22 Dekabr 2024, Bazar

Muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimlərinin və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin birgə iştirakı ilə dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılır.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən bildirilib ki, nəşrqabağı təkmilləşdirilməsi nəzərdə tutulan layihə dərsliklərə dair ictimai rəyin öyrənilməsi məqsəd ilə aparılan son mərhələ onlayn qaydada keçirilib. Muxtar respublikanın Təhsil Nazirliyi bu il aprelin 28-dən dərslik müzakirələrini ZOOM proqramı vasitəsilə qrafikə uyğun olaraq müxtəlif günlərdə onlayn qaydada davam etdirib. IX sinif üzrə 8, V sinif üzrə 5, I sinif üzrə 4 olmaqla, ümumilikdə, 17 fənn üzrə onlayn dərslik müzakirələri yekunlaşıb.

Aparılan dərslik müzakirələrində həmin ixtisaslar üzrə muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyətinin birlikdə iştirak etdiyi onlayn müzakirələrdə layihə dərsliklərlə bağlı irad və təkliflər bildirilib.

Qeyd edək ki, müzakirə olunan 17 layihə dərsliyin nəşrqabağı təkmilləşdirilməsinə dair irad və təkliflərin yekun rəyi təhlil olunaraq dərsliklərin yenidən nəşri zamanı nəzərə alınması üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndəriləcək.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR