23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun Nəbatat bağının şöbə müdiri, biologiya üzrə fəlsəfə doktoru Teyyub Paşayevin “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası”, həmin institutun direktor müavini, biologiya üzrə fəlsəfə doktoru İsmayıl Məmmədovun “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” və institutun böyük elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Loğman Bayramov və Meyvə, tərəvəz və üzümçülük laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə elmlər doktoru Varis Quliyevin həmmüəllifi olduğu “Naxçıvan Muxtar Respublikasında armud bitkisinin genofondu və bioloji xüsusiyyətləri” adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib.
Bölmənin Elektron kitabxanasında keçirilən tədbirdə Varis Quliyev çıxış edərək həmmüəllifi olduğu monoqrafiyada armud sortlarının təsərrüfat-bioloji xüsusiyyətləri, artırılma üsulları, torpağın əkin üçün hazırlanması, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri, kimyəvi tərkibi, iqtisadi səmərəliliyi kimi məsələlərin öz əksini tapdığını deyib.
Alim “Naxçıvan Muxtar Respublikası şəraitində ev quşlarının koksidiləri” adlı nəşrdə ev quşlarında parazitlik edən koksidilərin növ tərkibi, biologiyası barədə məlumatların, “Zəfəranın Naxçıvan Muxtar Respublikasında introduksiyası” adlı kitabda isə əkin zəfəranının iqlimləşdirilməsi ilə əlaqədar aparılan elmi tədqiqatların nəticələrinin əks olunduğunu bildirib.
Sonra Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Sahib Hacıyev, biologiya üzrə fəlsəfə doktorları – həmin institutun elmi katibi Ənvər İbrahimov, Biokimyəvi tədqiqatlar laboratoriyasının rəhbəri Ramiz Ələkbərov, Bitki sistematikası şöbəsinin böyük elmi işçisi Seyfəli Qəhrəmanov, Zooloji tədqiqatlar şöbəsinin müdiri Akif Bayramov və həmin şöbənin böyük elmi işçisi Mahir Məhərrəm­ov çıxış edərək nəşrlərlə bağlı elmi qənaətlərini diqqətə çatdırıblar. 

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR