23 Dekabr 2024, Bazar ertəsi

Bölmənin sədri, akademik İsmayıl Hacıyev tədbiri giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə bölmənin Bioresurslar İnstitutunun biologiya üzrə fəlsəfə doktoru, dosent Akif Bayram­ovun “Naxçıvan Muxtar Respublikasında xərçəngkimilər faunası” mövzusunda elmi məruzəsi dinlənilib. Qeyd olunub ki, Naxçıvanda xərçəngkimilər faunası haqqında məlumatlara ilk dəfə keçən əsrin əvvəllərində təsadüf edilib. Naxçıvan Muxtar Respublikasının xərçəngkimilər faunası 4 sinif, 10 dəstə, 28 fəsilə, 53 cins, 88 növ və yarımnövdən ibarətdir. Aşkar edilənlərdən 2 növ xərçəng quru onurğasız, digərləri isə su həyat tərzi keçirirlər.
Alim xərçənglərin Arazboyu düzənlikdən başlamış yüksək dağlıq qurşağınadək bütün su­tutarların faunasında geniş yayıldığını söyləyib. O deyib ki, Araz Su Anbarının su qatında asılı paylanmış zooplankton faunasının 38 növ ibtidai xərçəngi bioloji və təsərrüfat əhəmiyyəti baxımından xüsusi maraq doğurur. Zooplanktonda yaşayan xərçənglər su anbarında yayılan bütün balıq növlərinin sürfə və körpələrinin ilkin, “start” yemini təşkil edir.

Daha sonra bölmənin Təbii Ehtiyatlar İnstitutunun Mineral xammalın kimyası və texnologiyası laboratoriyasında aparılan işlərin son vəziyyəti barədə laboratoriya rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Hüseynov məlumat verib. Bildirib ki, laboratoriya əməkdaşlarının 4 kitabı, 52 elmi əsəri (onlardan 34-ü xaricdə) çap edilib ki, bunlardan da 9 məqalə xaricdə impakfaktorlu jurnallarda nəşr olunub. Həmçinin laboratoriya əməkdaşları 3 patent hazırlayıb, 37 məqalə isə çapa göndərilib.
Məruzə dinlənildikdən sonra Rəyasət Heyətində müzakirə olunub və gələcəkdə aparılacaq tədqiqatların elmi səmərəliliyini yüksəltmək üçün müvafiq tapşırıqlar verilib.
İclasda akademik İsmayıl Hacıyev bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasovun tarif dərəcələrinin artırılması barədə iştirakçılara məlumat verib.
Gündəliyə çıxarılan digər məsələ İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Musiqi və teatr şöbəsinin böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ələkbər Qasımovun tarif cədvəlində dəyişiklik edilməsi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın vahid tarif cədvəli üzrə vəzifə və dərəcəsinin artırılması ilə bağlı olub.
İclasda Rəyasət Heyətinin qərarı ilə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Əli Qəhrəmanov Musiqi və teatr şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Əli Həşimov isə institutun elmi katibi təyin edilib.
Sonda bir sıra cari məsələlərə baxılıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR