23 Dekabr 2024, Bazar ertəsi

Aprelin 22-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “İstedad – XXI əsr” kurslarının təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin V-XI sinif şagirdləri üçün test-sınaq imtahanı ­keçirilib.
Ənənəvi olaraq təşkil edilən belə imtahanlarda məqsəd şagirdlərin biliklərinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanda şagirdlərə V-VIII siniflər üçün səkkiz fənn olmaqla, 70-100, IX-XI siniflər üçün isə dörd qrup üzrə beş fəndən 125 sual təqdim edilib. Bütün məktəblər üçün eyni vaxtda – səhər saat 930-da başlayan imtahanda şagirdlərə öz bilik və bacarıqlarını nümayiş etdirmək üçün hərtərəfli şərait yaradılıb. Sualların cavablandırılması üçün V-VIII sinif şagirdlərinə 2 saat yarım, IX-XI sinif şagirdlərinə isə 3 saat vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, muxtar respublikanın bütün ümumtəhsil məktəbləri şagirdlərinin iştirak etdiyi test-sınaq imtahanında onlara iş nömrəsi verilib və kodlaşma aparılıb. Nəticələri həmin iş nömrəsi vasitəsilə ­www.istedad21.com saytından öyrənmək mümkün olacaq.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR