22 Dekabr 2024, Bazar

Muxtar respublikada təhsilin inkişafına göstərilən dövlət qayğısından və yaradılan şəraitdən bəhrələnərək başa vurduğumuz tədris ili ərzində xüsusi istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi, şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq məqsədilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilib. Həmin tədbirlər istedadlı uşaqların aşkar olunmasına, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılmasına öz töhfəsini verib, keçirilən fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalıb.

İstedadlı şagirdlərin aşkara çıxarılmasında və təlimdə sağlam rəqabətin yaradılmasında respublika fənn olimpiadasının da müstəsna əhəmiyyəti olmuşdur. Olimpiada 8 fənn – Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib. Bilik yarışına xüsusi istedada və hazırlığa malik IX, X və XI sinif şagirdləri qatılıblar. Olimpiadanın şəhər-rayon mərhələsində 781 şagird iştirak edib ki, onlardan da 218-i yarımfinal, 87-si isə final turuna vəsiqə qazanıb.
İyunun 5-də və 9-da keçirilən final mərhələsində 87 şagird öz bilik və bacarığını nümayiş etdirib. Olimpiadanın nəticələrinə əsasən muxtar respublikanın şagirdləri olimpiadada yüksək nəticə göstərib. Şagirdlərin 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla, ümumilikdə, 24 medal qazanıb. Qaliblərin 5-i IX sinif, 4-ü X sinif, 15-i isə XI sinif şagirdidir. Həmin medalların 13-ü Naxçıvan şəhərində 11-i isə rayonlarda fəaliyyət göstərən, Təhsil Nazirliyinə birbaşa tabe olan məktəblərin payına düşür.
Muxtar respublikada yaradılan müasir tədris şəraiti gələcəkdə də şagirdlərin uğur qazanacağına əminlik yaradır.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR