23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazir­liyində Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarının tələbələri ilə görüş keçirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının ədliyyə ­naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirlik hər il öz iş planına tələbələrin hamiliyi ilə bağlı bənd daxil edir və onlarla görüşlər keçirilir.
Diqqətə çatdırılıb ki, iki gün ərzində tələbələr nazirliyin aparatında, Penitensiar Xidmətində, Məhkəmə Ekspertizası Mərkəzində və Naxçıvan Şəhər Bələdiyyəsində olub, bu qurumların iş fəaliyyəti ilə yaxından maraqlanıblar.
Naxçıvan Dövlət Universiteti ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi arasında qarşılıqlı əməkdaşlığı yüksək qiymətləndirən Suliddin Əliyev bu istiqamətdə fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyini vurğulayıb.
Tədbirdə Bələdiyyələrlə İş Mərkəzinin rəis əvəzi, I dərəcəli ədliyyə qulluqçusu Cəfər Zülfüqarov, Məhkəmə Ekspertizası Mərkəzinin rəisi, ədliyyə müşaviri Rafiq Cəfərov çıxış edərək aidiyyəti sahələr üzrə tələbələrə ətraflı məlumat veriblər.
Sonra tələbələrin sualları cavablandırılıb.
Tədbirə Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri ­Suliddin Əliyev yekun vurub.

 Nail ƏSGƏROV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR