22 Dekabr 2024, Bazar

“Naxçıvan” Universitetində Təbiət elmləri kafedrasının təşkilatçılığı ilə   “Coğrafiyada ənlər və ilklər” mövzusunda onlayn  viktorina keçirilib.

 Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq  bildirib ki, mövcud vəziyyətlə əlaqədar olaraq ali təhsil ocağında bütün fənlər üzrə dərslər onlayn və videodərslər vasitəsilə tələbələrə ən yüksək səviyyədə çatdırılır.Universitetdə tədrisin təşkili tam planlı şəkildə onlayn formada davam edir.Tələbələrin evdə asudə vaxtlarının səmərəli keçirilməsi baxımından belə onlayn intellektual oyunların keçirilməsinin önəmli olduğunu bildirən prorektor viktorina iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra Təbiət elmləri kafedrasının müəllimi Əli Qurbanov onlayn formada keçirilən  intellektual oyunun şərtlərini açıqlayıb.

3 raunda keçirilən viktorinada  hər raundda 20 sual olmaqla (Final raunda 10 sual)  toplam tələbələr 50 sualı cavablandırıblar.

Qaliblər münsiflər heyəti tərəfindən müəyyənləşdirilib. Nəticələrə əsasən, Pedaqoji fakültənin “Coğrafiya” ixtisası üzrə  təhsil alan IV kurs tələbəsi Gülsüm Qasımova I yerə, II kurs tələbəsi Şəbnəm Qafarova II yerə,  I kurs tələbəsi Nəsirov Ramin və II kurs tələbəsi Cəfərov Murad isə III yerə layiq görülüblər.

Sonda “Naxçıvan” Universitetinin elmi katibi, dosent Əli Həşimli çıxış edərək onlayn intellektual oyunların əhəmiyyətindən danışıb. Belə oyunların tələbələrin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsində xüsusi rolu olduğunu qeyd edib.

Seyfur HACIMURADOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR