23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetinin Pedaqoji və Xarici dillər fakültələrinin əyani şöbə üzrə təhsil alan tələbələrinin 2018-2019-cu tədris ilinin payız semestrində keçdikləri pedaqoji təcrübəyə həsr edilmiş yekun konfrans olub.
Tədbiri giriş sözü ilə universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu açaraq bildirib ki, pedaqoji təcrübə təhsil müddətində qazanılan nəzəri bilikləri möhkəmləndirməklə peşə vərdişlərinə yiyələnməyə imkan verir. Təcrübə dövründə metodistlərin, müəllimlərin və tələbələrin üzərinə böyük məsuliyyət düşdüyünü də qeyd edən prorektor universitetdə ixtisaslı pedaqoji kadr hazırlığı prosesində ali və orta ümumtəhsil müəssisələrinin müntəzəm əməkdaşlığına, dünya təhsil sisteminə inteqrasiyaya, nəzəri bilik və təcrübə mübadiləsinə xüsusi əhəmiyyət verildiyini nəzərə çatdırıb. O, ümumilikdə, 112 tələbənin Heydər Əliyev adına tam orta məktəbdə, 8 və 15 nömrəli tam orta məktəblərdə 7 həftəlik təcrübəni uğurla başa vurduğunu deyib.
Konfransda Pedaqoji fakültənin dekanı Nurlana Əliyevanın “Pedaqoji fakültə ixtisasları üzrə təcrübənin yekunları haqqında”, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin “Xarici dil müəllimliyi ixtisası üzrə təcrübənin yekunları haqqında”, metodist Tural Paşayevin “Pedaqoji təcrübənin ümumi yekunları haqqında” çıxışları dinlənilib.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR