23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında Xalq çalğı alətləri kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyevanın “Naxçıvan yallıları və türk musiqi mədəniyyəti” adlı kitabının təqdimatı keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri açaraq qeyd edib ki, Azərbaycan xalqının milli dəyərlərinin və tarixi yaddaşının bərpasında ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri olub.
Diqqətə çatdırılıb ki, xalq yaradıcılığının ən geniş yayılmış növlərindən biri yallılardır. Rektor kitabın yallılarımızın yaşadılması və qorunması baxımından çox dəyərli mənbə olduğunu vurğulayıb.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülxarə Əhmədova çıxışında bildirib ki, nəşrdə Naxçıvan yallıları ilə türk musiqi mədəniyyətinin müqayisəsi əsasında xalq musiqi sisteminin mükəmməlliyi, bütövlüyü, janr sisteminin qarşılıqlı əlaqələri şərh olunur.
Xalq çalğı alətləri kafedrasının müəllimi Zeynəb Yusifova Naxçıvan və türk yallılarının ecazkar musiqilərindən bəhs edərək diqqətə çatdırıb ki, Azərbaycan rəqs sənətinin geniş yayıldığı və ən qədim rəqs elementlərimizin yaşadıldığı diyarlarımızdan biri Naxçıvandır. Tədbirin sonunda kitabın müəllifi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Aynurə Quliyeva çıxış edərək göstərilən diqqətə görə minnətdarlıq ifadə edib.

Nərmin CABBAROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR