AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev və bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Türkiyə Elmlər Akademiyası və Qırğızıstan İssık-Kul Dövlət Universiteti tərəfindən “Manas”ın mirasçıları: Türk dünyası mədəniyyətinə xidmət” mükafatına layiq görülüblər.
Alimlər bu mükafatla uzun illər ərzində apardıqları elmi araşdırmaları ilə Türk dünyasına, mədəniyyətinə və dilinə verdikləri töhfəyə görə təltif olunublar.
AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi