22 Dekabr 2024, Bazar

Naxçıvanın görkəmli şəxsiyyət­­ləri haqqında söh­­bət açıldığı zaman Eynəli bəy Sultanovun xalqın pro­b­lem­ləri və onların həlli üçün məqsədəuyğun addımları özündə əks etdirən məqalələr yazdığını, bu məqalələrdə dövrünün ictimai eyiblərini tənqid etdiyini, həmin dövrdə xalqdan eşitdiyi atalar sözləri və məsəllərə xüsusi yer verdiyini müəllimlərimdən öyrənmişdim. Onun “Məqalələr” kitabının “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilməsinə isə çox sevindim.
Kitabı oxuyarkən bir daha gördüm ki, Naxçıvanda teatrın, kitabxanaçılığın, mətbəə işinin və bir çox sahələrdəki yeniliklərin öncüllərindən olan Eynəli bəy Sultanov daim xalqımızın maariflənməsinə, ziyalı kimi yetişməsinə çalışmış, Azərbaycan ədəbiyyatı və tarixi üçün qiymətli əsərlər yazmışdır.
Kitabda 120-dən çox məqalə yer alıb. Oxuduğum məqalələrdə Eynəli bəy Sultanovun Azərbaycan xalqına olan böyük sevgisi duyulur. Eynəli bəyin daxilindəki Vətən sevgisi, onun xalqının hər bir nümayəndəsinin maariflənməsi istiqamətindəki daxili vətənpərvərlik yanğısı diqqətimi cəlb etdi.

Eynəli bəy Sultanovun bədii-publisistik irsi Azərbaycan ədəbiyyatının qiymətli örnəklərindəndir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2016-cı il 15 fevral tarixli Sərəncamına əsasən Eynəli bəy Sultanovun 150 illik yubileyinin qeyd edilməsi bu irsin gələcək nəsillərə çatdırılması yolunda atılan uğurlu addımlardandır və hamımızı sevindirir. Məncə, biz məktəblilər bu irsi öyrənməklə və onu qoruyub yaşatmaqla öz vətənpərvərlik borcumuzu yerinə yetirmiş olarıq.

Nərmin NOVRUZOVA
Culfa rayon Boyəhməd kənd tam
orta məktəbinin XI sinif şagirdi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR