22 Dekabr 2024, Bazar

 AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” Sərəncamının əhəmiyyətini vurğulayan İsmayıl Hacıyev Ali Məclis Sədrinin müvafiq Fərmanı ilə Fondun Nizamnaməsinin təsdiq edildiyini bildirib. Qeyd edib ki, məqsəd Naxçıvanda fundamental elmi yeniliklərin stimullaşdırılması, onun təbii resurslarının, mədəni və tarixi irsinin tədqiqinin genişləndirilməsi, elmin müxtəlif sahələrində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən innovativ layihələrin dəstəklənməsidir.

 Müəssisə rəhbəri sözügedən sərəncamla əlaqədar Naxçıvan Bölməsinin qarşısında duran vəzifələrdən danışıb.

Daha sonra iclasda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Hacıfəxrəddin Səfərlinin 70 illik yubileyinin qeyd edilməsi və səmərəli elmi fəaliyyətinə görə onun Bölmənin Fəxri Fərmanı ilə təltif edilməsi ilə bağlı qərar qəbul edilib.

Müzakirəyə çıxarılan növbəti məsələ qarşıdan gələn payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə bağlı olub.

İclasda bir sıra elmi-təşkilati və cari məsələlərə də baxılıb.

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR