22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsində vakant olan vəzifələrin tutulması üçün 10 oktyabr 2019-cu il tarixdə elan edilmiş müsabiqənin test imtahanları 24-29 iyun tarixlərdə keçirilib. Müsabiqədə iştirak etmək üçün müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib.

Müsabiqəyə çıxarılmış 27 vakant vəzifənin tutulması üçün 14 nəfər sənəd təqdim edib. Test imtahanında iştirak etmiş 12 namizəddən 7 nəfəri müvafiq keçid balını toplayıb. Qanunverciliyə uyğun olaraq keçid balını toplamış şəxslər müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
Əvvəlcə namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. İmtahanda namizədlərə ixtisas üzrə 40, informasiya texnologiyaları üzrə 20, dünyagörüşü üzrə 20, ingilis dili üzrə isə 20 sual olmaqla 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 120 dəqiqə vaxt verilib. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb. İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim edilib. Nəticələr gündəlik olaraq Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
İmtahan zamanı karantin rejiminin tələblərinə ciddi tələblərə əməl olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın
mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR