Bu günlərdə Azərbaycan Dillər Universitetində TEMPUS layihəsinin “CoMoLTE” proqramının yekun konfransı keçirilib. Qeyd edək ki, “CoMoLTE” (müasir dil müəllimlərinin tədris konsorsiumu) Avropa Birliyi və tərəfdaş ölkələr Belarus və Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq layihəsidir.
Konfransda “Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli, Xarici dillər kafedrasının müdiri Anara Nəsirli, koordinator Elmira Hüseynova, Xarici dillər kafedrasının müəllimləri Könül Babayeva və Sərxan Musayev təmsil ediblər.
Konfransda Münhen Lüdviq Maksimilian Universiteti, Belarus Dövlət Universiteti, Naxçıvan Dövlət Universitetinin əməkdaşları da iştirak ediblər. Konfransda çıxış edən Münhen Lüdviq Maksimilian Universitetinin əməkdaşı, professor Jörc Roche proqram haqqında ümumi məlumat verib. Nəticələr müzakirə edilib və müxtəlif modullarda yazılmış dərs vəsaitinin tətbiqi barəsində treninqlər təşkil edilib.
Məlumat üçün qeyd edək ki, konfrans 4 gün davam edib.
Nuray ƏSGƏROVA