan sənədlər:
Dünən Dövlət İmtahan Mərkəzi tərəfindən respublikanın 16 şəhər və rayonunda ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçirilib.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Dövlət İmtahan Mərkəzi tərəfindən bu gün keçirilən növbəti buraxılış (qəbul) imtahanlarının protokollarının və cavab vərəqlərinin emalına sabahdan başlanılacaq.
Mərkəzdən verilən məlumata görə, 9-cu sinif üzrə buraxılış imtahanları, 9 illik orta təhsil bazasında kolleclərə qəbul imtahanları, Azərbaycan dili (dövlət dili) imtahanları və Heydər Əliyev adına Hərbi Liseyə qəbul imtahanının nəticələri yaxın 5 gün ərzində elan olanacaq.
Ali təhsil müəssisələrinə subbakalavrların ərizə qəbulu davam edir. Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib ki, ərizələrin qəbulu iyulun 10-dək internet vasitəsilə aparılır. Subbakalavrlar ekabinet.dim.gov.az səhifəsində “Şəxsi kabinet” yaratdıqdan sonra istifadəçi adı və parolundan istifadə etməklə DİM-in internet səhifəsinə daxil olub, “Subbakalavrın elektron ərizəsi” formasını təsdiq edirlər. Bu gün saat 15:30-a olan məlumata görə, 13 min 411 subbakalavr elektron ərizəsini təsdiqlədib.
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanlarda 15 min 526 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
İmtahanlar saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari ildən etibarən I sinifdə təhsil alanlar üçün hazırlanan bütün dərsliklərin istifadə müddəti dəyişdirilir. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əvvəl bu dərsliklər üçün istifadəyə yararlılıq müddəti dörd tədris ili təyin olunurdusa, bu ildən etibarən bir tədris ili təyin olunacaq.
Bu, həm də bəzi tapşırıqların şagirdlər tərəfindən dərslik üzərində həll edilməklə yerinə yetirilməsinə imkan yaradacaq.
Naxçıvan Dövlət Universitetində (NDU) “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış: Problemlər, faktlar, təkliflər” mövzusunda onlayn respublika elmi konfransı keçirilib.
NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən univеrsitеtin rektoru Elbrus İsayev ölkəmizdə təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması istiqamətində görülən tədbirlərdən danışıb. Qeyd olunub ki, muxtar respublika ərazisində də ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Rektor universitetdə “Ekologiya mühəndisliyi”, “Meliorasiya və su təsərrüfatı tikintisi mühəndisliyi” ixtisasları üzrə bakalavr, magistr, doktorant hazırlığının həyata keçirilməsindən bəhs edərək diqqətə çatdırıb ki, ali təhsil ocağında yaradılan müasir tədris şəraiti gələcək təcrübələrin, tədqiqatların aparılması üçün mühüm elmi-təcrübi əhəmiyyətə malikdir.
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10 və 11-də 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini elan edib.
Mərkəzdən bildirilib ki, imtahanda iştirak edənlər DİM-in internet saytına daxil olaraq iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən (və ya FİN kodundan) istifadə etməklə öz imtahan nəticələri, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə tanış ola bilərlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün 10 oktyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 24-29 iyun tarixlərdə keçirilib. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib.
Naxçıvan Dövlət Universitetində “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış : Problemlər, faktlar, təkliflər” mövzusunda onlayn respublika elmi konfransı keçirilib. Tədbirdə giriş sözü ilə çıxış edən univеrsitеtin rektoru Elbrus İsayev bildirib ki, ölkəmizdə təbii ehtiyatlardan səmərəli istifadə və ekoloji tarazlığın qorunması istiqamətində görülən tədbirlərdən danışıb. Qeyd olunub ki, muxtar respublika ərazisində də ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə uğurlu sosial-ekoloji siyasət həyata keçirilir. Rektor universitetdə Ekologiya mühəndisliyi, Meliorasiya və su təsərrüfatı tikindisliyi mühəndisliyi ixtisasları üzrə bakalavr, magistr, doktorant hazırlığının həyata keçirilməsindən danışıb. Diqqətə çatdırılıb ki, ali təhsil ocağında yaradılan müasir tədris şərait gələcək təcrübələrin, tədqiqatların aparılması üçün mühüm elmi-təcrübi əhəmiyyətə malikdir.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 2-də və 3-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, imtahanlar respublikanın 28 şəhər və rayonunda təşkil olunacaq.
İmtahanlar saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Bu il ilk dəfə olaraq Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin müəllimləri də uğurla iştirak edərək qalib olub. Dövlət ümumi təhsil müəssisələri və ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün nəzərdə tutulmuş və 9 prioritet istiqamətdə müəyyən edilmiş IV Qrant müsabiqənin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrinin və təhsilverənlərin fəaliyyətində inkişafı dəstəkləmək, onların innovativ fəaliyyətini stimullaşdırmaq və təhsilalanlar üçün daha əlverişli təhsil mühitinin yaradılmasına nail olmaqdan ibarətdir. Müsabiqədə muxtar respublikadan qalib olan 2 məktəb və 3 müəllimin layihəsinin Təhsil Nazirliyində təqdimatı keçirilib.
AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti onlayn iclası keçirilib.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən Naxçıvan bürosuna bildirilib ki, əvvəlcə bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik Naxçıvan Muxtar Respublikası ərazisində “İlandağ” geoparkının yaradılması haqqında da məlumat verib. Bildirib ki, AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət “İlandağ” geoparkı ilə bağlı İşçi qrupu yaradılıb. Bu il İşçi qrupunun gördüyü işlər və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb.
2020-2021-ci tədris ilində ümumi təhsil müəssisələrinin birinci, beşinci və doqquzuncu sinif şagirdləri üçün dərsliklər yenidən təkmilləşdirilərək hazırlanacaq.
Təhsil Nazirliyindən verilən məlumata görə, bəzi dərsliklərin də tərtibatı dəyişdiriləcək. Birinci siniflər üzrə Azərbaycan dili və Riyaziyyat dərslikləri bu il ilk dəfə olaraq iki hissəli nəşr ediləcək. Dərsliyin birinci hissəsi tədris ilinin birinci yarısını, ikinci hissəsi isə tədris ilinin ikinci yarısını əhatə edəcək.
Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik davranış qaydaları” adlı videotəlim keçirilib.
Təlimə Maliyyə Nazirliyinin tabeliyində olan rayon və şəhər idarə və şöbələrində çalışan 20 dövlət qulluqçusu cəlb olunub. Təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə dövlət qulluqçularını məlumatlandırmaqdır.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın birinci instansiya məhkəmələrinin əməkdaşlarının iştirakı ilə onlayn seminar keçirilib.
Naxçıvan Dövlət Universitetinin təşəbbüsü ilə “Clarivate Analytics” Təhsil Şirkətinin Təhsil proqramları üzrə şöbəsinin rəhbəri Valentin Boqorov “Web OF Science” elmi məlumat bazasının imkanları və effektiv istifadə qaydalarına, beynəlxalq nüfuzlu jurnallara çıxış əldə olunmasına dair vebinar təlim keçib.
Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi təşkilatların və elmi jurnalların veb-saytlarına qoyulan tələblər” mövzusunda onlayn seminar keçirilib.
İnstitutdan bildirilib ki, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova elmi seminarın mövzusu üzrə məruzəni təqdim edib. O, elmi müəssisə və təşkilatların müasir tələblərə cavab verən veb-saytlarının yaradılmasının zəruri olduğunu bildirib.
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 24-də və 25-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə növbəti buraxılış (qəbul) imtahanları keçiriləcək.
DİM-dən bildirilib ki, respublikanın 19 şəhər və rayonunda təşkil ediləcək imtahanlara ümumilikdə 95 bina, 1530 imtahan zalı ayrılıb.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib.
Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.
Bu gün muxtar respublikada təhsil sahəsində aparılan uğurlu islahatlar, təhsilin diqqət və qayğı ilə əhatə olunması bu sahənin gündən-günə daha da inkişafına və gələcəyimiz olan uşaqların istedadlı, bilikli və vətənpərvər gənclər kimi yetişməsinə ən layiqli töhfəsini verməkdədir.
İllərdir ki, istedadı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək, onların bilik və bacarıqlarını möhkəmlətmək üçün bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsi bunun bariz ifadəsidir. Xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə marağın artırılması, onların öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədilə olimpiadaların təşkil edilməsi isə məktəblilər arasında sağlam bilik rəqabəti və bunun sayəsində daha da yüksək nailiyyətlərin əldə olunması ilə nəticələnir.
Muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından və yaradılan şəraitdən bəhrələnərək başa vurduğumuz tədris ili ərzində xüsusi istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi, şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq məqsədilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilib. Həmin tədbirlər istedadlı uşaqların aşkar olunmasına, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılmasına öz töhfəsini verib, keçirilən fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalıb.
İyunun 24-25-də keçirilməsi nəzərdə tutulan buraxılış və qəbul imtahanları ilə bağlı məsələ Operativ Qərargahda müzakirə edilib. Buraxılış və qəbul imtahanlarının təxirə salınması barədə qərar qəbul olunub.
2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün proqram və ixtisaslaşma seçiminin vaxtı 21 iyun saat 23:59-dək uzadılır.
Bu barədə Dövlət İmtahan Mərkəzindən bilddirilib: "İxsaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətdə ərizələrini təsdiq etsinlər.
2020-ci ilin ilk Günəş tutulması hadisəsi iyunun 21-nə təsadüf edəcək. AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini, fizika üzrə fəlsəfə doktoru Xıdır Mikayılovun sözlərinə görə, tutulma Bakı vaxtı ilə saat 07:46 radələrində başlayacaq, saat 13:34-də sona çatacaq. Tutulmanın maksimum həddi 10:41-də olacaq. Bu təbiət hadisəsi təxminən 5 saat 48 dəqiqə davam edəcək.
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 18-də ümumi (9 illik) və tam (11illik) orta təhsil səviyyəsi üzrə buraxılış (qəbul) imtahanları keçirib.
DİM-dən bildirilib ki, mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin olunub.
İmtahanların təşkil edilməsi üçün 115 imtahan binası, 1904 imtahan zalı, 115 ümumi imtahan rəhbəri, 312 imtahan rəhbəri, 2475 nəzarətçi–müəllim, 230 buraxılış rejimi əməkdaşı, 115 bina nümayəndəsi ayrılıb.
Təhsil Nazirliyinin nəzdindəki Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanlarının nəticələri açıqlanıb.
İyunun 11-də Naxçıvan Qızlar Liseyinə keçirilən müsabiqədə şagirdlərə Azərbaycan dili, riyaziyat və ingilis dili fənləri üzrə, ümumilikdə, 70 sual, iyunun 12-də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən imtahanda isə şagirdlərə Azərbaycan dili, riyaziyyat, fizika, ingilis dili, coğrafiya, tarix və biologiya fənləri üzrə, ümumilikdə, 100 sual təqdim edilmişdir.
AMEA Naxçıvan Bölməsində görkəmli Azərbaycan yazıçısı, ictimai-siyasi xadim Nəriman Nərimanovun anadan olmasının 150 illiyinə həsr olunmuş onlayn elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbirin Prezident İlham Əliyevin “Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında” 2020-ci il 14 fevral tarixli Sərəncamına əsasən keçirildiyini deyib. O, yazıçının həyat və yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən bəhs edərək bildirib ki, dövrünün görkəmli şəxsiyyətlərindən olan Nəriman Nərimanov hər zaman Azərbaycanın milli mənafeyini yüksək tutub.
Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin (DİM) Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda olan regional bölmələrində iyunun 18-də və 19-da vətəndaşların qəbulu həyata keçirilməyəcək.
DİM-dən bildirilib ki, iyunun 18-də və 19-da imtahan prosesinin idarə olunması və imtahanların gedişinə nəzarət etmək üçün operativ qərargah fəaliyyət göstərəcək.
Vətəndaşların qəbulu iyunun 22-si və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.
Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində valideynlər, defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adlı 5 günlük (12 saatlıq) ixtisasartırma kursuna start verilib. Kursun başlanğıc tədbirində Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, Bakı şəhərində yerləşən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, loqopedlər, psixoloqlor, defektoloqlar və valideynlər onlayn formada iştirak ediblər.