22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən ədliyyə orqanlarında vakant vəzifələrin tutulması üçün elan edilmiş müsabiqənin test imtahanı keçirilib.

Müsabiqəyə yerli icra və probasiya qurumlarında 8, Ordubad Rayon Dövlət Notariat Ofisində 1, Sədərək Rayon Dövlət Notariat Ofisində isə 1 yer olmaqla, ümumilikdə, 10 vəzifə çıxarılıb.
Müsabiqədə 10 vakant vəzifənin tutulması üçün sənəd təqdim etmiş 18 namizəddən 10-u test imtahanında iştirak edib, namizədlərdən 5-i müvafiq keçid balını toplayıb. İmtahan başlanmazdan əvvəl namizədlərə slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. Müraciətlər müsabiqə elan edildiyi gündən etibarən 30 gün ərzində Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın internet portalı vasitəsilə elektron formada qəbul edilib.
Namizədlərə ixtisas üzrə 80, məntiqi təfəkkürün yoxlanılması üzrə 20 sual olmaqla, ümumilikdə, 100 sual təqdim edilib, sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılıb.
İmtahan bitdikdən dərhal sonra namizədlərə nəticəyə dair arayış təqdim olunub. Test imtahanında Ədliyyə Nazirliyinin əməkdaşları müşahidəçi kimi iştirak ediblər.
İmtahan karantin rejiminin tələblərinə uyğun şəkildə keçirilib.
Nəticələr Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR