22 Dekabr 2024, Bazar

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən NUHÇIXAN-a verilən məlumata görə, Naxçıvan Qarnizonu tam orta məktəbində də 15 sentyabr Bilik Günü qeyd edilib. Tədbirdə bildirilib ki, 1 nəfərin qızıl, 2 nəfərin gümüş medala, 4 nəfərin isə fərqlənmə attestatına layiq görüldüyü məktəbin 21 məzunundan 19 nəfəri ali təhsil müəssisələrinə, 2 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə daxil olub. Məzunlardan 5 nəfəri daha yüksək nəticə göstərib. Ötən tədris ilində məktəbin 4 şagirdi Azərbaycan Respublikası məktəblilərinin fənn olimpiadalarının Respublika mərhələsində qalib adını qazanıb.

 Çıxışların ardından ötən tədris ilində uğurlu nəticələr göstərmiş müəllim və şagirdlər pul mükafatı, qiymətli hədiyyə və fəxri fərmanla təltif ediliblər.

Qeyd edək ki, bu gün 88 şagirdin ilk dəfə qədəm qoyduğu Naxçıvan Qarnizonu tam orta məktəbində 665 şagird təhsil alır. 

                                                                             Nəriman Nəcəfov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR