22 Dekabr 2024, Bazar

Fevralın 3-də IX-XI sinif şagirdləri arasında məktəblilərin respublika fənn olimpiadasının I şəhər və rayon mərhələsi keçirilib. 688 şagirdin iştirak etdiyi bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 25-50 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün onlara üç saat vaxt verilib.
Şəhər və rayon mərhələsinin nəticələrinə əsasən hər fənn üzrə hər sinifdən ən yüksək nəticə toplayan şagirdlər yarımfinal turuna vəsiqə qazanacaqlar.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Muxtar respublikamızda 36 məktəbdənkənar müəssisə fəaliyyət göstərir ki, onlardan da 6-sı paytaxt Naxçıvan şəhərinin payına düşür. Həmin müəssisələr arasında fəaliyyət imkanlarının genişliyi baxımından Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi xüsusilə seçilir.

Şəhərimizin qoynunda, bir-­birindən yaraşıqlı tikililərin əhatəsində, hər gün yüzlərlə uşağın sevə-sevə üz tutduğu məkan – Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin əzəmətli binası ucalır. Yetişməkdə olan nəslin yaradıcılıq yoluna, bədii təfəkkürünə işıq salan həmin mərkəzin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədilə adıçəkilən ünvana yollanıram. Binanın qarşısındakı ağaclar arasında ikibir, üçbir toplaşan uşaqların bir-biriləri ilə şirin söhbəti, aralarındakı kiçik müzakirələr diqqətimi çəkir. Məktəblilərdən biri əlindəki kağız-qələmlə yoldaşına nəyisə izah edir, digəri müxtəlif hərəkətlərlə sanki rəqs elementlərini göstərir, başqası musiqi notlarının adlarını uca tonla təkrarlayırdı. Qısa müşahidələrdən mərkəzdə məşğələlərin maraqlı keçirildiyi açıqca görünürdü.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin ­Rəyasət Heyətinin növbəti iclası ­keçirilib.
İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq ölkəmizdə mədəniyyətin, ədəbiyyatın, incəsənətin inkişafında mühüm xidmətləri olan şəxslərin yubileylərinin keçirilməsinə göstərilən diqqət və qayğıdan danışıb. Akademik, həmçinin Prezident İlham Əliyevin 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi və Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamlar imzaladığını qeyd edib. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illiyinə həsr olunmuş Tədbirlər Planını təsdiq edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən muxtar respublikanın ümumtəhsil məktəblərində tədris aparan fizika, kimya və biologiya müəllimləri üçün Naxçıvan Dövlət Universitetində təşkil edilən təlim kursları başa çatıb. Bu münasibətlə keçirilən tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Bildirilib ki, Naxçıvan Dövlət Universitetinin elmi dərəcəli müəllimləri tərəfindən tədris olunan dördgünlük təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodiki sahədə təkliflərin verilməsinə, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübə öyrədilib. Müəllimlərin fənn laboratoriyalarından istifadə bacarıqlarının artırılmasına köməklik göstərilib. Qeyd olunan fənlərin aktual mövzularına həsr edilən seminarlar müasir informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, dövlətimizin hərtərəfli diqqət və qayğısı ilə təhsil müəssisələrinin maddi­-tədris bazası daha da möhkəmləndirilib, tədris prosesi günün tələbləri səviyyəsində qurulub. Fənn kabinələri, fizika, kimya, biologiya laboratoriyaları zəruri avadanlıqlarla təmin olunub. Bütün bunların həyata keçirilməsində məqsəd şagirdləri bilikli, bacarıqlı və dünyagörüşlü ­yetişdirməkdir.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil edilən Reyhan Mirzəzadənin “Aleksandr Sergeyeviç Qriboyedov: şair-diplomat” əsərinin müzakirəsi keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək əsərin məziyyətlərindən danışıb. Bildirib ki, əsərdən də məlum olduğu kimi Aleksandr Qriboyedov diplomatik fəaliyyəti dövründə Şərq aləminə, Azərbaycana və azərbaycanlılara dərin hörmətlə yanaşıb. O, 1818-ci ildə İrandakı rus diplomatik nümayəndəliyinin katibi təyin olunandan sonra İrana gedərkən yolunu hər zaman Azərbaycandan salıb. Əsərdə ölkəmizin bir çox şəhərlərində olan şair-diplomatın 1819-cu ildə Naxçıvanla tanış olması, burada qalması, onun yazılarında Naxçıvan, Qazançı, Culfa, Sədərək kimi şəhər və kənd­lərin adlarının çəkilməsi, Naxçıvanla bağlı qeydləri, xatirə və digər yazılarından bəhs olunur. “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr olunan kitab əhəmiyyət kəsb edən bir çox tarixi məqamları əhatə edir.
Vurğulanıb ki, fəaliyyəti dövründə diplomat Azərbaycan ərazilərinə ermənilərin köçürülməsinin qəti əleyhinə olub ki, bu da əsərdə öz dolğun əksini tapıb.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov çıxış ediblər.
Sonda suallar cavablandırılıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Naxçıvan Müəllimlər İnstitutunda “Naxçıvan xalçaçılığı: keçmişdən günümüzə” mövzusunda elmi konfrans keçirilib. Tədbiri giriş sözü ilə institutun rektoru, dosent Elbrus İsayev açaraq mövzu ilə bağlı elmi konfransın ilk dəfə keçirildiyini vurğulayıb, tədbirin əhəmiyyətindən bəhs edib.
Konfransda AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərli “Naxçıvan Muxtar Respublikasında xalçaçılığın qorunması və inkişafına dövlət qayğısı” mövzusunda çıxış edib. Bildirib ki, qədim tarixi və zəngin mədəniyyəti ilə seçilən Naxçıvan həm də bu mədəniyyətə qiymətli töhfələr vermiş xalçaçılıq ənənələri ilə seçilir. Əlverişli iqlimi və mühüm ticarət yolları üzərində yerləşməsi bu ərazidə bir çox sənət sahələrinin, o cümlədən xalçaçılığın inkişaf etməsinə geniş imkanlar açıb.
Qeyd edilib müstəqillik illərində bu qədim el sənətinin yaşadılması və təbliği istiqamətində mühüm addımlar atılıb. Ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci il 15 fevral tarixli “Naxçıvan şəhərində xalça istehsalı emalatxanasının tikintisi, təchizatı və infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında” Sərəncamı Naxçıvanda xalçaçılıq sənətinin sənaye üsulu ilə inkişafına imkan verəcək. Həmçinin Naxçıvan xalçaçılıq məktəbinin daha dərindən öyrənilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət pro­qramının yerinə yetirilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiq olunub. Həmin Tədbirlər Planında həyata keçirilməsi nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasının bir sıra nazirlik, komitə, elm və təhsil müəssisələrinə tapşırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin yaradıcılıq potensialının yüksəldilməsi, təlim prosesində onların əyanilikdən, o cümlədən elektron lövhələrdən, laboratoriyalardan daha da səmərəli istifadə etmələrinin təmin olunması, fərqli rayon və məktəblərdən olan müəllimlər arasında fikir, təcrübə və ideya mübadiləsinə şərait yaratmaq məqsədilə təlim kursları təşkil edilir.
Bu tədbirlərin davamı olaraq yanvarın 28-dən Naxçıvan Dövlət Universitetində muxtar respublikanın ümumtəhsil məktəblərində tədris aparan fizika, kimya və biologiya müəllimləri üçün təlim kurslarına start verilib. Dördgünlük təlim kurslarına hər fənn üzrə 20 olmaqla, ümumilikdə, muxtar respublikanın ümumtəhsil məktəblərindən 60 fənn müəllimi cəlb edilib. Qeyd olunan fənlərin aktual mövzularına həsr olunmuş seminarlar yüksəkixtisaslı mütəxəssislər tərəfindən, müasir informasiya-­kommunikasiya texnologiyaları vasitəsilə keçirilir. Seminar çərçivəsində universitet şəhərciyi ilə, o cümlədən Botanika bağı və muzeyi, Qeyri-üzvi kimya, Analitik kimya, Fiziki və kolloid kimya, elmi-­tədqiqat laboratoriyalarında praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur. Naxçıvan Dövlət Universitetinin elmi dərəcəli müəllimləri tərəfindən tədris olunacaq təlim kurslarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına, metodiki sahədə təkliflərin verilməsinə, ayrı-ayrı fənlər üzrə çətin mövzular ətrafında təhlillərin təşkilinə dair qabaqcıl təcrübə öyrəniləcək, müəllimlərin fənn laboratoriyalarından istifadə bacarıqlarının artırılmasına köməklik göstəriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində gənc dövlət qulluqçuları arasında fərdi “Xəmsə” intellektual oyunu keçirilib.
Oyunda iştirakçılar mövzuya uyğun olaraq 5 sualı cavablandırıblar. Hər bir iştirakçı oyunda iki dəfə yarışıb. Sonda oyunun hər iki mərhələsinin nəticəsinə görə ən çox xal toplayan iştirakçılar qalib hesab olunublar.
Belə ki, Ədliyyə Nazirliyinin əməkdaşı Təbriz Eyvazlı qalib adını qazanıb. Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Səbuhi Həsənov ikinci, Təhsil Nazirliyinin əməkdaşı Gülnar Abbasova üçüncü olub.
Qaliblər diplom, fəxri fərman, hədiyyələr, kitablar və “Naxtel” nömrələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, intellektual oyun Gənclər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin və “Gənc­lərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Ceyhun MƏMMƏDOV

“Naxçıvan” Universitetində doktorantura və dissertanturaya növbəti qəbul keçirilib. Qəbul prosesi ilə bağlı universitetin rektoru, professor İsmayıl Əliyev çıxış edərək bu il ali təhsil ocağına 4 doktorantura və 15 dissertantura yeri verildiyini bildirib, doktorant və dissertantlara uğurlar arzulayıb. Tədris və tərbiyə işləri üzrə prorektor Hüseyn Bağırsoylu çıxış edərək qəbulun qaydaları və ixtisaslar barədə danışıb.
Sonda doktorant və dissertantlar elmi işlərinin mövzuları və elmi rəhbərləri haqqında məlumat ­veriblər.

Nuray ƏSGƏROVA

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbir­lər Planı” təsdiq edilib. Tədbirlər Planına əsasən Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində “Naxçıvanımızı tanıyaq” mövzusunda bilik yarışı keçirilib.
Yarışdan əvvəl mərkəzin direktoru Murad Babayev çıxış edərək muxtar respublikamızda təhsilə göstərilən diqqət və qayğıdan danışıb. Qeyd edib ki, belə viktorina və yarışların keçirilməsi məktəblilərə vətənpərvərlik hisslərinin aşılanması, istedadlı gənc­lərin üzə çıxarılması, məktəblilərin asudə vaxtlarının səmərəli təşkili və onların bilik və bacarıqlarının təkmilləşməsi məqsədi daşıyır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Rəşad Adıgözəlov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Təhminə İbrahimova çıxış edib, iştirakçılara uğurlar arzulayıblar.

Ardını oxu...

Təhsilin keyfiyyətinin yüksəldilməsinin diqqətdə saxlanıldığı muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlər həyata keçirilir.
Şagirdlərdə özünəinam hissini formalaşdırmaq, onların ayrı-ayrı fənlər üzrə bilik və bacarıqlarını aşkara çıxarmaq, ali və orta ixtisas məktəblərinə qəbulunun daha yüksək səviyyədə olmasını təmin etmək, təhsildə sağlam rəqabət yaratmaq məqsədilə istedadlı şagirdlər arasında təşkil olunan fənn olimpiadaları da belə tədbirlərdəndir.
Dünən IX-XI sinif şagirdləri arasında məktəblilərin muxtar respublika fənn olimpiadasının I şəhər və rayon mərhələsi keçirilib. 545 şagirdin iştirak etdiyi bilik yarışında şagirdlər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, və coğrafiya fənləri üzrə keçirilən həmin olimpiadada ümumtəhsil məktəblərinin IX, X və XI sinif şagirdləri biliklərini sınayıb. Şagirdlərə hər fənn üzrə fənn kurikulumuna uyğun olaraq qapalı test formasında hazırlanmış 20-30 sual təqdim olunub. Həmin test tapşırıqlarını cavablandırmaq üçün şagirdlərə üç saat vaxt verilib.

Ardını oxu...

   Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin qış semestrində 70-ə yaxın imtahan keçirilir. Tələbələr elektron qaydada təşkil edilən imtahanlarla yanaşı, ənənəvi – yazılı qaydada da imtahan verirlər. Qeyd edək ki, ­keçirilən yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq edilən otaq yaradılıb. 

Ali təhsil müəssisəsinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov keçirilən növbəti elektron imtahanların gediş prosesi ilə tanış olub, elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.
Qış semestrində 1202 monitorinq və elektron qaydada 21672 tələbə imtahan verəcək. Bundan başqa, xüsusi qabiliyyət tələb edən və şifahi qaydada 210 imtahan keçirilməsi ­nəzərdə tutulub.
2012-ci ildən etibarən keçirilən elektron imtahanlar bu semestr 7 elektron və 3 yazılı olmaqla, kamera ilə təchiz edilmiş 10 otaqda imtahan komissiyası üzvlərinin nəzarəti ilə aparılır.
Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında vebkameraların quraşdırılması şəffaflığın ən bariz nümunəsi hesab oluna bilər. Tələbələr müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahana başlamasını və bitirdiyini təsdiqlədikdən sonra tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumat əldə edə bilir. Hər sual 1 balla ­qiymətləndirilir.

Ardını oxu...

Naxçıvan torpağı zaman-zaman Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş etmişdir. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir.
Anadan olmasının 127-ci ildönümü münasibətilə rəssamın Naxçıvan şəhərindəki muzeyi ilə ümumtəhsil məktəbləri arasında “Bəhruz Kəngərli Azərbaycan xalqının görkəm­li rəssamıdır” mövzusunda interaktiv dərs keçilib. İnteraktiv dərsdə muzeyin bələdçisi bildirib ki, Bəhruz Kəngərli Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il mayın 22-də imzaladığı Sərəncam ilə yaradılıb, 2002-ci il iyunun 18-i ümummilli lider Heydər Əliyevin iştirakı ilə açılışı olub. Hazırda bu mədəniyyət müəssisəsinin fondunda, ümumilikdə, 1259 eksponat vardır ki, bunlardan 388-i ekspozisiyada sərgilənir. Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi məqsədilə görkəmli rəssamın 200-dən çox əsəri Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilərək bu mədəniyyət müəssisəsinə təqdim edilib.

Ardını oxu...

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqına deyil, bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilən dəhşətli terror aktıdır. Bu fikir dünən Naxçıvan şəhərindəki Xatirə Muzeyi ilə muxtar respublikanın 200-dən çox ümumtəhsil məktəbi arasında “20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir” mövzusunda keçilən interaktiv dərsdə səsləndirilib.
İnteraktiv dərsdə muzeyin bələdçisi Leyla Məmmədova bildirib ki, muzeydə 2 mindən çox eksponat var və onlardan 400-ə yaxını ekspozisiyada nümayiş etdirilir. Ötən əsrin əvvəllərindən başlayaraq təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı müxtəlif illərdə törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin foto­şəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əks etdirən material­lar saxlanılır. Eyni zamanda muzeydə qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar mühafizə və nümayiş etdirilir.
Qeyd olunub ki, Xatirə Muzeyində azərbaycanlılara qarşı 1905-1907-ci, 1918-1920-ci illərdə baş verən kütləvi soyqırımı aktlarını, həmçinin 1948-1953-cü illərdə azərbaycanlıların öz dədə-baba torpaqlarından deportasiyasını, 1990-cı il 20 Yanvar, 1992-ci il Xocalı faciələrini özündə əks etdirən eksponatlar nümayiş olunur.

Ardını oxu...

Ümumtəhsil məktəblərində təhsil alanların attestasiyasının aparılması ilə bağlı yeni qaydaların tətbiqi ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin direktorları və təlim-tərbiyə işləri üzrə direktor müavinləri ilə seminarlara start verilib. İlk seminar Naxçıvan şəhərində keçirilib.

Seminarda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov məktəbdaxili qiymətləndirmə qaydalarında dəyişikliklər barədə slaydlar vasitəsilə ətraflı məlumat verib.
Qeyd edilib ki, yeni qaydalarda nəzərdə tutulan əsas dəyişikliklərdən biri summativ qiymətləndirmələrin sayının azaldılmasıdır. Böyük Summativ Qiymətləndirmə (BSQ) təhsil səviyyələrinin sonunda, yəni IV, IX və XI siniflərdə bütün fənlər, V, VI, VII, VIII və X siniflərdə isə yalnız buraxılış imtahanları keçiriləcək fənlər üzrə aparılacaq. Təhsil səviyyələrinin sonlarında Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinin əsas məqsədi bütün fənlərdən təhsil alanların nailiyyətlərinin ölçülməsi, aralıq siniflərdəki Böyük Summativ Qiymətləndirmələrin əsas məqsədi isə buraxılış imtahanlarına mükəmməl hazırlığın təmin edilməsidir.
Qaydalarda edilən ikinci dəyişiklik ibtidai siniflərlə bağlıdır. Belə ki, ibtidai sinif şagirdlərinin yaş xüsusiyyətləri nəzərə alınaraq, I siniflərdə summativ qiymətləndirmə aparılmayacaq, II, III siniflərdə yalnız Kiçik Summativ Qiymətləndirmə (KSQ) ­olacaq.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində “Milli dəyərlərimizin qorunmasında qadınların rolu” mövzusunda dəyirmi masa keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qadınların cəmiyyət həyatının müxtəlif sahələrində uğurla təmsil olunduqlarını və yüksək fəallıq nümayiş etdirdiklərini vurğulayıb.
Təməl tibb fənləri kafedrasının baş müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi Kübra Cəfərova, İngilis dili və tərcümə kafedrasının müdiri İlhamə Məmmədova çıxış edərək muxtar respublikada milli dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində görülən işlərdə qadınların da fəal iştirakından danışıblar. Diqqətə çatdırılıb ki, milli və xalq tətbiqi sənət növləri üzrə qadınlar arasında özünüməşğulluğun inkişaf etdirilməsi, onların sosial vəziyyətlərinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Ötən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən tədbirlərdə qadınların əl işlərinin kütləvi satışının təşkili də belə tədbirlərdəndir.
Qeyd olunub ki, bu gün qədim xalq sənətimiz olan xalçaçılığın inkişafına diqqət göstərilir, bununla bağlı ardıcıl tədbirlər həyata keçirilir. “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri”nin UNESCO-nun Təcili Qorunma ­Siyahısına daxil edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şərur yallıları haqqında” 2018-ci il 24 dekabr tarixli Sərəncamı milli dəyərlərimizin yaşadılması və təbliği baxımından mühüm əhəmiyyət kəsb edir.
Sonda tələbələrin mövzu ilə bağlı fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Badəm MƏMMƏDOVA

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin bölmənin 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulunun nəticələrinə həsr olunmuş yığıncağı keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev elmi-tədqiqat işlərinin səmərəli aparılması üçün göstərilən diqqət və qayğıdan danışıb. O, dissertasiya mövzuları seçilərkən müasir elmin qarşısında duran əsas tələb və vəzifələri nəzərə almağın, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb edən mövzulara üstünlük verməyin və digər bu kimi məsələləri diqqətdə saxlamağın vacibliyini vurğulayıb.
Sonra bölmənin Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova 2018-2019-cu tədris ili üçün fəlsəfə və elmlər doktoru ­hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri ilə bağlı məlumat verib. Bildirib ki, bölmə üzrə cari ildə 3 nəfər elmlər doktoru hazırlığı üzrə doktoranturaya, 2 nəfər elmlər doktoru hazırlığı üzrə dissertanturaya, 14 nəfər isə fəlsəfə doktoru hazırlığı üzrə dissertanturaya müraciət edib.
Müzakirələrdən sonra təqdim olunan 19 dissertasiya mövzusu Rəyasət Heyətinin qərarı ilə təsdiq edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrinə işə qəbul üçün 24 oktyabr 2018-ci il tarixdə elan edilmiş müsabiqənin test imtahanları sona çatıb.
Dünən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla görüş keçirilib.
Tədbiri giriş sözü ilə açan təhsil naziri Rəhman Məmmədov bildirib ki, muxtar respublikada təhsil hərtərəfli diqqət və qayğı ilə əhatə olunub. Digər mühüm məsələlərlə yanaşı, yüksək səviyyəli pedaqoji kadr hazırlığı məsələsi də diqqətdə saxlanılıb. Hazırda muxtar respublikanın ümumtəhsil məktəblərində 49 min 224 şagirdin təhsili ilə 6642 müəllim məşğul olur. Onlardan 44-ü yeni tədris ili ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən keçirilən müsabiqədə yüksək nəticə göstərərək işlə təmin olunub. Hazırda rayon mərkəzindən uzaq məsafədə yerləşən kənd məktəblərində fəaliyyət göstərən 81 müəllimə həvəsləndirmə tədbirləri tətbiq edilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Tоrpaq Ehtiyatları labоratоriyası tərəfindən Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarında mədəni və təbii bitkilər altındakı torpaqların ekoloji qiymətləndirilməsi aparılır.
Laboratoriya rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev bu məqsədlə Babək rayonunda ekskursiyada olub. Ərazidən torpaq, bitki nümunələri götürərək fiziki, kimyəvi, morfoloji cəhətdən təhlillər aparıb. Tədqiqat işlərinin nəticələri əsasında inzibati rayon torpaq-kadastr yarımrayonlarına ayrılıb və təsərrüfatların sahələri üzrə ixtisaslaşdırılması aparılıb.
Cari ildə Culfa və Şahbuz rayonlarında da tədqiqat işlərinin aparılması nəzərdə tutulur.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyə Elmlər Akademiyası və Qırğızıstan İssık-Kul Dövlət Universiteti tərəfindən “Manas”ın mirasçıları: Türk dünyası mədəniyyətinə xidmət” mükafatına layiq ­görülüblər.
Alimlər bu mükafatla uzun illər ərzində apardıqları elmi araşdırmaları ilə Türk dünyasına, mədəniyyətinə və dilinə verdikləri töhfəyə görə təltif olunublar.


AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Xalqımızın yaratdığı kitab xəzinəsinin incisi olan “Avesta”, “Kitabi-Dədə Qorqud” və başqa ölməz əsərlər müdrik ideyaları ilə dilindən, dinindən və irqindən asılı olmayaraq, bütün insanlığı valeh edir. Bu mənəvi irsi gil lövhələrdən ibarət olan, papirus, perqament kitabları və nəhayət, onları kağız üzərində yazılmış kitablar əvəz edərək bu günümüzə qədər gətirib çatdırıb. Milli sərvətimiz olan bu qiymətli tarixi kitabların toplanıb mühafizə edilməsində, nəsildən-nəslə çatdırılmasında kitabxanaların böyük rolu vardır. Belə mədəniyyət müəssisələrindən biri Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasıdır. Kitabxana 50 illik fəaliyyəti dövründə muxtar respublikanın ən böyük kitabxana-informasiya müəssisələrindən birinə çevrilərək elmimizin inkişafında, ixtisaslı kadrların yetişdirilməsində əvəzsiz rol oynayıb.

Öncül ziyalılarımızdan olan Əli Əliyev, Şövqi Ağayev, Kərim Həsənov, Yavuz Axundov, Abbas Mehdiyev və başqalarının göstərdiyi köməklik nəticəsində təşkil edilən kitabxana 1968-ci il aprel ayının 23-dən fəaliyyətə başlayıb. İlk vaxtlar 400-ə yaxın kitabla oxucularına xidmət edən bu mədəniyyət müəssisəsinin fonduna qısa zamanda Bakı şəhərində fəaliyyət göstərən kitabxanalardan Azərbaycan, rus və başqa dillərdə olan müxtəlif kitablar hədiyyə edilib.

Ardını oxu...

Tədbirdən əvvəl 2018-ci ildə elmin müxtəlif istiqamətləri üzrə nailiyyətlərin toplandığı monoqrafiya, kitab, müxtəlif jurnallar, alınan patent və ixtiralar, tətbiqyönümlü müxtəlif materialların nümayiş etdirildiyi sərgiyə baxış olub.
Hesabat yığıncağını bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq bildirib ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsi fəaliyyəti çərçivəsində bu və ya digər məsələlərlə bağlı Azərbaycan Respublikası Prezidentinin, Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin verdiyi sərəncam, qərar, tapşırıq və tövsiyələri layiqincə yerinə yetirməyə çalışıb.
Qeyd olunub ki, 2018-ci ildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 23 monoqrafiyası, 15 kitabı, 4 kitabçası, 3 metodik vəsaiti, 555 elmi məqaləsi, 213 konfrans materialı, 7 tezisi olmaqla, 820 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 mono­qrafiya, 87 elmi məqalə, 75 konfrans materialı və 3 tezis olmaqla, 167-si xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 48-i impakt faktorlu (11-i Tomson Reuters) jurnallarda çap edilib. Bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 51 əsər çoxdur. Məqalələrin 99-u xaricdə olmaqla, 498-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb ki, bu da ötən illə müqayisədə 25 əsər çoxdur. Hesabat dövründə bölmədə “Xəbərlər” jurnalının, eləcə də “Axtarışlar” jurnalının hər birinin dörd nömrəsi çapdan çıxıb. Bu nömrələrdə bölmə əməkdaşlarının 228 məqaləsi işıq üzü görüb. Bölmənin Rəyasət Heyətinin iclaslarında 18 kitab və monoqrafiya müzakirə olunaraq nəşrə tövsiyə edilib. Əməkdaşların 178 qəzet məqaləsi nəşr olunub. Bununla yanaşı, Təbii Ehtiyatlar İnstitutunun əməkdaşları Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ­4 patent təqdim ediblər.

Ardını oxu...

Dekabrın 25-də Naxçıvan Muxtar Respublikası Təhsil, Rabitə və Yeni Texnologiyalar, Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil müəssisələri ilə Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs aparılıb.
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının qəbul edilməsinin 20 illiyinə həsr olunan dərsdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli çıxış edərək əlamətdar hadisə ilə bağlı iştirakçılara ətraflı məlumat verib.
Bildirilib ki, Naxçıvanın muxtariyyətinin əsasları 16 mart 1921-ci il Moskva və 13 oktyabr 1921-ci il Qars beynəlxalq müqavilələri ilə qoyulub. Həmin beynəlxalq müqavilələrdə Naxçıvanın Azərbaycanın tərkib hissəsi olması bir daha bəyan edilərək ərazi hüdudları dəqiqləşdirilib. Naxçıvan 1921-ci il martın 16-dan başlayaraq əvvəlcə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-cü il iyunun 16-dan sonra Naxçıvan diyarı, 1924-cü il fevralın 9-dan Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı il noyabrın 17-dən isə Naxçıvan Muxtar Respublikası adlandırılıb. 1926-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının ilk, 1937-ci ildə ikinci, 1978-ci ildə üçüncü Konstitusiyası qəbul edilib.

Ardını oxu...

Muxtar respublikamızın ali təhsil və elm müəssisələrində çalışan riyaziyyatçılar sırasında Naxçıvan Müəllimlər İnstitutu Ali riyaziyyat və informatika kafedrasının professoru, riyaziyyat üzrə elmlər doktoru, muxtar respublikanın Əməkdar müəllimi Yaqub Məmmədovun öz yeri var.
Ömrünü elmə həsr etmiş bu zəhmətkeş alim apardığı elmi-tədqiqatları, riyaziyyatın müxtəlif sahələri üzrə ölkə və dünya elmi mətbuatındakı çıxışları, 40 ildir ki, ali məktəblərimizin auditoriyalarında etdiyi mühazirələri ilə nüfuz qazanıb. Onun yetişdirdiyi riyaziyyatçı kadrlara bu gün muxtar respublikanın bütün bölgələrində rast gəlmək olar.
Yaqub müəllim tələbələrə qayğı ilə yanaşır, əldə etdiyi bilikləri onlara həvəslə öyrədir, müasir təlim üsullarına üstünlük verir, informasiya-kommunikasiya texnologiyalarının həyatımızdakı rolunu nəzərə alaraq tələbələrinin bu texnologiyaların sirlərinə yiyələnməsinə çalışır, istedadlı gəncləri elmi dərnəklərə cəlb edərək onların tədqiqatçılıq bacarığını inkişaf etdirir. İnstitut Tələbə Elmi Cəmiyyətinin xətti ilə tələbə elmi-tədqiqat işlərinin mövzularının aktuallığına xüsusi diqqət yetirən müəllim həmişə çalışır ki, praktik işlərə çox yer verilsin və tələbələr hələ aşağı kurslardan tədqiqatçılıq vərdişlərini mənimsəsinlər. Bunun üçün tələbələri kiçikhəcmli tədqiqatlara cəlb edir, hazırlanmış işlərin digər tələbələrlə müzakirəsini aparır.

Ardını oxu...

Muxtar respublikada həyata keçirilən quruculuq tədbirlərindən Culfa rayonunun qədim yaşayış məntəqələri sırasında olan Ərəzinə də xeyli pay düşüb. Burada kənd və xidmət mərkəzləri, məktəb üçün yeni binalar inşa olunaraq istifadəyə verilib, kəndarası yollara asfalt döşənib, digər quruculuq tədbirləri həyata keçirilib. Bütün bunlar kənd sakinləri tərəfindən insan amilinə qayğı kimi dəyərləndirilib. Ərəzinə böyük diqqətin ifadəsi olan yeni məktəb binasında təhsilin səviyyəsinin yüksəldilməsinə ciddi önəm verilir, burada yaradılmış güclü təhsil ənənələri qorunub saxlanılır. Məlumat üçün bildirək ki, bu il tədris ocağının yaradılmasının 90 ili tamam olur. Bu fakt bizi məktəbə getməyə, təhsil ocağının fəaliyyəti ilə yaxından tanış olmağa sövq etdi.

Bu da məktəb binası... Kəndə xüsusi yaraşıq, məktəblilərə elm, təhsil verən bu ünvandan uzanan yollar neçə-neçə ərəzinlini ölkəmizin ali təhsil müəssisələrinə, elm ocaqlarına aparıb çıxarıb. Bu gün də həmin missiyanı uğurla yerinə yetirir. Ölkəmizin elmi potensialına töhfəsini verməyə çalışır.
Tarixə kiçik ekskurs. Bu gün 410 şagird yerlik təhsil ocağı 1928-ci ildə 4 illik məktəb kimi fəaliyyətə başlayıb. 1932-ci ildə yeddiillik, 1933-cü ildə doqquzillik, 1969-cu ildə isə orta məktəbə çevrilib. Bu illərdə uyğunlaşdırılmış müxtəlif binalarda çalışan təhsil ocağının kollektivi bir sıra çətinliklərlə qarşılaşsa da, üzərinə düşən vəzifələrin öhdəsindən gəlməyə çalışıb. Fəaliyyət göstərdiyi dövrlər üçün ənənəvi tədris üsullarından istifadə edən müəllimlər həm də yeni və mütərəqqi metodların axtarışında olub, yetişdirdikləri məzunların yüksək biliyə yiyələnmələri üçün səy və bacarıqlarını əsirgəməyiblər. Çəkdikləri zəhmət hədər getməyib. Müxtəlif elm sahələri üzrə bu gün fəlsəfə və elmlər doktoru elmi dərəcələrinə sahib olan bir neçə məzunun adını çəkmək olar. Belə ki, məktəb mərhum Malikəjdər İbrahimov, Adil Məmmədov, Sənan İbrahimov, İlyas Məmmədov, Abbas Hətəmov, Səbuhi İbrahimov kimi alimləri ilə fəxr edir. Kollektiv onların ardıcıllarının yetişdirilməsinə səy göstərir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasının 50 illik yubileyinə həsr edilmiş tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov giriş sözü ilə çıxış edərək 1968-ci ilin aprel ayında fəaliyyətə başlayan kitabxananın keçdiyi tarixi inkişaf yolundan ətraflı bəhs edib. Rektor 2004-cü ildə universitetin kitabxanası üçün Avropa standartlarına uyğun yeni beşmərtəbəli binanın inşa edilməsini muxtar respublikada təhsilə, elmə göstərilən yüksək diqqət və qayğı kimi dəyərləndirib. Bildirilib ki, muxtar respublika rəhbərinin qayğısı sayəsində kitabxananın fondu zənginləşdirilib, maddi-texniki bazası ən müasir tələblər səviyyəsində qurulub.
Elmi kitabxananın direktoru Fariz Əhmədov “Yarıməsrlik elm məbədi” mövzusunda çıxışında qeyd edib ki, 2013-cü ildə yaradılan elektron kitabxanada bu günə qədər 4 mindən artıq kitabın elektron PDF-i və 40 mindən artıq elektron kataloq lib.ndu.edu.az saytı vasitəsilə oxucuların istifadəsinə buraxılıb.
Ümumilikdə, 20 minə yaxın oxucusu olan kitabxanada müxtəlif mədəni-kütləvi tədbirlər, kitab sərgiləri, qısamüddətli və daimi sərgilər, həmçinin kitab təqdimatları və müzakirələri də təşkil olunur. Bildirilib ki, kitabxananın nəzdində 1997-ci ildə Heydər Əliyev Universiteti kitabxanasının yaradılması ümummilli liderin həyatının və siyasi fəaliyyətinin öyrənilməsində müstəsna əhəmiyyətə malikdir.

Ardını oxu...

Dekabrın 10-da Naxçıvan Muxtar Respublikasının Ali Məclisində keçirilən “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” müşavirədə Təhsil Nazirliyinə də bir sıra tapşırıqlar verilmişdir. Həmin tapşırıqların icrasının təmin olunması, ümumtəhsil məktəblərində fiziki tərbiyə dərslərinin tədrisi səviyyəsinin artırılması, Uşaq-gənclər şahmat və idman məktəblərinin fəaliyyətlərinin gücləndirilməsi məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin fiziki tərbiyə müəllimləri üçün təlim-seminarlara start verilmişdir.
Fənn müəllimlərinin peşəkarlığının artırılmasına və fiziki tərbiyə dərslərinin daha yüksək keyfiyyətli tədrisinə köməklik məqsədi daşıyan ikihəftəlik təlim-seminarlarda əsas diqqət nəticəyönümlü yanaşma əsasında müasir təlim üsullarına yönəldilir. Seminar iştirakçılarına gənc nəslin fiziki inkişafında, onların sağlam böyüməsində idmanın rolu, fiziki tərbiyə dərslərinə qoyulan müasir tələblər, dərslərin əsas xüsusiyyətləri, quruluşu və təşkili formaları ilə bağlı geniş məlumatlar verilir.
Müəllimlərin nəzəri biliklərinin, təcrübə bacarıqlarının artırılması üçün təlimçilər tərəfindən açıq idman qurğuları, idman zalları və futbol meydançalarında əyanilikdən istifadə olunmaqla məşğələlər təşkil edilir. Həmçinin idman avadanlıqlarından səmərəli istifadəyə dair təcrübə mübadiləsi aparılır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları ixtisasının IV kurs tələbələri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı ilə bir sıra ixtisasların Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verildiyini bildirib. Nazir müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirildiyini, onların ixtisaslarına daha dərindən yiyələnmələri üçün lazımi köməklik göstərildiyini vurğulayıb.
Son illərdə muxtar respublikada yeni texnologiyaların tətbiqi haqqında tələbələrə məlumat verən Rövşən Məmmədov qeyd edib ki, bu gün heç bir sahəni informasiya texnologiyalarından kənarda təsəvvür etmək mümkün deyil. Dünya təcrübəsi göstərir ki, qısa vaxtda yüksək nəticələr əldə etmək üçün bu sahənin inkişafı və müasir texnologiyaların bütün sahələr üzrə tətbiqi vacib məsələlərdən biridir. Sürətli və dayanıqlı inkişaf isə yalnız peşəkar kadrların hesabına mümkündür. Buna görə də əsas məqsədimiz gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. İstehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.

Ardını oxu...

“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və “Naxtel” MMC-nin birgə təşkilatçılığı ilə “Gələcəyə doğru” adlı tədbir keçirilib.
“Tələbə paketi”nin təqdimatı məqsədilə keçirilən bu tədbirdə Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun Gənclər təşkilatları və gənclər ilə iş şöbəsinin baş mütəxəssisi Arzu Qasımov bildirib ki, muxtar respublikamızda gəncliyin hərtərəfli inkişafı, müasir dünyagörüşünə yiyələnməsi, innovativ bilik və bacarıqlara malik olması daim diqqət mərkəzində saxlanılır, gənclər üçün bir çox yeniliklər təqdim olunur. Onların yüksək texnologiyalara maraqlarının artırılması istiqamətində uğurlu proqramlar icra edilir, təşəbbüsləri dəstəklənir. Bu gün təşkil olunan “Gələcəyə doğru” adlı tədbirdə “Tələbə paketi”nin təqdimatı da tələbə-gənclərimiz üçün bu istiqamətdə atılan addımların ­davamıdır.
“Naxtel” MMC-nin əməkdaşı Səfər Hüseynli çıxışında bildirib ki, şirkət 2015-ci ilin iyul ayında Naxçıvan şəhərində təsis olunub. Ötən müddətdə cəmiyyət bir çox yeniliklərə imza atıb. 2016-cı il oktyabr ayının 25-də Naxtel 4G mobil rabitə şəbəkəsi istifadəyə verilib.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Ümumtəhsil məktəblərində psixoloji xidmətin təşkili və səmərəliliyinin artırılması” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Müəllimlər İnstitutu və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayev açaraq bildirib ki, son illərdə təhsilimizdə olan davamlı inkişaf, bütövlükdə, ölkəmizdəki müasir təhsil modeli məktəblərdə psixoloji işin düzgün qurulması, psixoloqların maarifləndirilməsi, şagird portfoliolarının yaradılması, psixoloqların məktəb mühitini düzgün analizetmə qabiliyyətlərinin formalaşdırılması, valideynlərlə işin təşkili və hesabatlılığın təmin olunmasını ən mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Prezident cənab İlham Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasında mühüm istiqamətlərdən biri də insan kapitalının müasir tələblər səviyyəsində inkişaf etdirilməsidir.
Naxçıvan Müəllimlər İnstitutunda pedaqoji kadr hazırlığı istiqamətində görülən işlərdən danışan rektor qeyd edib ki, institutun vəzifələri cərgəsində ən mühümü təhsildə psixoloji xidmətin müasir tələblərə uyğun, düzgün qurulmasıdır. Bu tədris ilindən etibarən institutda ayrıca Psixologiya ixtisasının tədrisi ilə məşğul olunacaq və ilk dəfə bu ixtisas üzrə qəbul aparılacaq. Bu sahə ilə bağlı tədris nəşrlərinin hazırlanması diqqətdə saxlanılacaq ki, bu da psixologiya sahəsində peşəkar mütəxəssislərin yetişməsində mühüm rol oynayacaq.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində İngilis dili ixtisasının açılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 2006-cı ildə ayrıca korpusda fəaliyyətə başlayan Xarici dillər fakültəsinin 2008-ci ildən etibarən Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi adı ilə fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, fakültədə İngilis dili və metodika və İngilis dili və tərcümə kafedraları fəaliyyət göstərir.
Xarici dil müəllimliyi (ingilis dili) və Tərcümə ixtisasları tələbələrinin birgə hazırladığı tədbirdə hər iki ixtisasın 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Sonda tələbələr ingilis dilində bədii qiraət ediblər. Həmçinin ingilis dilində Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ifa edilib və Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından musiqili səhnəcik nümayiş olunub.
Tədbir iştirakçılarda xoş ovqat yaradıb.

Badəm MƏMMƏDOVA

“İrəli” İctimai Birliyinin Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı “Azərbaycan intellektual birincisi” layihəsinin üçüncü mövsümünə yekun vurulub.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən layihə çərçivəsində dörd intellektual oyun – “Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar tap”, “Vətəni tanı” üzrə, ümumilikdə, ölkəmizin 70 rayonundan 1500-ə yaxın gənc iştirak edib. Layihə iki mərhələdən ibarət olub. Əvvəlcə hər iqtisadi rayon üzrə komandaların zona çempionatı, sonra isə final yarışları keçirilib. Bu mərhələdə zona turnirlərinin qalibləri mübarizə aparıblar.
Təşkil olunan yarışda Naxçıvan komandaları bütün intellektual oyunlar üzrə mübarizə aparıblar. Yekun nəticələrə əsasən komandamız “Axtar tap” intellektual oyunu üzrə Azərbaycan çempionu adını qazanıb. “Nə? Harada? Nə zaman?” və “Vətəni tanı” intellektual oyunlarında isə komandalarımız ikinci olub. “Xəmsə” milli intellektual oyunu üzrə komandamız finala qədər yüksəlsə də, burada dördüncülüklə kifayətlənib.
Qeyd edək ki, Naxçıvan komandası intellektual oyunlarda göstərdiyi nəticələrə əsasən reytinq cədvəlində ölkə üzrə 3-cü yerdə ­qərarlaşıb.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Sosial sahələrin iqtisadiyyatı” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, respublikada sosial infrastruktur sahələrinin inkişafı üçün zəruri şərait mövcuddur və bu, yeni elmi nəşrlərdə də öz əksini tapır.
Tədbirdə yeni nəşr haqqında fikirlər dinlənilib. Nəzərə çatdırılıb ki, təqdim olunan dərs vəsaitində real tədqiqatlar əsasında respublikada sosial sahələrin iqtisadiyyatı, onun büdcə, sahibkarlıq və maliyyə istiqamətləri, sosial infra­struktur anlayışı və xidmət sahələri geniş təhlil olunur.
Kitabın müəllifi, iqtisad üzrə fəlsəfə doktoru Həvva Adgözəlova yeni nəşrdən söhbət açaraq sosial sahələrin iqtisadiyyatının mahiyyəti, əsas istiqamətləri, əhalinin həyat səviyyəsinin, gəlirlərin tənzimlənməsi, planlaşdırılması kimi mövzuların burada yer aldığını nəzərə çatdırıb. 2 fəsil 6 paraqrafdan ibarət olan kitabda Naxçıvanda sosial sahələrin idarə olunması, inkişafı göstəricilərindən bəhs olunub.
Müəllif yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.

Badəm MƏMMƏDOVA

Dekabrın 7-də Naxçıvan Muxtar Respublikası müəllimlərinin konfransı keçirilmişdir.
Konfrans iştirakçıları ümummili liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoymuş, ulu öndərin xatirəsinə ehtiramlarını bildirmişlər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlarla tanışlıqdan sonra abidə önündə xatirə şəkli çəkdirilmişdir.

Ardını oxu...

O, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır. 2018-ci ilin ötən dövrü ərzində bir-birinin ardınca Paris, Moskva kimi paytaxt şəhərlərində böyük elmi nailiyyətlər qazanmasından duyduğumuz qürur hissi bizi onunla görüşə apardı. Bu ziyalı, eyni zamanda nəcib, təvazökar qadınla  tanış olub söhbətləşdik. 

Öyrəndik ki, o, Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təsis etdiyi impakt faktorlu nüfuzlu jurnallarda dərc olunan məqalələrinə və elmi fəaliyyətinə görə 2018-ci il 1 fevral tarixdə akademiyanın prezidiumunda bu elm ocağının professoru elmi adını alıb. Elə buradaca Fizzə xanımla söhbət zamanı bir vaxtlar xəyalında canlandırdığı arzularını xatırlamaq yerinə düşər. O deyir: “Hələ balaca bir qızkən həmişə professor olacağam, – deyirdim. Böyüdüm, təhsil aldım, arzuma çatmaq üçün mübarizələr apardım. Lakin səhhətimdə yaranan problemlər arzuma çatmağa yol vermədi. Sən demə, mənim professor olmaq arzum belə gerçəkləşəcəkmiş: 2018-ci ildə Rusiya Federasiyasında”.
Fizzə Məmmədova fevral ayının 20-də isə “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Rusiya Təbiət­şünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.

Ardını oxu...

“ADA” Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova Naxçıvan Dövlət Universitetində olublar.

Ardını oxu...

Son dövrlərdə milli təhsilimizin inkişafına təsir edən amillərdən biri də tətbiq olunan yeniliklərdir. Uşaqların məktəbəhazırlıq qruplarının yaradılması da həmin tədbirlərin tərkib hissəsidir.
Qeyd edək ki, məktəbəqədər yaş dövrü təkcə məktəb həyatına hazırlıq mərhələsi deyil, eyni zamanda uşaqlara bir çox dəyərlərin aşılandığı dövrdür. Çünki insanda təməl bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə, onların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi də vacibdir. Bu səbəbdən məktəbəqədər təhsilin inkişafı dövlət siyasətində əhəmiyyətli yer tutur və bu təhsil uşaqların təlim və tərbiyə prosesinin vəziyyəti və nəticəliliyi ilə müəyyən edilir.
Bəs hazırda ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarının təşkili və fəaliyyəti hansı səviyyədə aparılır? Bu və ya digər suallarla Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Pərvin Mirzəyevaya müraciət etdik. Onun dediklərindən:

Ardını oxu...

Müasir dünya, eləcə də ölkə təcrübəsi göstərir ki, bu gün biznesi güclü edən yalnız ideya verən insanlar deyil, həm də icraçılardır. O icraçılar ki onlar istənilən məhsulun hazır­lanmasında birbaşa iştirak edir, bu prosesdə çatışmayan tərəfləri görür, onu aradan qaldırmaq üçün bilik və bacarığını sərf edir. Sahibkarla sadə işçi arasında dayanan belə icraçılar məhz peşə təhsilli ixtisaslı kadrlardır. Onlar müasir dövrdə istənilən ölkə üçün ən mühüm kapitaldır. Çünki həyatımızın müxtəlif sahələrində çalışan çoxsaylı işçi kollektivlərinin əsasını elə bu cür insanlar təşkil edir. Təcrübə də sübut edir ki, peşə təhsilinə yiyələnmədən iqtisadiyyatın müxtəlif sahələrini, o cümlədən sənaye və kənd təsərrüfatını, tikinti və nəqliyyat sektorunu, yüzlərlə məişət xidməti sahələrini inkişaf etdirmək mümkün deyil. Unutmaq olmaz ki, kökü iqtisadi amilə bağlı istənilən sahənin inkişafı ali təhsilli kadrlarla yanaşı, həm də müxtəlif peşə təhsili almış ixtisaslı kadrlardan asılıdır.
Ölkəmizdə də bu sahənin inkişafı diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi”ndə peşə təhsili və təlimi sistemində 5 strateji hədəf müəyyən edilib. Qeyd edək ki, bu sənəd peşə təhsili və təlimi sahəsində dünyada mövcud meyillər nəzərə alınmaqla, ölkədə əmək bazarının tələblərinə uyğun təhsil proqramları əsasında ixtisaslı kadrlar hazırlayan peşə təhsili sisteminin inkişaf etdirilməsi məqsədilə çeviklik və inteqrasiya prinsipləri əsasında hazırlanıb. Sənəddə peşə təhsili və təlimi sektoru üzrə 2020-ci ilədək strateji baxış, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış müəyyən edilib. 2020-ci ilədək olan dövr üzrə strateji baxışa nail olmaq üçün strateji hədəflər və prioritetlər, o cümlədən icra müddətləri göstərilməklə müvafiq tədbirlər, əsas və digər icraçılar, gözlənilən təsirlər, icra mexanizmləri təfsilatlı şəkildə hazırlanıb.

Ardını oxu...

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz AMEA Naxçıvan Bölməsində olub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq ­ölkələrimizin hər zaman bir-birlərinə dəstək verdiklərini deyib.
Akademik, həmçinin qonağa bölmənin yaranma tarixi və müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, həmin araşdırmaların əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bölmənin müxtəlif institutlarında qədim diyarın tarixi, abidələri, mədəniyyəti, təbii ehtiyatları, biomüxtəlifliyi tədqiq və təbliğ olunur. Diqqətə çatdırılıb ki, bölmənin fəaliyyəti dövründə plandan əlavə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi, diqqət və qayğısı ilə elmi əhəmiyyətli məlumat nəşrləri, fundamental tədqiqat əsərləri nəşr olunub.
Son illərdə iki qardaş ölkə arasında elmi əlaqələrin genişləndiyini vurğulayan bölmə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəm­li rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr və “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 ok­tyabr tarixli sərəncamlarından, birgə tədqiqatların əhəmiyyətindən bəhs edib.

Ardını oxu...

Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə tədrisi kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Vladimirovna Brızqalina Naxçıvan Dövlət Universitetinə mühazirə demək üçün dəvət olunub. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən mühazirələr iki gün davam edib.

Ardını oxu...

Ümumtəhsil məktəblərinin ibtidai sinif şagirdləri arasında yol mədəniyyətini inkişaf etdirmək, yol hərəkəti təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev adına tam orta məktəbdə yol hərəkətinin təşkili mövzusunda tele­viktorina keçirilib.
Viktorinada Heydər Əliyev adına tam orta məktəbin III-IV sinif şagirdlərindən ibarət 4 komanda iştirak edib. Hər komandanın tərkibinə dörd şagird daxil edilib. Komanda üzvləri şəkillərdən ibarət test formalı sualları cavablandırıblar. Cavablar münsiflər heyəti tərəfindən qiymətləndirilib. Qaliblər təşkilatçılar tərəfindən ­mükafatlandırılıblar.
Qeyd edək ki, şagirdlərin yol hərəkətinin təhlükəsizliyinə dair biliklərinin artırılmasına xidmət edən tele­viktorina Naxçıvan şəhərinin digər ümumtəhsil məktəblərində də keçiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Naxçıvanda şahmat idman növünün inkişafına xüsusi diqqət yetirilir. Bu məqsədlə şəhər və rayonlarda şahmat məktəbləri tikilərək zəka sahiblərimizin ixtiyarına verilib. Eyni zamanda müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunmuş şahmat məktəblərində distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Şahmat Federasiyası belə tədbirlərin davamı kimi mütəmadi olaraq şahmat məşğələləri də təşkil edir.
Naxçıvan Şahmat Mərkəzində keçirilən növbəti məşğələni beynəlxalq dərəcəli hakim Emin Hacıyev aparıb. Məşğələ 200-dən artıq təhsil müəssisəsində interaktiv formada, şəhər və rayon şahmat məktəbləri arasında isə 200-dən çox şahmatçı tərəfindən elektron lövhə vasitəsilə izlənilib. Məşğələ ­zamanı şahmatçıları maraqlandıran suallar cavablandırılıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq 19-23 noyabr tarixlərdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Hüquq günləri” adlı layihə həyata keçirilib. Layihə 5 gün davam edib, bu müddətdə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri və işçiləri tərəfindən Naxçıvan Dövlət Universitetinin Sosial idarə­etmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələrinə müxtəlif mövzularda seminarlar keçirilib, hüquqi debat təşkil olunub. Onların Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində keçirilən məhkəmə proseslərində iştirakları təmin olunub və layihənin sonunda tələbələrə səhnələşdirilmiş məhkəmə formatında təlim keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində Naxçıvan Dövlət Texniki Kollecinin Mühasibat uçotu ixtisası üzrə II kurs tələbələri ilə görüş keçirilib.
Tədbir “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda təşkil olunub.
Qeyd edilib ki, Maliyyə Nazirliyinin əməkdaşları mütəmadi olaraq Naxçıvan Dövlət Texniki Kollecində tədbirlər keçirirlər. Bu isə tələbələrin ixtisas biliklərini dərinləşdirir.
Sonra Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti İdarəsinin Büdcə idarə və təşkilatlarının təftişi sektorunun müdiri Xaqani Vəliyev “Yerli büdcələrin icrasına və təsərrüfat hesablı dövlət orqanlarında xərclərin maliyyələşdirilməsinə nəzarətdə auditin rolu” mövzusunda çıxış edib. O, yerli büdcə, yerli büdcənin gəlirləri, xərcləri, auditin məqsədi, növləri, auditor rəyi barədə ətraflı məlumat verib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.

Xəbərlər şöbəsi

“Nə? Harda? Nə zaman?” intellektual oyununun muxtar respublika mərhələsi olub.
Oxunması zəruri olan kitablarla əlaqədar keçirilən oyunda muxtar respublikanın şəhər və rayonlarını təmsil edən 8 komanda mübarizə aparıb. Məqsəd muxtar respublikada yeniyetmə və gənc­lərin intellektual oyunlara cəlb edilməsi, onların dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq və oxunması zəruri olan kitabların yeniyetmə və gənclər arasında mütaliəsinə nail olmaqdır.
Reqlamentə əsasən oyun iki mərhələdən – rayon (şəhər) və muxtar respublika mərhələsindən ibarət olub. Birinci mərhələdə qalib gələn komandalar muxtar respublika birinciliyində iştirak etmək hüququ qazanıblar. Hər komandanın tərkibində 6 iştirakçı hər biri 12 sualdan ibarət olan iki turda mübarizə aparıb.
İntellektual oyunun yekun nəticəsinə əsasən Kəngərli rayonunun “Turan” komandası qalib adını qazanıb. Digər iki pillədə isə Culfanın “İstiqlal” və Naxçıvan şəhərinin “Sirlər xəzinəsi” komandaları qərarlaşıblar. Sonda qalib komandalar təşkilatçılar tərəfindən diplom, fəxri fərman və kubokla mükafatlandırılıblar.
Oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənc­lərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanasının Səma cisimlərinin fotometriyası şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Azad Məmmədlinin “Sankt-Peterburq Universitetinin xəbərləri” jurnalının “Riyaziyyat, mexanika, astronomiya” seriyasının ikinci sayında məqaləsi çap olunub.
“Günəş sistemi ilə ulduz yaxınlaşması zamanı Yupiter orbitinin evolyusiyası haqqında” başlıqlı məqalədə Günəş sistemi ilə yaxınlaşan sınaq ulduzun Yupiter orbitinə təsiri araşdırılıb. Qeyd edək ki, əməkdaşımızın göy mexanikası sahəsindəki tədqiqatları beynəlxalq nüfuzlu jurnalın əvvəlki nəşrlərində də işıq üzü görüb.

Ardını oxu...

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi irsinin gənclərə öyrədilməsi məqsədilə Naxçıvan Müəllimlər İnstitutunun tələbələrinə açıq dərs keçilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin böyük məsləhətçisi Tural Rzayev çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi dövlət qurulmasından ibarət olub. Bu məram partiya sıralarının qısa müddətdə vətən­pərvər gənclərin hesabına genişlənməsinə səbəbiyyət verib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə təhsil alan tələbələrinin 2018-2019-cu tədris ilinin payız semestrində keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfrans olub.
Tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri bilikləri möhkəmləndirməklə peşə vərdişlərinə yiyələnməyə imkan verir. Təcrübə dövründə metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edən prorektor universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta ümumtəhsil müəssisələrinin müntəzəm əməkdaşlığına, dünya təhsil sisteminə inteqrasiyaya, nəzəri bilik və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb. O, ümumilikdə, 112 tələbənin Heydər Əliyev adına tam orta məktəbdə, 8 və 15 nömrəli tam orta məktəblərdə 7 həftəlik təcrübəni uğurla başa vurduğunu deyib.
Konfransda Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Pedaqoji fakültə ixtisasları üzrə təcrübənin yekunları haqqında”, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin “Xarici dil müəllimliyi ixtisası üzrə təcrübənin yekunları haqqında”, metodist Tural Paşayevin “Pedaqoji təcrübənin ümumi yekunları haqqında” çıxışları dinlənilib.

Nuray ƏSGƏROVA

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyi və təşkilatın Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə bu ilin aprel ayından start verilən “Mən muxtar respublikanın tanıdılması və inkişafı üçün nə etmişəm?” adlı inşa yazı müsabiqəsinin qalibləri müəyyənləşib. Bununla bağlı Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra Katibliyində Naxçıvan Dövlət və “Naxçıvan” universitetlərində təhsil alan tələbələrin iştirakı ilə “Muxtar respublikanı necə tanıdırıq” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Tahir Məmmədli çıxış edərək bildirib ki, Naxçıvanın coğrafi mövqeyi, özünəməxsus iqlimi, fauna və florası, qədim tarixə malik mədəniyyət abidələri ilə zənginliyi turizmin inkişafı üçün əlverişli şərait yaradır. Ona görə də Naxçıvanın turizm potensialının tanıdılması əsas vəzifə kimi qarşıya qoyulub və mütəmadi olaraq bu istiqamətdə məqsədyönlü tədbirlər həyata keçirilir. Görülən işlərdə aid təşkilatlarla yanaşı, gənclərin də fəallığı təqdirəlayiq hal kimi qiymətləndirilir və bu, ilbəil müsbət nəticələrini verməkdədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Turizm Diyarşünaslıq Mərkəzində fəaliyyət göstərən dərnəklərə üzv olan Naxçıvan şəhər məktəblilərinin payız tətilini səmərəli keçirmələri məqsədilə onların mədəniyyət müəssisələrinə ekskursiyaları təşkil edilib.
Duzdağ Fizioterapiya Mərkəzində şagirdlər mərkəz ilə yaxından tanış olub və Naxçıvan duzunun müalicəvi əhəmiyyəti haqqında geniş məlumat alıblar.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR