23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi mayın 20-də 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəs­sisələrinə I və IV ixtisas qrupları üzrə qəbul olmaq istəyən abituriyentlərin qəbul imtahanını keçirib.
Respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində, ümumilikdə, 62 binada aparılan imtahanların idarə olunmasına 229 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2603 nəzarətçi-müəllim cəlb edilib. Abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb, binaların girişində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün “stasionar metalaxtaran aparat”lar quraşdırılıb.
Məlumat üçün bildirək ki, imtahanda 33 min 139 abituriyent iştirak edib. Onlardan 28 min 55 abituriyent I, 5084 abituriyent isə IV qrup üzrə imtahan verib. Abituriyentlərin 30 min 356 nəfəri Azərbaycan bölməsinin, 2783 nəfəri isə rus bölməsinin məzunlarıdır. Onlardan 20 min 108 nəfəri oğlan, 13 min 31-i qızdır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-da başlayıb və 3 saat davam edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təhsilin hərtərəfli inkişafı üçün sistemli tədbirlər həyata keçirilir. Bu sahədə görülən işlər ölkəmizin intellektual gələcəyinə hesablanmış məqsədyönlü dövlət proqramlarının ana xəttini təşkil edir. Bu baxımdan “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 mart tarixli Sərəncamı da böyük əhəmiyyət daşıyır.

Sərəncama əsasən Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, eləcə də ali və orta ixtisas təhsili müəssisələrinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində nümunəvi dərslər təşkil edilir. Hər pedaqoq-alimin ayda bir dəfə belə nümunəvi dərs keçməsi elmi dərəcəsi olan müəllimlərlə orta təhsil müəssisələri arasındakı əlaqələri gücləndirir, eyni zamanda şagirdlərdə tədris olunacaq fənlərə yeni yanaşma tərzi aşılayır, onların gələcək peşə seçimlərində düzgün qərar vermələrinə müsbət təsir göstərir. Sərəncamdan irəli gələn vəzifələrin icrasına uyğun olaraq müxtəlif ixtisaslar üzrə elmi dərəcəyə malik kadrların məhz vaxtilə təhsil aldıqları, məzunu olduqları ümumtəhsil məktəblərində tədrisə cəlb edilmələri isə müəllim-şagird kontingentində doğmalıq hissi ilə yanaşı, tədris mühitində yeni ab-havanın yaranmasına da öz təsirini göstərir. Keçilən bu cür dərsləri izləmək marağı yaxın günlərdə bizi də belə bir dərsin iştirakçısına çevirdi. Belə ki, bir neçə gün bundan əvvəl Kəngərli rayon Qarabağlar kənd 2 nömrəli tam orta məktəbdə AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutu Dilçilik şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayıl tərəfindən aparılan “Ana dilinin saflığı” mövzusunda nümunəvi dərsdə iştirak etdik.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazir­liyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının tələbələri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ədliyyə ­naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirlik hər il öz iş planına tələbələrin hamiliyi ilə bağlı bənd daxil edir və onlarla görüşlər keçirilir.
Diqqətə çatdırılıb ki, iki gün ərzində tələbələr nazirliyin aparatında, Penitensiar Xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində və Naxçıvan Şəhər Bələdiyyəsində olub, bu qurumların iş fəaliyyəti ilə yaxından maraqlanıblar.
Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Suliddin Əliyev bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə Bələdiyyələrlə İş Mərkəzinin rəis əvəzi, I dərəcəli ədliyyə qulluqçusu Cəfər Zülfüqarov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək aidiyyəti sahələr üzrə tələbələrə ətraflı məlumat veriblər.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri ­Suliddin Əliyev yekun vurub.

 Nail ƏSGƏROV

Dünən AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında növbəti interaktiv dərs təşkil olunub. Dərsdə çıxış edən AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev yerin süni peykləri haqqında geniş məlumat verib.
Bildirilib ki, yerin süni peykləri bir çox elmi və praktik məsələləri həll edə bilən müstəqil kosmik uçuş cihazlarıdır. Yerin ilk süni peyki orbitə 1957-ci il oktyabr ayının 4-də çıxarılıb. Onun forması kürə şəklində, diametri 580 millimetr, çəkisi 83,6 kiloqram olub. Dünyanın ilk süni peyki kosmik fəzada üç aya yaxın fəaliyyət göstərib. Sonrakı illərdə elm və texnologiyanın daha da sürətli inkişafı nəticəsində süni peyklərin sayı xeyli çoxalıb. Hazırda kosmosda minlərlə süni peyk vardır və onların sayı hər il daha da artır.
Məlumat verilib ki, bu gün artıq Azərbaycan da milli telekommunikasiya peykinə malik olan ölkələr arasındadır. Belə ki, ölkəmizin ilk peyki olan “Azerspace-1” 2013-cü ildən kosmik fəzada uğurla fəaliyyət göstərir. Bununla yanaşı, yaxın vaxtlarda 2-ci süni peykin də orbitə çıxarılması nəzərdə tutulur. Ölkəmizdə kosmik sənayenin yaradılması və süni peyklərin orbitə çıxarılması, ilk növbədə, informasiya mübadiləsində xarici ölkələrdən asılılığın aradan qaldırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi, elm tutumlu yeni layihələrin həyata keçirilməsi və nəticə etibarilə, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması istiqamətində aparılan işlər arasında strateji əhəmiyyətə malikdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə slaydlar vasitəsilə aparılan interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib.

 Nail ƏSGƏROV

Məlum olduğu kimi, aprel ayının 28-29-da Bakı şəhərində Azərbaycan Respublikası Vergilər Nazirliyi və Auditorlar Palatası da daxil olmaqla, nüfuzlu birlik və təşkilatların dəstəyi ilə 2-ci Milli Mühasibat Forumu keçirilib.
Həmin forumda mühasibatlıq və vergi sahəsində yazılmış 50-yə yaxın kitab müsabiqəyə buraxılıb. Vergi qanunvericiliyi sahəsində yazılmış kitablar arasında Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı və “Naxçıvan” Universitetinin müəllimləri İsmayıl Bağırovun və Təbiət Tağıyevin “Vergi məcəlləsinin xüsusi hissəsinin praktik izahı” adlı kitabı birinci yerə layiq görülüb. Dünən “Naxçıvan” Universitetində həmin kitabın təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq müəllifləri təbrik edib, kitabın elmi məziyyətlərindən danışıb. Bildirilib ki, dərs vəsaitində Azərbaycan Respublikasının vergi sisteminin strukturu, ölkədə fəaliyyət göstərən bütün vergi növləri maddələrlə izah edilib, vergilərin hesablanması sahəsində müxtəlif məsələlərin həlli nümunələri öz əksini tapıb. Hər bir fəslin sonunda isə istifadəçilərin, xüsusən də vergi orqanlarında işləmək arzusunda olan namizədlərin sərbəst hazırlığı üçün mövzulara aid test tapşırıqları və praktik məsələlər verilib. Dərs vəsaiti iqtisadi ixtisaslar üzrə təhsil alan tələbələr, magistrlər, doktorantlar, müəllimlər, mühasiblər, iqtisadçılar, vergi sistemi işçiləri, həmçinin vergitutmanın əsaslarını müstəqil surətdə öyrənmək istəyənlər üçün nəzərdə tutulub.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində II Milli Mühasiblər Forumunda “Mühasibat uçotu” nominasiyası üzrə qalib olan “Mühasibat uçotu” adlı kitabın təqdimatı keçirilib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidməti və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
Tədbirdə əcnəbi tələbələr iştirak ediblər. Naxçıvan Biznes Mərkəzində təşkil olunan tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq ulu öndərimizin təhsilin inkişafı sahəsində gördüyü işlərdən, qazanılan uğurlardan, muxtar respublikada son illərdə bu sahə ilə bağlı əldə edilən nailiyyətlərdən danışıb. O bildirib ki, ümummilli liderimizin bu gün də uğurla davam etdirilən təhsil siyasəti məktəblərdə təlim şəraitinin yaxşılaşmasına, tədrisin keyfiyyətinin yüksəlməsinə və müəllimlərin pedaqoji ustalığının artmasına səbəb olub.
Xidmətin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Şahin Nəbiyev çıxışında deyib ki, mövcud sabitlik, artan sosial-iqtisadi inkişaf, miqrantların hüquq və azadlıqlarının qorunması istiqamətində görülən işlər nəticəsində muxtar respublikaya miqrant axını ilbəil artır. Qeyd edib ki, multikultural dəyərlərin hakim olduğu Naxçıvanda yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və vəzifələri ilə bağlı qanunvericiliyin öyrədilməsi məsələsi xidmətin diqqət mərkəzində saxlanılır və bu istiqamətdə həyata keçirilən tədbirlər olduqca əhəmiyyətlidir.

Ardını oxu...

Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Naxçıvan şəhər ümumtəhsil müəssisələrini əhatə edən respublika fənn olimpiadasının final mərhələsi keçirilib.
9-11-ci sinif şagirdlərinin cəlb olunduğu və üç mərhələni əhatə edən respublika fənn olimpiadasının fevral ayının 4-də keçirilmiş birinci rayon-şəhər mərhələsində muxtar respublikadan 700 şagird, aprel ayının 7-də keçirilmiş yarım­final turunda isə 226 şagird iştirak edib.
41 şagirdin iştirak etdiyi üçüncü – final mərhələsi 8 fənn üzrə keçirilib. Şagirdlərə ayrı-ayrı fənlər üzrə açıqtipli suallar təqdim edilib. Sualların cavablandırılmasına 2-4 saat vaxt ayrılıb. Hər bir fənn üzrə sualların 70 faizinə düzgün cavab yazan şagird mərhələni keçmiş hesab olunur.
Onu da qeyd edək ki, olimpiadalar­ın respublika mərhələsinin final turunun qalibləri respublika təşkilat komitəsi tərəfindən qızıl və gümüş medallar, diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunacaq, digər şagirdlərə isə sertifikat təqdim ediləcək. Həmçinin hər fənn üzrə olimpia­daların ən uğurlu şagirdi seçilərək “Birincilərin birincisi” nominasiyası ilə təltif olunacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

Artıq onuncu ildir ki, rus dili və ədəbiyyatı fənni üzrə VII-VIII sinif şagirdləri arasında ümumrespublika olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə zona turniri keçirilir.
Qeyd edək ki, olimpiadanın təşkilatçıları Rusiya Federasiyasının Azərbaycandakı səfirliyi, “Rossotrudniçestvo” Agentliyinin Azərbaycandakı nümayəndəliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycanın Rusdilli Təhsil Müəssisələri Müəllimləri Assosiasiyasıdır.
Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə təşkil olunan olimpiada başlanmazdan əvvəl şagirdlərin ifasında ədəbi-bədii proqram təqdim edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşı Mahir Əliyev, məktəbin direktoru Samirə İsmayılova çıxış edərək qonaqları salamlayıb, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıblar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın “Naxçıvan yallıları və türk musiqi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq qeyd edib ki, Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Diqqətə çatdırılıb ki, xalq yaradıcılığının ən geniş yayılmış növlərindən biri yallılardır. Rektor kitabın yallılarımızın yaşadılması və qorunması baxımından çox dəyərli mənbə olduğunu vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova çıxışında bildirib ki, nəşrdə Naxçıvan yallıları ilə türk musiqi mədəniyyətinin müqayisəsi əsasında xalq musiqi sisteminin mükəmməlliyi, bütövlüyü, janr sisteminin qarşılıqlı əlaqələri şərh olunur.
Xalq çalğı alətləri kafedrasının müəllimi Zeynəb Yusifova Naxçıvan və türk yallılarının ecazkar musiqilərindən bəhs edərək diqqətə çatdırıb ki, Azərbaycan rəqs sənətinin geniş yayıldığı və ən qədim rəqs elementlərimizin yaşadıldığı diyarlarımızdan biri Naxçıvandır. Tədbirin sonunda kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq ifadə edib.

Nərmin CABBAROVA

Naxçıvan şəhərindəki Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Nicat Əsədlinin yenicə nəşr olunmuş  kitabını – “Sevimli dostlarım – kitablar”ı gözdən keçirdikcə məlum olur ki, müəllif son 2-3 ildə Azərbaycan və dünya ədəbiyyatının ­görkəmli nümayəndələrinin 70-dən artıq romanını oxuyub və onlar haqqında düşüncələrini yazıb. Elə 14 yaşlı müəllifin həmyaşıdları ilə ilk görüşü olan kitabında da oxuduğu əsərlərin 67-si haqqında qısa düşüncələr əks olunub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Nicat Əsədlinin bu təşəbbüsünü qiymətləndirərək ona məktub göndərib. Həmin məktubda deyilir: – “Ötən il uşaq və gənclərimizi, məktəbliləri oxu mədəniyyətinə təşviq etmək üçün “Oxunması zəruri olan kitablar haqqında” Sərəncam verilmişdir. Həmin kitablar barədə qeydlərin sənin və sənin timsalında məktəbli gənclərimizin düz yolda – tarixə, milli kökə bağlılıq yolunda, vətənpərvərlik yolunda yetişməsinin göstəricisidir”. Ali Məclisin Sədri Nicat Əsədlini ilk kitabının nəşr olunması münasibətilə təbrik edib, faydalı təşəbbüsünə görə təşəkkürünü bildirib. Ali Məclisin Sədri adından Nicat Əsədliyə hədiyyə və oxunması zəruri olan kitablar təqdim edilib.
Bu günlərdə Nicatın təhsil aldığı Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə onun kitabının təqdimatına həsr olunmuş tədbirdə 14 yaşlı müəllifə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və təhsil aldığı məktəb tərəfindən fəxri fərman, diplom və hədiyyələr təqdim olunub. Sinif yoldaşlarının Nicata hədiyyələri isə onun oxuduğu kitablardan birinin – Viktor Hüqonun “Səfillər” əsərinin “Kozetta” hissəsini səhnələşdirib təqdim etmələri olub.

Ardını oxu...

Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının dəstəyi” layihəsi çərçivəsində Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə dünən “Təbriz” mehmanxanasında “Peşə təhsili və təlimi, bacarıqların gələcək inkişafı və iqtisadiyyatın rəqabət qabiliyyətinin gücləndirilməsinə dair təcrübə mübadiləsi” adlı seminar təşkil olunub.
Seminarı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Xarici əlaqələr şöbəsinin müdiri Röya Səfərova açaraq qonaqları salamlayıb, seminarın əhəmiyyətini vurğulayıb, tədbir iştirakçılarına uğurlar arzulayıb.
Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas tədbir iştirakçılarını salamlayıb, Naxçıvanda yüksək qonaqpərvərliklə qarşılandıqları üçün minnətdarlığını bildirib, rəhbərlik etdiyi nümayəndəliyin fəaliyyət istiqamətlərindən bəhs edib. Bildirib ki, Avropa İttifaqı Azərbaycan Respublikasında peşə təhsili və təlimi sahəsində davam edən islahatları dəstəkləyir. Bu dəstəyin Naxçıvan Muxtar Respublikasına da faydalı təsirlərini nəzərə alaraq reallaşan seminar Avropa İttifaqının peşə təhsili və təlimi sahəsində ən nümunəvi ­təcrübələrini paylaşmaq, Avropa ­İttifaqının Azərbaycanda peşə təhsili sahəsində davam edən və gələcəkdə planlaşdırılan layihələrini, Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyinin hazırda davam edən və planlaşdırılan tədbirlərini təqdim etmək, Naxçıvan Muxtar Respublikasında peşə təhsili və təlimi sistemində mövcud praktika və qarşıda duran məsələlərlə tanış olmaq məqsədləri daşıyır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun “Axtarışlar” jurnalının cari ildə ilk nömrəsi işıq üzü ­görüb.
Jurnalın Folklorşünaslıq, Ədəbiyyatşünaslıq, Dilçilik, Sənətşünaslıq, Tarix və Biblioqrafiya bölmələrində AMEA Naxçıvan Bölməsinin, Dilçilik İnstitutunun, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Naxçıvan Dövlət Universitetinin və digər elm və təhsil müəssisələrinin əməkdaşlarının araşdırma materialları öz əksini tapıb.
“Axtarışlar”ın yeni sayında “Oğuznamə”lərdə Naxçıvan mühiti”, “Naxçıvan teatrının ilk baş rejissoru”, “Əlincəqala abidəsi və onun memarlıq məsələləri”, “Naxçıvan tüməni”, “Naxçıvan türk-islam memarlığında qədim inşaat sənətinin və ornament motivlərinin izləri”, “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixindən”, “Maarif və mədəniyyət sahəsində Osmanlı-Azərbaycan əməkdaşlığı (1918-ci il)” və digər məqalələr rus və ingilis dillərində xülasələrlə dərc olunub.
Biblioqrafiya bölməsində isə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin “Görkəmli dilçi-türkoloq” adlı məqaləsi yer alıb. Məqalədə Türkiyənin tanınmış dilçi alimi, professor Ahmed Bican Ercilasunun fəaliyyətinin üstün cəhətləri ətraflı işıqlandırılıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Aprelin 28-də görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevının anadan olmasının 95-ci ildönümü tamam olur. Bu münasibətlə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına gəlib. Məktəbin direktoru Valentina Antonenko, dillər üzrə dərs hissə müdiri Lyudmila Arbuzina, informasiya-kommunikasiya texnologiyaları üzrə müəllim Alla Çumak və Ukrayna Təhsil Nazirliyinin əməkdaşı Oksana Zubenko səfər çərçivəsində muxtar respublikanın gəzməli-görməli yerləri ilə tanış olacaq, Kəngərli rayonunda Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində görkəmli alimin 95 illiyi münasibətilə keçiriləcək tədbirdə iştirak edəcəklər.

Ardını oxu...

Olimpiadanın keçirilməsinin məqsədi Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsinin qeyd olunması, yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların bilik səviyyələrinin, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir. Yarışlar başlanmazdan əvvəl Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli və Gənclər Fondunun əməkdaşı Ceyhun Xəlilli çıxış edərək oyunların keçirilmə qaydaları haqqında məlumat veriblər.

Olimpiada “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları və “İntellektual gənc” bilik yarışması üzrə vahid turnir şəklində keçirilib.
“İntellektual gənc” bilik yarışmasında ilk üç pillədə Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Elvina Həsənli, Külüs kənd tam orta məktəbinin şagirdi Simar Əliyev və Biçənək kənd tam orta məktəbinin şagirdi Şəbnəm Seyidova qərarlaşıblar.
“Kim? Nə? Hara?” intellektual oyununda isə qalib adını Biçənək kənd tam orta məktəbinin şagirdi Hərgül Hüseynli qazanıb. Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Məryəm Məmmədli ikinci, Aşağı Qışlaq kənd tam orta məktəbinin şagirdi Nisə Rəcəbli üçüncü olublar.

Ardını oxu...

  Naxçıvanda təhsil sahəsinin inkişafı istiqamətində görülən işlərin miqyası ilbəil artır. İndi yolunuzu muxtar respublikanın hansı yaşayış məntəqəsindən salsanız, orada sizi müasir görkəmi və gözəl tədris şəraiti olan məktəblər qarşılayar. Görülən işlər isə gələcəyimiz olan yeniyetmə və gənclərin savadlı, hərtərəfli dünya­görüşünə malik vətəndaş kimi formalaşmasına, Vətənimizə, xalqımıza layiqli övlad kimi yetişməsinə xidmət edir. Hər il keçirilən qəbul imtahanlarında yüksək nəticələrin əldə olunması belə deməyə əsas verir ki, doğma diyarımızda təhsil sahəsi yüksələn xətlə inkişaf etməkdədir. 

Bu gün Naxçıvanda uğurları ilə seçilən ümumtəhsil məktəbləri çoxdur. Həmin təhsil müəssisələrindən biri də Akademik Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbidir. Ötən günlərdə yolumuzu adıçəkilən məktəbdən salıb yaradılan tədris şəraiti ilə tanış olduq. Bir daha şahidlik etdik ki, muxtar respublikamızda aparılan kompleks quruculuq işlərindən bu təhsil ocağına da pay düşüb. Burada yaradılan şərait təhsil ocağında da tədrisin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan verib. 2005-ci ildə məktəb binası əsaslı şəkildə təmir olunub, təhsil ocağına görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın adı verilib. Akademikin xatirəsi bu təhsil ocağında da daim əziz tutulur. İl ərzində burada Zərifə xanımın həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilir, şagirdlər arasında görkəmli oftalmoloqun tibb elminə gətirdiyi yeniliklərdən bəhs olunan müsabiqələr, bilik yarışları və viktorinalar təşkil olunur. Sevindirici haldır ki, məktəbin şagirdləri arasında tibb elminə maraq göstərənlərin də sayı ilbəil artır.

Ardını oxu...

“Gənclik” Mərkəzində Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı olması ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən “Milli musiqilərimiz gənclərin səsi ilə” devizi altında Naxçıvan Musiqi Kollecinin gənc ifaçılarının konsert proqramı təşkil edilib.
Konsertdə bir-birindən rəngarəng xalq və bəstəkar mahnıları səsləndirilib. Tədbirdə muxtar respublikada təhsil alan əcnəbi tələbələr, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, Heydər Əliyev adına Hərbi Liseyin kursantları, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının əsgərləri olmaqla, ümumilikdə, 410 gənc iştirak edib.
Tədbir Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Mədəniyyət nazirlikləri, Gənclər Fondu və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

 Ceyhun MƏMMƏDOV

Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə yeni layihə çərçivəsində ilk iclas keçirilib.
Bakı Biznes Universitetinin təşkilatçılığı ilə Bakı şəhərində ke­çirilən iclasda “Naxçıvan” Universitetinin rektoru professor İsmayıl Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və Xarici dillər fakültəsinin müəllimi Könül Babayeva iştirak ediblər. Tədbirdə “Naxçıvan” Universitetinin təqdimatı nümayiş etdirilib, layihə çərçivəsində görüləcək işlər müzakirə olunub.
Məlumat üçün qeyd edək ki, layihənin yaradılmasında məqsəd keyfiyyət təminatı mərkəzləri mövcud olan universitetlərdə onları yenidən qurmaq, iş prinsiplərini Avropa standartlarına uyğunlaşdırmaq, digər universitetlərdə isə yeni belə mərkəzlər yaratmaqdan ibarətdir. Layihə çərçivəsində bu sahədəki beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi məqsədilə təlimlər keçiriləcək. Avropanın 4 ali təhsil ocağı ilə yanaşı, Azərbaycanın 11 universitetinin nümayəndə heyəti də həmin təlimlərə cəlb olunacaq. Bundan başqa, Litvanın EKT akkreditasiya təşkilatı tərəfindən Bakı Biznes Universiteti ilə birgə layihə tərəfdaşlarının işçi heyətlərinə, tədrislə əlaqəli əməkdaşlarına biraylıq təlimlər keçiriləcək. Layihə çərçivəsində mükəmməl idarəetmə sisteminin formalaşdırılması məqsədilə onlayn platforma yaradılacaq.

Nuray ƏSGƏROVA

Türkiyənin Qars şəhərində Qafqaz Universitetləri Elm və Mədəniyyət festivalı keçirilib. Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin 15 nəfərlik tələbə-müəllim heyəti festivalda iştirak edib.
Festivalda Türkiyə Cümhuriyyətinin, Azərbaycanın, Rusiyanın, Türkmənistanın, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın və İran İslam Respublikasının ali məktəblərinin rəqs və musiqi qrupları çıxış ediblər. Naxçıvan Dövlət Universitetinin “Buta” instrumental ansanblının ifasında da rəngarəng musiqi nömrələri səsləndirilib, ifa festival iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Proqram çərçivəsində Qafqaz Universitetləri rektorlarının birgə toplantısı keçirilib. Qonaqlar Qarsa məxsus gəzməli-görməli yerlər ilə tanış olublar. Sonda Qars Qafqaz Universitetinin rektoru, professor Sami Özcan tərəfindən festival iştirakçılarına sertifikatlar təqdim olunub.

Səadət Əliyeva

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək bildirib ki, Naxçıvan ərazisində “Kitabi-Dədə Qorqud” dastanındakı çoxsaylı yer-yurd adları bu regionun qədim Oğuz yurdu, Azərbaycan torpağı olduğunu bir daha təsdiq edir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 25 iyul tarixli Sərəncamı ilə “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin Naxçıvan Muxtar Respublikasında qeyd edilməsi ilə bağlı təsdiq edilən Tədbirlər Planı”na əsasən əhəmiyyətli tədbirlər həyata keçirilib. 2016-cı ildə bölmədə yaradılan işçi qrupu tərəfindən “Dədə Qorqud yurdu – Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas”ın hazırlanması da bu istiqamətdə görülən işlərin uğurlu davamıdır.
Diqqətə çatdırılıb ki, atlasda Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanlarının Naxçıvanla bağlılığı araşdırılıb, bu bölgə ilə bağlı adıçəkilən yer adlarının coğrafi xəritəsi verilib.
Qeyd olunub ki, atlas iki bölmədən ibarətdir. Birinci bölmədə tarixi­-coğrafi, ikinci bölmədə isə etnoqrafik atlas əksini tapıb. Azərbaycan, ingilis və rus dillərində olan atlasa 51 tarixi­-coğrafi söz, 239 ifadə və deyimi özündə əks etdirən xəritələr daxil edilib.
Tədbirdə bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov və Tarix, Etno­qrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov çıxış edərək yeni nəşrin əhəmiyyətindən bəhs ediblər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “İstedad – XXI əsr” kurslarının təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri üçün test-sınaq imtahanı ­keçirilib.
Ənənəvi olaraq təşkil edilən belə imtahanlarda məqsəd şagirdlərin biliklərinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanda şagirdlərə V-VIII siniflər üçün səkkiz fənn olmaqla, 70-100, IX-XI siniflər üçün isə dörd qrup üzrə beş fəndən 125 sual təqdim edilib. Bütün məktəblər üçün eyni vaxtda – səhər saat 930-da başlayan imtahanda şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb. Sualların cavablandırılması üçün V-VIII sinif şagirdlərinə 2 saat yarım, IX-XI sinif şagirdlərinə isə 3 saat vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, muxtar respublikanın bütün ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdiyi test-sınaq imtahanında onlara iş nömrəsi verilib və kodlaşma aparılıb. Nəticələri həmin iş nömrəsi vasitəsilə ­www.istedad21.com saytından öyrənmək mümkün olacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

Naxçıvan Müəllimlər İnstitutunda muxtar respublikanın qabaqcıl müəllimlərinin və uşaq bağçaları əməkdaşlarının iştirakı ilə keçirilən konfransın plenar iclasını institutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli açıb.

O, təhsil kurikulumlarının tədrisə tətbiqinin əhəmiyyətindən bəhs edərək bildirib ki, artıq öz bəhrələrini verməkdə olan fənn kurikulumları muxtar respublikanın bütün tam orta məktəblərində yeni metod kimi tətbiq edilir. Bunun üçün fənn müəllimləri və muxtar respublikanın uşaq bağçalarında çalışan tərbiyəçi və müəllimlər üçün kurslar təşkil edilir.
Plenar iclasda institutun Kurikulum mərkəzinin müdiri Tamara Baxşəliyevanın “Uşaq şəxsiyyəti formalaşdırılmasında kiçik qruplarla işin əhəmiyyəti”, Naxçıvan Qarnizonu tam orta məktəbinin ibtidai sinif müəllimi Gülxarə Tarverdiyevanın “İbtidai siniflərdə riyaziyyat fənnindən “Dördbucaqlılar” mövzusunda dərs nümunəsi”, Naxçıvan şəhərindəki 14 nömrəli tam orta məktəbin müəllimi, Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi İmmi Hüseynovanın “Azərbaycan tarixi fənnindən “Azərbaycan Xalq Cümhuriyyətinin sosial-iqtisadi və mədəni tədbirləri” mövzusunda dərs nümunəsi”, Naxçıvan şəhər 5 nömrəli uşaq bağçasının müəllimi Cəmilə Hüseynovanın “Məktəbəqədər müəssisələrdə kurikulumların tətbiqi yolları”, Ordubad rayonunun Dəstə kənd tam orta məktəbinin müəllimi Hüseynəli Bağırovun “Azərbaycan tarixi dərslərində fənlərarası inteqrasiya” və başqa mövzularda məruzələr dinlənilib.

Ardını oxu...

Muxtar respublikamızda təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi prioritet məsələdir. 2018-ci ilin ötən dövründə Culfa rayon Dizə və Şərur rayon Ərəbyengicə kənd tam orta məktəblərinin yeni binası istifadəyə verilmiş, Naxçıvan şəhər 6 nömrəli tam orta məktəbdə isə tikinti işləri başa çatdırılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Naxçıvan şəhərində yerləşən muzeylər arasında 4, AMEA Naxçıvan Bölməsi ilə 4 və Ekoloji Tərbiyə Mərkəzi ilə 2 interaktiv dərs keçilmişdir. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində 617 saat nümunəvi dərs tədris olunmuşdur. Məktəblilərin fənn olimpiadasının rayon mərhələsində 652 şagird iştirak etmiş, onlardan 226-sı respublika mərhələsinin yarımfinalında təmsil olunmaq hüququ qazanmışdır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən Heydər Əliyev lektoriyаsının növbəti, sayca ­ 78-ci məşğələsi “Ümummilli lider Heydər Əliyev və Azərbaycan Respublikasının təbiəti” mövzusuna həsr olunub.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev ulu öndər Heydər Əliyevin Azərbaycan təbiətinə daim xüsusi önəm verdiyini söyləyib. O, dahi şəxsiyyətin ətraf mühitin mühafizəsi, ondan səmərəli istifadə edilməsi üçün müxtəlif illərdə qəbul etdiyi qanun və qərarlardan, görkəmli dövlət xadiminin təşəbbüsü ilə ölkəmizdə qoruq və yasaqlıqların yaradılmasının əhəmiyyətindən danışıb.

Ardını oxu...

Aprelin 13-də və 14-də Türkiyənin Ərzurum Atatürk Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının ­ 95-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Türk dünyası” mövzusunda beynəlxalq elmi simpozium keçirilib.
Simpozium iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş sərgiyə baxıblar.
Dövlət himnləri səsləndirildikdən sonra Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömer Çomaklı çıxış edərək rəhbərlik etdiyi ali təhsil ocağında belə bir konfransın keçirilməsinin qürurverici olduğunu diqqətə çatdırmış, ulu ­öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan əlaqələrinin yaradılması və inkişafı sahəsindəki xidmətlərindən, eləcə də müasir dövrdə ikitərəfli münasibətlərin inkişafı sahəsində görülən işlərdən danışmışdır.

Ardını oxu...

Şərur Rayon Mədəniyyət Evində Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Şərur rayon birinciliyi keçirilib.

Olimpiadanın keçirilməsinin məqsədi yeniyetmələrin intellektual fəaliyyətə cəlb edilməsi, onların bu sahədə bilik və bacarıqlarının artırılması, intellektual səviyyələrinin, dünyagörüşlərinin formalaşdırılması, asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
Olimpiada çərçivəsində oyunlar “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları və “İntellektual gənc” bilik yarışması üzrə vahid turnir şəklində təşkil­ edilib.
“İntellektual gənc” bilik yarışmasında ilk üç pillədə Oğlanqala kənd tam orta məktəbinin şagirdi Qızıllı Vəliyeva, Kürkənd tam orta məktəbinin şagirdi Səlimə Vəliyeva və Şərur şəhər 1 nömrəli tam orta məktəbin şagirdi Zəhra Cəfərova qərarlaşıblar.
“Kim? Nə? Hara?” intellektual oyununda Siyaqut kənd tam orta məktəbinin şagirdi Teymur İsmayıllı rəqiblərini qabaqlayıb. Şərur şəhər 2 nömrəli tam orta məktəbin şagirdi Nihad Quliyev və Çərçiboğan kənd tam orta məktəbinin şagirdi Ülvü Məmmədli ikinci və üçüncü olublar.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin baş redaktorluğu ilə hazırlanan “Xəbərlər” jurnalının builki ilk sayı işıq üzü görüb. İldə dörd dəfə çap olunan jurnalın yeni sayı ictimai və humanitar elmlər seriyasına daxildir.
Nəşrin Tarix, Arxeologiya və etnoqrafiya, Azərbaycan dili, Folklor və ədəbiyyat, İncəsənət, İqtisadiyyat adlı bölmələrində 45 müəllifin müxtəlif səpkili mövzuları əhatə edən elmi məqalələri yer alıb. Belə ki, jurnalda “Naxçıvanın Atropatena dövlətində yeri və roluna dair”, “2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı – Naxçıvan şəhəri”, “Naxçıvantəpə yaşayış yerində arxeoloji qazıntılar”, “Naxçıvan dialekt və şivələrində işlənilən bəzi köməkçi nitq hissələri haqqında”, “Muxtar Qasımzadənin “Nuhçıxandan gəlirəm” və “Yaddaş çırağı” şeirlər silsiləsində Naxçıvan abidələrinin bədii əksi”, “XIX əsrin sonu – XX əsrin əvvəlləri Naxçıvana dair bəzi tarixi əlyazma salnamələri”, “Naxçıvan yallıları: Köçəri yallısı”, “Qastronomiya turizminin Naxçıvan Muxtar Respublikasında inkişaf perspektivləri” və digər məqalələr dərc olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbdə “Sosial şəbəkələrin müsbət və mənfi xüsusiyyətləri” mövzusunda seminar keçirilib.
Şəhər Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov sosial şəbəkələrin əhəmiyyətindən bəhs edib. Sonra isə muxtar respublikanın Gənc­lər və İdman Nazirliyinin əməkdaşı Ayaz Cabbarov hazırlanmış slayd vasitəsilə mövzu ətrafında çıxış edərək bildirib ki, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən də geniş istifadə olunur. Yeni­yetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur və həmin gəzintilər zamanı çəkilən fotoşəkillərə və videoçarxlara gənclər tərəfindən müxtəlif məlumatlar yazı­laraq sosial şəbəkələrdə paylaşılır.
Vurğulanıb ki, sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, mənfi tərəfləri də az deyil. Gənc və yeniyetmələr, xüsusən aludəçilikdən uzaq olmalı, asudə vaxtlarını düzgün ­qiymətləndirməlidirlər.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Hüquqşünaslıq ixtisası Naxçıvan Muxtar Respublikası Prokurorluğunun hamiliyinə verilib.
Aprelin 9-da universitetin bu ixtisas üzrə 2-ci kurs tələbələri Naxçıvan Muxtar Respublikası Prokurorluğunda olublar. Tələbələr buradakı kitabxananın fondu ilə maraqlanıb, prokurorluq orqanlarında müraciətlərin baxılması qaydaları haqqında məlumatlar alıblar. Sonra onlara prokurorluğun kriminalistik avtomaşınının iş prinsipi izah olunub, cinayət işinin istintaqı zamanı aparılan istintaq hərəkətləri, o cümlədən cinayət işinin başlanması, təqsirləndirilən şəxs qismində cəlb­etmə, ittihamı elanetmə qaydaları, dindirmə və üzləşdirmə məsələləri, ittihamın müdafiəsi, istintaq hərəkətlərinin sənədləşdirilməsi haqqında danışılıb, mövzu ilə bağlı slaydlar nümayiş etdirilib.

Ardını oxu...

Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Kəngərli rayon birinci­liyi keçirilib.
Yarışlardan öncə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək olimpiadanın keçirilməsinin məqsədi barədə məlumat verib.
Olimpiada çərçivəsində 4 intellektual oyun – “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları, “İntellektual gənc” bilik yarışması üzrə vahid turnir şəklində keçirilib.
“İntellektual gənc” bilik yarışmasında ilk üç pillədə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin şagirdi Fidan Qasımlı, həmin kəndin 1 nömrəli tam orta məktəbin şagirdi Bilqeys Rüstəmli və Çalxanqala kənd tam orta məktəbinin şagirdi Qaybalı Qaybalıyev qərarlaşıblar.
“Kim? Nə? Hara?” intellektual oyununda Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Ağayar Həsənli birinci, Böyükdüz kənd tam orta məktəbinin şagirdi Tərlan Təmoyeva ikinci, Xok kənd tam orta məktəbinin şagirdi Yəhya Cəfərov üçüncü olublar.

Ardını oxu...

Dünən Naxçıvan Dövlət Texniki Kollecində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə Naxçıvan şəhər ümumtəhsil müəssisələrini əhatə edən respublika fənn olimpiadasının yarımfinal mərhələsi keçirilib.
9-11-ci sinif şagirdləri arasında keçirilən olimpiadanın əsas məqsədi ayrı-ayrı fənlər üzrə xüsusi istedadı olan şagirdlərin aşkarlanması, onların bilik və bacarıqlarının qiymətləndirilməsi, həmin fənlərə olan marağı artırmaqdır.
226 şagirdin iştirak etdiyi yarımfinal mərhələsi riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla, ümumilikdə, 8 fənn üzrə keçirilib. Bacarıqlı, istedadlı, çevik və yaradıcı təfəkkürə malik şagirdlərin işirak etdiyi olimpiadaya 13 nəfər nəzarətçi-müəllim cəlb olunub. Şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Sualların cavablandırılmasına humanitar fənlər üzrə 90, dəqiq fənlər üzrə isə 180 dəqiqə vaxt ayrılıb. Hər sual 1 balla qiymətləndiriləcək. Hər bir fənn üzrə 25 sualdan ən azı 20-nə düzgün cavab yazan şagird mərhələni keçmiş hesab olunur və o, final mərhələsinə yüksəlir.
Onu da qeyd edək ki, olimpiadaların respublika mərhələsinin yarımfinal turunun qalibləri yerli təşkilat komitələri, final turunun qalibləri isə respublika təşkilat komitəsi tərəfindən qızıl və gümüş medallar, diplom, tərifnamə, qiymətli hədiyyələr ilə təltif olunacaqlar.
Final mərhələsinin qalibləri diplom və medallarla təltif olunacaq, digər şagirdlərə isə iştirakçı sertifikatı təqdim ediləcək. Həmçinin hər fənn üzrə olimpiadaların ən uğurlu şagirdi seçilərək “Birincilərin birincisi” nominasiyası ilə təltif olunacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsinin Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasının tələbələri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində olublar.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, ­general-mayor Səxavət Salmanov qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş müstəqil dövlətimiz Prezident cənab İlham Əliyevin məqsədyönlü siyasi fəaliyyəti nəticəsində inamla irəliləyir. Ölkə başçısının fəaliyyətinin ana xəttini təhlükəsizlik, ictimai-siyasi sabitlik, iqtisadiyyatda dinamik inkişaf, dövlət­-xalq birliyi, ordu quruculuğu təşkil edir. Xidmət rəisi görüşün aprel döyüşlərində qazandığımız qələbənin 2-ci ildönümündə keçirildiyini diqqətə çatdıraraq vurğulayıb ki, dördgünlük qələbə xalqımızın zəfər tarixidir.
Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov “Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi” mövzusunda çıxış edərək bildirib ki, universitetdə aparılan vətənpərvərlik tərbiyəsi Azərbaycan xalqının və dövlətinin hərb tarixinə, milli dəyərlərə əsaslanır. Əsas məqsəd ondan ibarətdir ki, gənclər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət-ənənələrə hörmət və hərbi­-vətənpərvərlik ruhunda tərbiyə olunsunlar.
Həqiqi hərbi xidmətə çağırış və çağırışqabağı hazırlıq şöbəsinin rəisi, mayor Vüsal Əliyev “Vətəndaşların ilkin hərbi qeydiyyata alınması” mövzusunda çıxışında səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkili barədə məlumat verib.
Sonda “Şəhadət” sənədli filminin nümayişi olub.

Səadət ƏLİYEVA

Ölkəmizin digər bölgələrindən gəlib muxtar respublikanın ucqar yaşayış məntəqələrində fəaliyyət göstərən gənc pedaqoqlar bu fikirdədirlər

“Məktəb, maarif, təhsil işi ilə həmişə sıx bağlı olmuşam... Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməyi, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu mənim prinsipial mövqeyimdir”, – deyən Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin nəzəri irsində və möhtəşəm fəaliyyətində təhsil məsələləri hər zaman mühüm əhəmiyyət kəsb edib. Ulu öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə alıb, yüksək dəyərləndirib. Bu gün Heydər Əliyev yolunun layiqli davamçısı Prezident cənab İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə çatdırmağa nail olub. Ölkə başçısının təhsil sahəsinə olan diqqət və qayğısı bu sözlərlə aydın ifadə olunur: “Bütün işlər məhz məktəbdən başlayır, təhsilə diqqət, müəllimə qayğı həmişə olmalıdır. Bütün dövlət orqanları bu tövsiyələri eşitməli və praktik həyatda bunu təmin etməlidir”. Dövlət başçısının bu aydın mövqeyi, Azərbaycanın qüdrətli sabahına hesablanan tapşırıq və tövsiyələri günümüzdə təhsil sahəsində qazanılan nailiyyətlərin əsas şərtidir.

Bu gün muxtar respublikamızda da prioritet istiqamətlərdən birini təhsilin inkişafı təşkil edir. Modernləşmə və tərəqqi yolunda uğurla addımlayan diyarımızda təhsil sahəsinə böyük qayğı göstərilir. Tikilən və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilən, güclü maddi-texniki bazaya malik müasir təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına, muxtar respublikamızın dinamik inkişafına əvəzsiz töhfədir. Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlər istər müəllimlərin, istərsə də şagirdlərin hərtərəfli inkişafında mühüm rol oynayır. Ucqar dağ və sərhəd kənd məktəblərində kadr çatışmazlığı probleminin həlli də belə tədbirlərin tərkib hissəsidir.

Ardını oxu...

İclası bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib. Akademik çıxışında “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri və təşkilat komitəsinin yaradılması məsələlərindən bəhs edib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov “XI əsrdə Naxçıvanda ədəbi mühit: Qətran Təbrizi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi Naxçıvan diyarının müxtəlif dövrlərdə özünəməxsus ədəbi mühitinin olmasından bəhs edərək XI yüzillikdə yaşamış, ədəbi-bədii yaradıcılığı ilə məktəb yaratmış və ictimai-siyasi fəaliyyəti ilə böyük nüfuz qazanmış Qətran Təbrizinin Naxçıvana səfərindən danışıb. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı suallar cavablandırılıb.
Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyələşdirdiyi qrant layihəsinin yerinə yetirilməsi ilə bağlı layihə rəhbərləri, akademik Tariyel Talıbov, AMEA-nın müxbir üzvləri Əbülfəz Quliyev və Vəli Baxşəliyev çıxış ediblər.
Tədbirdə bölmənin Batabat Astrofizika Rəsədxanasının müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Qulu Həziyev rəhbərlik etdiyi müəssisənin yeni yaradılan www.ameanbbar.nakhchivan.az saytı haqqında ümumi məlumat verib. Bildirib ki, Azərbaycan dilində hazırlanan saytın ingilis dili versiyası üzərində iş aparılır.
İclasda təşkilati məsələlərə baxılıb, cari məsələlər müzakirə olunub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamının icrası istiqamətində AMEA Naxçıvan Bölməsində silsilə tədbirlər keçirilir. Bu məqsədlə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu və Elektron kitabxana tarixi romanların banisi Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanına həsr olunan elmi konfrans təşkil edilib.
Tədbirdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev xalqımızın qədim mədəni irsinin qorunub yaşadılması, inkişafı istiqamətində görülən işlərdən danışıb.
İnstitutun Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, dosent Ramiz Qasımov “Azərbaycan ədəbiyyatının istiqlal romanı: “Qılınc və qələm” mövzusunda məruzə edib. Məruzədə Məmməd Səid Ordubadinin Azərbaycan xalqının və dövlətinin tarixi, mübarizə əzmi barəsində sanballı əsərlər yaratmasından və “Qılınc və qələm” əsərinin ideya-bədii xüsusiyyətlərindən bəhs olunub.
Konfransda həmin institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov, Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, dosent Ələkbər Qasımov və Elektron kitabxananın direktoru Sahab Əliyeva çıxış edərək əsərin əhəmiyyətli məziyyətlərindən danışıblar.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Dövlət İmtahan Mərkəzi aprelin 1-də rezidenturaya qəbul imtahanının birinci mərhələsini keçirib. İmtahan Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada baş tutub. Bütün binalarda eyni vaxtda – saat 1100-da başlayıb 2 saat 30 dəqiqə davam edən imtahanın idarə olunmasına 11 imtahan rəhbəri və 98 nəzarətçi-müəllim cəlb olunub.
Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə Naxçıvan şəhərində imtahan Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin binasında keçirilib. 53 namizədin iştirak etdiyi imtahana 1 imtahan rəhbəri, 6 nəzarətçi-müəllim cəlb edilib ki, nəzarətçilər Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin bazasındandır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2018-ci il 31 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq AMEA Naxçıvan Bölməsi ilə muxtar respublikanın ümumtəhsil məktəbləri arasında “31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür” mövzusunda inter­aktiv dərs keçilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə keçilən növbəti açıq dərsi bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov aparıb. O bildirib ki, ermənilərin Naxçıvanda qətliamlar törətməsinə Andranik Ozanyan, Dro, Njde, Doluxanov və digər cəlladlar başçılıq ediblər. Təkcə Andranikin dəstəsi 4 min piyada, 2 min süvaridən ibarət olub. Dəstə Naxçıvan şəhərində, o cümlədən Babək, Sədərək, Şahbuz, Culfa rayonlarında və digər yaşayış məntəqələrində vəhşiliklər törədib.

Ardını oxu...

Naxçıvan şəhərindəki 1 nömrəli tam orta məktəbdə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri arasında bədii qiraət üzrə şeir müsabiqəsinin muxtar respublika mərhələsi keçirilib.
Müsabiqənin keçirilməsində məqsəd soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, məktəblilərdə vətənpərvərlik, Vətənə məhəbbət hisslərinin yüksəldilməsi, istedadlı şagirdlərin üzə çıxarılmasıdır. Müsabiqənin birinci mərhələsi bu ilin 12-16 mart tarixlərində muxtar respublikanın şəhər və rayonlarında təşkil edilib. Birinci mərhələdə qalib gələn şagirdlər ikinci mərhələdə iştirak etmək hüququ qazanıblar.
Muxtar respublika mərhələsində münsiflər heyətinin qərarına əsasən Naxçıvan Qızlar Liseyinin şagirdi Aytac Hacıyeva qalib adını qazanıb. Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Əminəxatın Qasımova, Babək rayon Kərimbəyli kənd tam orta məktəbinin şagirdi Bahar Mehrəliyeva ikinci, Culfa rayon Gülüstan kənd tam orta məktəbinin şagirdi Ramin Ələkbərov, Kəngərli rayon Böyükdüz kənd tam orta məktəbinin şagirdi Şahin Quliyev isə üçüncü olublar. Bir qrup şagird isə həvəsləndirici yerlərə layiq görülüb.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, fəxri fərmanlar və oxunması zəruri olan kitablar təqdim olunub.
Müsabiqə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Təhsil nazirlikləri və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Qeyd edək ki, tədbirdə Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar 16 mart 2018-ci il tarixdə keçirilmiş inşa yazı müsabiqəsinin qalibləri də mükafatlandırılıblar.

Ceyhun MƏMMƏDOV

Naxçıvan şəhərinin 2018-ci ildə Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş yeniyetmələr arasında intellektual oyunlar olimpiadasının Ordubad rayon birinciliyi keçirilib.
Olimpiada çərçivəsində 4 intellektual oyun – “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı” intellektual oyunları, “İntellektual gənc” bilik yarışması vahid turnir şəklində keçirilib.
Sonda “İntellektual gənc” bilik yarışmasında birinci yerə Dəstə kənd 1 nömrəli tam orta məktəbin şagirdi Züleyxa Cəfərova, ikinci yerə Aşağı Əylis kənd tam orta məktəbinin şagirdi Zöhrə Məmmədova, üçüncü yerə isə Əndəmic kənd tam orta məktəbinin şagirdi Nəriman Rzayev layiq görülüblər.

Ardını oxu...

Şagirdlər muxtar respublikadan xoş təəssüratlarla ayrılıblar

“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyanın iştirakçıları martın 29-da Naxçıvan şəhərində yerləşən tarixi və mədəniyyət abidələri ilə yaxından tanış olublar. Əvvəlcə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksinə gələn tur-aksiya iştirakçılarına muxtar respublikanın ərazisində aşkarlanan tarixi əşyalar haqqında ətraflı məlumat verilib. Sonra məktəblilər Naxçıvan Biznes Mərkəzində olublar.
Naxçıvan şəhərindəki Gənclər Mərkəzi ilə tanış olan tur-aksiya iştirakçıları ilə burada görüş keçirilib. Tədbirdə muxtar respublikanın gənclər və idman naziri Azad Cabbarov, təhsil naziri Məmməd Qəribov və başqaları çıxış ediblər.
Natiqlər ekskursiyanın önəmindən danışaraq bildiriblər ki, Prezident cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən tur-aksiya böyüməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların dünyagörüşünün formalaşması baxımından böyük əhəmiyyətə malikdir.
Vurğulanıb ki, bu gün muxtar respublikada təhsilin inkişafı, bədən tərbiyəsi və idmanın kütləviliyinə nail olunması, müasir idman infrastrukturunun yaradılması, gənclərin idmana marağının artırılması daim diqqət mərkəzində saxlanılır.
Bakı şəhərindən olan məktəblilərin muxtar respublikaya səfərinin onların bu qədim diyarın tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmalarına geniş imkan yaratdığı bildirilib.
Tədbirin sonunda tur-aksiya iştirakçılarına hədiyyələr təqdim olunub.

Ardını oxu...

Sədərək Rayon Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “Sosial şəbəkələrin müsbət və mənfi təsirləri” mövzusunda açıq dərs təşkil edilib.
Rayon Gənclər və İdman İdarəsinin rəisi Etibar Əliyev və Heydərabad qəsəbə tam orta məktəbinin müəllimi Zakir Zamanov tədbirdə çıxış edərək sosial şəbəkələrin yeniyetmə və gənclərə təsirləri barədə danışıblar. Sonra idarənin əməkdaşı Fizuli Məhəmməd bildirib ki, sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əvəzsiz rolu vardır. Bu gün gənclər muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən geniş istifadə edirlər. Bununla belə, unutmaq olmaz ki, sosial şəbəkələr həm də mənfi təsirlər də göstərə bilər. Ona görə də gənclər diqqətli olmalı, bu məsələdə aludəçiliyə yol verməməlidirlər.

 Ceyhun MƏMMƏDOV

Naxçıvan Dövlət Universitetində “Milli-mənəvi dəyərlərimizi yaşadan Novruz adətləri” foto-video müsabiqəsinə yekun vurulub.
Müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Novruz bayramının tarixi və mənəvi əhəmiyyətindən danışıb.
Məlumat verilib ki, tələbələr tərəfindən çəkilən foto-videolar Naxçıvan Dövlət Universitetinin “İnstagram” səhifəsində yerləşdirilib. Ümumilikdə, müsabiqəyə 60-a yaxın foto-video təqdim edilib. Müsabiqədə Novruzun rəmzlərini, adət-ənənələrini, keçirilən mərasimləri əks etdirən materiallar yer alıb. Qaliblər universitetin “İnstagram” səhifəsində ən çox bəyənilən 10 video və foto arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyası üzrə Stomatologiya ixtisası üzrə V kurs tələbəsi Ayşən Məmmədova müsabiqənin qalibi olub. Riyaziyyat-informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günay Qənbərova ikinci, Müalicə işi ixtisası üzrə II kurs tələbəsi Təranə Həsənova üçüncü, Stomatologiya ixtisası üzrə hazırlıq kursunun tələbəsi Mehrnaz Eskandarinia isə həvəsləndirici yerə layiq görülüb. Videomüsabiqənin qalibi isə Kimya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Zeynəb Dünyamalıyeva olub. Tarix müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Günel Həsənli ikinci, Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistr Gülbanı Əliyeva üçüncü, həmin ixtisas üzrə Günay Həsənova isə həvəsləndirici yeri tutub.
Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.
Naxçıvan Dövlət Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov müsabiqələrin keçiril­məsinin tələbələrin dünyagörüşünə müsbət təsir göstərdiyini qeyd edib, müsabiqə iştirakçılarına təbriklərini çatdırıb. Prorektor növbəti müsabiqənin ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunacağını bildirib.

Səadət Əliyeva
Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri

Martın 28-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Şahbuz rayonunda olublar.

Ardını oxu...

Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsinə əsasən respublikamızın şəhər və rayonlarının məktəbliləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın Naxçıvandan olan iştirakçıları martın 26-da Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola düşüblər. Naxçıvanda keçirilən sınaq imtahanlarında yüksək nəticə əldə edən 160 şagird 20 bələdçi-müəllimin müşayiəti ilə tur-aksiya çərçivəsində Bakı şəhərindəki əhəmiyyətli mədəni-tarixi yerlərlə tanış olacaqdır. 

Martın 26-da “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Bakı şəhərinin Nərimanov, Nizami, Pirallahı, Suraxanı, Sabunçu və Xəzər rayonlarından olan 162 məktəbli 18 bələdçi-müəllimin müşayiəti ilə Naxçıvan Muxtar Respublikasına gəlib.
Məktəblilər əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Şagirdlər Naxçıvan Dövlət Xalça Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub, tarixi abidələr haqqında ətraflı məlumat alıblar.
Tur-aksiya iştirakçıları regionun nüfuzlu ali təhsil ocaqlarından biri olan “Naxçıvan” Universitetinə də ekskursiya ediblər.

Ardını oxu...

Gənclərin çağırışaqədərki hazırlığı fənnini tədris edən ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə növbəti təlim toplantısı keçirilib.
Dərslər Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzində təşkil edilib. Toplantı çərçivəsində hərbi-­vətənpərvərlik mövzusunda film və videoçarxlar nümayiş olunub, kütləvi qırğın silahlarından mühafizə vasitələri və onlardan istifadə qaydaları əyani olaraq göstərilib. Fiziki hazırlıq dərsləri zamanı silahlı, silahsız və ikilikdə çalışmalar kompleksi, eləcə də sürət və güc çalışmaları yerinə yetirilib. Təlim mərkəzində hərbi rəhbərlərə müxtəlif atıcı silahların təyinatı, taktiki-texniki xüsusiyyətləri haqqında məlumat verilib. Həmçinin ilk tibbi yardımın göstərilməsi və yaralıların döyüş sahəsindən çıxarılması qaydaları da hərbi rəhbərlərin diqqətinə çatdırılıb. Hərbi rəhbərlər praktik atışları icra edib, əl qumbaralarından atış çalışmalarını yerinə yetiriblər.

Ardını oxu...

Martın 17-də “Ölkəmizi tanıyaq” tur-aksiyasının iştirakçıları Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda olublar.

Ardını oxu...

Muxtar respublikada təhsilin inkişafı diqqətdə saxlanılır. Ötən ay distant dərslərin təşkili davam etdirilib, Ədəbiyyat Muzeyi, Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi, AMEA Naxçıvan Bölməsi və Xatirə Muzeyi ilə ümumtəhsil məktəbləri arasında interaktiv dərslər keçilib.
Müəllimlərin müasir təlim metodlarından, informasiya texnologiyalarından və elektron lövhələrdən istifadə bacarıqlarının təkmilləşdirilməsi məqsədilə muxtar respublika ümumtəhsil məktəblərində fevral ayında 217 saat nümunəvi dərs tədris olunub. Ötən ay ümumtəhsil məktəblərində buraxılış imtahanlarının birinci mərhələsi üçün hazırlıq işləri görülüb, V-VIII siniflər üzrə test-sınaq imtahanları keçirilib. Azərbaycan Respublikası məktəblilərinin Fənn Olimpiadasının rayon (şəhər) mərhələsində 652 şagird iştirak edib, onlardan 226-sı respublika mərhələsinin yarımfinalında iştirak etmək hüququ qazanıb.
Muxtar respublikamızda peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər nəticəsində fevral ayında müxtəlif kurslar üzrə, ümumilikdə, 266 müdavim təhsilini başa vurub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Azərbaycanın dövlətçilik tarixində Vətəninə, xalqına sonsuz məhəbbət və sədaqətlə fədakar və yorulmaz xidmət göstərmiş simalardan biri də Behbud ağa Şahtaxtinskidir. Yüksək intellektə, pak mənəviyyata malik olan Behbud ağa Şahtaxtinski görkəmli dövlət və siyasi xadim olmaqla yanaşı, eyni zamanda dövrünün qabaqcıl jurnalisti və publisisti kimi tanınmışdır. Onun bacarıqlı bir diplomat kimi Azərbaycan xalqı və xüsusən naxçıvanlılar qarşısında ən böyük və danılmaz xidməti sovet hakimiyyətinin ilk illərində ölkəmizin tarixi torpaqlarını qorumaqla Azərbaycanın tərkibində Naxçıvan diyarına muxtariyyət qazandıran Moskva və Qars müqavilələrinin bağlanmasını müvəffəqiyyətlə başa çatdırması olmuşdur. Bu müqavilələr nəticəsində erməni fitnəkarlarının Naxçıvana uzanan əlləri kəsilmişdir.

Çoxcəhətli fəaliyyətə malik olan Behbud ağa Şahtaxtinski görkəmli dövlət xadimi, mahir diplomat olmaqdan başqa böyük publisist idi. O, mətbuat orqanlarının yaranmasına xüsusi diqqət yetirmiş, mətbuatı ictimai həyatda ən yaxşı təkanverici qüvvə kimi qiymətləndirmişdir. XX əsrin əvvəllərində “Nicat” qəzetində, “Azərbaycan” qəzetinin rusca əlavələrində və sair mətbuat orqanlarında əhəmiyyətli məqalələrlə çıxış etmişdir. Behbud ağa Şahtaxtinski Azərbaycan mətbuat tarixinə rusdilli “Balaban” satirik jurnalının yaradıcısı kimi də daxil olmuşdur. O, 1912-1913-cü illərdə İsabəy Aşurbəylinin mətbəəsində çap edilən “Balaban” adlı həftəlik jurnalın redaktorluğu vəzifəsini həyata keçirmişdir. Bu jurnalda Azərbaycanda yaşayan rusiyalıların və rusdilli yerli müəlliflərin gizli imzalarla satirik üslublu məqalələri və eləcə də özünün yazdığı məqalələr çap olunurdu. Bu jurnal qısa vaxtda nəşrini dayandırmasına baxmayaraq, Azərbaycan mətbuatında dərin iz buraxmışdır.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə “Kimyəvi reaksiyaların sürəti. Tarazlıq” mövzusunda növbəti interaktiv açıq dərs keçilib.
Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasının şöbə müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynovun apardığı dərsdə aktivləşmə enerjisi, reaksiyanın sürətinin hesablanması və bu prosesə təsir edən amillər, kimyəvi tarazlıq və ona təsir edən amillər barəsində şagirdlərə ətraflı məlumat verilib.
Qorxmaz Hüseynov maddələrin bir-biri ilə molekullarındakı atomlar arasında kimyəvi rabitələrin qırılması və ya zəifləməsi halında reaksiyaya girdiklərini deyib. O, bu rabitələrin qırılması və ya zəifləməsi üçün müəyyən qədər enerji tələb olunduğunu söyləyib.
Reaksiyanın sürətinə təsir edən amillərdən də danışan alim bildirib ki, reaksiya aktiv maddələrin iştirakı ilə böyük, passiv maddələrin iştirakı ilə isə zəif sürətlə gedir.
Dərs zamanı videoslayd vasitəsilə kimyəvi tarazlığın izahlı testləri şagirdlərin diqqətinə çatdırılıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Naxçıvan Dövlət Universitetində “Azərbaycan folklorunda Novruz” mövzusunda elmi-nəzəri seminar keçirilib.
Seminarı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov bayram münasibətilə müəllim və tələbələri təbrik edib, milli-mənəvi dəyərlərimiz və onlar içərisində xüsusi yeri olan Novruz bayramı haqqında danışıb. Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsünün nəticəsi olaraq ölkəmizdə illərdir Novruz bayramı geniş şəkildə – rəsmi dövlət bayramı kimi qeyd edilir.
“Naxçıvan folkloru və Novruz adət-ənənələri” mövzusunda filologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Nemətova bayramın xalqımız üçün tarixi və mədəni əhəmiyyətindən danışaraq bildirib ki, əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edib, milli adət-ənənələri öz qəlbində yaşadıb.
“Folklorda Novruz çərşənbələri” mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova Novruz bayramının atributlarından sayılan çərşənbələrdən danışıb.
Bildirib ki, kiçik çillə ilə Novruz arasındakı Boz ay qışdan yaza keçid dövrüdür. Xalq arasında bu aya bayram ayı da deyilir. Azərbaycanın ən qədim yaşayış məskəni olan Naxçıvanda çərşənbələr su-torpaq-yel-od ardıcıllığı ilə qeyd edilir.
Elmi-nəzəri seminar diskussiya şəklində davam edib. Sonda Tarix-­filologiya fakültəsi tələbələrinin Novruz bayramı münasibətilə səsləndirdikləri şeirlər dinlənilib.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR