23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında universitetin tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Şamxal Məmmədovun “Erməni kilsəsi və onun Rusiyanın Cənubi Qafqaz siyasətindəki yeri” adlı kitabının təqdimatı keçirilib.

Təqdimatı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov kitabın elmi və ictimai əhəmiyyətini qeyd edərək erməni kilsəsi, onun spesifik cəhətləri, strukturu, bugünkü erməni cəmiyyətində və erməni icmalarında oynadığı roldan danışıb. Rektor tutarlı faktlarla tarixi həqiqətləri üzə çıxardığına görə müəllifi təbrik edib və ona gələcək elmi fəaliyyətində uğurlar arzulayıb.
Hüquq fənləri kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli qeyd edib ki, 4 fəsildən ibarət olan kitabın I fəslində erməni kilsəsinin tarixboyu etdiyi saxtakarlıqlar öz əksini tapıb. Kitabın II fəslində Cənubi Qafqazın Rusiya imperiyası tərəfindən işğal edilib müstəmləkəyə çevrilməsində erməni kilsəsinin oynadığı rol, “Erməni kilsəsi işğaldan sonra” adlanan III fəsildə isə qondarma erməni dövlətinin yaradılmasına nail olmaq siyasətinin iç üzü tarixi faktlarla öz əksini tapıb.

Elman Cəfərli vurğulayıb ki, müəllif “Erməni kilsəsi ən yeni dövrdə” adlandırdığı IV fəsildə oxucuları XX əsrin 70-ci illərindən etibarən kilsənin himayədarlığı və maliyyə dəstəyi ilə Yaxın Şərqdə və Qərb ölkələrində çoxsaylı erməni terror təşkilatlarının iyrənc əməlləri haqda məlumatlandırıb.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev bildirib ki, yeni nəşrdə erməni kilsəsinin erməni şovinizmində, separatçılığında oynadığı rola istinad edib.
Tədbirdə Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev, Ümumi tarix kafedrasının müəllimi Arzu Abdullayev çıxış edərək Cənubi Qafqazda baş verən dramatik hadisələrin, regionda xarici güclər arasında səngiməyən qarşıdurmanın səbəbinin erməni kilsəsi və erməni dövlətçiliyi olduğunu vurğulayıb, bu siyasətin ifşasına xidmət edən yeni nəşrin əhəmiyyətini qeyd ediblər.
Universitetin son illərdə qazandığı nailiyyətlər təhsilimizə göstərilən yüksək diqqət və qayğının bəhrəsidir, – deyən müəllif tədbirin sonunda universitet mühitində yaradıcı insanların elmi-pedaqoji fəaliyyəti üçün göstərilən dövlət dəstəyinə görə minnətdarlıq edib.

Səadət Əliyeva

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR