23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Axtarış və Kəşfiyyat İdarəsində Naxçıvan Dövlət Universitetinin kollektivi ilə birgə əməkdaşlığın perspektivləri istiqamətində iclas keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının ekologiya və təbii sərvətlər naziri Hafiz Yaqubov çıxış edərək bildirib ki, muxtar respublikamızda təbii sərvətlərdən səmərəli istifadə iqtisadi siyasətin əsasını təşkil edir.
Qeyd edilib ki, bu istiqamətdə aparılan tədqiqatlarda Naxçıvan Dövlət Universitetinin tələbələri də yaxından iştirak etməli, təcrübi biliklərini artırmalı, muxtar respublikamızın mineral xammal ehtiyatlarının öyrənilməsinə öz töhfələrini verməlidirlər.
Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, Naxçıvanın geoloji mühiti regionun ən zəngin xammal ehtiyatlarına malikdir və bunun da böyük bir qismi öz tədqiqini gözləyir. Rektor idarənin ixtisaslı kadrlarla təmin edilməsi məqsədilə 2018-2019-cu tədris ilində Naxçıvan Dövlət Universitetində Geologiya ixtisasının yaradılmasının da nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mayis Əliyev tədbir iştirakçılarına idarənin imkanları haqqında ətraflı məlumat verib.

Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev isə çıxışında muxtar respublikanın təbii sərvətlərinin və mövcud mineral xammal ehtiyatlarının tədqiq edilməsinin əhəmiyyətindən danışıb.
Sonra tədbir iştirakçıları idarənin nəzdində yaradılan Geologiya Muzeyinə ekskursiya ediblər. Bildirilib ki, muzeyin əsas fəaliyyət istiqaməti muxtar respublikanın mineral xammal bazasını səciyyələndirən süxur, mineral və filiz nümunələrinin ümumi nümayişə təqdim edilməsi, geoloji kəşfiyyat işlərinin nəticələrinin və elmi-geoloji nailiyyətlərin geniş miqyasda tanıdılması və təbliğindən ibarətdir. Muzeydə 3 bölmə – filiz ehtiyatları və qeyri-filiz ehtiyatları, o cümlədən geologiya tarixi bölmələri və paleontologiya yarımbölməsi fəaliyyət göstərir. Muzey fondunda 700 eksponat vardır. Burada həmçinin muxtar respublikanın geologiya və faydalı qazıntılar xəritələri də nümayiş etdirilir. Geoloji Axtarış və Kəşfiyyat İdarəsinin inzibati binası, Geologiya Muzeyi, Çöl tədqiqatları üçün kameral mərkəz və Geoloji Tədqiqatlar Mərkəzinin iş prinsipi ilə tanışlıq da maraq doğurub.

Səadət ƏLİYEVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR