23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Heydər Əliyev adına Gənclər Birliyi və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə muxtar respublikada fəaliyyət göstərən orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında “Nuh yurdu” intellektual oyunu keçirilib.
Əvvəlcə Gənclər və İdman Nazir­liyinin şöbə müdiri Tahir Məmmədli çıxış edərək intellektual oyunun gənclərin intellektual səviyyəsini, dünya­görüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək məqsədi daşıdığını bildirib və komandalara uğurlar arzulayıb.
8 komandanın iştirak etdiyi oyun yarımfinal və final mərhələsindən ibarət olub. “Ulduz”, “Loğman”, “Simayi-Şəms” və “Qafqaz” komandaları finala vəsiqə qazanıblar.
Yekunda Naxçıvan Tibb Kollecinin “Loğman” komandası qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin “Ulduz” komandası ikinci, Naxçıvan Musiqi Kollecinin “Simayi-Şəms” komandası isə üçüncü olub.
Qalib gələn komandalara təşkilatçıların kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablar təqdim olunub.
İntellektual oyunda 40 nəfər gənc iştirak edib.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR