Ötən günlərdə Türkiyə Cümhuriyyətinin Kütahya Dumlupınar Universitetində “Ümumiləşmiş Morri tipli fəzalarda operatorlar və tətbiqləri” adlı beynəlxalq elmi konfrans keçirilib. 13 müxtəlif ölkədən 32 elm adamının iştirak etdiyi bu tədbirdə Naxçıvan Müəllimlər İnstitutundan professor Yaqub Məmmədov, dosent Sahib Əliyev və gənc tədqiqatçı-doktorant Vüqar Həmzəyev iştirak ediblər. İnstitut əməkdaşlarının məruzələri konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, bu gün dünyanın qabaqcıl ali təhsil müəssisələrinin qarşısında duran əsas məsələlərdən biri mövcud kadr potensialının zənginləşdirilməsi, professor-müəllim heyətinin müasir standartlara cavab verən təhsil imkanlarından isifadəsinə və regional tədbirlərlə yanaşı, beynəlxalq elmi arenalarda da iştirakına şərait yaratmaqdır. Öz imkan və təhsil göstəricilərinə görə ölkəmizin nümunəvi ali məktəbləri sırasında yer alan Naxçıvan Müəllimlər İnstitutu da hər zaman yuxarıda qeyd olunan prioritetləri öz fəaliyyətində tətbiq edir.
Naxçıvan Müəllimlər İnstitutunun
mətbuat xidməti