23 Dekabr 2024, Bazar ertəsi

Dövlət İmtahan Mərkəzi iyulun 18-də 2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
İmtahanlar respublikanın 11 şəhərində – Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran və Xaçmazda, ümumilikdə, 49 binada aparılıb. İmtahanların idarə olunmasına 183 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2137 nəzarətçi-müəllim cəlb olunub.
26332 abituriyentin iştirak etdiyi imtahanda 21 min 734 abituriyent I qrup, 4598-i isə IV qrup üzrə imtahan verib. Abituriyentlərdən 24 min 244-ü Azərbaycan, 2088-i isə rus bölməsinin məzunlarıdır. Onların 15 min 496-sı oğlan, 10 min 836-sı isə qızdır.
Məlumat üçün bildirək ki, Naxçıvan şəhərində imtahanlar 7 və 14 nömrəli tam orta məktəblərdə keçirilib. İmtahana 82 nəzarətçi, 6 imtahan rəhbəri cəlb olunub, bir gün əvvəl onlar üçün seminar-treninqlər təşkil edilib. Ümumilikdə, 858 abituriyent imtahan verib. İmtahan bütün binalarda eyni vaxtda – saat 1100-da başlanıb və 3 saat davam edib.

İmtahan başa çatdıqdan sonra müstəqil ekspertlər tərəfindən test tapşırıqlarının ekspertizası aparılıb. Həmin gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində Dövlət İmtahan Mərkəzinin məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları Dövlət İmtahan Mərkəzinin internet saytında və “Facebook” səhifəsində yerləşdirilib.
Abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri imtahandan 3-4 gün sonra mərkəzin rəsmi internet saytında (www.dim.gov.az) yerləşdiriləcəkdir.

 Güntac ŞAHMƏMMƏDLİ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR