23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi məqsədilə yeni layihə çərçivəsində ilk iclas keçirilib.
Bakı Biznes Universitetinin təşkilatçılığı ilə Bakı şəhərində ke­çirilən iclasda “Naxçıvan” Universitetinin rektoru professor İsmayıl Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və Xarici dillər fakültəsinin müəllimi Könül Babayeva iştirak ediblər. Tədbirdə “Naxçıvan” Universitetinin təqdimatı nümayiş etdirilib, layihə çərçivəsində görüləcək işlər müzakirə olunub.
Məlumat üçün qeyd edək ki, layihənin yaradılmasında məqsəd keyfiyyət təminatı mərkəzləri mövcud olan universitetlərdə onları yenidən qurmaq, iş prinsiplərini Avropa standartlarına uyğunlaşdırmaq, digər universitetlərdə isə yeni belə mərkəzlər yaratmaqdan ibarətdir. Layihə çərçivəsində bu sahədəki beynəlxalq təcrübələrin öyrənilməsi və tətbiqi məqsədilə təlimlər keçiriləcək. Avropanın 4 ali təhsil ocağı ilə yanaşı, Azərbaycanın 11 universitetinin nümayəndə heyəti də həmin təlimlərə cəlb olunacaq. Bundan başqa, Litvanın EKT akkreditasiya təşkilatı tərəfindən Bakı Biznes Universiteti ilə birgə layihə tərəfdaşlarının işçi heyətlərinə, tədrislə əlaqəli əməkdaşlarına biraylıq təlimlər keçiriləcək. Layihə çərçivəsində mükəmməl idarəetmə sisteminin formalaşdırılması məqsədilə onlayn platforma yaradılacaq.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR