23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi iyulun 18-də 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahanlar respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə, 49 binada aparılıb. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunub.
26332 abituriyentin iştirak etdiyi imtahanda 21 min 734 abituriyent I qrup, 4598-i isə IV qrup üzrə imtahan verib. Abituriyentlərdən 24 min 244-ü Azərbaycan, 2088-i isə rus bölməsinin məzunlarıdır. Onların 15 min 496-sı oğlan, 10 min 836-sı isə qızdır.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhərində imtahanlar 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. İmtahana 82 nəzarətçi, 6 imtahan rəhbəri cəlb olunub, bir gün əvvəl onlar üçün seminar-treninqlər təşkil edilib. Ümumilikdə, 858 abituriyent imtahan verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-da başlanıb və 3 saat davam edib.

Ardını oxu...

İyulun 17-də Təhsil Nazirliyində beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasından irəli gələn vəzifələr, Təhsil Nazirliyinin fəaliyyətində yol verilən nöqsanlar və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası ­keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov kollegiya iclasında məruzə ilə çıxış edərək demişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 200-dən çox məktəb binası tikilib istifadəyə verilmiş və ya əsaslı şəkildə yenidən qurulmuşdur. Bu işlər 2018-ci ildə də davam etdirilmişdir. 2018-ci ilin birinci yarısında Naxçıvan şəhər 6 nömrəli, Şərur rayon Ərəbyengicə, Culfa rayon Dizə kənd tam orta məktəbləri və Ordubad Rayon Təhsil Şöbəsi üçün binalar istifadəyə verilmiş, Naxçıvan şəhər 5 nömrəli, Şərur rayon İbadulla, Kosacan, Kərimbəyli, Babək rayon Aşağı Buzqov, Yuxarı Buzqov, Ordubad rayon Dəstə, Culfa rayon Qazançı kənd tam orta məktəbləri, eyni zamanda Ordubad Rayon Uşaq-Gənclər İdman Məktəbi, Uşaq-Gənc­lər Yaradıcılıq Mərkəzi və Texniki Yaradıcılıq Mərkəzi üçün binaların tikintisi davam etdirilmişdir.
Təhsil sistemində aparılan islahatlar təkcə məktəb tikintisi ilə yekunlaşmamış, tikilən və ya əsaslı şəkildə yenidən qurulan təhsil müəssisələrinin maddi-texniki bazaları da gücləndirilmiş, məktəblər ən müasir informasiya və kommunikasiya avadanlıqları ilə təchiz olunmuşdur. Belə ki, ümumtəhsil məktəblərində 650-dən çox elektron lövhə quraşdırılmış və təhsil müəssisələrinə 4440 dəst kompüter verilmişdir ki, onların da 3368-i internet şəbəkəsinə qoşulmuşdur.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və dekorativ-tətbiqi sənətlər şöbəsinin müdiri Fizzə Quliyevanın “Şamil Qazıyevin həyat və ­yaradıcılığı” adlı monoqrafiyası işıq üzü görüb.
Yeni nəşr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­cənab Vasif Talıbovun “Görkəmli rəssam Şamil Qazıyevin 110 illik yubileyinin keçirilməsi haqqında” 2018-ci il 1 fevral tarixli Sərəncamına əsasən yubileyi dövlət səviyyəsində qeyd olunan, ömrünün 50 ilini təsviri sənətə və teatr sahəsinə həsr edən görkəmli rəssam, Əməkdar incəsənət xadimi Şamil Qazıyevin zəngin bədii irsinin təbliği baxımından əhəmiyyətlidir.
Bölmənin sədri, akademik İsmayıl Hacıyevin elmi məsləhətliyi ilə işıq üzü görən monoqrafiyada çoxsaylı arxiv sənədləri və tədqiqatçıların fikirləri əsasında Naxçıvanın keçmiş tarixini, mədəniyyətini, adət-ənənələrini əsərlərində tərənnüm edən Şamil Qazıyevin həyat və yaradıcılıq yolu tədqiq edilib.
Müəllif “Köhnə Naxçıvan” silsiləsinin etnoqrafik zənginliyini XX əsr Azərbaycan mədəniyyətinin, Naxçıvan diyarının xalq məişəti ənənələrinin tədqiqi baxımından dəyərləndirib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

AMEA Naxçıvan Bölməsinin ildə dörd dəfə elmi ictimaiyyətə təqdim etdiyi “Xəbərlər” jurnalının növbəti sayı işıq üzü ­görüb.
Təbiət və texniki elmlər sahəsini əhatə edən jurnalın yeni sayında elm və təhsil müəssisələrində çalışan əməkdaşların apardıqları tədqiqatların nəticələri kimya, biologiya, fizika, astronomiya bölmələrində işıqlandırılıb.
Jurnalda “Naxçıvan Muxtar Respublikası yeraltı sularının mənşəyi və formalaşma şəraiti”, “Naxçıvan Muxtar Respublikası şəraitində payızlıq buğdaların abiotik amillərə qarşı davamlılığının öyrənilməsi”, “Naxçıvan Muxtar Respublikası şəraitində yonca bitkisi xəstəliklərinin məhsuldarlığa təsirinin öyrənilməsi”, “Hündürlükdən asılı olaraq Naxçıvan Muxtar Respublikasının çaylarının enerji ehtiyatları” və digər məqalələr əksini tapıb.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev iştirakçıları gündə­likdə duran məsələlərlə tanış edib.
Tədbirdə bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev Naxçıvan ərazisində aparılan arxeoloji ekspedisiyalarla bağlı məlumat verib. O qeyd edib ki, Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası hazırda Duzdağda və Naxçıvantəpədə tədqiqat işlərini davam etdirir.
Duzdağ ərazisində 2006-cı ildən başlayaraq arxeoloji qazıntıların aparıldığını deyən Vəli Baxşəliyev tədqiqatlar nəticəsində buradan Eneolit, Erkən Tunc, Dəmir dövrlərinə və Orta əsrlərə aid keramika materiallarının, daş çəkiclərin aşkar olunduğunu diqqətə çatdırıb. Bildirib ki, həmin tapıntılara əsasən Duzdağda duz çıxarılması işinin Mis Daş dövründən günümüzə qədər davam etdiyi müəyyənləşib. Aparılan arxeoloji tədqiqatlarla bağlı ekspedisiya üzvlərinin kitabı nəşr olunub, xarici ölkələrin müxtəlif qəzet və jurnallarında məqalələr çap edilib. Məqalələrdə Duzdağ mədəninin qədim tarixə malik olduğu elmi sübutlarla göstərilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi 2018-ci ilin birinci yarısında bir sıra əhəmiyyətli uğurlar əldə edib. Qeyd edək ki, hesabat dövründə bölmədə 6 elmi istiqamət üzrə 7 mövzunu əhatə edən 36 iş yerinə yetirilib. Tədqiqatlarda 2 akademik, 4 akademiyanın müxbir üzvü, 6 elmlər və 50 fəlsəfə dоktоrları, həmçinin doktorant və dissertantlar iştirak ediblər.
Bölmə əməkdaşlarının müvafiq dövr ərzində 455 elmi əsəri nəşr edilib. Onlardan 2 monoqrafiya, 52 elmi məqalə və 48 konfrans materialı olmaqla, ümumilikdə, 102-si xaricdə çap olunub. Elmi məqalələrdən 11-i impaktfaktorlu jurnallarda işıq üzü görüb. 124 qəzet materialı çap edilib, 7 buklet tərtib olunub. 5 kitab, 301 məqalə isə nəşrə təqdim edilib.
Bundan əlavə, “Xəbərlər” və “Axtarışlar” jurnallarının iki nömrəsi çapdan çıxıb. “Qarabağlar Türbə Kompleksi” kitabı üç dildə (Azərbaycan, ingilis və rus dillərində) nəşr olunub. 2018-ci ilin birinci yarısında “Naxçıvan coğrafiyası” kitabının ikinci cildi çapa təqdim edilib. Bölmə əməkdaşları tədqiqat dövründə 4 patent hazırlayıblar. Bölmədə 9 konfrans, 4 iclas, 13 seminar, 12 kitab təqdimatı, habelə oxunması zəruri olan 4 kitabın müzakirəsi keçirilib. Qurumun 40 əməkdaşı respublikada və xaricdə keçirilən 20 beynəlxalq tədbirdə məruzələrlə çıxış edib.

Ardını oxu...

Dövlət İmtahan Mərkəzi  iyulun 10-da V ixtisas qrupu üzrə ali məktəblərə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün qəbul imtahanı, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi və eksternat qaydasında təhsil sənədi almaq istəyənlər üçün buraxılış imtahanı keçirib.  

İmtahanlar respublikanın 9 şəhər və rayonunda – Bakı, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda 50 imtahan mərkəzində təşkil olunub və imtahanda, ümumilikdə, 26014 nəfər iştirak edib.
İmtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 18 min 116 nəfər əvvəlki illərin məzunları, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş 4437 nəfər əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş, həmçinin üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan 847 nəfər IX, 2614 nəfər isə XI sinif şagirdləri iştirak edib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının cari ilə olan ikinci nömrəsi işıq üzü görüb.
Folklor, ədəbiyyat, dil, sənətşünaslıq və tarix sahələrində aparılan tədqiqatların yer aldığı elmi-ədəbi toplunun növbəti sayında Naxçıvan Bölməsi, AMEA-nın Dilçilik İnstitutu, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Bakı Dövlət Universiteti və digər elm və təhsil müəssisələrində çalışan əməkdaşların müxtəlif mövzularda elmi məqalələri əksini tapıb.
Yeni sayda “Heydər Əliyev irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi məsələləri”, “Naxçıvan Türk-İslam mədəniyyəti abidələri”, “Mir Cəlalın hekayələrində sosial-mədəni problemlərin əksi (yazıçının həkimlərə həsr edilmiş hekayələri əsasında)”, “Hüseyn Cavid obrazı Azərbaycan dramaturgiyasında (1980-1990-cı illər)”, “Klassik ədəbiyyatımız milli sərvətimizdir”, “Naxçıvanda miladdan öncə yaşamış Skif türkləri ilə bağlı etnooykonimlər”, “Şamil Qazıyev rəngləri Naxçıvan teatr səhnəsində” və digər orijinal elmi məqalələr oxuculara təqdim olunub.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Dövlət İmtahan Mərkəzi iyulun 8-də 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanının ikinci mərhələsini keçirib.
İmtahan Bakı şəhərində iki, Naxçıvan şəhərində bir binada olmaqla, saat 1100-da başlanıb və 2 saat 30 dəqiqə davam edib. İmtahanda namizədlərə ixtisas fənləri üzrə 100 test tapşırığı təqdim olunub.
İxtisas seçiminə rezidenturaya qəbul imtahanındakı nəticələri Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyənləşdirilmiş müsabiqə şərtini ödəyən – baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında topladığı balı 40-dan, ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında isə 50-dən, ümumi balı 90-dan az olmayan namizədlər buraxılıblar.
Məlumat üçün bildirək ki, imtahanda iştirak edən 609 namizədin 408-i qız, 201-i oğlandır. Onlardan 529-u Azərbaycan, 80-i isə rus bölməsinin, 329-u cari ilin, 280-i isə əvvəlki illərin məzunlarıdır. İdarəetmə üçün 6 imtahan rəhbəri, 59 zal nəzarətçisi ayrılıb.
Naxçıvan şəhərində imtahan Dövlət İmtahan Mərkəzinin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin binasında keçirilib. 20 namizədin iştirak etdiyi imtahana 1 imtahan rəhbəri cəlb edilib.
İmtahanın nəticələri bir neçə gün sonra Dövlət İmtahan Mərkəzinin rəsmi internet saytında (www.dim.gov.az) ­yerləşdiriləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

Azərbaycanın təsəvvüf və təfsir alimləri arasında xüsusi yeri olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığına həsr edilən “Baba Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitab çap olunacaq.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya, İncəsənət, Dil və Ədəbiyyat institutlarının və Əlyazmalar Fondunun elmi əməkdaşları uşaqlıq və gənclik illərini Naxçıvanda keçirən, İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan Baba Nemətullah Naxçıvaninin irsi ilə bağlı araşdırmalar aparıblar.
Bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən “Taleyi və sənəti” layihəsi çərçivəsində hazır­lanan kitabda Baba Nemətullah Naxçıvaninin yaradıcılığı ilə bağlı materiallar toplanılır. Nəşrdə elm xadimlərinin Naxçıvanda yetişən fəlsəfi məzmunlu məktəblərin nümayəndəsi olan Baba Nemətullah Naxçıvaninin həyat və yaradıcılığı ilə yanaşı, elmi fəaliyyəti, təsəvvüflə bağlı dərin düşüncələri, alimin qələmə aldığı fəlsəfi məzmunlu müxtəlif əsərlərinin tədqiqi ilə bağlı məqalələr də yer alacaq.
Qeyd edək ki, bölmədə sentyabr ayının 19-da “Baba Nemətullah Naxçıvani” mövzusunda elmi konfransın keçirilməsi də nəzərdə tutulub.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Hər bir dövlətin inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi və dövlətçiliyinin gücləndirilməsi birbaşa gələcəyin etibarlı təminatı olan kadr hazırlığından asılıdır. Çağdaş dünya çağırışlarına cavab verən təhsil sisteminin yaradılması ölkəmizin inkişaf konsepsiyasının mühüm tərkib hissəsinə çevrilib. Bu sahədə əsası ümummilli liderimiz tərəfindən qoyulan islahatlar bu gün Prezident cənab İlham Əliyev tərəfindən yeni mərhələdə uğurla davam etdirilir. Təhsil sahəsində atılan genişmiqyaslı addımlar böyük nailiyyətlər əldə edilməsinə və dövlətimizin sürətli inkişafına əsas baza yaradan amildir.

Muxtar respublikamızın hərtərəfli tərəqqisi məqsədilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən tədris şəraitinin yaxşılaşdırılması, informasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi və məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi əsas prioritetlərdəndir.
Məhz buna görə də bu gün ölkə­mizdə, onun ayrılmaz tərkib hissəsi olan muxtar respublikamızda gənc kadrların hazırlanmasına, onların işlə təmin olunmasına, potensiallarından səmərəli istifadəyə xüsusi diqqət yetirilir. Gənc­lərin inkişafına göstərilən hərtərəfli dövlət qayğısı, onların yaradılan bu şəraitdən bəhrələnərək müxtəlif sahələrdə uğurlar qazanması da Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı statusuna layiq görülməsini şərtləndirən amillərdəndir.

Ardını oxu...

2004-cü il sentyabr ayının 2-də naxçıvanlıların daha çox üçüncü mikrorayon kimi tanıdıqları Babək məhəlləsində yeni məktəbin istifadəyə verilməsi təkcə Naxçıvanın təhsil ictimaiyyətinin, şəhər əhalisinin deyil, bütün muxtar respublika sakinlərinin böyük sevincinə səbəb oldu. Çünki açılış mərasimində ulu öndərin siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyev iştirak edirdi. Bu, sadəcə, bir məktəb binasının istifadəyə verilməsi deyildi, ümummilli liderimizin təşəbbüsü ilə tikilən və həm də onun adına ucaldılan bir abidənin açılışı idi. Dövlət başçısı açılış mərasimində dedi: “Bu məktəb çox yüksək səviyyədə tikilmiş və ən müasir dünya standartlarına cavab verir. Bu həm memarlıq baxımından gözəl binadır, eyni zamanda burada yüksək səviyyədə təhsil almaq üçün hər cür şərait vardır. Bu məktəbin tikintisi xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. Heydər Əliyev bu məktəbin tikintisinə çox böyük diqqətlə yanaşırdı, istəyirdi ki, bu təhsil ocağı Azərbaycanda bir nömrəli məktəb olsun”. 

Ardını oxu...

Diyarımızın əlverişli coğrafi şəraiti və təbii sərvətləri qədim mədəniyyətlərin formalaşmasında mühüm rol oynamışdır. Naxçıvanın qədim mədəniyyətləri Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf еdib təşəkkül tapmışdır. Еramızdan əvvəl III minilliyin sоnunda iqtisadiyyatın və ticarətin inkişafı bu diyarda şəhərtipli yaşayış məskənlərinin yaranmasına imkan vеrmişdir.
Naxçıvanda şəhər mədəniyyətinin formalaşmasını daha geniş tədqiq etmək məqsədilə AMEA Naxçıvan Bölməsinin arxeoloji ekspedisiyası AMEA-nın müxbir üzvü Vəli Baxşə­li­yevin rəhbərliyi ilə Duzdağda arxeoloji tədqiqatları davam etdirir. Tədqiqatlar nəticəsində Duzdağ mədənlərinin dünyanın ən qədim duz mədənləri olduğu aydınlaşdırılmışdır. Hazırda burada duzun çıxarılması ilə bağlı infra­strukturlar, duzun mübadiləsi, Yaxın Şərq və Cənubi Qafqazda Naxçıvan duzunun əhəmiyyəti ilə bağlı məsələlər tədqiq edilməkdədir. Araşdırmalar zamanı Еnеоlit və Еrkən Tunc, Dəmir dövrlərinə və orta əsrlərə аid kеrаmikа məmulаtı, dаş çəkiclər tаpılmışdır. Müəyyən edilmişdir ki, Yaxın Şərq ölkələri ilə iqtisadi-mədəni əlaqələrin formalaşmasında Naxçıvanın xammal ehtiyatları, o cümlədən duz əsas yer tutmuşdur. Eneolit dövründən başlayaraq duz həm də mübаdilə vаsitəsi оlmuş, ticаrət məqsədilə Şərq ölkələrinə аpаrılmışdır.

Xəbərlər şöbəsi

Ukraynanın Xarkov şəhərindəki Ukrayna Dövlət Dəmiryol Universitetinin qəbul komissiyasının üzvü Maksim Kuçenka və universitetin Beynəlxalq münasibətlər şöbəsinin aparıcı mütəxəssisi Mikayıl Qarayev Naxçıvan Dövlət Universitetində olublar.
İyunun 29-da Naxçıvan Dövlət Universitetində ikitərəfli görüş keçirilib. Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov ali təhsil ocağının zəngin maddi-texniki bazası, tərəfdaş olduğu ölkələrlə apardığı tələbə-müəllim mübadiləsi haqqında məlumat verib. Universitetin beynəlxalq əlaqələrindən danışan rektor vurğulayıb ki, ali təhsil ocağı hazırda ERASMUS proqramları çərçivəsində bir çox yerli və Avropa universitetləri ilə əməkdaşlıq edir. Qeyd edilib ki, tələbə mobilliyinin inkişafı nəticəsində universitetin bakalavr və doktorantları öz təhsillərini Polşa, Rumıniya, İspaniya, İtaliya, Çexiya və digər ölkələrin ali məktəblərində davam etdirirlər.
Ukrayna Dövlət Dəmiryol Universitetinin qəbul komissiyasının üzvü Maksim Kuçenka təmsil etdiyi universitet haqqında ətraflı məlumat verib.
Sonra hər iki universitet arasında qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalanıb.
Müqavilədə tələbə-müəllim mübadiləsi, təhsil, təhsil-texnoloji və istehsalat təcrübələrinin, birgə videokonfransların, ikitərəfli beynəlxalq proqram çərçivəsində təhsil və tədqiqat layihələrinin birlikdə işlənməsi, mədəni və idman tədbirlərinin keçirilməsi öz əksini tapıb. Elmi məqalələrin, monoqrafiyaların hazırlanması, universitetlərarası elmi məsləhətlər keçirilməsi, dərsliklərin hazırlanması üçün müəllimlərdən ibarət yaradıcılıq kollektivlərinin təşkili, təhsil-tədris pro­qramlarının hazırlanması, hər iki universitetin keçirdiyi tədbirlərə qarşılıqlı dəvət də müqavilənin şərtlərinə daxildir.

Naxçıvan Dövlət Universitetinin
mətbuat şöbəsi

AMEA Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm xadimi, akademik, tanınmış ictimai xadim Cəlal Əliyevin 90 illik yubileyi ilə əlaqədar elmi konfrans keçirilib.
Naxçıvan Dövlət Universiteti ilə birgə keçirilən tədbirdə bölmənin sədri, akademik İsmayıl ­Hacıyev dünya şöhrətli seleksiyaçı alimin həyat yolundan və elmi fəaliyyətindən ətraflı danışıb.
Qeyd olunub ki, 500-dən çox elmi məqalənin, 20-dən artıq kitab və monoqrafiyanın müəllifi olan Cəlal ­Əliyev elm xadimi kimi nəinki ölkəmizdə, eləcə də ölkə hüdudlarından kənarda tanınır. O, müxtəlif illərdə Azərbaycan Respublikası və Almaniya Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan Milli Elmlər və Rusiya Kənd Təsərrüfatı Elmləri akademiyalarının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər və Belarus Kənd Təsərrüfatı Elmləri akademiyalarının xarici üzvü seçilib.
İsmayıl Hacıyev akademik Cəlal Əliyevin əməyinin dövlətimiz tərəfindən yüksək qiymətləndirilərək onun Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görüldüyünü, Azərbaycanın Ali Dövlət Mükafatları – “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunduğunu xatırladıb.

Ardını oxu...

Xəbər verdiyimiz kimi, iyunun 28-də Naxçıvan şəhərində III Beynəlxalq Gənclik Araşdırmaları Konqresi öz işinə başlayıb. Gəncliyin inkişafına töhfə vermək məqsədilə təşkil olunan konqres həmin gün açılış mərasimindən sonra bölmə iclasları ilə davam edib. Türkiyə Respublikasının Çankaya Universitetindən professor Zeynəb Karahan Uslu, Mersin Universitetindən professor Gülay Börekçi və “Naxçıvan” Universitetindən Hüseyn Bağırsoylunun sədrliyi ilə keçirilən bölmə iclaslarında müasir gəncliyin təhsil, sağlamlıq və turizm sahələrində fəaliyyəti ilə bağlı mövzulardan bəhs edən məruzələri dinlənilib.
Dünən isə Türkiyə Respublikasının Ərdahan Universitetinin dosenti Semra Çevik və Erciyes Universitetinin dosenti Mustafa Durmuşçələbinin sədrliyi ilə təhsil, Pamukkale Universitetinin dosenti Türkan Turanın və Azərbaycan İqtisad Universitetinin professoru Rəna Sultanovanın sədrliyi ilə sağlamlıq, Azərbaycan Turizm və Menecment Universitetinin dosenti Flora Ələsgərovanın və İstanbul Universitetinin professoru Haluk Tanrıverdinin sədrliyi ilə turizm mövzularına dair məruzələr dinlənilib.
Qeyd edək ki, üç gün davam edəcək III Beynəlxalq Gənclik Araşdırmaları Konqresində müasir gənc­liyin dil, din, media, incəsənət, ­siyasət, turizm, təhsil və digər sahələrdə fəaliyyəti ilə bağlı mövzularda yerli və xarici ölkələrin ali təhsil müəssisələrindən gəlmiş elm adamlarının çıxışları dinləniləcək.

 Səbuhi HƏSƏNOV

Filologiya üzrə fəlsəfə doktoru, Naxçıvan Dövlət Universitetinin dosenti Aypara Behbudovanın “Vətənə bağlı şair ömrü” və onun tərtibçiliyi ilə nəşr edilmiş “Vaqif Məmmədov xatirələrdə” kitabları mənə tarix üzrə fəlsəfə doktoru, şair-publisist, mərhum Vaqif ­Məmmədovla tanışlığımızı xatırlatdı. Bu tanışlıq 2003-cü ildə onun Bakıda “Şirvannəşr”də çap olunmuş “Arazdan keçə bildim” kitabı haqqında “Şərq qapısı” qəzetində dərc etdirdiyim resenziyadan sonra olub. 

O dövrdən dünyasını dəyişənə kimi – 2016-cı ilə qədər Vaqif müəllimlə dostluq etmişik. Kərki kəndindən yazı hazırlayarkən onunla saatlarla söhbətim olub. Demək istəyirəm ki, o, şair kimi şair, publisist kimi publisist, alim kimi alim, müəllim kimi müəllim olduğu qədər də səmimi və qayğıkeş dost idi. Bu səmimiyyəti, qayğıkeşliyi onun ailəsi ilə yanaşı, çalışdığı kollektiv, mühazirə oxuduğu tələbələr, dostluq etdiyi insanlar da təsdiq edərlər. Onu tanıyan insanların yaddaşında da bu, belə qalıb. Yeri gəlmişkən onu da deyim ki, “Vətənə bağlı şair ömrü” kitabında da, xatirələrdə də böyük bir səmimiyyət var. Səmimi insan haqqında səmimi deyimlər oxucunu ilk anda təsirləndirir. Bu da, ilk növbədə, Vaqif müəllimlə bağlı 15 il tədqiqatlar aparan Aypara Behbudovanın öz müəlliminə ehtiramının ifadəsi kimi diqqəti çəkir: “Mənim Vaqif müəllimdə bir insan kimi, müəllimim kimi qibtə edib dəyərləndirdiyim onun saf və təmiz mənəvi aləmi, şairlik dünyasıdır. O, sözü ilə əməli bir olan insan idi. Onun şeirlərində insanın hisslərinə, arzularına, duyğularına qarşı durmuş dünyanın özü ilə üzbəüz danışmaq gücü var idi. Vaqif Məmmədov poeziya tarixində nadir hisslərin ifadəsinə görə yaşamaq haqqını qoruyub saxlaya bilən şairlərdən biri, ən əsası, bu dünyaya ancaq səmimiyyət gətirdiyini təsdiq edən ziyalı idi”.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində məzun günü keçirilib. Tədbiri giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr potensialının gücləndirilməsinə göstərilən yüksək dövlət qayğısından danışıb.
Fakültənin dekanı, dosent Elsevər Əsədov “Tibb fakültəsində tədris ilinin yekunları və qarşıda duran vəzifələr” mövzusundakı məruzəsində qeyd edib ki, bu il fakültə üzrə 75 məzun ali təhsilini başa vurub ki, onlardan 11-i xarici ölkə vətəndaşıdır.
Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov gələcəyin həkim kadrlarının yetişməsində universitetin rolunu yüksək qiymətləndirib, muxtar respublikada səhiyyəyə göstərilən hərtərəfli dövlət qayğısından danışıb, məzunlara xalqımızın sağlamlığının keşiyində layiqincə durmağı arzulayıb.
Azərbaycan Tibb Universitetinin I Uşaq xəstəlikləri kafedrasının müdiri, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində Yekun Dövlət Attestasiya Komissiyasının sədri, akademik Adilə Namazova vurğulayıb ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Akademik gələcəyin həkimlərinə bu peşənin sirlərinə dərindən yiyələnməyi və daim öz üzərlərində işləməyi tövsiyə edib.
Valideynlər adından Aytəkin Hacızadə, Ülviyyə Tarverdiyeva məzunları təbrik ediblər.
Sonra məzunlar Hippokrat andı içiblər.
Tədbir şeir və mahnılardan ibarət bədii kompozisiya ilə davam edib.
Sonda məzun tələbələrlə xatirə şəkli ­çəkdirilib.

Səadət Əliyeva

AMEA Naxçıvan Bölməsində fəaliyyət göstərən “Heydər Əliyev lektoriyası”nın 80-ci məşğələsi 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Gününə həsr olunub.

Lektoriyada bölmənin sədri, akademik İsmayıl Hacıyеv Azərbaycan ordusunun keçdiyi tarixi yola nəzər salıb. Bildirib ki, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ölkəmizdə ilk milli nizami hərbi hissə yaradılıb. Azərbaycanda Milli Ordu quruculuğunda varislik ənənələrinin bərpası 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi xüsusi tədbirlər nəticəsində mümkün olub. Məhz ulu öndər Heydər Əliyevin 1998-ci il tarixli Fərmanı ilə 26 iyun hər il ölkəmizdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü kimi geniş qeyd olunur.

Ardını oxu...

Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

26 İyun – Silahlı Qüvvələr Günü münasibəti ilə keçirilən tədbirdə bu fikirləri ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov səsləndirib.

Rektor tədbir iştirakçılarını Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini deyib. Qeyd edib ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində son illərdə ordumuzun döyüş qabiliyyəti daha da yüksəlib, maddi-texniki bazası möhkəmləndirilib, Azərbaycan Silahlı Qüvvələri regionun ən qüdrətli ordusuna çevrilib. Bu gün qüdrətli ordumuz işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək əzmindədir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında təhsilin inkişafı prioritet məsələdir. Yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi uğurlu nəticələrin qazanılmasına imkan verir.
İyunun 21-də Naxçıvan Muxtar Respublikasında ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib. Buraxılış imtahanları Naxçıvan şəhəri üzrə 7 və 14 nömrəli, Şərur rayonu üzrə 1 və 2 nömrəli, Babək rayonu üzrə Şıxmahmud və Babək qəsəbə 1 nömrəli, Ordubad rayonu üzrə internat və Sabirkənd, Culfa rayonu üzrə şəhər 3 nömrəli, Şahbuz rayonu üzrə şəhər 1 nömrəli, Kəngərli rayonu üzrə Qıvraq qəsəbə, Sədərək rayonu üzrə Heydərabad qəsəbə tam orta məktəbləri olmaqla, ümumilikdə, 12 binada təşkil edilib.
IX siniflərin buraxılış imtahanlarında Naxçıvan şəhəri üzrə 679, Şərur rayonu üzrə 654, Babək rayonu üzrə 603, Ordubad rayonu üzrə 419, Culfa rayonu üzrə 330, Şahbuz rayonu üzrə 170, Kəngərli rayonu üzrə 220, Sədərək rayonu üzrə 95, Heydər Əliyev adına tam orta məktəb üzrə 74, Naxçıvan Qızlar Liseyi üzrə 58, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə 32, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə 27, Heydər Əliyev adına Hərbi Lisey üzrə 133 olmaqla, ümumilikdə, 3494 şagird, XI siniflərin buraxılış imtahanlarında isə Naxçıvan şəhəri üzrə 573, Şərur rayonu üzrə 579, Babək rayonu üzrə 538, Ordubad rayonu üzrə 238, Culfa rayonu üzrə 345, Şahbuz rayonu üzrə 128, Kəngərli rayonu üzrə 163, Sədərək rayonu üzrə 74, Heydər Əliyev adına tam orta məktəb üzrə 64, Naxçıvan Qızlar Liseyi üzrə 42, Naxçıvan Qarnizonu tam orta məktəbi üzrə 33, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Lisey üzrə 23, Heydər Əliyev adına Hərbi Lisey üzrə 214 olmaqla, ümumilikdə, 3014 şagird iştirak edib.

Ardını oxu...

Dünən Gənclər Mərkəzində Gənc­lər və İdman Nazirliyinin, Gənclər Fondunun, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin və Gənclərin İntellektual İnkişaf Mərkəzi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərinin 2018-ci ildə ölkəmizin Gənclər Paytaxtı seçilməsi və 15 İyun – Milli Qurtuluş Günü ilə əlaqədar gənc müəllimlər arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
Oyunun keçirilməsində məqsəd gənc müəllimlərin intellektual səviyyələrinin, dünyagörüşlərinin, zehni inkişaflarının stimullaşdırılması, onların asudə vaxtlarının səmərəli təşkil olunmasıdır. Yarımfinal və final mərhələlərindən ibarət olan oyunda 8 komanda iştirak edib.
Yarımfinal mərhələlərində ən yüksək xal yığaraq birinci və ikinci yerə çıxmış komandalar finala vəsiqə qazanıblar. Belə ki, “Kəngərli”, “Babək”, “Culfa” və Sədərək rayonunun “Əjdəkan” komandaları finalda mübarizə aparıblar. Sonda “Əjdəkan” komandası I, “Culfa” komandası II, “Babək” komandası isə III yerə çıxıblar. Qalib komandalara təşkilatçılar tərəfindən kubok, diplom və fəxri fərmanlar təqdim olunub.
Oyunda muxtar respublikanın ­rayon və şəhər tam orta məktəblərində fəaliyyət göstərən 40 nəfər gənc müəllim iştirak edib.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

18 iyun – Azərbaycan Respublikasında İnsan Hüquqları Günü münasibətilə Naxçıvan şəhərindəki Gənclər Mərkəzində muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında bilik yarışı keçirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov açaraq bildirib ki, Azərbaycanın dünyada müstəqil, hüquqi, demokratik dövlət kimi tanınması, ölkədə insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunub ki, görkəmli dövlət xadiminin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı” ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini daha da artırıb. Bu sahəyə qayğının ifadəsi kimi ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 18 iyun tarixli “Azərbaycan Respublikasında İnsan Hüquqları Gününün təsis edilməsi haqqında” Sərəncamına uyğun olaraq hər il iyunun 18-i ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd olunur və muxtar respublikada da bununla bağlı müxtəlif tədbirlər həyata keçirilir.

Ardını oxu...

Dünən ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasının da tam orta təhsil məktəblərində XI sinif şagirdlərinin “Son zəng” tədbirləri keçirilib. 

Məlumat üçün bildirək ki, bu tədris ilində muxtar respublikanın adıçəkilən təhsil müəssisələrindən 2803 nəfər məzun olub.
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov muxtar respublikada təhsilin inkişafına göstərilən qayğıdan və bu sahədə qazanılan nailiyyətlərdən danışıb, sonda məzunları təbrik edib və onlara ali məktəblərə qəbul imtahanlarının II mərhələsində uğurlar arzulayıb.
Digər məktəblərdə keçirilən tədbirlərdə də məzunlara müstəqil həyatda xoş arzular ifadə olunub, onlara dövlətçiliyimizin, müstəqilliyimizin qorunmasında, inkişafında fəal həyat mövqeyi nümayiş etdirmək tövsiyə edilib. Məzunlar bu yolda bütün səy və bacarıqlarını sərf edəcəklərinə söz veriblər.
Tədbirlərdə şeirlər bədii qiraət olunub, mahnılar səsləndirilib.


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti

AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun və Rusiya Fundamental Tədqiqatlar Fondunun birlikdə keçirdiyi beynəlxalq qrant müsabiqəsinin qalibi olub.
“Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri” adlı qrant layihəsinin yerinə yetirilməsində Batabat Astrofizika Rəsədxanasının əməkdaşları ilə birlikdə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun və Rusiya Elmlər Akademiyasının Yer maqnetizmi, İonosfera və Radiodalğaların yayılması İnstitutunun alimləri də iştirak edəcək.
Qeyd edək ki, Batabat Astrofizika Rəsədxanasının rəhbərlik edəcəyi qrant layihəsi 2 il müddətində yerinə yetiriləcək. Layihə çərçivəsində aparılacaq elmi-tədqiqat işlərinin əsas istiqamətləri olan Günəş-Yer əlaqələrinin fizikası həm Günəşdə, həm də yer­ətrafı fəzada baş verən bəzi fəal hadisələrin biosistemlərə təsiri sahəsində olacaq. Layihədə Günəş və geofiziki fəallığın biosistemlərə ümumi təsirinin nəzəri əsaslarının işlənib hazırlanması ilə yanaşı, bu amillərin bilavasitə Qafqaz regionuna xüsusi təsiri də tədqiq ediləcək. Nəzərdə tutulan işlərin yerinə yetirilməsi ilə alınacaq elmi nəticələr bioloji və ekoloji sistemlərlə bağlı bəzi proseslərin uzunmüddətli proqnozlaşdırılması məsələlərinin həllinə köməklik göstərəcək.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

“Naxçıvan” Universitetində “İslam dəyərləri: Ramazan və Qurban bayramları” mövzusunda elmi forum keçirilib.
AMEA Naxçıvan Bölməsi, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyi və “Naxçıvan” Universitetinin təşkilatçılığı ilə “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018” tədbirləri çərçivəsində keçirilən forumu giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacı­yev açaraq bildirib ki, muxtar respublikamızda milli-mənəvi dəyərlərimizin qorunması və təbliği daim diqqət mərkəzində saxlanılır, bu sahəyə hərtərəfli dövlət qayğısı göstərilir. Həyata keçirilən tədbirlərin nəticəsidir ki, multikulturalizmin, tolerantlığın mövcud olduğu ölkəmizdə bu gün təkcə islami dəyərlər təbliğ olunmur, həm də İslam həmrəyliyinin təmin edilməsi istiqamətində tarixi addımlar atılır. Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması da milli və mənəvi dəyərlərimizin təbliği baxımından yeni imkanlar açır.
Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev “İslam dininin milli-mənəvi dəyərlərimizdən olan bayramlarımıza verdiyi dəyər” mövzusunda çıxış edərək qeyd edib ki, İslam dini başqa dinlərdən fərqli olaraq bütün bəşəriyyət üçün meydana gəlmişdir. İslam humanist bir din kimi yayıldığı ərazidəki xalqların adət-ənənəsinə böyük hörmət göstərmişdir. Əgər həmin adət və ənənələrdə dinə zidd heç bir ünsür yoxdursa, İslam dini onu rədd etməmiş, əksinə, qoruyaraq daha da inkişaf etməsinə kömək olmuşdur. Bu səbəbdən İslam dini yayıldıqdan sonrakı illərdə də Azərbaycanda dini bayramlarımız olan Qurban və Ramazan bayramları ilə yanaşı, Xızır Nəbi və Novruz bayramları da həmişə yüksək şəkildə qeyd olunub.

Ardını oxu...

Milli Qurtuluş Günü münasibətilə Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın 210 ümumtəhsil məktəbi və Heydər Əliyev adına Hərbi Lisey arasında interaktiv dərs təşkil olunub. Naxçıvan Muxtar Respublikası Təhsil, Rabitə və Yeni Texnologiyalar nazirliklərinin təşkilatçılığı ilə “Ümummilli ­lider Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçilən açıq dərsdə muzeyin direktoru Ramil Orucəliyev əvvəlcə muzey barədə şagirdlərə ətraflı məlumat verib.
Bildirilib ki, Heydər Əliyev Muzeyi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncamla yaradılıb. Muzey həmin ilin may ­ayının 10-dan fəaliyyət göstərir.
Qeyd olunub ki, Heydər Əliyev Muzeyi müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı olan ulu öndərimizin ictimai-siyasi fəaliyyətinə dair materialların toplanmasını, komplektləşdirilməsini, mühafizəsini, tədqiq və təbliğini həyata keçirən elmi-tədqiqat müəssisəsidir.
“Muzey fondunda ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən 4 min 711 ədəd eksponat toplanıb”, – deyən Ramil Orucəliyev ümummilli liderimiz Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, keçdiyi şərəfli həyat yolu ilə bağlı muzeydə qorunan nadir tarixi sənədlər, elmi nəşrlər və xatirə əşyaları haqqında məlumat verib.

Ardını oxu...

İyun ayının 14-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, daha bir tədris ilinin sonu, buraxılış sinifləri üçün “Son zəng” günüdür.
Xalqımız hər zaman elm və təhsilin inkişafına böyük önəm verib. Müdriklərimiz, ziyalılarımız cəmiyyətin inkişafını təhsildə görüb, insanların savadlanması, gənclərin elm, bilik öyrənməsi qayğısına qalıblar. Azərbaycanda “Son zəng” gününün hər il böyük sevinc hissi ilə qeyd olunması da təhsilin cəmiyyət həyatında mühüm yer tutmasının göstəricisidir.
Başa vurduğumuz son tədris ilində qazanılan nailiyyətlər də bunu deməyə əsas verir ki, ulu öndər Heydər Əliyevin müəllifi olduğu təhsil strategiyası bu gün Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı nəticəsində son illər muxtar respublikamızda təhsilin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, ali və orta ixtisas məktəblərinə həm sənəd vermə, həm də tələbə qəbulunun səviyyəsi ilbəil artmaqdadır. Artıq bir neçə ildir ki, sənəd qəbulu internet vasitəsi ilə həyata keçirilir, muxtar respublikamızda bununla bağlı hər cür şərait yaradılıb. Nəticədə, 2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290 nəfəri, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd verib. Onların 610-u I, 617-si II, 761-i III, 148-i IV, 154-ü isə V ixtisas qrupunu seçiblər. Sənəd verən məzunların 1228 nəfəri, yəni 53,6 faizi oğlan, 1062 nəfəri, yəni 46,4 faizi qızlardır.

Ardını oxu...

Bu il may ayının 16-sı Naxçıvan şəhər Qaraxanbəyli kənd sakinlərinin həyatında ən əlamətdar və yaddaqalan gün kimi tarixə düşdü. Həmin gün sakinlərin yaşadığı böyük sevinci sözlə ifadə etmək mümkün deyildi. Bu sevincdən ən böyük pay isə kənd məktəbinin müəllim və şagirdlərinə düşmüşdü. Ölkə Prezidenti cənab İlham Əliyevin muxtar respublikaya səfəri çərçivəsində kənddə müasir tələblərə cavab verən 6 nömrəli tam orta məktəbin açılışı oldu. Mərasimdə uşaqların sevincini bölüşməyə ölkə başçısı və muxtar respublika rəhbəri də gəldi, kənd sakinlərini, eləcə də məktəbliləri təbrik edib, pedaqoji kollektivə öz ürək sözlərini və ­tövsiyələrini çatdırdılar. Həmin gün valideynlər əmin oldular ki, uşaqları üçün yeni üfüqlər açılıb, onlar artıq hər cür şəraitə malik müasir binada təhsil alacaqlar. 

Müəllim və şagirdlər üçün yaradılan şəraitlə tanış olmaq və məktəbin fəaliyyəti haqqında məlumat almaq üçün ötən günlərdə adıçəkilən təhsil ocağına yollandıq. Əvvəllər kəndə yararsız, tozlu-torpaqlı yollarla gedirdik. Bu gün isə təmir edilmiş, gözoxşayan yollardan bəlli idi ki, əksər yaşayış məntəqələrimizi ağuşuna alan abadlıq, quruculuq işləri bu kənddə də həyata keçirilib. Burada müasir infrastrukturun yaradılması, kənd və xidmət mərkəzlərinin istifadəyə verilməsi deyilənləri təsdiqləyir.

Ardını oxu...

15 İyun – Milli Qurtuluş Günü münasibətilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri və Heydər Əliyev adına Hərbi Liseyin kursantları arasında keçirilən inşa yazı müsabiqəsinin qalibləri müəyyən olunub.
“Heydər Əliyev ideyalarında Qurtuluşa gedən yol” mövzusunda təşkil edilən müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu ilə birgə təşkil olunan tədbirdə muxtar respublikanın təhsil naziri Məmməd Qəribov qalibləri təbrik edib. Nazir bildirib ki, belə müsabiqələrin keçirilməsi ulu öndərimizə ümumxalq məhəbbətinin bariz nümunəsidir. İnşa yazı müsabiqəsi intellekt yarışı olmaqla yanaşı, həm də ictimai məzmun daşıyır. Çünki Naxçıvan məktəbliləri ulu öndərin zəngin siyasi irsini, ideyalarını mənimsəməklə vətənpərvərlik dərsi öyrənirlər.
Fondun icraçı direktoru Anar Babayev deyib ki, əsası ümummilli ­liderimiz tərəfindən qoyulan gənclər siyasəti bu gün uğurla həyata keçirilir, gənclərin milli ruhda tərbiyəsi diqqət mərkəzində saxlanılır. Onların ictimai-siyasi, iqtisadi və mədəni həyatda fəal iştirakı, sosial problemlərinin həlli, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət pro­qramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması diqqət mərkəzində saxlanılır. Gənc­lərin elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, muxtar respublikada bu istiqamətdə həyata keçirilən tədbirlərin əsasını təşkil edir.
Sonra inşa yazı müsabiqəsinin qalibləri diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Xəbərlər şöbəsi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün test imtahanlarına iyun ayının 11-dən start verilib.

İmtahanlarda iştirak etmək üçün 414 nəfər sənəd təqdim edib. İştirakçılara ixtisas üzrə ümumi fənn proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 25, informasiya texnologiyaları üzrə 15 sual olmaqla, ümumilikdə, 80 sual təqdim edilir, sualları cavablandırmaq üçün iştirakçılara 120 dəqiqə vaxt verilir.
Test tapşırıqlarının ən azı 30 faizini (24 bal) düzgün cavablandırmış şəxslər bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Müəllimlər arasında dərs yükünün bölüşdürülməsi və onların karyera inkişafı zamanı qiymətləndirilmənin nəticələri nəzərə alınır. Qiymətləndirilməsi aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır.
Test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilir. Bununla da, iştirakçılar sualları cavablandırarkən seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişmək, monitorda imtahanın vaxtını izləmək və elektron kalkulyatordan istifadə etmək imkanlarından yararlana bilirlər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və test imtahanının nəticəsinə dair arayış təqdim edilir. Test imtahanlarının nəticələri komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilir.
Qeyd edək ki, imtahanlar iyunun ­ 21-dək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədovanın “Tomsonit tipli seolitin alınma ­üsulu” ixtirası Patent və Əmtəə Nişanları Mərkəzi tərəfindən keçirilən ixtiraçılıq sahəsində V respublika müsabiqəsinin diplom və mükafatına layiq görülüb.
Qeyd edək ki, dünyanın bir neçə ölkəsinin elm ocaqları ilə əməkdaşlıq edən Günel Məmmədova seolitin tədqiqi sahəsindəki xidmətlərinə görə Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru adına layiq görülüb. Onun Rusiyanın “Novıy Universitet” (“Yeni Universitet”) və “American Journal of Modern Physics” (“Müasir fizikanın Amerika jurnalı”) və “İnorganicchemistry” (“Qeyri­-üzvi kimya”) beynəlxalq jurnallarının redaksiya heyətinə üzv seçilib. Gənc alimin bir neçə məqaləsi ABŞ-ın nüfuzlu “Glass Physics and Chemistry” (“Şüşənin fizikası və kimyası”) jurnalında rus və ingilis dillərində işıq üzü görüb. Onun “Mürəkkəb alümosilikatlarda termal və hidrotermal çevrilmələr” və “Müxtəlif quruluş tipli seolitlərin hidrotermal sintezi” monoqrafiyaları Almaniyada Lambert Akademik Nəşriyyatı tərəfindən nəşr edilib.
Günel Məmmədova seolitlər sahəsindəki nailiyyətlərinə və nüfuzlu elmi jurnallarda dərc olunmuş məqalələrinə görə bu günlərdə Beynəlxalq Seolit Assosiasiyasına da üzv seçilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə nazirliyin tabeliyində olan muxtar respublikanın Ekoloji Tərbiyə Mərkəzində növbəti interaktiv dərs keçilib. Dərsi biologiya üzrə fəlsəfə doktoru, mərkəzin “Biomüxtəlifliyin qorunması” dərnəyinin rəhbəri Namiq Abbasov aparıb. “Şahbuz Dövlət Təbiət Qoruğunun florası və bitki örtüyü” mövzusunda keçilən dərs Heydər Əliyev adına Hərbi Liseyin kursantları və muxtar respublikanın 202 ümumtəhsil məktəbinin şagirdləri tərəfindən izlənilib.

Ardını oxu...

Naxçıvan şəhərindəki Gənclər Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclər Fondu, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər məktəbliləri arasında “Nuh yurdu” intellektual oyununun şəhər birinciliyi keçirilib.
Oyunun keçirilməsində məqsəd yeniyetmələrin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, onlar arasında bilik və elmin nüfuzunu artırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Əvvəlcə Gənclər Fondunun baş məsləhətçisi Ceyhun Xəlilli, Gənclər və İdman İdarəsinin rəisi Xəyal Qurbanov və Təhsil Şöbəsinin əməkdaşı Təhminə İbrahimova oyun haqqında geniş məlumat verərək bildiriblər ki, belə intellektual oyunların keçirilməsi şagirdlərin dərsdənkənar bilik və bacarıqlara, milli və ümumbəşəri dəyərlərə yiyələnmələri, yaradıcı təfəkkürlərinin inkişafı üçün şərait yaradır.
8 komandanın iştirak etdiyi intellektual oyunda I yerə “Zirvə”, II yerə “Qaraxan”, III yerə isə “Hədəf” komandası layiq görülüblər.
Qalib komanda və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.

Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti

Naxçıvan Müəllimlər İnstitutu bu vəzifənin öhdəsindən layiqincə gəlir

Muxtar respublikamızda təhsilin bütün pillələri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub. Son illər qədim diyarımızın ayrılmaz tərkib hissəsinə çevrilən tikinti-quruculuq tədbirlərinin bu sahəni də əhatə etməsi, təhsildə mütərəqqi metodların tətbiq olunması, tədris ocaqlarının müasir texnoloji avadanlıqlarla təchizatı istər orta, istərsə də ali təhsil ocaqlarında böyük uğurların qazanılmasına imkan verib. Muxtar respublikanın paytaxt şəhəri Naxçıvanda 18 il bundan əvvəl fəaliyyətə başlayan Naxçıvan Müəllimlər İnstitutunun da əldə olunan nailiyyətlərdə payı var. Qeyd edək ki, bu institutun digər ali təhsil ocaqlarından fərqi bu tədris ocağının pedaqoji kadr hazırlığı ilə məşğul olmasıdır. Ali təhsil ocağı fəaliyyət göstərdiyi dövrdə təkcə muxtar respublikamız üçün deyil,  həm də ölkəmizin digər bölgələrinin müəllim kadrlarına olan ehtiyaclarının ödənilməsinə öz töhfəsini verib.

May ayının 16-sı təhsil tariximizdə yaddaqalan bir hadisəyə çevrildi. Ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə institutun yenidən qurulmuş binası istifadəyə verildi. Məlumat üçün bildirək ki, altı mərtəbədən ibarət olan bu ali təhsil ocağında, ümumilikdə, 43 auditoriya, o cümlədən 4 kompüter otağı, 16 elektron lövhəli auditoriya, kitabxana, eləcə də elektron oxu zalları, rəngkarlıq və heykəltəraşlıq emalatxanaları və bir sıra fənn kabinələri üçün tədris fondları müəllim və şagirdlərin ixtiyarına verilib. Təsviri incəsənət, coğrafiya, musiqi, mülki müdafiə, tibb, Azərbaycan dili, ali riyaziyyat və informatika, həyat bilgisi, anatomiya və digər fənn kabinələri tələbələrin biliklərinin artırılması üçün bütün zəruri inventarla təchiz edilib. Fənn kabinələrinin sayı 15-dir. Binada Azərbaycan ali təhsil sistemində ilk dəfə olaraq professor-müəllim heyəti üçün 3 fərdi məsləhət otağı və psixoloji xidmət laboratoriyası yaradılıb. Müəllim və tələbələr ayrıca bufetlərdən istifadə etmək imkanı qazanıblar. Tələbələrin ixtiyarına verilən idman zalında müasir qurğular quraşdırılıb. Binada 132 və 20 yerlik iclas zalları da var. Bu zallarda təhsil müəssisəsinin həyatında baş verən əlamətdar hadisələrlə bağlı müxtəlif tədbirlər keçirmək mümkündür. Yeni tədris korpusunda tələbə və müəllimlərin istifadəsinə, ümumilikdə, 146 dəst fərdi kompüter, 16 dəst noutbuk və proyektorlar verilib.

Ardını oxu...

38-ci Beynəlxalq Paris Luvr kitab sərgisində Fransa, Rusiya, Almaniya və digər Avropa ölkələrinin alim, yazar və müəlliflərinin elmi-pedaqoji fəaliyyətlərinin intensivliyini artırmaq, kitab, monoqrafiya, dərslik, metodik vəsait və elektron nəşrlərin elmi paylaşımını gücləndirmək məqsədilə ­ 30 min kitabın sərgisi təşkil olunub.
AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin ­Abbasov, institutun Hidrogeologiya və mineral sular laboratoriyasının ­rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Fərəh Heydərovanın həmmüəllifi olduqları “Təbii suların geokimyası və Naxçıvan Muxtar Respublikasında yayılma xüsusiyyətləri” adlı kitab da sərgidə nümayiş etdirilib. Azərbaycanlı alimlərin kitabı Beynəlxalq Paris Luvr kitab sərgisinin “Qızıl medalı” ilə mükafatlandırılıb.
Bundan əlavə, həmin kitab Mos­kvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində keçirilən V Beynəlxalq Təhsil-2018 sərgisinin diplomuna layiq görülüb, kitabın rus və ingilis dillərində xülasəsi sərginin kataloqunda dərc olunub.
Qeyd edək ki, həmin sərgidə Türkiyə, İran, Rusiya, Monqolustan və Polşanın təhsil nazirləri, YUNESKO-ya üzv ölkələrin nümayəndələri, min­dən çox elm və təhsil müəssisəsinin əməkdaş­ları iştirak ediblər.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şərait və həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, ali və orta ixtisas məktəblərinə həm sənədvermə, həm də tələbə qəbulunun səviyyəsi ilbəil artır. Ümumtəhsil məktəblərindəki kompüterlərin internet şəbəkəsinə qoşulması isə sənəd qəbulunun vaxtında başa çatmasına imkan verir.
2018-ci ildə ümumtəhsil məktəblərini bitirən 2803 məzundan 2290-ı, yəni məzunların 81,7 faizi ali məktəblərə sənəd vermişdir. Sənəd verən məzunların 610-u (26,6 faizi) I ixtisas qrupunu, 617-si (26,9 faizi) II ixtisas qrupunu, 761-i (33,2 faizi) III ixtisas qrupunu, 148-i (6,4 faizi) IV ixtisas qrupunu, 154-ü (6,7 faizi) isə V ixtisas qrupunu seçmişlər. Sənəd verən məzunların 1228-i, yəni 53,6 faizini oğlanlar, 1062-si, yəni 46,4 faizini qızlar təşkil etmişdir.
2018-2019-cu tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarının birinci mərhələsi – yaz imtahanları artıq başa çatmışdır. Ali təhsil müəssisələrinə I-IV ixtisas qrupları üzrə sənəd qəbulu və yaz imtahanları nəticələrinin təhlili göstərir ki, muxtar respublika məktəbliləri imtahanlarda uğur qazanmışlar. Ali məktəblərə qəbul üçün sənəd vermiş 1578 məzun, yəni Naxçıvan şəhəri üzrə 333, Şərur rayonu üzrə 283, Babək rayonu üzrə 257, Ordubad rayonu üzrə 159, Culfa rayonu üzrə 191, Şahbuz rayonu üzrə 76, Kəngərli rayonu üzrə 98, Sədərək rayonu üzrə 35, Təhsil Nazirliyinə birbaşa tabe məktəblər üzrə 146 məzun uğurlu nəticə göstərmiş, 278 məzun 500-700 intervalında, 80 məzun isə 450-500 intervalında bal toplamışdır.

Ardını oxu...

İyunun 3-də Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirib.
İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə, 25 imtahan binasında aparılıb, şəffaflığın təmin olunması üçün 81 imtahan rəhbəri və 786 nəzarətçi-müəllim ayrılıb.
Bütün binalarda eyni vaxtda – saat 1200-da başlayan imtahan 1 saat 30 dəqiqə davam edib.
Muxtar respublikada imtahan Naxçıvan Dövlət Universitetinin Hüquq fakültəsinin binasında keçirilib. Bunun üçün binada 14 imtahan zalı hazırlanıb, 21 nəzarətçi-müəllim və 2 imtahan rəhbəri cəlb edilib. Magistratura pilləsinin müvafiq ixtisaslarında təhsil almaq arzusunda olan 218 bakalavr öz biliklərini ­sınayıb.
İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıqtipli olmaqla, 50 test tapşırığı təqdim olunub. Hər düzgün cavab 1 balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. İmtahanın nəticələri www.dim.gov.az saytında yerləşdiriləcək.

 Güntac ŞAHMƏMMƏDLİ

Bu günlərdə Türkiyə Cümhuriyyətinin Əskişəhər Anadolu Universitetində “100-cü ilində Azərbaycan Cümhuriyyəti” beynəlxalq konfrans keçirilib.
Konfransda “Naxçıvan” Universitetini İdarəetmə fakültəsinin müəllimi Murad Sevdimalıyev təmsil edib. Onun “Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının inkişafında bank sektorunun rolu və iqtisadiyyatda bank kreditlərinin sahələr üzrə istiqamətləri” mövzusunda məruzəsi konfransda maraqla qarşılanıb. Muxtar respublikanın iqtisadi inkişafı, bu prosesdə bankların rolu, bank kreditlərinin inkişafdakı təsir dairəsi gənc tədqiqatçının məruzəsində elmi və statistik təhlillər ilə təqdim olunub.
Məlumat üçün bildirək ki, konfransda iştirak etmək üçün müraciət edən 13 ölkədən olan 542 tədqiqatçı arasından elmi yeniliyi ilə seçilən 60 məqalə qəbul edilmişdi.
Konfrans çərçivəsində elmi əməkdaşlıqla yanaşı, gələcəkdəki qarşılıqlı münasibətlərə dair bir neçə görüş də olub. Belə ki, “Naxçıvan” Universitetinin təmsilçisi Əskişəhər Azərbaycanlılar Dərnəyində və Türk Dünyası Araşdırmalar Mərkəzində olub, dərnək rəhbəri Cavid Aydın və mərkəzin rəhbəri Mehmet Topal ilə görüşüb, universitet haqqında jurnalı və digər hədiyyələri təqdim edib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq barədə bir sıra müzakirələr həyata keçirilib və müxtəlif mövzularda fikir mübadiləsi aparılıb.

Nuray ƏSGƏROVA

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi ixtisasının III kurs tələbələri aprel ayının 16-dan may ayının 31-dək Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyində təcrübə keçiblər. Təcrübə müddətinin yekunu olaraq nazirlikdə tələbələrlə görüş olub.
Görüşdə Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il iyulun 27-də imzaladığı “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq ixtisasları Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin hamiliyinə verilib. Müvafiq ixtisaslarda təhsil alan tələbələrlə mütəmadi görüşlər keçirilir, onlara ixtisaslarına daha dərindən yiyələnmələri üçün köməklik göstərilir.
Qeyd olunub ki, məqsəd gələcəkdə informasiya-kommunikasiya texnologiyaları sahəsində çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələridir. Nazirlikdə istehsalat təcrübəsində fəal iştirak edən və təhsil müəssisələrində yaxşı nəticələr göstərən tələbələr təhsillərini başa vurduqdan sonra işlə təmin olunmaq üçün nazirliyə müraciət edə bilərlər.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin dekanı Cavanşir Zeynalov, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin əməkdaşları Hüsniyyə Rəcəbova, Cavid Mustafayev çıxış ediblər.
Tələbələrdən Fuad Babayev və Zeynəb Əlizadə yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsinin Ekologiya mühəndisliyi ixtisası üzrə III kurs tələbələri Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin istehsalat və xidmət müəssisələrində 15 gün müddətində istehsalat təcrübəsi keçiblər.

Xəbərlər şöbəsi

Naxçıvan Dövlət Universitetində 2017-2018-ci tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC) xətti ilə yerinə yetirilmiş elmi-tədqiqat işlərinin yekununa həsr olunmuş ümum­universitet elmi konfransı keçirilib.
Plenar iclası universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq TEC-i gələcəyin magistrlərinin, elmi tədqiqatçılarının yetişməsində mühüm rol oynayan bir təşkilat kimi səciyyələndirib.
Elmi işlər üzrə prorektor, dosent Mübariz Nuriyev TEC-in əhəmiyyətindən, universitetdə fəaliyyət göstərən təşkilatın tələbələrin elmi fəallığının və elmi dünyagörüşünün artırılmasındakı rolundan, cəmiyyətin fakültələr üzrə sədrlərinin tələbələrlə apardığı işlərdən danışıb.
“TEC-in qarşısında duran vəzifələr haqqında” məruzə edən universitet TEC-in sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə II kurs tələbəsi Bətulə Əlizadə bildirib ki, təşkilatın başlıca vəzifəsi tələbələrdə elmə olan marağı artırmaqdır. Vurğulanıb ki, hər tədris ilində olduğu kimi, cari tədris ilində də təşkilatın iş planı tərtib olunub, tələbələrlə əlaqələrin gücləndirilməsinə xüsusi diqqət yetirilib.
Elmi rəhbəri hüquq üzrə fəlsəfə doktoru, dosent Seymur Talıbov olan Beynəlxalq münasibətlər ixtisası üzrə II kurs tələbəsi Elsun Cahangirlinin “Ümummilli lider Heydər Əliyevin enerji diplomatiyası müstəqil Azərbaycan Respublikasının davamlı inkişafının təminatıdır” mövzusunda hazırladığı elmi-­tədqiqat işi ilə bağlı çıxışı dinlənilib. Konfrans 47 bölmə üzrə işini davam etdirib. Burada tələbələr müasir informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə, təqdim olunan elmi məqalələrin bütün detalları – cədvəllər, şəkillər, diaqramlar əyani şəkildə, təfsilatı ilə konfrans iştirakçılarına təqdim olunub. Tələbələrin məruzələri dinlənilib, müzakirələr aparılıb.

Səadət ƏLİYEVA

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan, astronomiya elminə maraq göstərən tələbələr Batabat Astrofizika Rəsədxanasında “Gənc Tusilər” adlı təlim-seminarda iştirak ediblər. Tədbir çərçivəsində tələbələr rəsədxana ilə yaxından tanış olub, burada yaradılan iş şəraiti ilə maraqlanıblar.
Təşkil edilən seminarı fondun əməkdaşı Ceyhun Xəlilli açaraq tədbirin əhəmiyyətindən bəhs edib. AMEA Naxçıvan Bölməsi Batabat Astrofizika Rəsədxanasının direktoru Qulu Həziyev çıxış edərək rəsədxana və burada aparılan elmi müşahidələr haqqında tələbələrə ətraflı məlumat verib.
Seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 Nail ƏSGƏROV

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri” adlı kitabının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi və ictimai əhəmiyyətini qeyd edərək erməni kilsəsi, onun spesifik cəhətləri, strukturu, bugünkü erməni cəmiyyətində və erməni icmalarında oynadığı roldan danışıb. Rektor tutarlı faktlarla tarixi həqiqətləri üzə çıxardığına görə müəllifi təbrik edib və ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli qeyd edib ki, 4 fəsildən ibarət olan kitabın I fəslində erməni kilsəsinin tarixboyu etdiyi saxtakarlıqlar öz əksini tapıb. Kitabın II fəslində Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğal edilib müstəmləkəyə çevrilməsində erməni kilsəsinin oynadığı rol, “Erməni kilsəsi işğaldan sonra” adlanan III fəsildə isə qondarma erməni dövlətinin yaradılmasına nail olmaq siyasətinin iç üzü tarixi faktlarla öz əksini tapıb.

Ardını oxu...

Mayın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad-XXI əsr” kurslarının birgə təşkilatçılığı ilə Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanları keçirilib. Naxçıvan Qızlar Liseyində oxumaq istəyən şagirdlərə Azərbaycan dili, riyaziyyat və məntiqdən 70, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə imtahan verən şagirdlərə isə Azərbaycan dili, riyaziyyat, tarix, biologiya, fizika, coğrafiya və ingilis dilindən, ümumilikdə, 100 test təqdim olunub. İmtahana 30 nəzarətçi-müəllim cəlb edilib, sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılıb.
Məlumat üçün bildirək ki, muxtar respublikanın şəhər və rayonlarından cari ildə VI sinifdə oxuyan 285 şagird sənədlərini Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, 213 nəfər IV sinif şagirdi isə Naxçıvan Qızlar Liseyinə təqdim ediblər.
Qeyd edək ki, nəticələr www.istedad21.com internet saytında açıqlanacaq.
Məlumat üçün bildirək ki, muxtar respublikanın ümumtəhsil məktəblərinin ­II-IV və IX-XI sinif şagirdləri arasında test-sınaq imtahanı ­keçirilib.

 Nail ƏSGƏROV

Naxçıvan Dövlət Universitetində magistrantların X regional elmi konfransı keçirilib. Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov gənc tədqiqatçıların elmi fəaliyyətlərinin stimullaşdırılması nəticəsində elmi-tədqiqat işlərinə marağın artdığını önə çəkib.
Universitetin elmi işlər üzrə prorektoru, dosent Mübariz Nuriyev dissertasiyaların yazılması üçün ilk olaraq elmi problemin qoyuluşu, işin aktuallığının mühüm əhəmiyyət kəsb etməsi haqqında danışıb.
Universitetin magistratura üzrə dekanı, biologiya üzrə elmlər doktoru Etibar Məmmədov bildirib ki, 1997-ci ildən 7 ixtisas üzrə 27 nəfərə magistr təhsili verməyə başlayan universitetdə hazırda I kursda 55 ixtisas üzrə 138, II kursda isə 35 ixtisas üzrə 103 magistr əyani təhsil alır. Bu günədək universitetdə1593 nəfər magistr dərəcəsi alıb.
Konfransda universitetin Dövlət hüququ ixtisası üzrə I kurs magistrantı Əziz Qasımovun “Vərəsəlik hüququ” mövzusunda çıxışı dinlənilib. Təsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə II kurs magistrant Gülbani Əliyevaya “İlin magistrantı” diplomu təqdim edilib.
Konfrans bölmə iclasları ilə davam edib, qiymətləndirilən məqalə müəlliflərinə universitetin diplomları təqdim olunub.

Səadət Əliyeva

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq mayın 23-də Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq ixtisası üzrə təhsil alan tələbələri Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsində olublar.
Tələbələr əvvəlcə buradakı kitabxana ilə tanış olub, məhkəməyə daxil olan sənədlərin, cinayət, mülki, inzibati və sair işlərin, materialların qeydiyyatı, rəsmiləşdirilməsi, formalaşdırılması, göndərilməsi və vətəndaşların müraciətlərinə baxılması qaydaları haqqında onlara ətraflı məlumat verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev tələbələrlə görüş zamanı sərəncamdan irəli gələn vəzifələrin yerinə yetirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, peşəkar, yüksək səriştəli kadrların yetişdirilməsi ölkəmizdə aparılan demokratik-hüquqi dövlət quruculuğunun tərkib hissəsidir. Gələcəyin etibarlı təminatı savadlı, bacarıqlı, yüksək mənəviyyata malik olan intellektual kadrların hazırlanmasından, onların aparıcı qüvvəyə çevrilməsindən çox asılıdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında aparılan hüquqi islahatların tərkib hissəsi kimi hüquq-mühafizə ­orqanlarında çalışacaq yüksək peşəkarlığa malik, layiqli, ədalətli və humanist kadrların formalaşdırılması böyük əhəmiyyətə malikdir. Ona görə də bu sərəncam tələbələrin yüksək­ixtisaslı, bacarıqlı mütəxəssis kimi yetişmələri üçün atılan mühüm addımdır.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun vəziyyəti və qarşıda duran vəzifələr” barədə 2017-ci il oktyabrın 16-da keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırığa əsasən cari tədris ilində Təhsil Nazirliyi tərəfindən ümumtəhsil məktəblərinin buraxılış siniflərində təhsil alan və qəbul imtahanlarında yaxşı nəticə göstərən şagirdlərin ali və orta ixtisas təhsili müəssisələri ilə tanışlığını təmin etmək məqsədilə “açıq qapı” günləri təşkil edilir.
Qrafikə əsasən Naxçıvan şəhər ümumtəhsil məktəblərindən sonra Şərur və Babək rayonunun ümumtəhsil məktəblərinin şagirdləri muxtar respublikanın ali təhsil müəssisələrində olublar. Şagirdlərə həmin təhsil müəssisələrində yaradılan şərait, tədris prosesi barədə məlumat verilib. Gələcəkdə təhsil alacaqları bu ali təhsil müəssisələrində yaradılmış şəraitlə tanışlıq şagirdlərin düzgün ixtisas seçiminə kömək edəcəkdir.
Qeyd edək ki, tədris ilinin sonunadək muxtar respublikanın ali və orta ixtisas təhsili müəssisələri ilə tanışlığı davam etdiriləcəkdir.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

Naxçıvan Dövlət Universitetində məzun gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək məzun adı qazanan magistr və tələbələri, onların üzərində böyük əməyi olan valideyn və müəllimləri təbrik edib, məzunlara gələcək fəaliyyətlərində təhsil aldıqları ali məktəbin adını daim uca tutmağı və müstəqil ölkə­mizin tərəqqisinə layiqli töhfələr verməyi arzulayıb. Rektor Azərbaycanda elm və təhsilin inkişafından, muxtar respublikada kadr poten­sialının gücləndirilməsinə göstərilən dövlət qayğısından, bir çox beynəlxalq layihələrdə uğurla iştirak edən, əməkdaşlıq əlaqələri ildən-ilə güclənən universitetin timsalında müasir ali təhsil müəssisəsi modeli yaradılmasından danışıb. Qeyd olunub ki, 2017-2018-ci tədris ilində universitetdə bakalavr üzrə 1155, magistratura üzrə isə 100 nəfər ali təhsilini başa vurur.
Məzun günündə universitetdə keçirilən viktorina və yarışların qalibi olmuş tələbələr diplomlarla təltif edilib.
Tədbirdə Tələbə Teatr Studiyasının yeni yaratdığı “Azərbaycan-Türkiyə” rəqs qrupunun ifasında qardaş ölkə ilə dostluğumuzu ifadə edən rəqs nümunəsi, türk rəqsi olan “Zeybək” də oynanılıb. Qeyd edək ki, rəqs qrupunun bədii rəhbəri İncəsənət fakültəsinin Musiqi müəllimliyi ixtisası üzrə I kurs tələbəsi Emre Erikdir.
Məzun günü İncəsənət fakültəsinin Xalq çalğı alətləri kafedrasının “Buta” instrumental ansamblının müşayiət etdiyi konsert proqramı ilə davam edib. Bir-birindən maraqlı mahnı və rəqslər tədbiri daha da rəngarəng edib.
Sonda məzun tələbələrlə xatirə şəkli çəkdirilib.

Səadət Əliyeva

Naxçıvan şəhərinin 2018-ci il üçün Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar hazırlanmış tədbirlər planının müvafiq bəndinə əsasən gənclər arasında intellektual oyunlar olimpiadasının Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib.
Olimpiada çərçivəsində 4 intellektual oyun – “Nuh yurdu”, “Kim? Nə? Hara?”, “Vətəni tanı”, “Axtar tap” intellektual oyunları üzrə vahid turnir şəklində təşkil olunub.
“Kim? Nə? Hara?” intellektual oyununda ilk üç pillədə Naxçıvan şəhərinin, Sədərək və Ordubad rayonlarının təmsilçiləri Tural Məmmədzadə, Bulud Bağırlı və Anar Həsənli qərarlaşıblar.
“Vətəni tanı” intellektual oyununda isə qalib adını Şahbuz rayonunun “Batabat” komandası qazanıb. Naxçıvan şəhərinin “İstiqlal” komandası ikinci, Culfa rayonunun “Əlincə” komandası üçüncü olublar.
“Nuh Yurdu” intellektual oyununda Babək rayonunun “Turan” komandası bütün rəqiblərini qabaqlayıb. Digər iki pillədə isə Naxçıvan şəhərinin “Şahin” və Kəngərli rayonunun “Mübariz” komandaları qərarlaşıblar.
“Axtar tap” intellektual oyununda Şərur rayonunun “Arpaçay” komandası birinci, Naxçıvan şəhərinin “İdeal” komandası ikinci, Kəngərli rayonunun “Kürşad” komandası isə üçüncü yerlərə layiq görülüblər.
Sonda qaliblər kubok, diplom, fəxri fərman və oxunması zəruri olan kitablarla təltif ediliblər.

 Ceyhun MƏMMƏDOV

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarının final mərhələsində muxtar respublika üzrə 41 şagird iştirak edib. 

Həmin şagirdlərdən 24-ü yüksək nəticələr göstərib. Heydər Əliyev adına Hərbi Liseyin kursantı Elçin Abbasov və Kəngərli rayonunun Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Elvariz Məmmədov qızıl medala layiq görülüblər. Digər 22 şagirddən 6-sı gümüş, 16-sı bürünc medal qazanıb.
Bununla əlaqədar Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Məmməd Qəribov əldə edilən nailiyyətlərin muxtar respublikada təhsil sahəsinə göstərilən diqqət və qayğının bəhrəsi olduğunu deyib, qaliblərə yeni-yeni nailiyyətlər arzulayıb. Bütün bu uğurların qazanılmasında ümumtəhsil müəssisələrində çalışan peşəkar müəllimlərin əməyi olduğunu xüsusi qeyd edən nazir istedadlı şagirdlərin hazırlanmasında onlara daha böyük müvəffəqiyyətlər diləyib. Məmməd Qəribov şagirdləri, onların fənn müəllimlərini və valideynlərini təbrik edib, daha parlaq nəticələrin əldə olunması üçün mövcud imkanlardan səmərəli istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Sonra qaliblərə medallar və muxtar respublika Təhsil Nazirliyinin diplomları təqdim edilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR