22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Müəllimlər İnstitutunun Pedaqoji fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) 2019-2020-ci tədris ili üçün yekun onlayn konfransı keçirilib.
Fakültənin professor-müəllim heyəti və TEC işlərini yerinə yetirən tələbələrin qoşulduğu konfransı giriş sözü ilə fakültə dekanı Arif Ağalarov açıb. O, TEC işləri ilə bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş mövcud əsasnamənin tələblərinə uyğun olaraq fakültədə aparılan işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına məlumat verib.

Çıxışda ali və orta ixtisas təhsili müəssisələrində könüllülük prinsipi əsasında fəaliyyət göstərən bu qurumun tələbələrin ictimai həyatdakı fəallığı, ali təhsilli kadrların hazırlanması işində keyfiyyətin yüksəldilməsi, tələbələrin elmi fəaliyyətə marağının artırılması, perspektivli və istedadlı gənclərin üzə çıxarılması, həmçinin sabahın alimlərinin yetişməsindəki rolu, gələcəkdə TEC işlərinin yeni innovasiyalara yönəldilməsinin vacibliyi xüsusi qeyd edilib.
Plenar iclasda üç tələbənin məruzəsi dinlənilib, sonra konfrans altı bölmə üzrə öz işini davam etdirib. Bölmələr üzrə, ümumilikdə, 53 tələbənin məruzəsi dinlənilib, elmi və tədqiqatçılıq baxımından fərqlənən məruzələr institut turuna göndərilib.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat və ictimaiyyətlə əlaqələr xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR