22 Dekabr 2024, Bazar
Hər ixtisas qrupu üzrə abituriyentlərin istəyinə daha çox uyğun olan, ərizələrdə birinci yerdə daha çox göstərilən ən nüfuzlu ixtisaslar müəyyən edilib.

Ardını oxu...

Sentyabrın 27-də AMEA-da görkəmli torpaqşünas alim, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Vladimir Volobuyevin anadan olmasının 110 illiyi ilə əlaqədar yubiley yığıncağı keçiriləcək.

Tədbir Prezident İlham Əliyevin “Akademik Vladimir Volobuyevin 110 illiyinin qeyd edilməsi haqqında” 2019-cu il 14 may tarixli Sərəncamına əsasən təşkil olunur.

Ardını oxu...

 AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan İsmayıl Hacıyev Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə Fondun Nizamnaməsinin təsdiq edildiyini bildirib. Qeyd edib ki, məqsəd Naxçıvanda fundamental elmi yeniliklərin stimullaşdırılması, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsi, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsidir.

Ardını oxu...

Görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır. Bakı Dövlət Universitetinin Analitik kimya kafedrasının müdiri, professor Famil Çıraqovun “Humanist ruhlu pedaqoq və alim” sərlövhəli məqaləsində Rəfiqə Əliyevanın kimya elminin inkişafına verdiyi töhfələrdən, zəngin pedaqoji fəaliyyətindən, yüksək insani keyfiyyətlərindən bəhs olunur. 

Ardını oxu...

Oktyabrın 16-da görkəmli ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik İsa Əkbər oğlu Həbibbəylinin 70 yaşı tamam olur. AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Baba Məhərrəmlinin “Elm ziyası ilə nurlanan şərəfli alim ömrü: Akademik İsa Həbibbəyli-70” sərlövhəli məqaləsində görkəmli alimin Azərbaycan elmi-ədəbi və ictimai fikrinin inkişafında göstərdiyi müstəsna xidmətlərindən, səmərəli elmi axtarışları ilə humanitar və ictimai elmin inkişafına verdiyi sanballı töhfələrdən, pedaqoji və ictimai-siyasi fəaliyyətindən bəhs olunur. 

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində keçirilən tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, dövlətimiz tərəfindən universitet əməkdaşlarının iş şəraitinin və rifahının yaxşılaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində olub. Rektor bunun bariz nümunəsi olaraq 2019-cu il sentyabr ayının 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələri işçilərinin aylıq vəzifə maaşlarının minimum əməkhaqları nəzərə alınmaqla 20 faiz artırılması barədə Sərəncamını universitet əməkdaşlarının diqqətinə çatdırıb.

Ardını oxu...

Müsahibim Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin
sədri, akademik İsmayıl Hacıyevdir


– Hörmətli İsmayıl müəllim, günlərdir, muxtar respublikamızın ziyalıları elmin inkişafına yeni bir töhfənin qüruru ilə yaşayırlar. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” 2019-cu il 7 sentyabr tarixli Sərəncamının əhəmiyyətinə bir akademik və Fondun Himayədarlar Şurasının üzvü kimi münasibətiniz oxucularımız üçün də çox maraqlı olar. Elmin İnkişafı Fondu hansı zərurətdən yaranıb?
– Qeyd etdiyiniz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamı ilə Elmin İnkişafı Fondu yaradılıb. Həmin sərəncamda Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi ilə birlikdə Fondun Nizamnaməsinin layihəsini hazırlayıb Ali Məclisin Sədrinə təqdim etsin. Qısa müddətdə bu Nizamnamə hazırlandı və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 13 sen­tyabr tarixli Sərəncamı ilə təsdiq olundu. Həmin tarixdə imzalanan digər bir Sərəncamla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yanında Elmin İnkişafı Fondunun Himayədarlar Şurasının tərkibi də təsdiq edildi.

Ardını oxu...

Gələcəyimiz naminə həyata keçirilən təhsil islahatlarının nəticəsi,  sözsüz ki, özünü ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərir. Ümumtəhsil məktəblərinin məzunlarının həm buraxılış imtahanlarında, həm də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul zamanı yüksək nəticələr əldə etməsi uğurlu təhsil islahatlarının bəhrəsidir. Böyük-kiçikliyinə, yaxın-uzaqlığına fərq qoyulmadan bütün yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması qəbul imtahanlarında iştirak edən və qəbul olunanlar arasında rayon və kəndlərdən olan abituriyentlərin də sayını artırıb. 

2019-2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumtəhsil müəssisələri üzrə buraxılış imtahanları ilə bağlı Dövlət İmtahan Mərkəzinin elmi-statistik təhlili də bunu təsdiq edir. Bu, Ordubad rayon ümumtəhsil məktəblərinin simasında da özünü büruzə verir. Müasir texnologiyalar əsasında qurulan mütərəqqi təhsil şəraiti rayonun təhsil uğurlarını artırır. Sözügedən elmi-statistik təhlildə o da bildirilir ki, son 6 ildə Ordubad rayonu abituriyentlərinin ali məktəblərə qəbulolma faizi yüksək olub.
Həmin bölgədə yüksək nəticələr göstərən məktəblər kifayət qədərdir. Belə məktəblərdən biri də müasir tədris imkanları ilə seçilən Ordubad şəhər Məhəmməd Füzuli adına tam orta internat məktəbidir. Son illər məktəbin məzunlarının əksəriyyəti onlara göstərilən etimadı doğruldub. Bu il məktəbin fəxrləri sırasında Murad Məmmədtağılı da var. O, qəbul imtahanlarında 665 bal toplayaraq arzusunda olduğu tələbəlik həyatına daha böyük sevinc və fəxarətlə başlayıb. Bu nəticəyə görə qəbul olunduğu ixtisas qrupunun birincisi olub.

Ardını oxu...

Heydər Əliyev adına Hərbi Liseydə 15 Sentyabr Bilik Günü münasibətilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Qarnizonu qoşunlarında müxtəlif vəzifələrdə xidmət edən Hərbi Liseyin məzunları da iştirak ediblər.

Ardını oxu...

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonu tam orta məktəbində də 15 sentyabr Bilik Günü qeyd edilib. Tədbirdə bildirilib ki, 1 nəfərin qızıl, 2 nəfərin gümüş medala, 4 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyü məktəbin 21 məzunundan 19 nəfəri ali təhsil müəssisələrinə, 2 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə daxil olub. Məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Ötən tədris ilində məktəbin 4 şagirdi Azərbaycan Respublikası məktəblilərinin fənn olimpiadalarının Respublika mərhələsində qalib adını qazanıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta İxtisas Polis Məktəbində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni oxunduqdan sonra Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov yeni dərs ilinin və məktəbdə ilk dərs gününün başlanması münasibətilə kollektivi Naxçıvan Muxtar Respublikası Ali Məclisi və nazirliyin şəxsi heyəti adından təbrik edib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda Bilik Günü qeyd olunub. Yeni dərs ili münasibətilə institutun rektoru, dosent Elbrus İsayev çıxış edərək yeni qəbul olmuş tələbələri və valideynləri təbrik edib. O bildirib ki, bu tədris ilində institutda əlavə olaraq 3 yeni ixtisasa qəbul aparılıb. Bunlar İngilis dili müəllimliyi, Tarix müəllimliyi və Psixologiya ixtisaslarıdır. Ümumi olaraq bu il instituta 11 ixtisasda bakalavr üzrə 327, magistratura səviyyəsi üzrə isə 22 tələbə qeydiyyatdan keçib. 13 nəfər əcnəbi tələbə Naxçıvan Müəllimlər İnstitutunda təhsil alacaqdır.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 15 sentyabr – Bilik Günü qeyd olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müəllim və tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Təhsil siyasətinin Azərbaycanda, o cümlədən muxtar respublikada uğurla həyata keçirildiyini vurğulayan rektor tədris prosesinin kredit sistemi əsasında təşkilinin ümumi müddəaları, əsas səciyyəvi xüsusiyyətləri, sənədləşmə, qiymətləndirmə prinsipləri, tələbə və müəllimlərin mobilliyinin təmin olunması və digər məsələlər barədə danışıb. O bildirib ki, bu il bakalavr üzrə 1029, magistratura üzrə isə 139 tələbə universitetə qəbul olub.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.
Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm vermişdir. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin tərəqqisini təhsildə görmüş, insanların savadlanması, gənc­lərin elm, bilik öyrənməsi qayğısına qalmışlar. Azərbaycanda Bilik Gününün yüksək səviyyədə qeyd olunması, yeni dərs ilinə bayram əhval-ruhiyyəsi ilə başlanması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının nəticəsidir.

Ardını oxu...

14 avqust-4 sentyabr 2019-cu il tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ­tərəfindən keçirilən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc müəllimlərlə Təhsil Nazirliyində görüş olub. 

Ardını oxu...

Bu gün müasir Azərbaycan təhsili dahi rəhbər Heydər Əliyevin ideyalarından güc alaraq özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edir. Təhsil sahəsində davamlı olaraq islahatlar həyata keçirilməkdədir. Bütün bunların nəticələri isə göz qabağındadır.
Muxtar respublikanın məktəblərini bitirən məzunların ali məktəblərə qəbulu, 500-700 intervalında bal toplayanların sayı ilbəil artır. Bütün bunlar isə bizdə gələcəyimizin əmin əllərdə olduğu hissini yaradır. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirənlər öz uğurları ilə hər birimizi qürurlandırdı. Sevindirici haldır ki, ölkə Prezidentinin 2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu Prezident təqaüdünə layiq görü­lüb. Onlardan biri Məleykə ­Cəfərli ilə həmsöhbət oluruq.
Məleykə Şərur rayon Dərvişlər kənd tam orta məktəbinin məzunudur. Onun dediklərindən:
– Muxtar respublikamızda gənc­lərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait mövcuddur. Doğma diyarımızda hər il yeni məktəb binaları inşa olunur, onlar müasir texnologiyalarla təmin edilirlər. Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə rayonumuzda da təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil aldığım Dərvişlər kənd tam orta məktəbi də bunlardan biridir. Məktəbdə şagirdlərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarında oxuyan hər bir məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də bu qayğıdan bəhrələnərək orta məktəb illərində yaxşı təhsil almaqla yanaşı, bilik yarışmalarında, fənn olimpiadalarında da fəal iştirak etmişəm, həmişə də nəticələrim yüksək olub. Orta məktəbi “Qızıl” medalla bitirmişəm. Bütün bunlar təhsilimi ali məktəbdə davam etdirmək arzumun gerçəkləşməsi üçün möhkəm təməl yaradıb. Nəhayət, bu təmələ söykənərək builki qəbul imtahanlarında 670 bal toplamışam.

Ardını oxu...

“Təhsil millətin gələcəyidir”, – deyən ümummilli lider Heydər Əliyevin bu sahədə müəyyən etdiyi siyasət ölkəmizin ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda da uğurla davam etdirilir, gənc nəslin hərtərəfli təhsil alması, peşə sahibi olması və vətənpərvər ruhda böyüməsi üçün ardıcıl tədbirlər görülür. Təhsil müəssisələrinin müasir tələblər səviyyəsində qurulması, təhsildə istifadə edilən qabaqcıl texnologiyalar nəticəsində tədrisin keyfiyyəti ildən-ilə daha da yüksəlir, hər il ali məktəbə qəbul olunanların və yüksək bal toplayanların sayı artır. Bu il də muxtar respublikada 281 məzun ali məktəblərə qəbul imtahanlarında 500-700 arasında bal toplayıb. Sevindirici haldır ki, ölkə Prezidentinin  2019-cu il 9 sentyabr tarixli Sərəncamı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin 4 məzunu da Prezident təqaüdünə layiq görülüb.

Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini bitirərək ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə avqustun 20-də keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Qloballaşan dünyada yaşadığımız innovativ və dayanıqlı inkişaf dövrü yeni nəsildən daha mükəmməl təhsil almağı, elmi biliklərə və peşələrə dərindən yiyələnməyi tələb edir... Siz, Vətənimizin və xalqımızın inkişafı naminə yaxşı təhsil almalı, seçdiyiniz ixtisası mükəmməl öyrənməli, öz peşənizin sahibinə çevrilməlisiniz. Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız”.
Bu il muxtar respublikada ümumtəhsil məktəblərini bitirərək qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərdiyinə görə Prezident təqaüdünə layiq görülən tələbələrimizdən biri də Nicat İsmayılovdur. O, 688 balla Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tədrisi ingilis dilində aparılan Maliyyə ixtisasına qəbul olunub. Biz də bu münasibətlə Nicatı təbrik etmək və onunla həmsöhbət olmaq qərarına gəldik:
– Nicat, əvvəlcə səni Prezident təqaüdünə layiq görülməyin münasibətilə ürəkdən təbrik edirəm. İstərdim ki, əvvəlcə özün haqqında məlumat verəsən.

Ardını oxu...

Əməksevər bağban üçün min bir zəhmətini çəkdiyi ağacın bar-bəhəri necə qiymətlidirsə, elmi, təhsili, nailiyyətləri ilə baş ucalığı gətirən övlad da valideyn üçün o qədər dəyərli və qürurvericidir. Bu mənada, böyük filosoflar da əbəs yerə elmsiz adamı meyvəsiz ağaca bənzətmirlər. Bəli, uşaq dünyaya göz açandan bəri hər əziyyətinə qatlaşan, üzərində “yarpaq kimi əsən” valideyn üçün dünyada ən gözəl hədiyyə övladının qazandığı uğurlardır. Təbii ki, uğurlu gələcəyin möhkəm təməli təhsildən asılıdır. Məhz buna görədir ki, övladının gələcəyini düşünən qayğıkeş ata və ana ona verəcəyi ən böyük hədiyyənin təhsil olduğunu düşünür. Çünki müasir dövrdə yalnız təhsilli, savadlı insan həyatda özünə mövqe tutur, gələcəyi haqqında planlar quraraq istəyinə çatmağı bacarır...

Muxtar respublikamızda hər il ali məktəblərə keçirilən qəbul imtahanlarından sonra yüzlərlə ailəyə bu sahədə qazanılan uğurlardan pay düşür. Builki qəbul imtahanlarında əldə olunan nəticələr Babək rayonunun Cəhri kəndində yaşayan Axundovlar ailəsinə də böyük qürur və sevinc hissi bəxş etdi. Ailənin kiçik övladı Abdulla Axundzadə imtahandan 674 bal toplamaqla bacısı Aytac kimi valideynlərinin ümidlərini doğrultdu.
Onun barəsində qısaca məlumat verərək deyim ki, Abdulla Axundzadə 2002-ci il mayın 10-da Babək rayonunun Cəhri kəndində ziyalı ailəsində dünyaya göz açıb. Anası Hədiyyə xanım yaşadıqları kənddə fəaliyyət göstərən 1 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işlədiyi üçün hər iki övladının təhsili ilə daha yaxından maraqlanmaq imkanı olub. Abdulla məktəbdə oxuyarkən fəallığı ilə müəllimlərinin diqqətini çəkir, keçirilən bilik yarışlarında hazırcavablılıq nümayiş etdirərək müvəffəqiyyətlər qazanır. 2014-cü ildən Abdulla Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə təhsilini davam etdirir. Burada da öz istedadı, biliyi ilə şagird yoldaşları arasında fərqlənməyi bacarır. O, sınaq imtahanlarında yüksək bal toplayaraq müəllimlərinin onun gələcəyinə olan etimadını daha da artırır. Abdulla məktəbdaxili bilik yarışlarında və müsabiqələrdə də qalib adını qazanaraq diplom, fəxri fərman və qiymətli hədiyyələrə layiq görülür. O, fizika üzrə keçirilən fənn olimpiadalarında uğurla iştirak edərək 2018-ci ildə muxtar respublika ikincisi, 2019-cu ildə isə muxtar respublika birincisi və ölkə ikincisi olur. Heydər Əliyev adına tam orta məktəbi “Qızıl” medalla bitirən Abdulla Axundzadə ən böyük nəticəni isə 2018-2019-cu tədris ilində keçirilən qəbul imtahanlarında göstərir. Belə ki, I ixtisas qrupu üzrə keçirilən birinci imtahanda 658 balı qənaətbəxş hesab etməyən Abdulla ikincisində 674 bal toplamaqla təkcə valideyn və müəllimlərinin deyil, muxtar respublikanın fəxrinə çevrilib. O, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul olub.

Ardını oxu...

Daha bir uzun və mənalı yay istirahəti arxada qalır. Qarşıdan isə məktəblilərin sevinc və həyəcanla gözlədiyi yeni dərs ili gəlir. Muxtar respublikamızda keçirilən ənənəvi məktəbli yarmarkalarına artıq bir neçə gündür, start verildiyindən bu günlərdə məktəbli uşağı olan hər bir valideyni övladı ilə birlikdə dərs ləvazimatları alarkən görmək olar.
Naxçıvan şəhərindəki Mərkəzi bazarda keçirilən ənənəvi məktəbli yarmarkasında yaradılan şəraitlə tanış olmaq üçün adıçəkilən ünvana yollanıram. Yarmarkada hər il olduğu kimi, bu il də çeşid zənginliyi elə ilk baxışdan diqqətimi çəkir. Öyrənirəm ki, 3-ü istehsal müəssisəsi olmaqla, 24 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası və ayaqqabıları alıcılara münasib qiymətlərlə təklif olunur. Yarmarkada ayrı-ayrı fənlər üzrə əyani vəsaitlərin satışı da həyata keçirilir. Burada lüğət və digər nəşrlərin, dünya uşaq ədəbiyyatı nümunələrinin, bədii və elmi ədəbiyyatların satışına da yer verilib.
Xüsusi zövqlə bəzənən vitrinlərin önündə dərs ləvazimatları seçən valideyn və məktəblilərin çöhrəsindəki təbəssümü gördükcə qeyri-ixtiyari fikirləşirəm ki, vaxtilə tədris ilinin başlanmasına iki ay qalmış övladı məktəbə gedən hər valideyni bir məsələ dərin düşündürürdü: Uşağına lazım olan məktəbli ləvazimatlarını hardan əldə etsin ki, qiyməti sərfəli, özü də keyfiyyətli olsun. Bunun üçün həftələr öncəsindən alış-veriş köşklərinə üz tutan ata və ana çeşid kasadlığından bəzən, necə deyərlər, evə əliboş qayıdardılar. Digər tərəfdən qiymətin münasib və tarazlı olmaması valideynləri maddi cəhətdən sıxıntıya salırdı. Lakin vətəndaşına, onun layiqli yaşamasına, yüksək təhsilli yetişməsinə böyük önəm verən dövlətimiz bütün sahələrdə olduğu kimi, bu istiqamətdə də lazımi addımları atdı və artıq ənənə halını alan məktəbli yarmarkaları hər il bütün ailələrə sevinc payı bəxş edir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanovun “Təbriz teatrı və Böyükxan Naxçıvanski” adlı monoqrafiyası işıq üzü görüb.
Monoqrafiyada Təbriz teatrı haqqında aşkara çıxarılan yeni tarixi faktlar tədqiqata cəlb edilib, bu mədəniyyət ocağının görkəm­li aktyor və rejissorları barədə məlumat verilib, Təbrizdə teatr dəstələrinin yaranması və fəaliyyətindən bəhs olunub.
Kitabda qeyd olunur ki, xalqın mədəni intibahı, milli oyanışı və maarifçilik düşüncəsinə böyük təsir göstərən Naxçıvan teatrının inkişafında tanınmış mədəniyyət xadimi, teatr fədaisi Böyükxan Naxçıvanskinin də mühüm xidmətləri olub.
Yeni nəşrdə Böyükxan Naxçıvanskinin keçməkeşli ömür və sənət yoluna nəzər salınıb, onun Təbriz teatrının inkişafındakı səmərəli fəaliyyəti işıqlandırılıb. Sənətkarın quruluş verdiyi tamaşaların və oynadığı obrazların əsas məqsəd və qayəsinin maarifçilik ideyalarının xalq arasında təbliğ olunduğu göstərilib.
Qədim Naxçıvanın teatr sənətkarlarının əsrimizin əvvəllərindəki dövrünü tədqiq edən müəllif monoqrafiyada o dövr teatrına aid Təbriz arxivləri, Tiflis teatrı sənədləri və Naxçıvan diyarının qədim teatr tarixini əks etdirən mənbə və arxiv materiallarını üzə çıxarıb.
Qeyd edək ki, yeni nəşrdə o dövrə aid ilk dəfə aşkar olunmuş nadir fotoşəkillər də əksini tapıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

“Gənclik” Mərkəzində keçirilən Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransını giriş sözü ilə Təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışıb.
Qeyd olunub ki, muxtar respublikamızda təhsilin inkişafı sahəsində ardıcıl tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Əvvəlki illərdə olduğu kimi, 2019-cu ildə də tikinti-quruculuq işlərində əsas yeri təhsil sahəsi tutub. Təkcə 2019-cu ilin birinci yarım ili ərzində 1170 şagird yerlik 2 ümumtəhsil məktəbi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Hazırda bu sahədə işlər davam etdirilir.
Vurğulanıb ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter alıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarına əsasən bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü 1,5, vəzifə maaşı 2 dəfə, cari il sentyabrın 1-dən isə bu kateqoriyadan olan müəllimlərin aylıq vəzifə maaşları əlavə olaraq orta hesabla 20 faiz artırılıb. Bununla yanaşı, 2018-2019-cu tədris ilində 6 müəllim Azərbaycan Respublikasının, 17 müəllim isə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adlarına layiq görülüb, 4 müəllim “Tərəqqi” medalı ilə mükafatlandırılıb. Bununla yanaşı, Ali Məclis Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə istedadı ilə seçilən şagirdlərdən 3-nün adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb, onlar Ali Məclis Sədrinin xüsusi aylıq ­təqaüdünə layiq görülüblər.

Ardını oxu...

Ümummilli liderin arzularının gerçəkləşdiyi məktəbdə 15 ildir ki,
bilikli və vətənpərvər gənclik yetişdirilir

Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Bizim təhsilimiz Azərbaycanın dövlət müstəqilliyinə xidmət edərək, əsl vətəndaş tərbiyə olunması prosesinə cəlb edilibdir. Ona görə də Azərbaycanın müstəqilliyinin dönməz və əbədi olmasının əsas mənbəyi və təminatçısı məhz Azərbaycan gəncliyidir”.

Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəb də təhsilimizin böyük himayədarı ulu öndərin təşəbbüsü ilə yaradılıb və bu, görkəm­li dövlət xadiminin ölkə təhsilində xüsusi çəkisi olan Naxçıvanda həmin strateji sahəyə qayğısının daha bir ifadəsi idi. 2004-cü ildə məktəb üçün müasir arxitektura üslubunda yeni bina inşa edilib, təhsil ocağı informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub.
Həmin il sentyabr ayının 2-də naxçıvanlıların daha çox üçüncü mikrorayon kimi tanıdıqları Babək məhəlləsində məktəb binasının istifadəyə verilməsi təkcə Naxçıvanın təhsil ictimaiyyətinin, şəhər əhalisinin deyil, bütün muxtar respublika sakinlərinin sevincinə çevrilib. Çünki açılış mərasimində ulu öndərin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev iştirak edirdi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və həm də onun adına ucaldılan bir abidənin açılışı idi. Açılış mərasimində iştirak edən dövlət başçısı deyib: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”.

Ardını oxu...

Ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün üçgünlük elmi-metodik seminara start verilib.
Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə təşkil edilən seminarda Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək bildirib ki, muxtar respublikada bu sahəyə göstərilən dövlət qayğısı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, dərs vəsaitləri, dərslik və bədii ədəbiyyat, informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunması diqqət mərkəzindədir.
Qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2016-cı il 22 avqust tarixli Qərarı ilə ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları yaradılıb. Həmin qərarın muxtar respublikada tətbiq edilməsi gələcək birinci sinif şagirdlərinin hazırlıq səviyyələrinin yüksəlməsinə öz töhfəsini verir.
Şəhər və rayon Təhsil şöbələrinin qabaqcıl ibtidai sinif müəllimləri tərəfindən tədris olunan təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodik sahədə təkliflərin verilməsinə, ayrı-ayrı mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübənin öyrənilməsi həyata keçirilir.

Ardını oxu...

Görkəmli alman nəzəriyyəçisi Albert Eynşteyn deyirdi ki, bir ­ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır. Bəli, bu gün dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminə, insanların savadlılıq dərəcəsinə baxsaq, bu ifadənin doğruluğuna tam əmin olarıq.
Təqdiredici haldır ki, son illərdə Azərbaycanda da təhsil sistemi tam təkmilləşdirilib, savadlılıq dərəcəsi, təxminən, 100 faizə çatdırılıb. Ancaq bir faktı da unutmaq olmaz ki, illər öncə bu sahədə müəyyən boşluqlar, çatışmazlıqlar mövcud idi. Yəni təhsil pillələri arasında əlaqə zəif qurulmuşdu ki, bu da, son nəticədə, təhsilin inkişafına mane olurdu. Xüsusilə də hələ məktəbə qədəm qoymayan uşaqların məktəbə alışması uzun vaxt aldığından bu hal həm müəllimləri, həm də valideynləri çox narahat edirdi. Uşaq məktəbə­hazırlıq mərhələlərini keçmədən birbaşa məktəbə qəbul olunduğundan dərsləri daha gec qavrayır, müəllimi və sinif yoldaşları ilə ünsiyyətdən çəkinirdi. Yaranan çatışmazlıqlar müəllimlərin işini xeyli çətinləşdirir, tədris prosesini ləngidirdi.
2016-cı ildən məktəbəhazırlıq qruplarının fəaliyyətə başlaması ilə bu hallar aradan qaldırılıb, təkcə ibtidai sinif müəllimlərinin deyil, valideynlərin də çətinlikləri azalıb.

Ardını oxu...

  İnsan təxəyyülünün inkişafında ən mühüm amillərdən biri də müasir biliklərə yiyələnməkdir. Müasir bilik dedikdə ağıla ilk gələn kompüterlər, eləcə də informasiya-kommunikasiya texnologiyalarıdır ki, bunlar da həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Hazırda cəmiyyətin və onun bütün sahələrinin inkişafı yeni texnologiyaların intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunması ilə əlaqədardır. Qloballaşan cəmiyyətdə müasir insan həyatını bu texnologiyalarsız təsəvvür etmək qeyri-mümkündür. Bu gün muxtar respublikamızda da müasir texnologiyalardan geniş istifadə insanların informasiya tələbatlarının ödənilməsində, iqtisadiyyat, elm, təhsil, səhiyyə və digər sahələrin inkişafında mühüm əhəmiyyət kəsb edir. Mövzu ilə əlaqədar müraciət etdiyimiz Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzinin direktoru Vüqar Rəsulovla söhbət zamanı bunun bir daha şahidi olduq. 

Vüqar müəllim bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 9 iyul tarixli Sərəncamına əsasən yaradılan Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində inzibati və təsərrüfat obyektləri, hüquqi və fiziki şəxslər, muxtar respublika əhalisi internetlə təmin edilir. Bununla yanaşı, yüksəkkeyfiyyətli internet xidmətləri, veb səhifələrin tərtibatı və hazırlanması, domen adların qeydiyyatı, elektron poçt və ünvanların ayrılması, server sahələrinin icarəyə verilməsi, şəbəkələrin layihələndirilməsi, qurulması kimi bir çox əhəmiyyətli işlər görülür. Həmçinin kompüter tədris pro­qramlarının və vəsaitlərinin hazırlanması, əhalinin, dövlət orqanlarının, ictimai birliklərin və digər hüquqi şəxslərin kompüter texnologiyasının tətbiqi ilə əlaqədar tələbatının kadr hazırlığı vasitəsilə ödənilməsi, hüquqi və fiziki şəxslərə fərdi kompüterlərin, proqram-texniki vasitələrin, elektron texnikası məhsullarının və onların tərkib hissələrinin, digər elektron məmulatların satışı və təmirinin təşkili, informatika təliminin texniki və proqram vasitələrinin işlənməsi, hazırlanması və tətbiqi mərkəzin əsas fəaliyyət sahələrindəndir. Mərkəzə müraciət edənlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi qarşıya qoyulan başlıca vəzifələrdən biridir.

Ardını oxu...

Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası illərdir ki, yeni cəmiyyət quruculuğunun əsasını qoyub. Ulu öndər savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib amili kimi müəyyənləşdirib və bu sahədə sistemli tədbirlər həyata keçirib.

Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı göstərir. Yeni məktəb binalarının tikilməsi, ali təhsil ocaqları, peşə və orta ixtisas məktəbləri üçün yeni tədris korpuslarının istifadəyə verilməsi gənclərin hərtərəfli təhsil almaları üçün etibarlı zəmin yaradıb.
Dahi rəhbərin 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işləyərkən Naxçıvan Qarnizonunun nəzdində orta məktəbin yaradılması haqqında verdiyi qərar burada qulluq edən hərbçilər tərəfindən sevinc və rəğbət hissi ilə qarşılanıb. Çünki ulu öndər ölkəmizin digər bölgələrindən Naxçıvana gələn, bu qədim yurd yerində sərhədlərimizi qoruyan hərbçilərin övladlarının təhsil almasına, onların savadlı vətəndaş kimi tərbiyə olunmasına böyük əhəmiyyət verirdi.
Azərbaycanın bir çox bölgələrində yaşamış bir hərbçi ailəsi olaraq onu deyə bilərəm ki, belə təhsil ocağına rast gəlməmişəm. Naxçıvana köçürülənə kimi ayrı-ayrı rayonlarda təhsil alan məktəbli övladım bir çox çətinliklə qarşılaşırdı. Soyuq qış günlərində, yağışlı havalarda məktəbə getmək üçün uzaq yol qət etməli olurduq. Burada isə vəziyyət tamam başqadır, məktəb binasının yaşadığımız mənzillərin beş-on metrliyində yerləşməsi həm övladlarımızın, həm də biz valideynlərin işini xeyli asanlaşdırıb. Məktəbdə yaradılan şərait isə nümunə gücündədir. Burada təhsil alan hər bir hərbçi övladı bundan maksimum bəhrələnir. Sərhəddə Vətənini qoruyan valideyn isə öz xidməti borcunu yerinə yetirir. Bu gün o, əmindir ki, övladı rahat, işıqlı, hər cür şəraitlə təmin olunan təhsil ocağının şagirdidir...

Ardını oxu...

Azərbaycan Respublikasının Əməkdar elm xadimi, fılologiya üzrə elmlər doktoru, professor Hüseyn Həşimli ilə müsahibə 

– Hüseyn müəllim, istərdim ki, əvvəlcə mütaliənin mahiyyəti, insan həyatında, ümumən, cəmiyyətdə yeri, əhəmiyyəti barədə söz açaq.
– Məlumdur ki, cəmiyyətin ilkin təşəkkül çağlarından etibarən insanlar həmişə öyrənməyə, məlumatlarını genişləndirməyə, dərinləşdirməyə böyük ehtiyac duymuşlar. Bu isə, hər şeydən öncə, onların yaşam tələbatı, həyatını daha yaxşı qurmaq istəyi ilə bağlı olmuşdur. Yazının, sonralar kitab çapının kəşfı ilə bu sahədə işlər əsaslı və sistemli xarakter almışdır. İnsanlar həyatda topladıqları təcrübəni, gəldikləri qənaətləri, öyrəndikləri bilikləri, eşitdikləri əhvalatları yazıya köçürməklə, nəşr etdirməklə onların daha geniş yayılmasını, həmçinin qorunub saxlanılaraq gələcək nəsillərə çatdırılmasını etibarlı şəkildə gerçəkləşdirmək imkanı qazanmışlar. Beləliklə, yazının, kitab mədəniyyətinin yaranması bəşər tarixində mütaliəyə də müvafiq meydan açmışdır.
İnsan şəxsiyyətinin yüksək mənəvi dəyərlər əsasında formalaşmasında, kamilləşməsində müvafiq kitabları mütaliə etmək, oxuyub öyrənmək əvəzolunmaz rola malikdir. Mütaliə yolu ilə öz səviyyəsini yüksəldən, bilik dairəsini, dünyagörüşünü genişləndirən insanlar nə qədər çox olursa, bu, bütövlükdə, cəmiyyətin hərtərəfli inkişafına böyük rəvac verir. Ona görə də mütaliə yalnız fərdi xarakter daşımır, həm də çox geniş ictimai əhəmiyyətə malikdir. Qədim yunan mütəfəkkiri Sokrat yazırdı: “Mütaliə bir cəmiyyətin gündəlik vərdişinə çevrilsə, həmin cəmiyyət xoşbəxt olar”. Mütaliəsiz insan, oxuyub öyrənməkdən uzaq düşən cəmiyyət əsl tərəqqidən, müasir dəyərlərdən də kənarda qalar. İyirminci əsrin məşhur amerikan ədibi Rey Bredberi bunları nəzərdə tutaraq yazırdı: “Bir mədəniyyəti yox eləmək üçün kitabları yandırmağa gərək yoxdur. Oxumağın qarşısını alın, yetər”.

Ardını oxu...

Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanası ənənəvi olaraq hər il iyul-avqust ayları ərzində həftənin II və V günləri olmaqla kitabxanada “Yay oxu zalı” təşkil edir.
Burada əsas məqsəd şagirdləri yeni dərs ilinə hazırlamaq, onların asudə vaxtlarının səmərəli təşkili və mütaliəyə maraqlarını artırmaqdır.
2019-cu ilin yay mövsümü üçün Naxçıvan şəhərində fəaliyyət göstərən ayrı-ayrı məktəblərdən, ümumilikdə, 50 şagird “Yay oxu zalı”na göndərilib.
“Yay oxu zalı”nda dərsləri kitabxana əməkdaşları tədris ediblər. Burada fiziki tərbiyə, texnologiya, təsviri incəsənət, musiqi və rus dili fənlərindən başqa, bütün fənlər tədris olunub. Dərs saatları səhər saat 1000-dan 1300-dək davam edib.
İyun ayının 28-dən başlanan tədris müddəti yekunlaşıb. Yekun məşğələdə valideynlər də iştirak edib, onlar kitabxananın bu fəaliyyətini yüksək qiymətləndirərək minnətdarlıqlarını bildiriblər.

Xəbərlər şöbəsi

Müasir qloballaşma əsrində Azərbaycanda milli tərəqqinin yeganə yolu elm və təhsilin, yeni biliklərin, intellektual əməyin inkişafından, habelə kompüter və informasiya texnologiyalarının geniş tətbiqindən keçir. Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən islahatlar, ilk növbədə, Azərbaycanın xoşbəxt gələcəyinə hesablanıb.
Ölkəmizdə təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlayıb. Ulu öndər Heydər Əliyev 1969-cu ildən etibarən Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə birbaşa rəhbərlik edib. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, yeni texnologiyaların tətbiqi görkəmli dövlət xadiminin daim diqqət mərkəzində olub. Xalqımızın ümummilli lideri Heydər Əliyev deyirdi: “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən məktəblilərin yay tətili günlərini səmərəli, yaddaqalan, xoş və daha maraqlı keçirmək məqsədilə təşkil olunan tədbirlər davam etdirilir. Belə tədbirlərin başlıca məqsədi xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların qabiliyyət və bacarıqlarının düzgün formalaşdırılması və istiqamətləndirilməsi, təkcə bilikli yox, həm də hər hansı sənətə yiyələnmiş insanların yetişdirilməsinə nail olmaqdır.
Növbəti tədbir isə dünən Naxçıvan Muxtar Respublikası və Culfa Rayon Texniki Yaradıcılıq mərkəzlərinin birgə təşkilatçılığı ilə əl işlərinin hazırlanması və sərginin keçirilməsi olub. Həmin məktəbdənkənar tərbiyə müəssisələrinin hər birinin 25 dərnək üzvünün iştirakı ilə keçirilən tədbir üçün ayrılan vaxt ərzində “Bacarıqlı əllər”, “Kağız əl işləri”, “Təyyarə-raket modelçiliyi”, “Makrome”, “Bədii tikmə”, “Dizayn”, “Təsviri estetika” və “Ağac üzərində oyma” dərnəklərinin üzvləri öz bacarıqlarına uyğun əl işləri hazırlayıblar. Səmərəli istirahət zamanı dərnək üzvlərində xoş təəssürat, gözəl əhval-ruhiyyə yaranıb, onlar əl işlərini böyük maraq və həvəslə tamamlayıblar.
Sərgi iştirakçıları vurğulayıblar ki, istirahətin və asudə vaxtın təşkili məktəblilərin istər fiziki, istərsə də psixi sağlamlığı nöq­teyi-nəzərindən böyük məna kəsb edir və belə tədbirlərin təşkili ­əhəmiyyətlidir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Ötən əsrdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan və daim qayğı ilə əhatə olunan təhsil sistemi bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda artıq öz bəhrələrini verməkdədir. Uğurları, yetirmələri ilə hər zaman Naxçıvan Azərbaycan təhsilinin qüruru olub. Son illər ən ucqar dağ kəndlərimizdəki müasir standartlara cavab verən məktəblərdən tutmuş şəhər məktəblərinin hər birində ali təhsil ocaqlarına qəbulun səviyyəsi ildən-ilə yüksəlir. Buna yeni tikilən və hərtərəfli şərait yaradılaraq istifadəyə verilən, maddi-texniki bazası gücləndirilən, savadlı müəllim kollektivlərinin çalışdığı məktəblərdə təlim-tərbiyə işinin düzgün təşkili nəticəsində nail olunub. Özünəməxsus təhsil ənənələrinə malik Şahbuz rayonunun builki məzunlarının uğurları da ürəkaçandır. Rayonun tam orta məktəblərindən 18 məzun 500-700 intervalında bal toplayaraq müxtəlif ali məktəblərə qəbul olub. Onlar arasında ən yüksək bal toplayanları siz də tanıyın.

Tələbəlik gəncliyin ən gözəl çağıdır. Odur ki, orta məktəbin son siniflərində təhsil alanların hər biri bu adı qazanmağa cəhd göstərir. Belə gənclərdən biri də Şahbuz şəhər tam orta məktəbini “Qızıl” medalla bitirən Kamil Əliyevdir. Arzusuna çatmaq, tələbə adını qazanmaq, qaliblər sırasında olmaq üçün yuxusuz gecələr keçirən Kamil qəbul imtahanlarını uğurla verib, üçüncü qrup üzrə 605 bal toplayıb. O, orta məktəb illərində elmlərə marağı, davranışı ilə seçilən şagirdlərdən olub. Tarix fənninə xüsusi maraq göstərdiyini, bu marağı müəllimi Rauf Bağırovun yaratdığını söyləyən Kamil ötən təhsil ilində həmin fənn üzrə keçirilən olimpiadada muxtar respublika üzrə ikinci yerə çıxıb və “Bürünc” medala layiq görülüb. Onun dediklərindən:
– Arzusunda olduğum tələbə adını qazanmaq üçün yorulmaq bilmədən, böyük həvəslə günlərimi kitab oxumaqla, müəllimlərimin tapşırıqlarını yerinə yetirməklə, əlavə vəsaitlərdən istifadə edib çətin suallara cavab tapmaqla keçirmişəm. Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsinə qəbul olmuşam. Məqsədim gələcəkdə cəmiyyətimizdə hüquqşünas kimi fəaliyyət göstərməkdir.
Çəkdiyi zəhmətin şirinliyini dadan Kamil onu da bildirir ki, həyatının ən unudulmaz, xoşbəxt anlarını Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş zamanı yaşayıb. Muxtar respublika rəhbərinin “Hər biriniz müstəqil Azərbaycanın gələcəyi üçün məsuliyyət daşımalı, ana dilini və Vətən tarixini dərindən öyrənməli, milli dəyərlərimizə sahib çıxmalı, mənsub olduğunuz xalqın layiqli vətəndaşı olmalısınız” kimi qiymətli tövsiyələrinə isə daim əməl etməyə çalışacaq.

Ardını oxu...

AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, tarix üzrə fəlsəfə doktoru, dosent Zeynəb Quliyeva, Turan Həşimova, Kamran Mehbalıyev və Elmar Baxşəliyevin həmmüəllifi olduqları “Naxçıvantəpədə 2018-ci ilin arxeoloji tədqiqatları” adlı monoqrafiya çapdan çıxıb.

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin qərarı ilə nəşr olunan monoqrafiyanın elmi redaktoru professor Qüdrət İsmayılzadə, rəyçiləri tarix üzrə elmlər doktoru, professor Abbas Seyidov və tarix üzrə fəlsəfə doktoru Abuzər Ələkbərovdur.
Kitabda Naxçıvantəpə yaşayış yerində 2018-ci ildə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri ümumiləşdirilib. Arxeoloji tədqiqatlar nəticəsində Naxçıvantəpədə Eneolit dövrünün erkən və orta mərhələsinə aid tapıntılar əldə edilib.
Monoqrafiya universitet tələbələri və mütəxəssislər, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Naxçıvanın görkəmli şəxsiyyət­­ləri haqqında söh­­bət açıldığı zaman Eynəli bəy Sultanovun xalqın pro­b­lem­ləri və onların həlli üçün məqsədəuyğun addımları özündə əks etdirən məqalələr yazdığını, bu məqalələrdə dövrünün ictimai eyiblərini tənqid etdiyini, həmin dövrdə xalqdan eşitdiyi atalar sözləri və məsəllərə xüsusi yer verdiyini müəllimlərimdən öyrənmişdim. Onun “Məqalələr” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsinə isə çox sevindim.
Kitabı oxuyarkən bir daha gördüm ki, Naxçıvanda teatrın, kitabxanaçılığın, mətbəə işinin və bir çox sahələrdəki yeniliklərin öncüllərindən olan Eynəli bəy Sultanov daim xalqımızın maariflənməsinə, ziyalı kimi yetişməsinə çalışmış, Azərbaycan ədəbiyyatı və tarixi üçün qiymətli əsərlər yazmışdır.
Kitabda 120-dən çox məqalə yer alıb. Oxuduğum məqalələrdə Eynəli bəy Sultanovun Azərbaycan xalqına olan böyük sevgisi duyulur. Eynəli bəyin daxilindəki Vətən sevgisi, onun xalqının hər bir nümayəndəsinin maariflənməsi istiqamətindəki daxili vətənpərvərlik yanğısı diqqətimi cəlb etdi.

Ardını oxu...

Qədim Şərq müdriklərinin belə bir kəlamı var: “İnkişafa gedən yol təhsildən keçir”. Son illər diyarımızda əldə olunan hərtərəfli inkişaf və tərəqqinin də təməlində məhz müasir və mütərəqqi təhsil sisteminin formalaşdırılması, intellektual gəncliyin yetişdirilməsi dayanır. Bunu bu gün muxtar respublikanın 200-dən artıq təhsil ocağında yaradılan, müasir və innovativ yeniliklərə dayanan şərait, gənclərin savadlı, zəngin dünyagörüşlü və vətənpərvər ruhda böyüməsi üçün mütərəqqi və milli əsaslara söykənən yeni təhsil metodlarından səmərəli istifadə bir daha təsdiq edir. Bununla yanaşı, müəllimlərin müsabiqə yolu ilə işə qəbulunun tətbiqi də təhsildə keyfiyyət amilinin daha da yüksəldilməsinə zəmanət verir. Bütün bunların nəticəsidir ki, uğurlu təhsil islahatlarının əsas göstəricisi olan ali məktəblərə qəbul hər il yüksək nəticələrlə özünü büruzə verir.

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”. Ötən əsrin 90-cı illərində Azərbaycan təhsili ulu öndərimizin bu müddəasına əsaslanan islahatlar nəticəsində əsl inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndərin uzaqgörən siyasi kursunun layiqli davamçısı olan prezident İlham Əliyevin “Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən öncül istiqamətlərindən biridir” konsepsiyası isə milli təhsilimizin davamlı inkişafını təmin etdi. Müstəqillik illərindən başlayaraq Azərbaycan təhsilində sistemli islahatlar aparılması ilə yanaşı, təhsilə dövlət tərəfindən ayrılan xərclərin həcmi də ölkədəki ümumi iqtisadi inkişafa paralel şəkildə dəfələrlə artırıldı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən iyul ayında şagirdlərin yay tətili günlərində asudə vaxtlarının səmərəli təşkili sahəsinə nəzarət artırılmış, peşə təhsilinin təşkili, pedaqoji heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində bir sıra işlər görülmüşdür.
Müəllim hazırlığı ilə bağlı innovativ təklif və layihələrin dəstəklənməsi, ali məktəblərin professor-müəllim heyəti ilə birgə dərslik və dərs vəsaitlərinin müzakirəsinin aparılması, gənclərin təhsili ilə yanaşı, peşə sahələrinə yönləndirilməsinə diqqət artırılmışdır. Təhsil müəssisələrini bitirən məzunların müvafiq təhsil sənədləri ilə təmin olunması istiqamətində görülən işlər sayəsində 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərini bitirən məzunlara dövlət nümunəli təhsil sənədləri verilmişdir.
Məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların yeni bilik, bacarıq və səriştələrə, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiyələnmələri məqsədilə məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri üçün “Məktəbin idarə olunması” mövzusunda 5 günlük təlim keçirilmişdir. Müəllimlərin informasiya texnologiyalarından istifadə bacarığının artırılması məqsədilə 95 müəllim peşə təhsili müəssisələrində təşkil olunan Kompüter istifadəçisi və Elektron lövhə istifadəçisi kurslarına cəlb edilmişdir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısının nəticəsində bu gün doğma diyarımızda alim və tədqiqatçılar, eləcə də yaradıcı insanlar üçün hərtərəfli şərait yaradılıb, müasir avadanlıqlarla təchiz olunan nəşriyyat və mətbəələr istifadəyə verilib. Həmçinin diyarımızın qədim tarixi, zəngin mədəni irsi, görkəmli şəxsiyyətləri və müasir sosial-iqtisadi inkişafı barədə yeni kitabların nəşri diqqətdə saxlanılır, hər il üçün nəşr planı tərtib olunur.

Bildiyiniz kimi, Yaxın Şərqin mühüm mədəniyyət mərkəzlərindən biri olan Naxçıvan şəhəri İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Mədəniyyət nazirlərinin VI konfransında 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunmuşdu. Ötən il bununla bağlı bir çox tədbirlər həyata keçirilib, türk-islam mədəniyyəti abidələri bərpa edilib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” loqotipi və suvenirlər hazırlanıb, üzərində loqotip əks olunmuş döş nişanları, zərflər, poçt markaları buraxılıb. Eyni zamanda albom-kataloqlar, jurnallar, İslam dini və onun dəyərləri ilə bağlı kitablar nəşr olunub.
Belə nəşrlərdən biri də “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı (7-8 sentyabr 2018-ci ildə keçirilmiş beynəlxalq konfransın materialları)” kitabıdır. AMEA-nın həqiqi və müxbir üzvləri tərəfindən hazırlanmış kitabın ilk səhifələrində “Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı Tədbirlər Planı öz əksini tapıb.

Ardını oxu...

Ordubad Rayon Mərkəzləşmiş Kitabxana Sisteminin təşəbbüsü ilə Ordubad şəhərində açıq səma altında kitab sərgisi keçirilib.
Sərgidə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”ndakı nümunələr, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bu il yubileyləri keçirilən yazıçı və şairlərin əsərləri, ordubadlı qələm sahiblərinin kitabları nümayiş etdirilib. Rayon sakinləri sərgiyə böyük maraq göstəriblər.

Abbas SEYİD

Elm tarixi həm humanitar, həm təbiət, həm də ictimai və dəqiq elmlər daxil olmaqla, elmi məlumat və elmi inkişafın araşdırılmasıdır. Elm gerçək dünyadakı hadisələrin müşahidə edilərək uzaqgörənliklə təhlil və proqnozunun verilməsi, elm adamları tərəfindən öyrənilən təcrübi, nəzəri və praktik məlumatların toplusudur. Bu ali peşə ilə məşğul olan elm cəngavərləri bütün ömürlərini kitaba, biliyə, texnologiyaya, insanı, təbiəti, ən müxtəlif elm sahələrini öyrənməyə həsr edirlər.

Naxçıvan Muxtar Respublikasında da bu ali yolda irəliləyən, elmin ziyası altında toplaşan insanlar çoxdur. Özümün də əməkdaşı olduğum və bundan qürur duyduğum Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi haqqında danışmaq istəyirəm.
Qeyd edim ki, bölmə ümummilli liderimiz Heydər Əliyevin 2002-ci il 7 avqust tarixli “Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin təsis edilməsi haqqında” Sərəncamına müvafiq olaraq yaradılıb.
Bölmənin yaradılması zəruriliyindən bəhs edən ümummilli lider Heydər Əliyev deyib: “Mən bununla Naxçıvan Muxtar Respublikasının indiyə qədər çox az öyrənilmiş qədim tarixinin, mədəniyyətinin, elminin, ədəbiyyatının yenidən dərindən araşdırılması və onlar haqqında elmi əsərlərin... hazır­lanması məqsədi daşıyıram. Eyni zamanda Naxçıvanın özünəməxsus təbiəti, təbii sərvətləri, torpağı, tarixi abidələri də, təəssüf olsun ki, indiyə qədər lazımi dərəcədə öyrənilməyib, bəlkə də, düz olaraq deyim ki, heç öyrənilməyibdir. Bunlara, mənim irəli sürdüyüm məsələlərin öyrənilməsinə böyük ehtiyac var”.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər doktoru Varis Quliyevin “Adı və dadı ilə tanınan Naxçıvan göycəsi” adlı monoqrafiyası işıq üzü görüb.

Nəfis tərtibatda çap edilən mono­qrafiyada Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin inkişaf tarixindən, müasir vəziyyətindən, bu sahəyə göstərilən dövlət dəstəyindən və bunun nəticəsində qazanılan böyük uğurlardan ətraflı bəhs olunur.
Elmi əsərdə ənənəvi olaraq hər il Naxçıvanda keçirilən göycə festivallarının əhəmiyyəti vurğulanıb, Naxçıvan göycəsi sortunun pomoloji təsviri, aqrobioloji xüsusiyyətləri, təbii variasiyaları, seleksiya yolu ilə alınan yeni formaları, becərilmə aqrotexnikası və çoxaldılma üsulları oxucuların diqqətinə çatdırılıb. Yeni nəşrdə alça növünün biomüxtəlifliyi, göycə meyvələrindən hazır­lanan müxtəlif çeşidli qida məhsulları haqqında elmi məlumatlara da geniş yer verilib. Həmçinin Naxçıvan göycəsinin genetik xüsusiyyətlərinə dair aparılan elmi araşdırmalar, əldə olunmuş nəticələr və əməli təkliflər qeyd edilib, sortun iqtisadi səmərəliliyi müəyyənləşdirilib.
Monoqrafiya aqronomlar, kənd təsərrüfatı mütəxəssisləri, fermerlər, ailə təsərrüfatı başçıları, həmçinin tələbə və magistrantlar üçün nəzərdə tutulub. 98 səhifədən və illüstrativ şəkillərdən ibarət olan kitab kənd təsərrüfatı sahəsi ilə maraqlanan hər kəs üçün faydalı məlumatlarla zəngindir.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Məktəbin idarə olunması” mövzusunda keçirilən 5 günlük təlim başa çatıb.
Ümumtəhsil məktəbləri rəhbərlərinin peşəkarlıq səviyyəsinin artırılması, onların yeni bilik, bacarıq, səriştə və praktik biliklərə tam yiyələnmələri məqsədi daşıyan təlimlər Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi­-müəllimi Qoşqar Məhərrəmov tərəfindən həyata keçirilib. Təlimlərdə təlimçi-müəllim müxtəlif mövzularda söhbət açıb, elektron lövhədə slaydlar üzərindən təqdimatlar əsasında geniş məlumatlar verib və müzakirələr aparıb.
Təlimdə iştirak edən 100-dən artıq məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri sonuncu gün keçirilən imtahanlarda iştirak ediblər.
İmtahanlarda yüksək nəticələr əldə edən iştirakçılara sertifikatlar veriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Ucu-bucağı görünməyən bir ümmana bənzəyən elm xəzinəsinin sirlərinə yiyələnmək hər kəsə nəsib olmur. Bunun üçün gərək bütün səy və bacarığını əsirgəmədən daim öz üzərində çalışasan, hər gün bir addım irəli getməyi bacarasan. Yalnız belə olan halda cəmiyyətdə özünə üstün mövqe qazana bilərsən. Əsrlərdir, dillərdə aforizmə çevrilən böyük şairimiz Nizami Gəncəvinin “Qüvvət elmdədir, başqa cür heç kəs, heç kəsə üstünlük eyləyə bilməz” misraları da hər birimizə cəmiyyətdə elmin, təhsilin, savadın hər şeydən üstün olduğunu aşılayır, insanları elm dəryasına baş vurmağa, elmin incəliklərinə yiyələnməyə, sənətin, peşənin kamil bilicisi olmağa səsləyir. Müasir dövrümüzdə elm və texnologiyanın günbəgün yeniləndiyini nəzərə alanda elmli, təhsilli yetişməyin, böyük mənada, önəmli olduğu daha qabarıq şəkildə ortaya çıxır.

Muxtar respublikamızda da gənclərin elmə, təhsilə, müxtəlif sənət və peşəyə yiyələnmələri üçün hərtərəfli şərait yaradılır, təhsil müəssisələrində innovativ texnologiyalardan, müasir tədris metodlarından istifadə öz müsbət nəticələrini verir. Qəbul imtahanlarında əldə olunan uğurların yüksələn templə artması da məhz təhsil sahəsində görülən işlərin, bu istiqamətdə həyata keçirilən tədbirlərin bəhrələridir. Builki qəbul imtahanlarında qazanılan nailiyyətlər muxtar respublikamızın bütün bölgələri kimi, Babək rayonunun timsalında da ürəkaçandır. Rayonun Nehrəm, Vayxır, Kərimbəyli kəndlərinin və Babək qəsəbəsinin 600-700 intervalında bal toplayan abituriyentləri ilə həmsöhbət olub ­fikirlərini öyrəndik.
Nehrəm kənd 3 nömrəli tam orta məktəbi 46 şagird bitirib, onlardan 33-ü qəbul imtahanlarında iştirak edib. Məktəbin məzunu Rüqayyə Əliyeva III ixtisas qrupunda 645 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstərən abituriyentlər sırasına adını yazdırıb. Onunla söhbət zamanı dedi ki, məktəbimizdə yaradılan müasir tədris şəraiti, müəllimlərin şagirdlərə, onların bilikli yetişməyinə göstərdiyi diqqət hər il yüksək bal toplayanların sayının çoxalması ilə nəticələnir. Ötən illərdə bu ürək­açan halları, tələbə adını qazanan uşaqları gördükcə, onların sevincinə şahid olduqca ürəyimdə “Kaş mənə də bir gün belə xoşbəxtlik qismət ola”, – deyərək çox düşünmüşəm. Cari tədris ilində iştirak etdiyim sınaq imtahanlarında yüksək bal topladığım üçün həm müəllimlərimin, həm də valideynlərimin inamını qazanmışdım. Onlar qəbul imtahanlarında məndən yüksək nəticə gözləyirdilər və şükürlər olsun ki, arzuma çatdım. İmtahanda topladığım bal ürəkaçan olsa da, sözün düzü, bundan da artıq nəticə göstərəcəyimə inanırdım. Tələbə adını qazananlar yaxşı bilirlər ki, imtahan vaxtı stress keçirirsən, bildiyin sualları da bəzən səhv yazırsan. Deyirlər ki, məşhur sərkərdə Napoleon Bonapart da imtahandan qorxurmuş. Rəvayətə görə, bir dəfə Napoleonu gecəyarısı təlaşla yuxudan oyadırlar. Görkəmli sərkərdə nə baş verdiyini soruşanda deyirlər ki, üstümüzə düşmən hücum çəkib. Napoleon: “Mən də elə bildim, imtahana çağırırlar”, – deyə cavab verir. Neçə-neçə ölkələri fəth etmiş sərkərdələr, böyük alimlər, müəllimlər imtahandan çəkinirsə, onda gör biz şagirdlər necə həyəcan keçiririk.

Ardını oxu...

“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Əmək münasibətlərinin praktiki uçotu” adlı yeni dərs vəsaiti işıq üzü görüb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli Sərəncamı ilə yaradılmış Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi muxtar respublikada maliyyə və mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazır­lığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması, yenidən hazırlanması və bu sahədə digər zəruri tədbirlərin görülməsi işini həyata keçirir. Bu istiqamətdə aparılan işlərin davamı olaraq bu praktik dərs vəsaiti həmin mərkəzin təşəbbüsü ilə hazırlanmışdır.
Dərs vəsaitinin müəllifləri mərkəzin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova, Naxçıvan Dövlət Universitetinin Mühasibat uçotu və maliyyə kafedrasının dosenti Nuriyyə İbrahimova və iqtisadçı­-ekspert Rauf Qarayev, rəyçiləri isə Naxçıvan Dövlət Universitetinin müəllimləri Teymur Abbasov, Əşrəf Ələkbərov və Ceyhun Mahmudovdur.
Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının iclasının müvafiq qərarı ilə çap edilən dərs vəsaitində Milli Mühasibat Uçotu və Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına uyğun olaraq əməkhaqqının, ezamiyyətin, kompensasiyanın, əmək kitabçasının, məzuniyyətin, ştat cədvəlinin, təhsilin, təzminatın, yardımın, əlilliyin, müqavilənin, pensiyanın, maddi məsuliyyətin, sınaq müddətinin, əmrin tərtibinin, işə bərpanın, işdən azadetmənin, işçinin qiymətləndirilməsinin, məşğulluğun, Vergi Məcəlləsində dəyişikliyin izahına geniş yer verilib. Bundan başqa, sosial sığorta haqqında qanunda dəyişiklik, kommersiya mühasibatlığında əməkhaqqının hesablanması, büdcə mühasibatlığında ezamiyyə, avans, əməkhaqqı, əmək pensiyasının təyin edilməsi, işsizlikdən sığorta haqqında qanunda olan dəyişikliklər tədqiq olunub və aktual suallara əsaslı və qanunvericiliyin tələblərinə uyğun cavablar verilib.
“Əmək münasibətlərinin praktiki uçotu” adlı dərs vəsaiti tələbələr, magistrlar, müəllimlər, müəssisələrdə çalışan mühasiblər, auditorlar, iqtisadçılar və mühasibatlığa maraq göstərən digər şəxslər üçün nəzərdə tutulub.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində 1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bildirib ki, bu gün ümummilli liderin 2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanına əsasən hər il qeyd edilir.
Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixdə imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı, 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” Azərbaycan dilinə və dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək mühüm işlərin həyata keçirilməsinə şərait yaradıb.

Ardını oxu...

Mən kitab oxumağın – bizim vərdiş etdiyimiz bu adi, lakin öz mahiyyəti etibarı ilə, bütün dövrlərin və xalqların dahi zəkaları ilə insanın mənəvi cəhətdən qovuşması kimi əsrarəngiz prosesin, bu mütaliə prosesinin, bəzən qəfildən həyatın mənasını və bu həyatda adamın mövqeyini insan üçün necə işıqlandırdığı barədə çox şey söyləyə bilərdim. Mən, demək olar, az qala ecazkar cazibədarlığa malik bir çox misilsiz gözəl əhvalatlar bilirəm.
Kitablar mənə başqa bir həyat haqqında, mənim bildiyimdən daha bəşəri həyat haqqında pıçıldayırdı. Onlar mənə həyatda mövqeyimi göstərirdi. Kitablar mənim ağlımı və qəlbimi qanadlandıraraq üfunətli bataqlıq üzərinə yüksəlməyə kömək etdi, kitablar olmasaydı, sarsaqlıq və bayağı mühit içərisində batıb boğulardım. Kitablar dünyanın hüdudlarını mənim qarşımda getdikcə daha artıq genişləndirərək yaxşılığa doğru can atan insanın necə böyük və gözəl olduğunu, dünyada nə çox yaxşı iş gördüyünü və bunun ona necə misilsiz ağlasığmaz iztirablar hesabına başa gəldiyini göstərirdi.
Beləliklə də, mənim qəlbimdə insana, kim olur-olsun, hər bir adama qarşı qayğıkeş münasibət duyğusu baş qaldırırdı, onun əməyinə hörmət, onun narahat ruhuna məhəbbət duyğusu toplanırdı. Yaşamaq asan, fərəhli olurdu. Həyat böyük məna kəsb edirdi.
Kitablar məndə həyatın bütün şər əməllərinə şəxsi məsuliyyət hissi tərbiyə edərək bəşər zəkasının yaradıcı qüvvəsi qarşısında müqəddəs pərəstişkarlıq duyğusu yaratdı.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Məktəbin idarə olunması” mövzusunda 5 günlük təlimə start verilib. Təlimdə 100-dən artıq məktəb direktoru və təlim-tərbiyə işləri üzrə direktor müavinləri iştirak edir.
Təlimin keçirilməsində məqsəd ümumtəhsil məktəblərində direktorların peşəkarlıq səviyyəsinin artırılmasından, onların yeni bilik, bacarıq və səriştələrə, təhsil aldığı ixtisas üzrə nəzəri və praktik biliklərə tam yiyələnmələrindən, müasir təfəkkürlü mütəxəssis hazırlanmasından ibarətdir.
Bakıdan dəvət olunmuş Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təlimçi-müəllimi Qoşqar Məhərrəmov tərəfindən aparılan təlimin ilk günü “Məktəbin idarə olunması”, “İnsan resurslarının idarə edilməsi”, “Liderlik” mövzuları barədə danışıb.
Qeyd olunub ki, gənc nəslin əsl vətəndaş, yaradıcı düşünən şəxsiyyət kimi yetişdirilməsi baxımından ümumtəhsil məktəblərinin idarə olunması və fəaliyyətinin təşkili müstəsna əhəmiyyət kəsb edir. Təhsil müəssisələrinin innovasiya rejiminə keçirilməsi, təhsilin idarə olunması sisteminin tətbiqi məktəbin idarə edilməsinə yeni yanaşmanı aktuallaşdırır.
Qeyd edək ki, növbəti mərhələ­lərdə məktəb direktorları və ­təlim-tərbiyə işləri üzrə direktor müavinlərinə “Müəssisədaxili ünsiyyət qaydaları”, “Valideynlərlə əməkdaşlıq yolları”, “Dərsin planlaşdırılması” mövzularında təlim ­keçiriləcəkdir.
Təlimin sonunda iştirakçılara sertifikatlar veriləcəkdir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Dövlət Universiteti ilə Türkiyənin müxtəlif universitetləri arasında bağlanmış ikitərəfli müqavilələrə müvafiq olaraq ali təhsil ocağının Tibb fakültəsinin tələbələri qardaş ölkədə yay istehsalat təcrübəsi keçiblər.
Ərzurum Atatürk, Trabzon Qaradəniz Texnik, Ərzincan Binəli Yıldırım, Kayseri Erciyes universitetlərinin kliniki xəstəxanalarında iyulun 8-dən 19-na qədər davam edən təcrübədə, ümumilikdə, 122 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Müalicə işi, Tibbi profilaktika, Əczaçılıq və Stomatologiya ixtisasları üzrə tələbələr hər gün qruplar üzrə Cərrahiyyə, Pediatriya, Təcili Tibbi Yardım, Kardiologiya, Ginekologiya və Terapiya bölmələrində praktik məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Onlar universitetlərin Cərrahiyyə, Stomatologiya, Qulaq-burun-boğaz ixtisasları üzrə öz bilik və bacarıqlarını artırıb, həkimlərin xəstəxanada keçdikləri mühazirələri dinləyiblər.
Qardaş ölkədə xüsusi qayğı ilə əhatə olunan tələbələrə sertifikatlar təqdim edilib.

Ardını oxu...

Ötən günlərdə Türkiyə Cümhuriyyətinin Kütahya Dumlupınar Universitetində “Ümumiləşmiş Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı beynəlxalq elmi konfrans keçirilib. 13 müxtəlif ölkədən 32 elm adamının iştirak etdiyi bu tədbirdə Naxçıvan Müəllimlər İnstitutundan professor Yaqub Məmmədov, dosent Sahib Əliyev və gənc tədqiqatçı-doktorant Vüqar Həmzəyev iştirak ediblər. İnstitut əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, bu gün dünyanın qabaqcıl ali təhsil müəssisələrinin qarşısında duran əsas məsələlərdən biri mövcud kadr potensialının zənginləşdirilməsi, professor-müəllim heyətinin müasir standartlara cavab verən təhsil imkanlarından isifadəsinə və regional tədbirlərlə yanaşı, beynəlxalq elmi arenalarda da iştirakına şərait yaratmaqdır. Öz imkan və təhsil göstəricilərinə görə ölkəmizin nümunəvi ali məktəbləri sırasında yer alan Naxçıvan Müəllimlər İnstitutu da hər zaman yuxarıda qeyd olunan prioritetləri öz fəaliyyətində tətbiq edir.

Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti

Muxtar respublikamızda hər il 600-dən çox bal toplayaraq tələbə adını qazanan məzunların sayının artması dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğının nəticəsidir. Bugünkü yazımız bu il ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış Culfa rayon məktəblərinin məzunları haqqındadır.
Səmanə İmanova rayonun Mahmud Zeynalov adına Ərəzin kənd tam orta məktəbini bitirib. O deyir ki, sınaqlarda yaxşı bal toplayır, özümə güvənir və çox çalışırdım. Səmanə birinci mərhələdə III qrup üzrə 651 bal toplayıb. O, Naxçıvan Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə ali təhsil alıb gələcəkdə hüquqşünas olmaq arzusundadır. Səmanə deyir: – Hərənin uşaqlıqdan bir arzusu olur və mənim də ən böyük arzum hüquqşünas olmaqdır. İstər oxuduğun müddətdə, istərsə də həyatda uğur qazanmaq üçün səbirli və çalışqan olmaq əsas şərtdir. Yalnız oxumaq istəyən, gələcəyi haqqında düşünən, istedadlı, bilikli insan öz yolunu doğru seçə bilər. Ancaq demək istəyirəm ki, qazandığım bu uğura görə valideynlərimə və müəllimlərimə borcluyam.
Çox istəyirəm ki, gələcəkdə yaxşı təhsil alıb, peşəkar bir kadr kimi yetişim. Bunun üçün seçdiyim ali təhsil ocağında hər cür şərait var. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda yüksək biliyə malik olan gənclər özləri üçün yaxşı iş tapa və xoşbəxt gələcəklərini təmin edə bilirlər. Mən də gələcəkdə belə ­bacarıqlı, peşəkar gənclər sırasında olacağıma inanıram.

Ardını oxu...

Gürcüstanın Kutaisi şəhərində Erasmus+ proqramı çərçivəsində Gürcüstanın Akaki Tsereteli Dövlət Universitetinin kordinatorluğu ilə reallaşdırılan Ombudsman vəzifəsi yaratmaqla tələbələrin təmsili təyin olunması – AESOP layihəsinin yekun iclası keçirilib.
İki gün davam edən təlimdə “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru Hüseyn Bağırsoylu, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, layihə meneceri Rəcəb Cəfərli və Tədris şöbəsinin müdiri Anar Abuzərli təmsil ediblər.
Tədbirdə Akaki Tsereteli Dövlət Universitetinin rektoru George Gavtadze, Xəzər Universitetinin İnkişaf departamentinin direktoru Raziyə İsayeva və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları çıxış ediblər. Daha sonra 6 Avropa və 4 yerli universitetin hesabatları dinlənilib, layihənin icrası ilə bağlı slayd təqdim edilib.

Seyfur Hacımuradov

İllər ayları, aylar həftələri, həftələr isə günləri əvəz edir. Bu gün birinci sinfə yola saldığımız övladlarımız göz açıb yumana kimi bir də görürük ki, artıq 11-ci sinfi bitirib, tələbə adını qazanmağa çalışırlar. Bu il də minlərlə abituriyent ali təhsil ocaqlarında oxumaq, ixtisaslı kadr olub gələcəkdə Vətəninə layiq biri kimi yetişmək üçün imtahanlarda iştirak etdi. Onlardan bir çoxu yüksək bal toplayaraq uğur qazandı. Minlərlə tələbənin ailəsində sevinc hissləri yaşandı. Valideynlər övladları ilə qürur duydular, keçirdikləri həyəcan, intizar artıq geridə qaldı. Hər il olduğu kimi, bu il də qəbul imtahanlarındakı nəticələri ilə muxtar respublikamızda təhsilin yüksək səviyyədə olduğunu sübuta yetirən, öz uğurları ilə hər birimizi sevindirən gənc­lərimizlə həmsöhbət oluruq.
Müsahiblərimiz Sədərək rayonunun təhsil ocaqlarının müvəffəqiyyət qazanan məzunlarıdır. Birinci qrupda yüksək nəticə göstərərək 546 bal toplayan Sədərək kənd 1 nömrəli tam orta məktəbin məzunu Arzu Adnalı deyir:
– Muxtar respublikamızda gənclərin yüksək səviyyədə təhsil alması üçün hər cür şərait mövcuddur. Doğma diyarımızda hər il yeni məktəb binaları inşa olunur, onlar müasir texnologiyalarla təmin edilirlər. Hər birimiz fəxr edir, qürur hissi keçiririk ki, son illərdə rayonumuzda da təhsil müəssisələri tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Təhsil aldığım 1 nömrəli tam orta məktəb də bunlardan biridir. Məktəbdə yeniyetmə və gənclərin hərtərəfli təhsil alması üçün hər cür şərait mövcuddur. Təbii ki, belə təhsil ocaqlarını bitirən məzunun ali məktəbə qəbul olması heç də çətin deyil. Mən də yaradılan imkanlardan istifadə edərək orta məktəb illərində bilik yarışmalarında, fənn olimpiadalarında fəal iştirak etmişəm, həmişə də nəticələrim yüksək olub. Bütün bunlar təhsilimi ali məktəbdə davam etdirmək arzumun gerçəkləşməsi üçün möhkəm təməl yaradıb. Ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərməyim də bunu bir daha təsdiq edir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR