23 Dekabr 2024, Bazar ertəsi

Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə tədrisi kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Yelena Vladimirovna Brızqalina Naxçıvan Dövlət Universitetinə mühazirə demək üçün dəvət olunub. Universitetin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində təşkil edilən mühazirələr iki gün davam edib.

Mühazirədən əvvəl universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək bildirib ki, belə tədbirlərin keçirilməsi tələbələrin nəzəri biliklərinin daha da genişləndirilməsinə imkan yaradır.
Mühazirənin ilk günü “XXI əsr elminin, xüsusiyyətləri: fəlsəfə aspektləri”mövzusundan bəhs edilib. XXI əsrdə elmin, texnikanın inkişafı ilə bağlı elm qarşısında duran vəzifələr, yeni dövrdə elmin başlıca məqsədləri, cəmiyyətin tənzimlənməsindən danışılıb.
“Müasir universitet müəllim və tələbələrinin fəlsəfi düşüncələri” adlanan mühazirədə isə universitet təhsili xüsusiyyətləri, məqsədi, vəzifələri, cəmiyyətin müxtəlif sahələrində tətbiqi ­vurğulanıb.
Yelena Vladimirovna Brızqalina Naxçıvana səfəri çərçivəsində Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə də müəllim və şagirdlər ilə görüşüb.
Naxçıvan şəhəri ilə tanışlıq müddətində “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və Duzdağ Fizio­terapiya Mərkəzində olan qonaq Naxçıvanın gözəlliyinə heyranlığını dilə gətirib, buranın tarixi abidələrlə zəngin qədim şəhər olduğunu qeyd edib.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR