Naxçıvan Dövlət Universitetində İngilis dili ixtisasının açılmasının 20 illiyinə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov 2006-cı ildə ayrıca korpusda fəaliyyətə başlayan Xarici dillər fakültəsinin 2008-ci ildən etibarən Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi adı ilə fəaliyyət göstərdiyini bildirib. Qeyd olunub ki, fakültədə İngilis dili və metodika və İngilis dili və tərcümə kafedraları fəaliyyət göstərir.
Xarici dil müəllimliyi (ingilis dili) və Tərcümə ixtisasları tələbələrinin birgə hazırladığı tədbirdə hər iki ixtisasın 20 illik fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. Sonda tələbələr ingilis dilində bədii qiraət ediblər. Həmçinin ingilis dilində Azərbaycanın xalq mahnısı “Sarı gəlin” ifa edilib və Üzeyir Hacıbəyovun “Arşın mal alan” operettasından musiqili səhnəcik nümayiş olunub.
Tədbir iştirakçılarda xoş ovqat yaradıb.
Badəm MƏMMƏDOVA