22 Dekabr 2024, Bazar

Təhsil Nazirliyinin nəzdindəki Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanlarının nəticələri açıqlanıb.
İyunun 11-də Naxçıvan Qızlar Liseyinə keçirilən müsabiqədə şagirdlərə Azərbaycan dili, riyaziyat və ingilis dili fənləri üzrə, ümumilikdə, 70 sual, iyunun 12-də Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən imtahanda isə şagirdlərə Azərbaycan dili, riyaziyyat, fizika, ingilis dili, coğrafiya, tarix və biologiya fənləri üzrə, ümumilikdə, 100 sual təqdim edilmişdir.

Naxçıvan Qızlar Liseyinə qəbul imtahanında ümumtəhsil məktəblərinin IV sinfini bitirən 230 qız, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanlarında isə VI sinfi bitirən 352 oğlan şagird iştirak edib. Onlardan ən yüksək nəticə göstərənlər arasında liseylərin hər birinə 60 şagird qəbul olunub.
Qeyd edək ki, bu liseylərdə təhsil alanlar üçün fərqli proqram tətbiq olunur, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin edir, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılır. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə isə yataqxana ilə təmin olunurlar.
Qəbul imtahanlarının nəticələrini Təhsil Nazirliyinin “Instagram” səhifəsindən və liseylərdən öyrənmək mümkündür. İmtahandan uğurla keçmiş şagirdlər iyulun 15-dək müvafiq liseylərdə qeydiyyatdan keçməlidirlər.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR