23 Dekabr 2024, Bazar ertəsi

Məktəbəqədər təhsil ailənin və cəmiyyətin maraqlarına uyğun olaraq uşaqların erkən yaş dövründən intellektual, fiziki və zehni inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Belə tədris müəssisələri təhsil sisteminin ilk pilləsi olmaqla uşaqların tərbiyəsi və təlimi vəzifəsini yerinə yetirir. Bu məqsədlə muxtar respublikamızda məqsədyönlü tədbirlər həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəhazırlıq qrupları müəllimlərinin ilk dəfə keçirilən seminarı da belə tədbirlərdəndir.
Naxçıvan Dövlət Texniki Kollecində təşkil edilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin şöbə müdiri Rüstəm Həsənov “Muxtar respublika ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili və əhəmiyyəti”, Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi Gülxanım Oruc­ova “Məktəbəhazırlıq qruplarında tədrisin təşkili yolları”, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin məktəbəhazırlıq qrupunun rəhbəri Səkinə Qənbərova “Məktəbəhazırlıq qruplarında uşaqlarla aparılan işin xüsusiyyətləri” mövzularında danışıblar.

Videoslaydların nümayiş olunduğu seminarda bildirilib ki, məktəbəhazırlıq qruplarının təşkil edilməsində məqsəd bu yaşda uşaqların məktəb təliminə hazır­lığı ilə əlaqədar onların psixoloji dayanıqlığını artırmaq, beşyaşlıları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Seminarda qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında uşaqların məktəbəhazırlığının təşkili məsələləri haqqında” Qərarından əvvəl uşaqların xeyli hissəsi məktəbəqədər təhsil mərhələsini, eləcə də məktəbəhazır­lıq dövrünü keçmədən birbaşa məktəbə qəbul edilirdilər. Ancaq adıçəkilən qərardan sonra ötən ilin oktyabr ayından başlayaraq muxtar respublikanın ümumtəhsil məktəblərində məktəbəhazırlıq qrupları fəaliyyətə başlayıb. Bununla da, ibtidai təhsil məktəbəqədər təhsil və məktəbəhazırlıq təliminin davamı kimi vahid sistemdə birləşdirilib, uşağın psixoloji və mənəvi cəhətdən məktəb təliminə hazırlığının əsası qoyulub.

 Nail Əsgərova

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR