23 Dekabr 2024, Bazar ertəsi

“ADA” Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov və Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova Naxçıvan Dövlət Universitetində olublar.

Tədbiri giriş sözü ilə açan universitetin prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov ali təhsil ocağının elmi potensialı, maddi-texniki bazası və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq layihələr haqqında məlumat verib.
“ADA” Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Elnur Soltanov muxtar respublika haqqında zəngin təəssüratlarını bölüşüb. Naxçıvan Dövlət Universitetində mövcud olan elmi və texniki potensialı yüksək dəyərləndirib.
Dekan bildirib ki, 2006-cı ilin martında fəaliyyətə başlayan və Azərbaycan Diplomatik Akademiyası adı ilə Azərbaycan Xarici İşlər Nazirliyinin nəzdində qurulan ali təhsil ocağı Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 yanvar tarixli Sərəncamı ilə “ADA” Universiteti adlandırılıb.
Vurğulanıb ki, əsas məqsədi diplomatiya, ictimai münasibətlər, biznes, informasiya texnologiyaları və sistem mühəndisliyi üzrə qlobal liderlər hazırlamaq olan universitet 2009-cu ildən magistr, 2011-ci ildən isə bakalavr təhsil pillələri üzrə ali təhsil verir.
Diqqətə çatdırılıb ki, universitetdə dünyanın 43 ölkəsindən tələbə təhsil alır.
“ADA” Universitetinin Tələbə qəbulu şöbəsinin əməkdaşı Mahnur Abbasova ali təhsil ocağının strukturu, universitetə qəbul qaydaları barədə məlumat verib. Vurğulanıb ki, universitet seçmə fənlər və ümumi təhsil proqramı vasitəsilə yüksək potensiala malik məzunlar yetişdirir. Sonda tələbələrin sualları cavablandırılıb.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR