22 Dekabr 2024, Bazar

AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elmi təşkilatların və elmi jurnalların veb-saytlarına qoyulan tələblər” mövzusunda onlayn seminar keçirilib.

İnstitutdan  bildirilib ki, böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Rəhilə Həsənova elmi seminarın mövzusu üzrə məruzəni təqdim edib. O, elmi müəssisə və təşkilatların müasir tələblərə cavab verən veb-saytlarının yaradılmasının zəruri olduğunu bildirib.

R.Həsənova Azərbaycanda elmi təşkilatların saytlarının qiymətləndirilməsinə dair təklifləri səsləndirib. Məruzəçinin sözlərinə görə, nəşriyyatın adı, nəşriyyatla əlaqə, rəy, resenziya, redaksiya heyətinin üzvləri və onların veb-saytları, nəşrlərin dövriliyinin gözlənilməsi və s. elmi jurnalların veb-saytlarına qoyulan tələblər sırasına daxildir. Elmi jurnal və sosial şəbəkələr, ən son dərc olunmuş məqalələrə istinad, vahid baza və elmi jurnalların siyahısı, şəkillər, rəy tarixçəsinin izlənilməsi isə saytın vizual qiymətləndirilməsində əsas amillərdəndir.

Onlayn seminarda iştirak edən AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev məruzə ilə bağlı fikirlərini bölüşüb, elmi təşkilatların saytlarının qiymətləndirilməsi ilə bağlı tədqiqatların daha da dərinləşdirilməsini tövsiyə edib.

Sonda məruzə ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR