23 Dekabr 2024, Bazar ertəsi

Türkiyə Respublikasının Naxçıvandakı Baş konsulu Mehmet Emin Kiraz AMEA Naxçıvan Bölməsində olub.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibətlərindən danışıb. O, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini xatırladaraq ­ölkələrimizin hər zaman bir-birlərinə dəstək verdiklərini deyib.
Akademik, həmçinin qonağa bölmənin yaranma tarixi və müxtəlif profilli institutlarında aparılan elmi-tədqiqat işləri barədə məlumat verib, həmin araşdırmaların əhəmiyyətindən söz açıb. Qeyd olunub ki, bölmənin müxtəlif institutlarında qədim diyarın tarixi, abidələri, mədəniyyəti, təbii ehtiyatları, biomüxtəlifliyi tədqiq və təbliğ olunur. Diqqətə çatdırılıb ki, bölmənin fəaliyyəti dövründə plandan əlavə olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi, diqqət və qayğısı ilə elmi əhəmiyyətli məlumat nəşrləri, fundamental tədqiqat əsərləri nəşr olunub.
Son illərdə iki qardaş ölkə arasında elmi əlaqələrin genişləndiyini vurğulayan bölmə sədri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Görkəm­li rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 17 oktyabr və “Görkəmli alim Baba Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqında” 2018-ci il 29 ok­tyabr tarixli sərəncamlarından, birgə tədqiqatların əhəmiyyətindən bəhs edib.

Görüş çərçivəsində çıxış edən AMEA-nın müxbir üzvləri – Fəxrəddin Səfərli və Əbülfəz Quliyev Türk Cümhuriyyəti Baş Nazirliyinin Osmanlı Arxivində saxlanılan Naxçıvanla əlaqədar mühüm tarixi sənədlərin əhatəli elmi araşdırmalara cəlb olunması, həmçinin Türk Dil Qurumunun yeni yayılan kitablarının əldə edilməsi, o cümlədən qardaş ölkənin muzey və kitabxanalarında Baba Nemətullah Naxçıvaninin əlyazma nüsxələrinin elek­tron variantının əldə edilməsinin zəruriliyini ­bildiriblər.
Naxçıvan Bölməsi ilə tanışlıqdan məmnunluğunu bildirən Mehmet Emin Kiraz bu elm müəssisəsində görülən işləri yüksək­ ­qiymətləndirib.
Görüş zamanı “Naxçıvan: tarixi və abidələri” və “AMEA Naxçıvan Bölməsi haqqında” (Azərbaycan və ingilis dillərində) kitablar qonağa hədiyyə olunub. Baş konsul isə “Böyük Səlcuqlu Mirası” adlı kitabı bölməyə təqdim edib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR