23 Dekabr 2024, Bazar ertəsi

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə bir qrup əməkdaşın “Tərəqqi” medalına və müxtəlif fəxri adlara layiq görülməsini universitetin 50 illik yubileyinə dövlət səviyyəsində yüksək münasibətin daha bir ifadəsi olduğunu deyib.
Vurğulanıb ki, təhsilin inkişafındakı xidmətlərinə və səmərəli fəaliyyətlərinə görə 7 əməkdaşın “Tərəqqi” medalına, 8-nin “Azərbaycan Respublikasının Əməkdar müəllimi”, 16-nın “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi”, 1 əməkdaşın “Əməkdar mədəniyyət işçisi”, 1 əməkdaşın isə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına layiq görülməsi, bütövlükdə, ali təhsil ocağının fəaliyyətinə verilən yüksək qiymətdir. Rektor təltif olunanları təbrik edib və onlara bundan sonrakı elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Ardını oxu...

İtaliyanın Sienna Universitetinin əməkdaşları Naxçıvan Muxtar Respublikasında səfərdədirlər.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il iyulun 27-də imzaladığı Sərəncamın icrası ilə əlaqədar ali təhsil ocaqlarında tələbələrlə mütəmadi görüşlər təşkil olunur. 

Tədbiri giriş sözü ilə institutun rektoru, professor Oruc Həsənli açaraq adıçəkilən sərəncamın imzalanmasından sonra muxtar respublika Təhsil Nazirliyi tərəfindən görülən işlərin gənc müəllim kadrların yetişdirilməsinə verdiyi töhfədən bəhs edib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov çıxış edərək Naxçıvan Müəllimlər İnstitutu ilə əməkdaşlıq çərçivəsində görülən işlərdən danışıb, nazirliyə hamiliyə verilmiş ixtisaslarda təhsil alan tələbələr üçün bütün imkanların səfərbər olunduğunu bildirib.

Ardını oxu...

Azərbaycanın qabaqcıl ali təhsil ocaqlarından olan, müasir təhsil tarixinə mühüm nailiyyətləri ilə imza atan Naxçıvan Dövlət Universiteti 50 illik yubileyini qeyd edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun bu münasibətlə imzaladığı 2017-ci il 14 yanvar tarixli Sərəncam universitetin Azərbaycanda maarifçiliyin və ali təhsil sisteminin inkişafında, ixtisaslı kadrların yetişdirilməsində, elmi və ali təhsil mühitinin formalaşmasındakı roluna verilən yüksək qiymətdir. Yubiley təntənəsini yaşayan ali məktəbin sevincinə daha bir sevinc də qatılıb. Universitet əməkdaşlarının bir qrupu Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2017-ci il 31 oktyabr tarixli sərəncamları  ilə “Tərəqqi” medalı və “Əməkdar müəllim”, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 1 noyabr tarixli Sərəncamı ilə isə bir qrup əməkdaş “Əməkdar müəllim”, “Əməkdar mədəniyyət işçisi” və “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları ilə təltif olunub. Onların ürək sözlərini oxucularımıza da çatdırırıq. 

Surə Seyid – Tədris işləri üzrə prorektor, dosent, “Tərəqqi” medallı: – Doğma universitetimizdə mənimlə birgə çalışan həmkarlarımın təltif olunması, bu sevincdən mənə də pay düşməsi qürurverici bir hadisədir. Təltif olunanlar sırasında qocaman müəllimlərimizlə yanaşı, mənim də adımın olması Naxçıvanda aparılan dövlət gənclər və dövlət qadın siyasətinin parlaq təzahürüdür. Naxçıvan Dövlət Universitetinin məzunu olmağımla fəxr edir və əmin edirəm ki, bundan sonrakı fəaliyyətimlə də ulu öndər Heydər Əliyevin idealarına sadiq qalacaq, ölkəmiz və muxtar respublikamız üçün yüksək­ixtisaslı kadrların hazırlanmasında əlimdən gələni əsirgəməyəcək, elmi mühitimizə yeni tö­h­fələr verəcəyəm.

Ardını oxu...

Naxçıvan Dövlət Film Fondunda Naxçıvan Musiqi Kollecinin müəllim və tələbələrinin iştirakı ilə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin “Hekayələr” kitabının müzakirəsi olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunan “Oxunması zəruri olan kitabların Siyahısı”nda yer alan kitabın müzakirəsi ilə bağlı keçirilən tədbiri giriş sözü ilə kollecin direktoru Günay Əliyeva açıb. O, adıçəkilən sərəncamın gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Tədbirdə kollecin tələbəsi Atikə Həsənli “Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığı” mövzusunda məruzə edərək bildirib ki, görkəmli yazıçı-dramaturq, publisist Cəlil Məmmədquluzadə ədəbiyyat, incəsənət sahəsindəki fəaliyyəti ilə xalqın maariflənməsi idealına xidmət edib.
Vurğulanıb ki, görkəmli ədib həm də milli mətbuatımızın inkişafı və intişarında göstərdiyi mühüm xidmətlərlə yadda qalıb.
Kollecin tələbəsi Səkinə İsmayılova “Cəlil Məmməd­quluzadə hekayələr ustasıdır” mövzusunda çıxış edib. Qeyd olunub ki, görkəmli yazıçı Azərbaycan ədəbiyyatında kiçik hеkayənin böyük ustadı kimi tanınıb. Cəlil Məmmədquluzadənin ədəbiyyat tariximizə bəxş etdiyi “Poçt qutusu”, “Pirverdinin xoruzu”, “Saqqallı uşaq”, “Buz” və digər hekayələri həm də uşaq ədəbiyyatının ən sanballı nümunələridir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə elmi-nəzəri konfrans keçirilib.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbirdə çıxış edərək müasir dövrdə Azərbaycan gənclərinin hərbi-vətənpərvərlik tərbiyəsi məsələsinin mühüm əhəmiyyət daşıdığını və bu mənada, gənc nəsli psixoloji, mənəvi baxımdan hərbi xidmətə hazırlamağın vacibliyini qeyd edib.
Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov “Çağırışaqədərki yaş həddində olan vətəndaşların hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusundakı məruzəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesindən danışıb. Qeyd olunub ki, son illərdə ordu quruculuğu istiqamətində görülən işlər, hərbi sənaye kompleksinin inkişaf etdirilməsi, Silahlı Qüvvələrin müasir əsaslarla komplektləşdirilməsi nəticəsində bu gün ölkəmizdə güclü və qüdrətli ordu formalaşıb. Xidmət rəisi onu da bildirib ki, görülən bu işlər çağırışyaşlı gənclərin hərbi hissələrdə nümunəvi xidmətinə imkan yaradır.
Dövlət Xidmətinin əməkdaşı, mayor Vüsal Əliyev “Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırılması işinin təşkili”, universitetin Çağırışa­qədərki hazırlıq və mülki müdafiə kafedrasının baş müəllimi Cavanşir Zeynallı “Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi” mövzusunda məruzələrlə çıxış ediblər. Çıxışlarda gənclərdə vətənpərvərlik və dövlətçilik hisslərinin gücləndirilməsində onların hərbi-vətənpərvərlik tərbiyəsinin rolundan və bu sahədə həyata keçirilən kompleks tədbirlərdən danışılıb.

Nərmin Cabbarova

Ölkəmizdə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası yeni cəmiyyət quruculuğunun əsasını qoyub. Ulu öndər savadlı və milli dəyərlərə sədaqətli kadrların hazırlanmasını inkişafın ən vacib amili kimi müəyyənləşdirib və bu sahədə sistemli tədbirlər həyata keçirib.

Görkəmli dövlət xadiminin yolunu uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev də təhsilin inkişafına böyük qayğı göstərir. Yeni məktəb binalarının tikilməsi, ali təhsil ocaqları, peşə və orta ixtisas məktəbləri üçün tədris korpuslarının istifadəyə verilməsi gənclərin hərtərəfli təhsil almaları üçün etibarlı zəmin yaradıb. Bunu Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının timsalında da görmək olar.
Dahi rəhbərin 1992-ci ildə Ali Məclisin Sədri işləyərkən, Naxçıvan Qarnizonunun nəzdində orta məktəbin yaradılması haqqında verdiyi qərar burada qulluq edən hərbçilər tərəfindən yüksək qiymətləndirilib. Çünki ulu öndər ölkəmizin digər bölgələrindən Naxçıvana gələn, bu qədim yurd yerinin sərhədlərini qoruyan hərbçilərin övladlarının təhsil almasına, onların savadlı vətəndaş kimi tərbiyə olunmasına böyük əhəmiyyət verirdi.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən qədim tarixə malik kitablar AMEA Naxçıvan Bölməsinə hədiyyə olunub.

Bu münasibətlə keçirilən tədbiri giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq deyib ki, bölmə elmi tədqiqatlarla yanaşı, maddi-mədəniyyət nümunələrinin aşkarlanması ilə də məşğul olur. Tapılan bu qiymətli nümunələr profillərinə uyğun olaraq müxtəlif muzeylərə hədiyyə edilir, bəziləri isə bölmədə saxlanılır.
Akademik bildirib ki, bəzi vətəndaşlar qədim əşyaları, kitabları təqdim etməkdə laqeydlik göstərirlər. Bu cür nadir əşyalar, kitab və əlyazmalar elm və mədəniyyət müəssisələrinə təqdim olunmalıdır ki, lazımınca araşdırılıb təbliğ edilsin. Xalqımızın ulu tarixini özündə əks etdirən maddi-mədəniyyət nümunələri bu müəssisələrdə həm lazımi şəkildə qorunur, həm də məxsus olduğu dövr haqqında əlavə məlumatlar verir.

Ardını oxu...

Fransa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Orelia Buşezin Naxçıvan Muxtar Respublikasına səfəri zamanı əldə olunmuş razılığa əsasən muxtar respublikanın ümumtəhsil məktəblərində dərs deyən fransız dili müəllimləri üçün təkmilləşdirmə təlimləri təşkil olunub. Təlimləri Azərbaycan Dillər Universitetinin dosenti Gülbəniz Camalovanın müşayiət etdiyi fransız mütəxəssis xanım Sandrin Busar-Nillin aparır. Təlimlərin təşkilində məqsəd bu fənni tədris edən müəllimlərin bilik səviyyəsinin daha da yüksəldilməsi, onların yeni təlim metodları ilə tanış ­edilməsidir.
Qeyd edək ki, təlimlər zamanı fransız dili müəllimlərinə tədris prosesində şifahi və yazılı nitqi inkişaf etdirmək məqsədilə Fransanın tarixi, müxtəlif bölgələri, milli mətbəxi, ədəbiyyatı və incəsənəti barədə məlumatların şagirdlərə əyani şəkildə, müxtəlif oyunlar vasitəsilə çatdırılması, habelə leksika ilə bağlı oyunların keçirilməsi üsulları öyrədiləcək.
Təlimlər çərçivəsində Naxçıvanın qədim tarixi abidələri və görməli yerləri ilə tanışlıq olacaq, sonda müəllimlərə sertifikatlar təqdim olunacaq.

Xəbərlər şöbəsi


“Təhsil millətin gələcəyidir”, – deyən ulu öndər Heydər Əliyev xalqın, millətin gələcəyini savadlı, bilikli, hərtərəfli dünyagörüşə malik intellektual gənclərdə görürdü. Dahi rəhbərin siyasi ideyaları ilə inamla addımlayan ölkəmizdə, eləcə də muxtar respublikamızda bu gün təhsilin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Tədrisin keyfiyyətinin yaxşılaşdırılması işi təhsil sahəsində görülən tədbirlərin önündə dayanır. Görülən işlər gələcəyimiz olan gənclərin savadlı, bilikli, cəmiyyətə faydalı vətəndaş kimi yetişmələrinə xidmət edir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində beynəlxalq əlaqələrin inkişaf etdirilməsi və dünya universitetləri ilə əməkdaşlıqların qurulması istiqamətində yeni addımlar atılır. Bu istiqamətdə yeni tədris ilində əldə olunan uğurlardan biri universitetin “ERASMUS+” proqramı çərçivəsində “Azərbaycan universitetlərində tədrisin təkmilləşdirilməsi” layihəsinə qoşulmasıdır.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən beynəlxalq layihənin tərəfdaşları ölkəmizdə fəaliyyət göstərən 8 universitet – Naxçıvan Dövlət, Xəzər, Azərbaycan Dövlət Pedaqoji, Gəncə Dövlət, Sumqayıt Dövlət, Azərbaycan, Azərbaycan Dillər, Bakı Slavyan universitetləridir. Layihənin koordinatoru İspaniyanın Valensiya Politexnik Universitetidir. Layihənin partnyorları sırasında Avropa universitetləri də yer tutur. Finlandiyadan Jyvaskyla, Macarıstandan Debrecen, Avstriyadan Vyana Tətbiqi Elmlər, Türkiyədən Qazi universitetləri qarşılıqlı əməkdaşlığı həyata keçirəcək tərəfdaşlardır. Əsas məqsəd ali təhsil müəssisələrində tədrisin beynəlxalq səviyyəyə uyğunlaşdırılması, bu sahədə qarşılıqlı təcrübə mübadiləsinin aparılması, tədrisdə yeni təlim texnologiyalarından istifadə, Azərbaycanda innovativ əsaslara dayanan yeni tədris mühitinin yaradılmasıdır.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazir­liyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək intellektual oyunun gənclərin intellektual səviyyəsini, dünya­görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək məqsədi daşıdığını bildirib və komandalara uğurlar arzulayıb.
8 komandanın iştirak etdiyi oyun yarımfinal və final mərhələsindən ibarət olub. “Ulduz”, “Loğman”, “Simayi-Şəms” və “Qafqaz” komandaları finala vəsiqə qazanıblar.
Yekunda Naxçıvan Tibb Kollecinin “Loğman” komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin “Ulduz” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Simayi-Şəms” komandası isə üçüncü olub.
Qalib gələn komandalara təşkilatçıların kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim olunub.
İntellektual oyunda 40 nəfər gənc iştirak edib.

Ceyhun MƏMMƏDOV

Bu günlərdə Azərbaycan Dillər Universitetində TEMPUS layihəsinin “CoMoLTE” pro­qramının yekun konfransı keçirilib. Qeyd edək ki, “CoMoLTE” (müasir dil müəllimlərinin tədris konsorsiumu) Avropa Birliyi və tərəfdaş ölkələr Belarus və Azərbaycan arasında çox­tərəfli əməkdaşlıq layihəsidir.
Konfransda “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli, koordinator Elmira Hüseynova, Xarici dillər kafedrasının müəllimləri Könül Babayeva və Sərxan Musayev təmsil ediblər.
Konfransda Münhen Lüdviq Maksi­milian Universiteti, Belarus Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetinin əməkdaşları da iştirak ediblər. Konfransda çıxış edən Münhen Lüdviq Maksimilian Universitetinin əməkdaşı, professor Jörc Roche proqram haqqında ümumi məlumat verib. Nəticələr müzakirə edilib və müxtəlif modullarda yazılmış dərs vəsaitinin tətbiqi barəsində treninqlər təşkil edilib.
Məlumat üçün qeyd edək ki, konfrans 4 gün davam edib.

Nuray ƏSGƏROVA

AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin növbəti iclası keçirilib. Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqazşünaslıq şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Emin Şıx­əliyevin “Beynəlxalq siyasətdə terrorizm” mövzusunda elmi məruzəsi dinlənilib. Məruzədə böyük dövlətlərin geosiyasi maraqlarından, onların siyasi məqsədlərinə çatmaq üçün dünyada yaratdıqları beynəlxalq terrorizm siyasətindən və hədəfin müsəlman ölkələrinə yönəldilməsindən bəhs olunub.
Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov Naxçıvan Bölməsində 2017-ci ildə aparılmış elmi-tədqiqat işlərinə dair hesabatla çıxış edib.
İclasda İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən hazırlanmaqda olan “Baba Nemətullah Naxçıvani: taleyi və sənəti” məqalələr toplusu barədə institutun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev məlumat verib. Alim bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarında və Əlyazmalar Fondunda Azərbaycanın təsəvvüf alimləri sırasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvani ilə bağlı tədqiqatların aparıldığını bildirib.

Ardını oxu...

Ölkəmizdə fəaliyyət göstərən ali təhsil ocaqları sırasında istər tədrisin keyfiyyəti, istərsə də müasir inkişaf yolu və tərəqqi baxımından adı ön cərgələrdə çəkilən Naxçıvan Dövlət Universiteti yarıməsrlik tarixə malikdir. Bu ali təhsil ocağı digərlərindən özünəməxsus ənənələri və nailiyyətləri ilə seçilir. Universitet muxtar respublikada elm və təhsil müəssisələrinin inkişafı və formalaşmasında, onların savadlı, qabiliyyətli kadrlarla təmin olunmasında mühüm əhəmiyyət daşıyır. 

1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan, qazandığı uğurlarla inkişaf mərhələsinin yüksək pillələri ilə irəliləyən Naxçıvan Dövlət Universiteti dünyaya inteqrasiya etmiş müasirtipli ali məktəbdir. Dünya birliyində və ölkənin ali təhsil sistemində özünəməxsus yeri olan universitet daim yeniləşmək və inkişaf etmək istiqamətində tarixi yolunu davam ­etdirməkdədir. Hazır­da bu ali təhsil ocağı beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrindən biri kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “TEMPUS” pro­qramı üzrə 8 beynəlxalq layihənin iştirakçısıdır. Əlavə olaraq universitetdə “Erasmus+” pro­qramı əsasında tələbə mübadiləsi də həyata keçirilir. İndiyədək 30-a yaxın tələbə bu mübadilə proqramı çərçivəsində Avropanın tanınmış universitetlərində təhsil almışdır. Həmçinin Naxçıvan Dövlət Universitetində təhsil alan xarici tələbələrin də sayı kifayət qədərdir. Bu tələbələrin həm muxtar respublika, həm də təhsil aldıqları universitet ilə bağlı təəssüratlarını öyrənmək üçün Naxçıvan Dövlət Universitetinə üz tutduq.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu və muxtar respublika Gənclər və İdman Nazirliyi tərəfindən 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə bağlı təşkil edilən “Azərbaycan, yurdum mənim” bilik yarışının yekun tədbiri keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev və muxtar respublika Gənclər və İdman Nazirliyinin aparat rəhbəri Canməmməd Canməmmədov çıxış edərək muxtar respublikada gənc nəslin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində görülən işlərdən danışıblar.
Qeyd edilib ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından ötən dövr ərzində qədim diyarımızda da uşaq və yeniyetmələrin yüksək intellektə malik vətəndaş olmaları üçün təhsilə xüsusi qayğı ilə yanaşılıb, ən müasir standartlara cavab verən məktəblər, ali təhsil ocaqları, məktəbəqədər və məktəbdənkənar müəssisələr istifadəyə verilib, şahmat mərkəzləri yaradılıb. Bütün bu görülən işlər öz bəhrəsini verməkdə, ali təhsil ocaqlarına yüksək göstəricilərlə qəbul olan məzunların sayı artmaqda, məktəbli və tələbələr ölkə miqyasında keçirilən, intellekt və geniş dünyagörüşü tələb edən müxtəlif bilik yarışlarında, olimpiadalarda mükafata layiq yerlər tutmaqdadırlar. “Azərbaycan, yurdum mənim” bilik yarışında da iştirakçıların fəallığı, yaxşı nəticə göstərmələri muxtar respublikada gənc nəslin yüksək səviyyədə yetişməsinə göstərilən dövlət qayğısının bəhrəsidir.
Sonra bilik yarışının qalibləri və iştirakçıları mükafatlandırılıblar.

 Nail ƏSGƏROV

Naxçıvan Tibb Kollecində bunun üçün hər cür şərait var

Son illər muxtar respublikamızda baş verən sürətli tərəqqi bütün sahələrin, o cümlədən təhsilin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb olub. Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni məktəb binalarının və infrastruktur obyektlərinin yaradılması istiqamətində onilliklərə bərabər işlər görülüb, irimiqyaslı layihələr reallaşdırılıb. Müasir tələblər səviyyəsində inşa olunan binalar isə həmin ünvanlarda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların böyük uğurlar qazanmasına yeni üfüqlər açıb. 

Dövlət qayğısı ilə əhatə olunan belə ünvanlardan biri də Naxçıvan Tibb Kollecidir. Əvvəlcə bu təhsil ocağının fəaliyyət yoluna nəzər salaq. Kollec 1931-ci ildə Tibb Texnikumu kimi fəaliyyətə başlayıb. 1935-ci ildə texnikumun adı dəyişdirilərək “Tibb Bacısı Məktəbi” adlandırılıb. Lakin uzun illər məktəbin normal fəaliyyət göstərməsi üçün lazımi şərait olmayıb. Ancaq son illərdə digər orta ixtisas təhsili müəssisələri ilə bərabər, bu məktəbə də dövlətin diqqət və qayğısından xeyli pay düşüb. 2001-ci il 17 may tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov “Naxçıvan Tibb Məktəbinin 70 illik yubileyinin keçirilməsi və maddi-texniki bazasının yaxşılaşdırılması haqqında” Sərəncam­ imzalayıb.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Qars müqaviləsi və Naxçıvanın muxtariyyət statusu” mövzusunda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Dövlət Texniki Kollecinin bir qrup tələbəsi iştirak edib.

Mövzu ilə bağlı mərkəzin elmi katibi Emin Məmmədov məruzə edərək bildirib ki, Naxçıvanın ərazi taleyinin müəyyənləşdirilməsi və muxtariyyət statusunu Qars müqaviləsinə əsasən əldə etməsi tarixi həqiqətdir. Lakin bunu da xüsusilə qeyd etmək lazımdır ki, Qars müqaviləsinə gedən yol 1921-ci ilin əvvəlində Naxçıvanda keçirilən referendumdan başlanır. Həmin referendum Azərbaycan İnqilab Komitəsinin 1 dekabr və Ermənistan İnqilab Komitəsinin 26-28 dekabr 1920-ci il tarixli bəyannamələrinə əsasən Naxçıvanın sovet Ermənistanına verilməsi məsələsi qarşısında mahir diplomat Behbud ağa Şahtaxtinskinin göstərdiyi qətiyyətli fəaliyyət nəticəsində baş tutub və məhz həmin referendumda Naxçıvan əhalisinin yekdil rəyi əsasında bu diyar Ermənistanın tabeliyinə verilməkdən xilas edilib. Bundan sonra Naxçıvan həmişəlik olaraq Azərbaycanın tərkibində qalmaq hüququ qazanıb. Bu referendum özünün əhəmiyyətinə görə Qars müqaviləsinin müddəalarına bərabər önəmə malik siyasi hadisədir. Əgər Naxçıvanın ərazi taleyinə dair 1921-ci ilin yanvar referendumu keçirilməsəydi, bəlkə də, Moskva və Qars müqavilələrinə ehtiyac da qalmayacaqdı. Bu, Azərbaycan diplomatiyası tarixində Behbud ağa Şahtaxtinskinin adı ilə bağlı olan mərkəzi hökumətlə razılaşdırılmamış nadir və uğurlu diplomatik gediş idi.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2017-2018-ci tədris ilinin birinci semestrində aparılacaq pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh ­Məhərrəmov bildirib ki, pedaqoji təcrübə yüksəkixtisaslı, mənəvi-əxlaqi dəyər və keyfiyyətlərə malik kadrların hazırlanmasında və onların gələcəkdə səmərəli fəaliyyətində mühüm rol oynayır. Rektor tələbələrə və təcrübə rəhbərlərinə pedaqoji təcrübəyə məsuliyyətlə yanaşmağı və bu dövrü yüksək göstəricilərlə başa vurmağı arzulayıb.
Konfransda çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün də ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi təhsil strategiyasından danışıb. Nazir bildirib ki, məhz həmin təhsil strategiyasının nəticəsi kimi son illər Naxçıvan Muxtar Respublikasının bütün ümumtəhsil məktəblərinin binaları yenidən tikilib və ya əsaslı təmir olunub, lazımi avadanlıqlarla təchiz edilərək müəllim və şagirdlərin istifadəsinə verilib. Naxçıvan Dövlət Universitetində kadr hazırlığı işinin təşkilindən danışan nazir universitetin pedaqoji profilli IV kurs tələbələrindən 217 nəfərinin on beş gün ərzində muxtar respublikanın 13 tam orta məktəbində pedaqoji təcrübə keçəcəyini diqqətə çatdırıb.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Qızıllı Əliyeva, universitetin Ümumi tarix kafedrasının müəllimi İsmayıl Zeynalov çıxış ediblər.

Nərmin Cabbarova

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova “American Journal of Modern Physics” (“Müasir fizikanın Amerika jurnalı”) beynəlxalq jurnalının redaksiya heyətinə üzv seçilib.
Qeyd edək ki, Günel Məmmədovanın əsas elmi fəaliyyət istiqamətləri qeyri-üzvi birləşmələrin quruluşlarının öyrənilməsi və onun əsasında yeni materialların məqsədli sintezinin həyata keçirilməsidir. Gənc alimin elmi-tədqiqat işlərinin nəticələri Azərbaycanda və xaricdə çap olunan bir sıra nüfuzlu jurnallarda dərc edilib. Onun xarici ölkə nəşriyyatında 2, Azərbaycanda isə 1 kitabı işıq üzü görüb. Alimin yerli xammal əsasında alınan “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiraları cari ildə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən patentə layiq görülüb. O həmçinin ötən il Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.
Bölmə əməkdaşının ABŞ-ın nüfuzlu elmi jurnalının redaksiya heyətinin üzvü seçilməsi Naxçıvan Muxtar Respublikasında aparılan elmi-tədqiqat işlərinin dünya elmi ictimaiyyətinin diqqətinə çatdırılması baxımından əhəmiyyətlidir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə Avropa Birliyinin TAİEX təşkilatı tərəfindən təlimlər təşkil olunub. İki gün davam edən təlimlərdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib.
Təlimdə diqqətə çatdırılıb ki, Azərbaycanın ali təhsil ocaqlarında akkreditasiya standartları Avropa ali təhsil standartları əsasında yenidən formalaşdırılır. Təhsil Nazirliyi tərəfindən Azərbaycan universitetlərində daxili keyfiyyətin təminatı sisteminin qurulması və struktrunun formalaşdırılmasında müəyyən işlər həyata keçirilir.
Qeyd edək ki, bu sistemin müvəffəqiyyətlə qurulması və inkişaf etdirilməsi universitetlərin Avropa təhsil standartlarından səmərəli istifadəsinə şərait yaradır. Təşkil olunan bu təlimlərdə əsas məqsəd ali təhsil ocaqlarında daxili keyfiyyətin təminatı sisteminin yeni standartlarda qurulmasını təşkil etməkdir. Məlumat üçün qeyd edək ki, təlimlər Finlandiyanın Laplan Universiteti ilə Estoniyanın Tallin Universitetinin mütəxəssisləri tərəfindən keçirilib.

Nuray Əsgərova

YUNESKO-nun qərarına əsasən 1966-cı ildən etibarən hər il ok­tyabrın 5-i Beynəlxalq Müəllimlər Günü kimi qeyd olunur.
Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulmuş və bu peşə sahiblərinə böyük ehtiram göstərilmişdir. Azərbaycan müəllimləri də hər zaman ölkəmizin inkişafı və intibahı naminə fəaliyyət göstərmiş, şərəfli müəllim peşəsinə sadiq qalaraq xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan çalışmışlar.
Ümummilli liderimiz Heydər Əliyev elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmişdir. Bu yolda təhsilin aparıcı qüvvəsi olan müəllimlərin fəaliyyətinə daim yüksək qiymət verən ulu öndər istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində savadlı və vətənpərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkə­mizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını dövlətin qarşısında duran ümdə vəzifə kimi qəbul edərək müəllimlərə qayğıkeş münasibət göstərir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrlarının hazırlanması, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvan­şünaslıq Mərkəzində “Naxçıvanda türk-islam mədəniyyəti abidələri” mövzusunda açıq dərs keçilib. Açıq dərsdə Naxçıvan Müəllimlər İnstitutunun bir qrup tələbəsi iştirak edib.
Tədbirdə mərkəzin elmi katibi Emin Məmmədov məruzə edərək Naxçıvanda yerləşən türk-islam mədəniyyəti abidələri haqda tədbir iştirakçılarına ətraflı məlumat verib.
Bildirilib ki, Naxçıvan antik və orta əsrlər dövrlərinə aid mədəniyyət nümunələri və tarixi abidələrlə – qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Azərbaycan türkləri İslam dinini qəbul edənə qədər Naxçıvanda böyük mədəniyyət və özünəməxsus adət-ənənələr sistemi yaradıblar. İslam dininin qəbulundan sonra isə Naxçıvan memarları İslam memarlıq ənənələrindən də bəhrələnib, bir-birindən dəyərli türk-islam mədəniyyəti nümunələri ilə tarix və mədəniyyətimizi daha da zənginləşdiriblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyib: “Naxçıvan Azərbaycan xalqının qədim tarixini əks etdirən müqəddəs bir torpaqdır. Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır”.

Ardını oxu...

Xalqının, millətinin gələcəyinə məşəl kimi işıq salan ziyalı müəllimlərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilir. Oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müvafiq sərəncamları ilə təhsilin inkişafında xidmətlərinə görə bir qrup təhsil işçisinin təltif edilməsi müəllim əməyinə verilən dəyərin bariz nümunəsidir. Təltif olunanlar sırasında muxtar respublikada fəaliyyət göstərən bir qrup müəllimin də adının olması bizə ikiqat sevinc bəxş etdi. Həmin müəllimlərlə görüşüb, təəssüratlarını öyrəndik.
Cəmşid Abdullayev – Azərbaycan Respublikasının Əməkdar müəllimi: – 38 ildir ki, gözdən əlil uşaqlar üçün xüsusi ibtidai məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyirəm. Bu məktəbdə dərs tədris etməyim mənim bu peşəyə olan məsuliyyətimi ikiqat artırır. Çünki cəmiyyətin həssas təbəqəsi hesab olunan fiziki imkanları məhdud uşaqların problemləri muxtar respublikamızda daim diqqət mərkəzində saxlanılır. Onların gələcək taleyi təkcə həmin uşaqların valideynlərini deyil, həm də dövlətimizi, cəmiyyətimizi yaxından düşündürür. Bu istiqamətdə həyata keçirilən tədbirlər həm onlar, həm də muxtar respublika sakinləri tərəfindən rəğbətlə qarşılanır. Belə ki, Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlbi üzrə Dövlət Proqramının qəbul edilməsi bu təbəqədən olan uşaqların digər uşaqlarla bərabər təhsil hüquqlarının təmin olunmasına imkan yaradıb. Ən mühümü isə Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib.
Bu günlərdə əməyi qiymətləndirilən müəllimlər sırasında adımın olması məni qürurlandırır. Bundan sonra üzərimizə daha böyük məsuliyyət düşür. İnsan özünü o vaxt xoşbəxt sanır ki, başqaları üçün xeyirxah işlər görür, Vətəni, xalqı üçün yararlı bir vətəndaş olduğunu hiss edir. Buna onun əməyinin dövlət tərəfindən yüksək qiymətləndirilməsini də əlavə etsək, onda həmin müəllimin sevincinin həddi-hüdudunun olmadığını anlamaq çətin deyil. Dərs dediyim məktəbin pedaqoji kollektivi də mənim qədər sevinc hissi keçirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2017-ci il 14 yanvar tarixli Sərəncamına əsasən Naxçıvan Dövlət Universitetinin 50 illik yubileyi qeyd edilməkdədir. Bununla əlaqədar Tədbirlər Planı təsdiq edilib. Sərəncamda bu ali təhsil ocağının yarım əsr ərzində keçdiyi inkişaf yolu yüksək qiymətləndirilərək deyilir: “Naxçıvan Dövlət Universiteti yüksək ixtisaslı kadrların yetişdirilməsinə, elmi və ali təhsil mühitinin formalaşmasına öz təsirini göstərmiş, fəaliyyət göstərdiyi dövrdə universitetin 30 minə yaxın məzunu olmuşdur. Naxçıvan Dövlət Universitetinin məzunları ölkəmizdə milli dövlət quruculuğunun və təsərrüfat həyatının müxtəlif sahələrində çalışaraq iqtisadi, elmi və mədəni potensialın gücləndirilməsinə layiqli töhfələr verirlər”.

Dahi şəxsiyyətləri, zəngin təbiəti, mehriban insanları, gözoxşayan məkanları ilə seçilən qədim Naxçıvan torpağı əsrlərdən bəri öz elmi potensialı ilə fərqlənmişdir. Çoxsaylı mütəfəkkir və alimlər ordusunun vətəni hesab olunan bu diyar zamanla özünün elm və təhsil məbədlərini yaratmış və inkişaf ­etdirmişdir.
1967-ci ildə isə muxtar respublikanın paytaxtında sonradan özünün möhtəşəmliyi və geniş imkanları ilə seçiləcək bir elm ocağının təməli qoyulur. Həmin ildən 1972-ci ilədək Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filialı kimi fəaliyyət göstərən ali məktəb 1972-ci ildə 3 fakültə və 14 kafedradan ibarət olan müstəqil ali təhsil subyektinə çevrilir.

Ardını oxu...

Məktəbəqədər təhsil ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fiziki və zehni inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Belə tədris müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir. Bu məqsədlə muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları müəllimlərinin ilk dəfə keçirilən seminarı da belə tədbirlərdəndir.
Naxçıvan Dövlət Texniki Kollecində təşkil edilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənov “Muxtar respublika ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili və əhəmiyyəti”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Oruc­ova “Məktəbəhazırlıq qruplarında tədrisin təşkili yolları”, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun rəhbəri Səkinə Qənbərova “Məktəbəhazırlıq qruplarında uşaqlarla aparılan işin xüsusiyyətləri” mövzularında danışıblar.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün yeni təhsil ilində ilk interaktiv açıq dərs keçilib.
“Azərbaycan dilinin dünya dilləri içərisində yeri və tarixi inkişaf məsələləri” mövzusunda keçilən dərsdə bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Firudin Rzayev dilimizin formalaşma tarixi barəsində şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, iltisaqi-aqlütinativ dillər qrupuna daxil olan Azərbaycan dilinin formalaşması miladdan əvvəlki minilliklərdən başlamaqla uzun bir tarixi proses keçib. Oğuz dilləri ailəsinə daxil olan Azərbaycan dilinin keçdiyi inkişaf mərhələlərindən danışan dilçi-alim qeyd edib ki, asərlər, yəni müasir azərbaycanlılar miladdan öncə VI minilliyin ortalarından əlifbaya sahib olublar. Bu, yunan coğrafiyaçısı Strabonun yazılarında da yer alıb. Alim vurğulayıb ki, “Kitabi-Dədə Qorqud” dastanındakı boyların tarixi və dili, onun şeir üslubunda yazılışı ana dilimizin İslam dinindən xeyli əvvəlki dövrlərdən mövcud olduğunu bir daha təsdiq edir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində Naxçıvan Dövlət Universitetinin kollektivi ilə birgə əməkdaşlığın perspektivləri istiqamətində iclas keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov çıxış edərək bildirib ki, muxtar respublikamızda təbii sərvətlərdən səmərəli istifadə iqtisadi siyasətin əsasını təşkil edir.
Qeyd edilib ki, bu istiqamətdə aparılan tədqiqatlarda Naxçıvan Dövlət Universitetinin tələbələri də yaxından iştirak etməli, təcrübi biliklərini artırmalı, muxtar respublikamızın mineral xammal ehtiyatlarının öyrənilməsinə öz töhfələrini verməlidirlər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, Naxçıvanın geoloji mühiti regionun ən zəngin xammal ehtiyatlarına malikdir və bunun da böyük bir qismi öz tədqiqini gözləyir. Rektor idarənin ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə 2018-2019-cu tədris ilində Naxçıvan Dövlət Universitetində Geologiya ixtisasının yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mayis Əliyev tədbir iştirakçılarına idarənin imkanları haqqında ətraflı məlumat verib.

Ardını oxu...

Muxtar respublikamızda peşə və orta ixtisas təhsilinin inkişafı prioritet vəzifələr sırasındadır. Son illərdə belə təhsil müəssisələri üçün yeni binaların inşa olunması, onların maddi-texniki bazalarının genişləndirilməsi, yeni ixtisasların açılması əmək bazarının tələbatını ödəmək baxımından mühüm əhəmiyyət daşıyır, həmçinin gənclərin müxtəlif peşələrə yiyələnmələrinə, məşğulluğun təmin olunmasına  şərait yaradır. Belə təhsil müəssisələrindən biri də Naxçıvan Dövlət Texniki Kollecidir. Məlumat üçün bildirək ki, haqqında bəhs edəcəyimiz kollec 1925-1926-cı tədris ilində Naxçıvan Kənd Təsərrüfatı Texnikumu kimi yaradılıb. 

Həmin tədris ilində texnikuma 2 ixtisas üzrə 41 nəfər tələbə qəbul edilib. 2002-ci ildən təhsil müəssisəsinin profili genişləndirilib, texnikum Naxçıvan Dövlət Texniki Kolleci adlandırılıb. Bu illər ərzində orta ixtisas təhsili müəssisəsini yüzlərlə məzun bitirib, onlar xalq təsərrüfatının müxtəlif sahələrində işlə təmin olunublar. Digər tədris müəssisələri kimi, son illərdə bu kollecin də hərtərəfli fəaliyyət göstərməsi üçün bir sıra işlər görülüb, kollec üçün ayrılmış yeni bina yenidənqurmadan sonra 10 oktyabr 2016-cı ildə müəllim və tələbələrin istifadəsinə verilib. Bu, kollecin pedaqoji kollektivinin öz işinə məsuliyyətini daha da artırıb, müəllimləri ixtisaslı kadr hazırlığında qarşıya qoyulmuş vəzifələri yüksək səviyyədə yerinə yetirməyə sövq edib.

Ardını oxu...

Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitablar haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi muxtar respublikanın təhsil müəssisələrində diqqət mərkəzində saxlanılır.
Şərur rayonunun Kürçülü kənd tam orta məktəbində Faruk Sumerin “Oğuzlar” əsərinin müzakirəsində məktəbin direktoru Zülfiyyə Məmmədova adıçəkilən sərəncamın mahiyyəti barədə məlumat verib. Bildirilib ki, mütaliə insanın daxili aləminin zənginləşdirilməsində, dünyagörüşünün düzgün formalaşdırılmasında, nitq qabiliyyətinin inkişaf etdirilməsində mühüm əhəmiyyət daşımaqla yanaşı, həm də müsbət insani və iradi keyfiyyətlərin yaradılmasında böyük rol oynayır. Bu baxımdan oxunması zəruri olan kitablar haqqında imzalanan sərəncam zamanında atılmış addımdır. Bu dövlət sənədinin imzalanması gənclərdə mütaliəyə olan marağın artmasına, onlarda bədii zövqün formalaşmasına mühüm təsir edəcək.
Məktəbin sinifdənxaric və məktəbdənkənar işlər üzrə təşkilatçısı Dürdanə Orucova Faruk Sumerin “Oğuzlar” əsərinin mövzusu və ideyası, ədəbi-bədii məziyyətləri barədə danışıb. Qeyd olunub ki, bugünkü gəncliyin sağlam ruhda tərbiyə edilməsində oxunması zəruri olan kitablar sırasında “Oğuzlar” əsərinin yer alması təbiidir. Bütün dövrlər üçün aktual olan belə əsərlər öz bədii mükəmməlliyi, aşıladığı fikirlər baxımından müsbət dəyərlərə malikdir.
Kitabın müzakirəsində məktəbin müəllimləri Könül Hacıyeva, Orxan Həsənzadə və yuxarı sinif şagirdləri çıxış ediblər.
Sonda əsərdən parçalar qiraət olunub.

Xəbərlər şöbəsi

2015-ci il oktyabr ayının 6-nı Şərur rayonunun Kürçülü kəndinin sakinləri indi də yaxşı xatırlayırlar. Həmin gün burada tam orta məktəbin və məscidin, kənd və xidmət mərkəzlərinin açılışı olub. Kompleks quruculuq tədbirləri çərçivəsində iki kilometr uzunluğunda avtomobil yoluna asfalt örtük salınıb. Səkkiz su keçidi və beton kanal tikilib. Yaşayış məntəqəsinin rabitə sistemi yenilənib, fiber-optik kabel xətti çəkilib. Elektrik enerjisinin və təbii qazın dayanıqlı verilişi təmin olunub, elektrik və qaz xətləri yenilənib. Kənddə qapalı drenaj xətti qurulub. Həmin gün böyük sevinc hisslərini yaşayanlar içərisində kənd tam orta məktəbinin müəllimlərini və şagirdlərini xüsusi qeyd etmək lazımdır. 

Məktəbin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov deyib: “Bu gün ölkəmizdə təhsil sahəsində həyata keçirilən tədbirlərin başlıca məqsədi ondan ibarətdir ki, gələcəyimizin qurucuları olan gənclər təhsilli və vətənpərvər böyüdülsünlər. Kürçülü kənd tam orta məktəbi üçün müasir binanın tikilib istifadəyə verilməsi də bu məqsədə xidmət edir. Ona görə də müəllim və şagirdlər üzərlərinə düşən məsuliyyəti dərk etməlidirlər. Müəllimlər bilməlidirlər ki, onlar gələcəyin qurucularını hazırlayırlar. Şagirdlər isə bilməlidirlər ki, onlar gələcəyin qurucuları kimi yetişməlidirlər”.

Ardını oxu...

Ölkəmizdə, eləcə də muxtar respublikamızda təhsilin hərtərəfli yüksəlişi üçün böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirilir. Muxtar respublikada müasir infrastrukturun yaradılması, məktəb tikintisinin geniş vüsət alması, təhsilin keyfiyyətinin yüksəldilməsi, “Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”, – deyən ulu öndər Heydər Əliyevin həmişəyaşar ideyalarına ehtiram və sədaqətin məntiqi ifadəsidir.

Muxtar respublikamızda “İstedad-XXI əsr” hazırlıq kurslarının təşkili də bu istiqamətdə görülən işlərin real nəticəsidir. Kurslar yüksək biliyə malik abituriyentlərin hazırlanmasında, müxtəlif xarici dillərin tədrisində, məktəbəqədər və ibtidai sinif şagirdlərində zəkanın inkişafında üzərinə düşən vəzifələri yerinə yetirməyə səy göstərir. Məlumat üçün qeyd edək ki, yeni dərs ili ərəfəsində – sentyabr ayının 11-də Naxçıvan şəhərində “İstedad-XXI əsr” hazırlıq kursları üçün yeni tədris binası istifadəyə verilib. 300 şagird yerlik və 4 mərtəbəli yeni tədris binasında 2-si elektron lövhəli olmaqla, 20 sinif otağı, 2 kompüter otağı, müəllimlər otağı, imtahan mərkəzi, iclas zalı, qeydiyyat və mühasibatlıq otaqları, eləcə də bufet fəaliyyət göstərir. Binada 12 kompüter quraşdırılıb və internetə qoşulub.

Ardını oxu...

Qədim vaxtlarda, hər yerdə olduğu kimi, Naxçıvanda da həkimliklə, əsasən, tibbi savadı olmayan ara həkimləri, sınıqçılar, mamaçalar, dəlləklər, çöpçülər və başqaları məşğul olublar. Ara həkimləri daxili xəstəliklərin müalicəsi, sınıqçılar sınmış sümüklərin düzəldilməsi və çıxıqların salınması, mamaçalar doğuşun tutulması və ginekoloji xəstəliklərin müalicəsi, dəlləklər, əsasən, diş çəkməklə, qan buraxmaqla, irinlikləri kəsməklə, çöpçülər isə uşaqlardakı boğaz xəstəliklərinin müalicəsi ilə məşğul olmuşlar. 

1847-ci ildə çar hökuməti tərəfindən Zaqafqaziyada tibb işçilərinin ştatı haqqında qanun verilir. Bu qanuna əsasən hər qəzada bir həkim, iki feldşer və bir mama nəzərdə tutulur. Elə həmin ildən Naxçıvan qəzasında 1 həkim, 1 feldşer, 1 mama, Şərur qəzasında isə 1 həkim və 1 feldşer tərəfindən əhaliyə ixtisaslı tibbi xidmət göstərilməyə başlanmışdır.
Çar Rusiyasının Zaqafqaziya quberniyasında tibbi xidmətin təkmilləşdirilməsi məqsədilə 26 fevral 1880-ci il tarixli qanunundan 9 il sonra 1889-cu ildə Şərur qəzasının Baş Noraşen kəndində və bundan da 3 il sonra, 1892-ci ildə Naxçıvan qəzasının Cəhri kəndində, həmin dövrün daha mütərəqqi tibbi xidmət forması sayılan 4 çarpayılıq qəbul otağı yaradıldı.

Ardını oxu...

İndi bu sahənin inkişafı üçün hərtərəfli şərait yaradılıb

 

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarı tarixi keçmişi, zəngin mədəniyyəti ilə yanaşı, həm də faydalı qazıntıları ilə zəngindir. Ulu Yaradan bu əsrarəngiz türk yurduna saysız-hesabsız nemətlər verib. Yerüstü zənginlikləri ilə seçilən bu torpağın altı da üstü kimi, necə deyərlər, “qızıldır”. Naxçıvan Muxtar Respublikasının ərazisində yerin müxtəlif yaşlı geoloji qatlarının aydın çıxışları, təkrar­olunmaz və cazibədar süxurların mövcudluğu geoloq və səyyahların diqqətini hələ XVIII əsrdən cəlb edib. Bu istər Qərbi Avropa, istərsə də Rusiya geoloji ədəbiyyatında Alp qurşağının statiqrafik məsələlərinin həllində öz əksini tapıb.

 

Regionun geoloji baxımdan öyrənilməsinə isə ötən əsrin əvvəllərindən başlanılıb. Bu sahədə işlərə 30-cu illərdən start verilsə də, sistematik olaraq elmi tədqiqatların aparılması 1940-cı illərə təsadüf edir. Həmin dövrdən başlayaraq muxtar respublika ərazisinin zəngin faydalı qazıntıları haqqında elmi məqalələr hazırlanıb. Xüsusilə muxtar respublikanın geologiyasının kompleks öyrənilməsində Ş.Ə.Əzizbəyovun 1961-ci ildə çap etdirdiyi “Naxçıvan MSSR-in geologiyası” monoqrafiyasında ərazinin tektonikası, maqmatizmi, geomorfologiyası, geoloji inkişaf tarixi və faydalı qazıntıları haqqında müfəssəl zəruri məlumatlar verilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayevin “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası”, həmin institutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” və institutun böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Loğman Bayramov və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyevin həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genofondu və bioloji xüsusiyyətləri” adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib.
Bölmənin Elektron kitabxanasında keçirilən tədbirdə Varis Quliyev çıxış edərək həmmüəllifi olduğu monoqrafiyada armud sortlarının təsərrüfat-bioloji xüsusiyyətləri, artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi kimi məsələlərin öz əksini tapdığını deyib.
Alim “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” adlı nəşrdə ev quşlarında parazitlik edən koksidilərin növ tərkibi, biologiyası barədə məlumatların, “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası” adlı kitabda isə əkin zəfəranının iqlimləşdirilməsi ilə əlaqədar aparılan elmi tədqiqatların nəticələrinin əks olunduğunu bildirib.
Sonra Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Sahib Hacıyev, biologiya üzrə fəlsəfə doktorları – həmin institutun elmi katibi Ənvər İbrahimov, Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri Ramiz Ələkbərov, Bitki sistematikası şöbəsinin böyük elmi işçisi Seyfəli Qəhrəmanov, Zooloji tədqiqatlar şöbəsinin müdiri Akif Bayramov və həmin şöbənin böyük elmi işçisi Mahir Məhərrəm­ov çıxış edərək nəşrlərlə bağlı elmi qənaətlərini diqqətə çatdırıblar. 

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Ali məktəblərə builki qəbul imtahanlarında ən yüksək nəticə qazanan təhsil ocaqlarımızdan biri də Naxçıvan şəhərində fəaliyyət göstərən Qızlar Liseyidir. Bu məktəbdə dəfələrlə olmuşam. Yaradılan şəraiti, pedaqoji kollektivin tələbkarlığını görmüşəm. Ən əsası isə gələcəyin anaları olacaq qızlarımızın təkcə savadlı məzun kimi yox, həm də əsl Azərbaycan qadını kimi tərbiyə olunmaları burada necə böyük bir vəzifənin öhdəsindən gəlindiyinin göstəricisidir. Məktəbin direktoru Aidə Allahverdiyeva ilə söhbətə bu prizmadan başladıq.

–Sirr deyil ki, qadın ana olaraq körpələrimizin ilk müəllimi, ən böyük tərbiyəçisidir. Ona görə də bu gün orta məktəb partası arxasında oturaraq elmin ilkin sirlərinə yiyələnən qızlarımızın cəmiyyətə savadlı bir fərd kimi daxil olması vacib məsələlərdən biridir. Bu baxımdan maarifçi-ziyalılarımız Azərbaycan qızlarının mükəmməl təhsil almasına çalışıblar. Fəal və mübariz Azərbaycan qadını öz fəaliyyətində xalqımızın milli-mədəni ənənələrinin qorunub saxlanılmasına və zənginləşməsinə çalışıb. Onların qəhrəmanlıq xatirələri tariximizin şərəfli səhifələrindəndir. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi zərurəti yüksək əxlaqi, mənəvi keyfiyyətləri, vətənpərvərliyi və Vətənə hədsiz sədaqəti ilə seçilən gənclərin yetişdirilməsini diktə edir. Məhz bu cür gəncliyin formalaşması ən əvvəl ailənin, xüsusilə ananın üzərinə düşən əsas vəzifələrdəndir. Bu gün böyütdüyümüz qızlar ulu nənələrimizin, tariximizin səhifələrində ad qoymuş qadınlarımızın mənəvi varisləri kimi formalaşdırılmalıdırlar. Pedaqoji kollektivimizə belə bir şərəfli işin öhdəsindən layiqincə gəlmək üçün hərtərəfli şərait yaradılıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən seminar keçirilib.
Seminarı giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq bölmə əməkdaşlarının qrant layihələrdəki fəaliyyəti haqda ətraflı məlumat verib, əldə edilən uğurları elmin inkişafına göstərilən dövlət qayğısının bəhrələri kimi ­dəyərləndirib.
Bölmə sədri bildirib ki, 2011-ci­­­ ildən başlayaraq AMEA Naxçıvan Bölməsinin bir qrup əməkdaşı qrant layihələrində uğurla iştirak edərək Naxçıvan Muxtar Respublikasının yeraltı sərvətlərindən molibden (VI) oksidin, sürmə (III) sulfidin və farmaseptik təmiz natrium-xloridin yeni alınma metodlarının işlənməsi, bölmənin Batabat Astrofizika Rəsədxanası üçün spektrometrik cihazların düzəldilməsi, quraşdırılması, “Seyss-600” teleskopunda sınaq müşahidələrinin aparılması, ixtisaslı elmi-texniki kadrların hazırlanması və spektroskopik tədqiqatların həyata keçirilməsi üzrə qrantlar alıblar. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında rəsmi dərman bitkilərinin genofondunun müəyyənləşdirilməsi, təbii ehtiyatı bol olan həmin bitkilərdən səmərəli istifadə olunması və mühafizəsinin elmi əsasları, muxtar respublikanın yeraltı sərvətlərindən yüksək temperatura davamlı istilikizolyasiya materialların və seolitlərin alınma metodlarının işlənməsi, I Kültəpə və onun ətrafında araşdırmalar, Naxçıvan folklorunun toplanması, elmi-tədqiqi və nəşri, eləcə də digər layihələr üzrə qrantlar alınıb. Bölmə əməkdaşları bundan sonra da qrant müsabiqələrində uğurla iştirak etməyə çalışacaqlar.

Ardını oxu...

Naxçıvan Müəllimlər İnstitutunda “Kitab bilik xəzinəsidir” mövzusunda keçirilən konfransı Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının direktoru, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova açaraq bildirib ki, kitab idrak mənbəyi, kamillik vasitəsidir və insan əsl təhsili mütaliə etməklə qazanır. Qloballaşan dünyada həllivacib məsələlərdən biri də insanlarda mütaliə mədəniyyətinin inkişaf etdirilməsidir.
Qeyd edilib ki, muxtar respublikamızda mütaliə üçün geniş imkanlar vardır. Yaradılan şərait nəticəsində oxucular ənənəvi kitabxanalarla yanaşı, elektron kitabxanalardan da istifadə edə bilərlər. Belə mədəniyyət müəssisələri üçün yeni binaların ­tikilməsi, mövcud binaların yenidən qurulması, müasir tələblərə cavab verən maddi-texniki bazanın yaradılması, kitabxana fondlarının həm tədris, həm də bədii ədəbiyyatla zənginləşdirilməsi, kitabxanalara ölkə Prezidentinin sərəncamı ilə nəşr olunan Azərbaycan və dünya ədəbiyyatı klassiklərinin, həmçinin müasir dövrün şair və yazıçılarının ən qiymətli əsərlərinin pulsuz verilməsi bunun bariz ifadəsidir.
Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi təkcə muxtar respublikamızın deyil, ölkəmizin təhsil işçiləri, tanınmış ziyalıları tərəfindən rəğbətlə qarşılanıb. Çünki bu kitablar gənc nəsildə vətənpərvərliyin, tarixə, milli köklərə bağlılığın formalaşdırılmasına əsaslı təsir göstərəcək ideoloji mənbələr rolunu oynayır, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünü zənginləşdirir, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərini aşılayır. Siyahıda olan kitabların əksəriyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında latın qrafikası ilə çap olunmuş əsərlərdir. Həmin kitablar dövlətin qayğısı ilə bütün məktəb kitabxanalarına göndərilib. Sərəncamla bağlı muxtar respublikanın bütün kitabxanalarında həmin kitablardan ibarət guşə yaradılıb.
Tədbirdə filologiya üzrə elmlər doktoru, professor Sədaqət Həsənova “Kitablardan öyrənmək həmişə faydalıdır”, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi katibi Günay Kəngərli “Mütaliə cəmiyyətin vərdişinə çevrilməlidir”, kitabxanaçı Gülnisə Zeynallı “İnformasiya dövrü və mütaliə problemi” mövzularında çıxışlar ediblər.
Sonra təşkil edilən səyyar sərgiyə baxış olub.

 Nail ƏSGƏROV

15 sen­tyabr – Bilik Günü münasibətilə Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti və birinci kurs tələbələri əvvəlcə Naxçıvan Dövlət Bayrağı Muzeyini ziyarət ediblər.
Universitetdə keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəm­ov tələbələrə yeni tədris ilində uğurlar arzulayıb, ümummilli liderimiz Heydər Əliyevin milli təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, ölkəmizdə, o cümlədən muxtar respublikamızda gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan münbit şəraitdən danışıb. Yarıməsrlik tarixi inkişaf yolu keçən Naxçıvan Dövlət Universitetinin ölkənin qabaqcıl ali təhsil ocaqlarından biri olduğunu vurğulayan Saleh Məhərrəmov qazanılan uğurların muxtar respublikada təhsilə göstərilən yüksək diqqət və qayğının təzahürü olduğunu bildirib. Universitetin artan nüfuzunun nəticəsidir ki, cari ildə qəbul planı 92,2 faiz yerinə yetirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ­ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

Ötən əsrin 70-ci illərində ümummilli liderimiz Heydər Əliyev tərəfindən müəyyənləşdirilən təhsil strategiyası Azərbaycanda ixtisaslı milli kadrların hazır­lanmasının əsasını qoymuş, iqtisadi potensial inkişaf etdirilmiş, sosial­-mədəni, elm-təhsil və milli-mənəvi dəyərlər dirçəldilmiş, bu yolla gələcək müstəqillik üçün etibarlı zəmin yaradılmışdır. Dahi şəxsiyyət ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra da təhsilin inkişafını dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirmiş, bu sahədə kompleks islahatlar həyata keçirilmişdir. Ölkə başçısı cənab İlham Əliyev tərəfindən də təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət göstərir.

Ardını oxu...

Fərəcova Günnar Yaşar qızı
Fərəcova Günnar Yaşar qızı 1999-cu ildə Naxçıvan şəhərində anadan olub. 2010-cu ildə Naxçıvan Qızlar Liseyinə qəbul olunub. 2017-ci ildə Naxçıvan Qızlar Liseyinin XI sinfini fərqlənmə attestatı ilə bitirib. III qrup üzrə ali məktəblərə qəbul imtahanında iştirak edərək 691 bal toplayıb. Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunub. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 sen­tyabr tarixli Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb.

*  *  *

Əsgərov Əli Zaman oğlu
Əsgərov Əli Zaman oğlu 4 iyul 2000-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur. O, 2006-cı ildə Culfa rayon Yaycı kənd 1 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbi bitirmişdir. Əli Əsgərov ali məktəblərə qəbul imtahanında I qrup üzrə 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 sentyabr tarixli Sərəncamına uyğun olaraq Prezident təqaüdünə layiq görülüb.

*  *  *

Nəcəfli Novruz Nadir oğlu
Nəcəfli Novruz Nadir oğlu 23 avqust 2000-ci ildə Culfa rayonunun Yaycı kəndində anadan olmuşdur, 2006-cı ildə Culfa rayon Yaycı kənd 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olmuş, 2017-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. Ali məktəblərə qəbul imtahanında IV qrup üzrə 685 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi ixtisasına daxil olmuşdur. Novruz Nəcəfli Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 13 sentyabr tarixli Sərəncamına əsasən Prezident təqaüdünə layiq ­görülüb.

 

 Muxtar respublikamızda başqa sahələrlə yanaşı, təhsilin inkişafı da göz qabağındadır. Nailiyyətlərin təməlində isə təhsilə göstərilən dövlət qayğısı, təhsil ocaqları üçün yeni binaların inşa olunması, məktəblərimizin maddi-texniki bazasının gücləndirilməsi, bu işdə böyük fədakarlıq göstərən müəllimlərimizin əməyinin layiqincə qiymətləndirilməsi dayanır. Təhsil ocaqlarının göstəriciləri ölkə miqyasında seçilməkdə, ali məktəblərə qəbulun səviyyəsi ilbəil artmaqdadır. Bu il də ali məktəblərə qəbul imtahanlarında abituriyentlər uğurlu nəticələr əldə ediblər. Muxtar respublikada 2016-2017-ci tədris ilində məktəbi yüksək nəticələrlə başa vuran 15 məzun “Qızıl”, 6 məzun “Gümüş” medala, 113 məzun isə fərqlənmə attestatına layiq görülüb. Qəbul imtahanlarında həmin məzunlar onlara göstərilən etimadı doğruldaraq 500-700 arası bal toplayıblar. Ordubad rayonunun tam orta məktəblərinin məzunları arasında da belə gənclərimizin sayı az deyil. Təhsildə nümunəviliyi ilə seçilərək tələbə adını qazanmış gənclərlə görüşüb həmsöhbət olduq. 

Xəlilova Zeynəb Mirzə qızı: – Ordubad rayon Kələki kənd tam orta məktəbinin məzunuyam. İxtisas qrupu seçimlərindən sonra bütün sınaq imtahanlarında 500 baldan yuxarı nəticə göstərmişəm. Keçirilən fənn olimpiadalarında müxtəlif uğurlar əldə etmişəm. 2015-ci ildə Azərbaycan Respublikası üzrə fənn olimpiadasında tarix fənni üzrə ikinci yeri tutaraq “Gümüş” medalla təltif olunmuşam. Məktəb illərindən hüquqşünas olmaq ən böyük arzum idi. Bunun üçün gecəmi gündüzümə qataraq çalışdım. Və nəhayət, həmin gün gəldi. Həyəcanla nəticələri gözləyirdim. Göstəricimin 683 bal olduğunu biləndə sevincimin həddi-hüdudu yox idi. Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasının Hüquq ixtisasını seçdim. Qarşıma qoyduğum birinci məqsədimə çatdım, indi isə üzərimə daha məsul vəzifələr düşüb: təhsil alacağım illər ərzində səylə çalışmaq, ixtisasımı mükəmməl öyrənmək, gələcəkdə yaxşı hüquqşünas olaraq vətəndaşlarımızın hüquqlarını ədalətli şəkildə qorumaq. Çalışacağam ki, mənə göstərilən etimadı doğrulda bilim.

Ardını oxu...

Sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə nazirliyin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində tədbir keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov açaraq bildirib ki, muxtar respublika ərazisinin geoloji öyrənilməsinə ötən əsrin 30-cu illərindən başlanılıb. Qədim diyarımızın ərazisində ilk dəfə 1967-ci ildə Naxçıvan Geoloji Kəşfiyyat Ekspedisiyası yaradılıb. Ekspedisiya muxtar respublika ilə bərabər, Zəngilan, Qubadlı və Füzuli rayonlarının ərazilərində də bərk faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatını həyata keçirib. 2001-ci ildən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində Naxçıvan Geoloji Axtarış Ekspedisiyası adı ilə fəaliyyət göstərib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 2 oktyabr tarixli qərarı ilə Naxçıvan Geoloji Axtarış Ekspedisiyası Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyinə verilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 6 fevral tarixli Fərmanı ilə Geoloji Axtarış Ekspedisiyasının bazasında Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan Geoloji Axtarış və Kəşfiyyat İdarəsi yaradılıb və Əsasnaməsi təsdiq edilib.
Sentyabrın 6-da Culfa şəhərində nazirliyin Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üçün yeni kompleksin istifadəyə verildiyini bildirən nazir qeyd edib ki, burada geoloqların fəaliyyəti üçün lazımi şərait yaradılıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində “Naxçıvanda arxeoloji araşdırmalar” adlı tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dəstəyi ilə 2006-cı ildən ərazidə aparılan genişmiqyaslı tədqiqatlardan bəhs edərək bildirib ki, bu il bölgənin müxtəlif ərazilərində 2 beynəlxalq, 3 respublika əhəmiyyətli ekspedisiya həyata keçirilib.
Akademik bölmənin arxeoloji ekspedisiyasının Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin arxeoloqları ilə birgə bölgənin müxtəlif ərazilərində qazıntılar apardığını, tədqiqatlar zamanı çox sayda maddi-mədəniyyət nümunələrinin aşkar olunduğunu və bu nümunələrin Naxçıvan ərazisi ilə bağlı qaranlıq məsələlərin həllində mühüm rol oynayacağını deyib. İsmayıl Hacıyev bu il Amerika Birləşmiş Ştatlarının arxeoloqları tərəfindən muxtar respublika ərazisində ongünlük kəşfiyyat xarakterli ekspedisiyaların da aparıldığını bildirib.
Tədbirdə Azərbaycan və Fransa Beynəlxalq Arxeoloji ekspedisiya layihəsinin Beynəlxalq ekspedisiya rəhbəri, Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin əməkdaşı Katerina Marro çıxış edərək Uçan ağıl, Şorsu, I Kültəpə yaşayış yerlərində aşkar olunan təbəqələrdən ətraflı danışıb. O, araşdırmaların çox maraqlı nəticələri olduğunu xüsusi vurğulayaraq bildirib ki, qazıntılar zamanı keramika məmulatları, heyvan sümükləri, ocaq yerləri və aşkar olunan digər maddi-mədəniyyət nümunələri Naxçıvanın qədim tarixə malik olduğunu bir daha təsdiq edir.

Ardını oxu...

“Hər bir dövlət əgər istəyirsə ki, öz ölkəsinin inkişafını təmin etsin, öz millətinin elmini, mədəniyyətini dünya standartlarına çatdırsın, o mütləq, hər şeydən çox, təhsilə fikir verməlidir, təhsilin inkişafına səy göstərməlidir, təhsil üçün bütün imkanları yaratmalıdır”, – deyən görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə müstəqillik illərində bu sahədə geniş islahatlar həyata keçirilib, Azərbaycan təhsili yeni inkişaf mərhələsinə qədəm qoyub. Həyatımızın müxtəlif sahələrindəki ixtisaslı kadrlara, gənc mütəxəssislərə olan tələbatın yerli potensial hesabına ödənilməsində bu istiqamətdə aparılan islahatlar böyük rol oynayıb. Bu gün də ulu öndərin siyasi xəttini bütün sahələrdə uğurla davam etdirən, “İyirmi birinci əsrdə ölkələrin gələcəyi bilavasitə təhsilin, biliklərin səviyyəsindən asılı olacaqdır. Ona görə uşaqlarımız bilikli, savadlı olmalıdırlar, dünyada gedən yenilikləri bilməlidirlər”, – deyən ölkə başçısı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilib. Kompleks tədbirlərin həyata keçirilməsi bu gün də uğurla davam etdirilir.

Ümummilli liderimizin müəllifi olduğu təhsil strategiyası muxtar respublikamızda da uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada 200-dən artıq təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub, məktəblər ən müasir tədris avadanlıqları və informasiya-kommunikasiya texnologiyaları ilə təchiz olunub. Muxtar respublikamızda dəqiq elmlər sahəsi üzrə kadrların hazırlanması diqqətdə saxlanılıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Fizika-Riyaziyyat Təmayüllü Lisey yaradılıb.

Ardını oxu...

Konfransda təhsil naziri Məmməd Qəribov hesabat məruzəsi ilə çıxış edib. Qeyd olunub ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı davamlı xarakter alıb. Bunun nəticəsidir ki, 1996-cı ildən ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulub. Məktəb tikintisi cari ildə də davam etdirilir. Belə ki, I yarımil ərzində 2716 şagird yerlik beş tam orta məktəb binası istifadəyə verilib.

Bu gün ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhədən və 4242 dəst kompüterdən istifadə olunur. Kompüterlərin 3336-sı internet şəbəkəsinə qoşulub.
Muxtar respublikamızda ümumtəhsil məktəblərinin kitabxana şəbəkələrinin genişləndirilməsi, onların maddi-texniki bazalarının gücləndirilməsi və şagirdlərin dərsliklərlə təminatı da diqqət mərkəzində saxlanılıb, 2017-ci ilin avqust ayında ümumtəhsil məktəblərinə 133 min 729 nüsxə dərslik və 6 min 271 nüsxə tədris vəsaiti, 627 min 643 nüsxə latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat, jurnal və məcmuə verilib.
Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq edilib. Sərəncama uyğun olaraq bütün təhsil müəssisələrində həmin kitablardan ibarət sərgilərin hazırlanması və təhsil işçiləri, eyni zamanda tələbə, şagird və müdavimlər tərəfindən bu kitabların mütaliə və müzakirəsinin keçirilməsi təmin ediləcək.

Ardını oxu...

Muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sağlam böyümələri, biliklərə yiyələnmələri, milli və mənəvi dəyərlərə sadiq vətəndaş kimi yetişmələri, problemlərinin yerindəcə həll olunması istiqamətində həyata keçirilən tədbirlər bu qəbildən olan uşaqlara dövlət qayğısının bariz ifadəsidir.
Həmin tədbirlərin davamı olaraq 15 sen­tyabr – Bilik Günü ərəfəsində Naxçıvan Muxtar Respublikasının Təhsil, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin və Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə yuxarıda adıçəkilən kateqoriyalardan olan məktəblilərə geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim olunub.
Bu münasibətlə sentyabrın 6-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində təşkil olunan tədbiri giriş sözü ilə təhsil naziri Məmməd Qəribov açaraq keçirilən tədbirin məqsəd və mahiyyətindən danışıb. Muxtar respublika əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmməd­ova çıxış edərək şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.

Ardını oxu...

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə bölmənin Bioresurslar İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayram­ovun “Naxçıvan Muxtar Respublikasında xərçəngkimilər faunası” mövzusunda elmi məruzəsi dinlənilib. Qeyd olunub ki, Naxçıvanda xərçəngkimilər faunası haqqında məlumatlara ilk dəfə keçən əsrin əvvəllərində təsadüf edilib. Naxçıvan Muxtar Respublikasının xərçəngkimilər faunası 4 sinif, 10 dəstə, 28 fəsilə, 53 cins, 88 növ və yarımnövdən ibarətdir. Aşkar edilənlərdən 2 növ xərçəng quru onurğasız, digərləri isə su həyat tərzi keçirirlər.
Alim xərçənglərin Arazboyu düzənlikdən başlamış yüksək dağlıq qurşağınadək bütün su­tutarların faunasında geniş yayıldığını söyləyib. O deyib ki, Araz Su Anbarının su qatında asılı paylanmış zooplankton faunasının 38 növ ibtidai xərçəngi bioloji və təsərrüfat əhəmiyyəti baxımından xüsusi maraq doğurur. Zooplanktonda yaşayan xərçənglər su anbarında yayılan bütün balıq növlərinin sürfə və körpələrinin ilkin, “start” yemini təşkil edir.

Ardını oxu...

Muxtar respublikamızda təhsilə göstərilən dövlət qayğısı bu sahədə əldə olunan uğurları ilbəil artırır. Gənclərin elm-təhsil yollarında inamla addımlaması, gələcək cəmiyyət quruculuğunda Azərbaycanın daha da qüdrətli olması yolunda onlar üçün hər bir imkan yaradılıb. 

Şahbuz rayonu da təhsildəki nəticələri ilə ənənəvi olaraq bu il də yüksək nailiyyətlər qazanıb. Rayonda istifadəyə verilən yeni təhsil ocaqları, yeniləşən təhsil infrastrukturu şagirdlərin daha yaxşı oxumasına, onların yüksək balla ali məktəblərə qəbul olmasına şərait yaradıb. Cari ilin göstəricilərinə görə də Şahbuz rayonu üzrə ali məktəblərə qəbulun nəticələri sevindiricidir. Belə ki, bu il rayon üzrə 106 abituriyent sənəd verib, onlardan 70-i tələbə adını qazanıb. Məzunlardan 19 nəfəri 500, 4 nəfəri isə 600 baldan yuxarı nəticələr göstərib.
Yeganə Allahverdiyeva qəbul imtahanında 635 bal toplayıb. Bu, cari ildə Şahbuz rayonu üzrə ən yüksək nəticədir. O, Sələsüz kənd tam orta məktəbinin məzunudur. Azərbaycan Tibb Universitetinə daxil olub. Yeganə ziyalı ailəsində böyüyüb. Onunla söhbətdə bildirir ki, ən böyük arzusu həkim olmaqla insanların sağlamlığı keşiyində durmaqdır. Amma tələbə adını qazanmaqla iş bitmir.
Qarşıda daha məsuliyyətli bir dövr vardır. Daha çox oxumalı, öz üzərimdə işləməli, ən azı iki xarici dil öyrənməliyəm. Çalışacağam ki, mənə dərs demiş müəllimləri bundan sonra da sevindirəm, – deyir Yeganə.

Ardını oxu...

Şərur tarixən tanınmış ziyalıların doğulub boya-başa çatdığı bölgə olub. Bu ənənə indi də davam etdirilir. Rayonda istifadəyə verilən yeni təhsil ocaqları, yeniləşən təhsil infrastrukturu ali məktəblərə qəbul olunan gənclərin sayının daha da artmasına, onların yüksək nəticələr göstərməsinə səbəb olur. 2016-2017-ci tədris ilində ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən onu deyə bilərik ki, bu il də rayonun göstəriciləri sevindiricidir.

2016-2017-ci tədris ilində rayonun tam orta təhsil məktəblərinin 543 məzunu olub, onlardan 1-i “Qızıl”, 1-i isə “Gümüş” medala layiq görülüb. Məzunlardan 277-si ali məktəblərə qəbul olaraq tələbə adı qazanıb. Onların 36-sı 500-700, 6-sı 600-650, 1 nəfəri isə 650-700 intervalında bal toplayıb. Doqquzillik bazadan 88 nəfər orta ixtisas məktəblərinə qəbul olunub.
Çərçiboğan kənd tam orta məktəbinin məzunu Elvin Ramazanov qəbul imtahanlarında 682 bal toplayıb. Bu, cari ildə Şərur rayonu üzrə ən yüksək nəticədir. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasına qəbul olub. Atası polis mayoru, anası tibb bacısıdır. Valideynləri Bakı şəhərində yaşasa da, Elvin kənddə nənəsinin himayəsində – Çərçiboğan kəndində boya-başa çatıb, təhsil alıb. Onunla söhbətdə dedi: – Orta məktəbdə dərslərimi əla qiymətlərlə oxuyurdum. Məktəbimizdə hər cür şərait var. Ən böyük arzum qanun keşikçisi kimi cəmiyyətimizə faydalı olmaqdır. Amma qarşıda daha məsuliyyətli bir dövr vardır. Tələbə adını qazanmaqla iş bitmir. Daha çox oxumaq, öz üzərində işləmək, ən azı iki xarici dil öyrənmək lazımdır. Bunun üçün biz gənclərə hər cür şərait yaradılıb. Ona görə də dövlətimizə çox minnətdaram. Çalışacağam ki, valideynlərimi, mənə dərs deyən müəllimləri bundan sonra da sevindirim”.
Aysel Qəhrəmanova isə rayonun Kürçülü kənd tam orta məktəbini bitirib. 647 balla Naxçıvan Dövlət Universitetinin İngilis dili müəllimliyi ixtisasına daxil olub. Dediyinə görə, hələ kiçik yaşlarından müəllim olmaq istəyib. Aysel qazandığı uğurlar üçün müəllimlərinə çox minnətdar olduğunu bildirdi.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR