22 Dekabr 2024, Bazar
“Naxçıvan” Universitetində İqtisadiyyat kafedrasının təşkilatçılığı ilə “Naxçıvan MR-də kiçik və orta sahibkarlığın inkişafı: vəzifələr və perspektivlər” mövzusunda onlayn konfrans keçirilib.
Onlayn konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, muxtar respublikada kiçik və orta sahibkarlığın inkişafı üçün bütün zəruri şərait yaradılıb.İqtisadiyyatın mühüm istiqamətlərindən biri də ailə təsərrüfatlarının formalaşması və gələcəkdə kiçik və orta sahibkarlıq subyektlərinə çevrilməsidir. Son dövrlərdə dövlət tərəfindən bu fəaliyyət sahəsinin stimullaşdırılması ilə bağlı atılan addımlar muxtar respublikada ailə təsərrüfatlarının artmasına şərait yaratmışdır. Bu gün muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı”nın icrası bu baxımdan mühüm əhəmiyyətə malik olmuş, ailə təsərrüfatlarının biznes planları tərtib olunmuş, onlara güzəştli şərtlərlə kreditlər və müxtəlif təyinatlı kənd təsərrüfatı texnikaları verilmişdir.
Daha sonra  Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin əməkdaşı  Seymur  Cəfərovun  “Naxçıvan Muxtar Respublikasında ailə kəndli təsərrüfatının inkişafının müasir vəziyyəti və inkişaf perspektivləri”, “Naxçıvan” Universitetinin  İqtisadiyyat  kafedrasının müdiri, dosent Dilsuz Qasımovun “ Aqrar islahatlar və ailə kəndli təsərrüfatlarının yaranmasının iqtisadi inkişafı və özünüməşğulluğun təmin olunmasındakı rolu” və universitetin “İqtisadiyyat” ixtisası üzrə II kurs tələbəsi  Coşqun Hüseynovun “ Ailə təsərrüfatlarının məhsul istehsalında dövlət dəstəyi əsas şərtdir” mövzusunda çıxışları dinlənilib.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.
 
Seyfur Hacımuradov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR