22 Dekabr 2024, Bazar

AMEA Naxçıvan Bölməsinin cari ilin ilk yarım ilindəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş onlayn iclas keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq elmi-tədqiqat müəssisələrində müvafiq istiqamətlər üzrə aparılan tədqiqatlardan, eləcə də elmi-təşkilati işlərdən danışıb.
Sonra Elm və təhsil şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Orxan Bağırov cari ilin birinci yarısında bölmənin tərkibindəki elmi qurumlarda aparılan elmi-tədqiqat işlərinin nəticələrini diqqətə çatdırıb. O bildirib ki, təsdiq edilmiş planauyğun olaraq 6 elmi istiqamətdə 6 prоblemi əhatə edən 38 işin 102 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub. Hesabat dövründə araşdırmalar 23 şöbə, 9 labоratоriya, 1 elmi-tədqiqat qrupunda yerinə yetirilib.

Qeyd olunub ki, tədqiqat dövründə bölmə əməkdaşlarının 7 monoqrafiyası, 5 kitabı, 1 metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı, 3 tezisi olmaqla, ümumilikdə, 360 elmi əsəri çap olunub, bir xəritə tərtib edilib. Akademiya əməkdaşlarının əsərlərindən 2 monoqrafiya, 1 kitab, 52 məqalə, 47 konfrans materialı xaricdə nəşr olunub. Məqalələrin 3-ü Clarivate Analytics-də (Thomson Reuters), 10-u impakt faktorlu jurnallarda çapdan çıxıb. Elmi məqalələrin 213-ü beynəlxalq nüfuzlu elmi jurnallarda işıq üzü görüb.
Bu dövrdə bölmədə “Elmi əsərlər” jurnalının iki, “Axtarışlar” jurnalının bir nömrəsi çapdan çıxıb, ikinci nömrəsi isə çapa hazırlanıb.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən “İlandağ” geoparkının yaradılması ilə əlaqədar AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti və Naxçıvan Dövlət Universitetinin mütəxəssislərindən ibarət yaradılan işçi qrupu tərəfindən layihə çərçivəsində geoparkın yerləşəcəyi ərazinin kompleks qiymətləndirilməsi və ətraflı geoloji-geomorfoloji təsviri istiqamətində bir sıra işlər görülüb. Diqqətə çatdırılıb ki, Babək, Culfa və Ordubad rayonları ərazisində 1700 kvadrat­kilometr sahəni əhatə edən “İlandağ” geoparkının layihələndirilən ərazisinin xəritəsi, bu ərazidə yerləşən tarix-mədəniyyət və arxeoloji abidələrin siyahısı, ətraflı təsvirləri ­verilib, pasport qeydiyyat kartları hazırlanıb.
Həmçinin bölmə əməkdaşları açıq dünya ensiklopediyası olan vikipediyada 12 yeni məqalə, 10 yeni şablon yaradıb və 40-dan çox məqalə üzərində redaktə işləri aparıblar. Bundan əlavə, bölmədə yerinə yetirilən 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilir.
Əməkdaşların muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün interaktiv açıq dərslərdə məruzə ilə çıxış etdiklərini diqqətə çatdıran Orxan Bağırov vurğulayıb ki, Naxçıvan Dövlət Universitetinin hamiliyə verilmiş 5 ixtisası üzrə təhsil alan tələbələrinin iştirakı ilə bölmənin elmi-tədqiqat müəssisələrində müvafiq layihələr çərçivəsində tədqiqatlar, seminarlar, dəyirmi masalar, açıq dərslər, laboratoriya məşğələləri və sair keçirilib.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin 50 şagirdi bölmə alimləri tərəfindən fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib və uğurlu nəticələr əldə olunub. Belə ki, bölmənin 6 əməkdaşının rəhbərliyi ilə 10 şagird müxtəlif layihələrdə iştirak edib və əldə etdikləri nailiyyətlərə görə diplom və medal­lar qazanıblar.
Vurğulanıb ki, bu dövrdə 20-dən çox elm və təhsil mərkəzi, bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələr qurulub, səmərəli əməkdaşlıq edilib. Bölmənin əməkdaşları respublikada və xaricdə keçirilən 12 beynəlxalq tədbirdə məruzələrlə ­çıxış ediblər.
Tədbirdə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev, Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, Bölmənin Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev və Bioresurslar İnstitutunun elmi işlər üzrə direktor müavini, biologiya üzrə elmlər doktoru İsmayıl Məmmədov çıxış edərək elmi göstəriciləri qənaətbəxş hesab ediblər.
Sonra bölmədə il ərzində həyata keçirilməsi planlaşdırılan məsələlər müzakirə edilib.

AMEA Naxçıvan Bölməsinin
Beynəlxalq əlaqələr və informasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR