Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında “Sosial sahələrin iqtisadiyyatı” adlı dərs vəsaitinin təqdimatı keçirilib.
Tədbiri giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki, respublikada sosial infrastruktur sahələrinin inkişafı üçün zəruri şərait mövcuddur və bu, yeni elmi nəşrlərdə də öz əksini tapır.
Tədbirdə yeni nəşr haqqında fikirlər dinlənilib. Nəzərə çatdırılıb ki, təqdim olunan dərs vəsaitində real tədqiqatlar əsasında respublikada sosial sahələrin iqtisadiyyatı, onun büdcə, sahibkarlıq və maliyyə istiqamətləri, sosial infrastruktur anlayışı və xidmət sahələri geniş təhlil olunur.
Kitabın müəllifi, iqtisad üzrə fəlsəfə doktoru Həvva Adgözəlova yeni nəşrdən söhbət açaraq sosial sahələrin iqtisadiyyatının mahiyyəti, əsas istiqamətləri, əhalinin həyat səviyyəsinin, gəlirlərin tənzimlənməsi, planlaşdırılması kimi mövzuların burada yer aldığını nəzərə çatdırıb. 2 fəsil 6 paraqrafdan ibarət olan kitabda Naxçıvanda sosial sahələrin idarə olunması, inkişafı göstəricilərindən bəhs olunub.
Müəllif yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlığını bildirib.
Badəm MƏMMƏDOVA