Bu günlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi ilə Avropa Birliyinin TAİEX təşkilatı tərəfindən təlimlər təşkil olunub. İki gün davam edən təlimlərdə “Naxçıvan” Universitetini Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli təmsil edib.
Təlimdə diqqətə çatdırılıb ki, Azərbaycanın ali təhsil ocaqlarında akkreditasiya standartları Avropa ali təhsil standartları əsasında yenidən formalaşdırılır. Təhsil Nazirliyi tərəfindən Azərbaycan universitetlərində daxili keyfiyyətin təminatı sisteminin qurulması və struktrunun formalaşdırılmasında müəyyən işlər həyata keçirilir.
Qeyd edək ki, bu sistemin müvəffəqiyyətlə qurulması və inkişaf etdirilməsi universitetlərin Avropa təhsil standartlarından səmərəli istifadəsinə şərait yaradır. Təşkil olunan bu təlimlərdə əsas məqsəd ali təhsil ocaqlarında daxili keyfiyyətin təminatı sisteminin yeni standartlarda qurulmasını təşkil etməkdir. Məlumat üçün qeyd edək ki, təlimlər Finlandiyanın Laplan Universiteti ilə Estoniyanın Tallin Universitetinin mütəxəssisləri tərəfindən keçirilib.
Nuray Əsgərova