18 May 2024, Şənbə

Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma çərçivəsində valideynlər, defektoloq-loqoped, psixopedaqoq və məktəb psixoloqları üçün inklüziv təhsil istiqamətində “Pandemiya şəraitində sosial-psixoloji reabilitasiya: yaşam boyu inkişaf” adlı 5 günlük (12 saatlıq) ixtisasartırma kursuna start verilib. Kursun başlanğıc tədbirində Naxçıvan Müəllimlər İnstitutunun, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil nazirliklərinin, Bakı şəhərində yerləşən Psixologiya Elmi-Tədqiqat İnstitutunun əməkdaşları, loqopedlər, psixoloqlor, defektoloqlar və valideynlər onlayn formada iştirak ediblər.

İxtisasartırma kursunun açılış tədbirində giriş sözü ilə çıxış edən institutun rektoru Azad Novruzov qeyd edib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası istiqamətdə Naxçıvan Müəllimlər İnstitutunda ixtisasartırma və yenidənhazırlanma sahəsində mütəmadi olaraq kurslar təşkil olunur. Bildirilib ki, 5 gün davam edəcək xüsusi təhsil istiqamətində ixtisasartırma kursu bu istiqamətdə gələcək fəaliyyət proqramlarının daha səmərəli qurulması baxımından əhəmiyyətli olacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev çıxış edərək ötən dövr ərzində Dövlət proqramının icrasına uyğun olaraq sağlamlıq imkanları məhdud uşaqlara münbit təhsil mühitinin formalaşdırılması məqsədilə görülən işlərdən danışıb.
Həmçinin qeyd olunub ki, ixtisasartırma kursu muxtar respublikada müvafiq kateqoriyadan olan uşaqların tibbi müayinəsi üçün reabilitasiya sahəsində kadr hazırlığının artırılmasına, nazirlik və Naxçıvan Müəllimlər İnstitutu arasında qarşılıqlı fəaliyyətin güclənməsinə töhfə verəcək, bu sahədə yeni layihələrin icrasına əlverişli şərait yaradacaq, sağlamlıq imkanları məhdud uşaqların gələcək inkişafına mühüm dəstək olacaqdır.
Növbəti çıxışlardan sonra kurs öz işini təsdiq olunmuş qrafikə uyğun olaraq onlayn formada davam etdirib.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

ARXİV

May 2021
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

MÜƏLLİFLƏR

KEÇİDLƏR