23 Dekabr 2024, Bazar ertəsi

Təhsil müəssisələrində kitabxanaların fəaliyyətinin gücləndirilməsi, yaradılan əlverişli şəraitdən səmərəli istifadənin təşkili, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması məqsədilə noyabrın 19-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrinin kitabxanaçıları ilə “Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində kitabxana işinin təşkili” mövzusunda konfrans keçirilib.

Ardını oxu...

“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı – tədris və tərbiyə işləri üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və xarici dillər fakültəsinin müəllimi Könül Babayeva EQAC layihəsinin növbəti təlimində iştirak ediblər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilmişdi.
Təlimin ilk günündə Litvanın Keyfiyyətə nəzarət mərkəzinin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında təqdimat keçiriblər. Səfər çərçivəsində Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlıq olub. Təlim zamanı universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

Ardını oxu...

“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı – tədris və tərbiyə işləri üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və xarici dillər fakültəsinin müəllimi Könül Babayeva EQAC layihəsinin növbəti təlimində iştirak ediblər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilmişdi.
Təlimin ilk günündə Litvanın Keyfiyyətə nəzarət mərkəzinin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında təqdimat keçiriblər. Səfər çərçivəsində Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlıq olub. Təlim zamanı universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

Ardını oxu...

Bu günlərdə Naxçıvan Müəllimlər İnstitutunda AMEA-nın həqiqi üzvü Tariyel Talıbov və institutun Ümumi fənlər kafedrasının baş müəllimi Lamiyə Quliyevanın birgə müəllifliyi ilə yenicə işıq üzü görmüş “Naxçıvan Muxtar Respublikasının florası – Papaveraceae Juss” kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan institutun rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev bildirib ki, ölkəmizdə fəaliyyət göstərən akademiya sisteminin qurumları ilə ali təhsil müəssisələrinin elmi əmək­daşlığı, yeni elmi biliklərin tədrisə daxil edilməsi və cari tədris ilində institutda Biologiya müəllimliyi ixtisası üzrə kadr hazır­lığına başlanılması baxımından yeni nəşr mühüm əhəmiyyət kəsb edir. Monoqrafiyanın həmmüəllifi, institutun baş müəllimi Lamiyə Quliyeva həm də bu sahədə fundamental elmi-tədqiqat aparıb.

Ardını oxu...

İndi gündəlik həyatımızı kompütersiz, telefonsuz, bir sözlə, yeni texnologiyalar olmadan təsəvvür etmək mümkün deyil. İşdə də, evdə də, yolda da, marşrutda da, hətta dağın başına qalxanda da, dənizdə dincələndə də, yemək yeyəndə də bir vasitə ilə sosial şəbəkələrə yol tapırıq, ya kompüteri, ya telefonu, ya da planşeti əlimizə alırıq. Bunun yaxşı tərəfləri çoxdu, amma mənfi tərəfləri də var.
Nəsə, söhbətimin mövzusu bu deyil.
Orta məktəbdə oxuyanda ən böyük arzum o vaxtlar həyatımıza təzə-təzə ayaq açan yeni texnologiyaları, xüsusilə də kompüteri öyrənmək idi. Amma dövrün məlum çətinlikləri – müharibə, iqtisadi tənəzzül və bunların yaratdığı sosial problemlər elə etmişdi ki, oxuyub-yazmağa kitab-dəftəri ancaq tapırdıq. Hardan qalsın ki, kompüter öyrənək.
Təhsil aldığım Kükü kənd tam orta məktəbinin kompüter otağında sovetin son “nailiyyəti” – 1986-cı il istehsalı olan kompüterlər quraşdırılmışdı. Həmin kompüterlərin dəqiq elmi adını bilmirəm, amma məktəbdə hamı onlara “korvet” deyirdi. Lakin mühüm olan kompüterlərin markası deyildi. Mühüm olan o idi ki, kompüter otağının qapısına yekə bir qıfıl vurulmuşdu və həmin otaq bütün şagirdlərin üzünə bağlı idi. Bu otağa daxil olmaq, kompüterlərə əl vurmaq hər şagirdə nəsib olmurdu. Təxəyyülümüzdə o otaq sanki sirli-sehrli bir dünya, fövqəladə bir yer idi. Müəllim informatika dərsində növbə ilə aramızdan bir şagird seçirdi və o şagird kompüter otağında böyük həvəslə “korvet”lərin tozunu təmizləyirdi. Vəssalam. Başqa heç nə etmək olmazdı. Açığı, kimsənin cürəti də çatmazdı ki, kompüteri işə salsın. Lakin kompüterin tozunu təmizləməyin özü bizim üçün “böyük nailiyyət” idi. Çünki ən azından dövrün başa vursa da, həmin “korvet”lər bizdə kompüter deyilən nəsnənin nədən ibarət olduğu haqda azdan-çoxdan təsəvvür formalaşdırırdı.

Ardını oxu...

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
Oyun 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olub. Yekun nəticəyə əsasən 12 komandanın mübarizə apardığı oyunda Naxçıvan Dövlət Universitetinin “Diplomat” komandası daha çox xal toplayaraq qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası ikinci, Naxçıvan Dövlət Universitetinin “Qisas” komandası üçüncü olub.
İntellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar keçirilən tələbələr arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
6 komandanın 18 idmançısının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Oğlanlar arasında Kubilay Kumlay (Naxçıvan Dövlət Universiteti) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub. Digər iki pillədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mətin Bağırov və Naxçıvan Dövlət Universitetinin tələbəsi Caner Atacan qərarlaşıblar.
Qızlar arasında isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Xurşud Mahmudova hamıdan güclü olub. Bu universitetinin digər tələbəsi Nərminə Məmmədova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Nərmin Mustafazadə ikinci və üçüncü yerlə kifayətləniblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

Noyabrın 8-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Dövlət Bayrağı Muzeyi arasında interaktiv dərs keçilib.

Ardını oxu...

Azərbaycan Respublikasının Gənclər Fondunun təhsil haqqını ödəməkdə çətinlik çəkən istedadlı tələbələrin təhsil xərclərinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin Naxçıvan Dövlət, “Naxçıvan” universitetlərində və Naxçıvan Müəllimlər İnstitutunda təqdimatları keçirilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin Klinik ­Xəstəxanasında “Gənclərin sağlam həyat tərzi milli genofondumuzun əsasıdır” mövzusunda elmi-nəzəri seminar keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq gənc­lərin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətindən bəhs edib.
Fakültənin Ümumi təbabət və gigiyena kafedrasının müdiri, dosent Gültəkin Əliyeva “Gənclərə sağlam həyat tərzinin aşılanması” mövzusunda danışaraq yeniyetmə və gənclərin sağlamlığının valideynlərinin sağlamlığından, uşaqlıq dövründə keçirdikləri xəstəliklərdən, qidalanma pozğunluğundan, qoruyucu peyvəndlərin alınmaması və sosial, psixoloji vəziyyətlərdən asılı olduğunu vurğulayıb.

Ardını oxu...

Ordubad rayonundakı Aza kənd tam orta məktəbində “Kitabi Dədə-Qorqud” dastanının müzakirəsi keçirilib. Tədbiri giriş sözü ilə məktəbin direktoru Təvəkkül Məmmədov açıb.
Vurğulanıb ki, “Kitabi-Dədə ­Qorqud” dastanı xalqımızın ən böyük ədəbi abidəsidir. Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-­didaktik görüşlər təşkil edir.

Ardını oxu...

Noyabrın 3-də Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbdə VIII-IX sinif şagirdləri arasında VI Respublika Olimpiadasının Naxçıvan Muxtar Respublikası üzrə onlayn turu təşkil olunub.
“İstedadların hazırlığı laboratoriyası” layihəsi çərçivəsində keçirilən imtahanda 36 şagird iştirak edib. İmtahan turu 10 sualdan ( 3 fizika, 3 kimya, 4 riyaziyyat) ibarət olub və sualların cavablandırılmasına 45 dəqiqə vaxt ayrılıb.
Layihənin keçirilməsində əsas məqsəd gənclər arasında elmi-texniki sahələrə marağı artırmaq, istedadlı gəncləri üzə çıxarmaq, eləcə də müxtəlif beynəlxalq müsabiqələrdə gənclərin daha uğurlu iştirakını təmin etməkdir.
Qeyd edək ki, nəticələr bu gün www.istedad.az saytında yerləşdiriləcək. Üç turdan ibarət olan onlayn turların istənilən birində yüksək göstəricilər nümayiş etdirmiş gənclər olimpiadanın final turunda iştirak etmək hüququ qazanırlar.

 Güntac ŞAHMƏMMƏDLİ

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamının icrası məqsədilə Naxçıvan Dövlət Universitetində keçirilən  silsilə tədbirlər davam etdirilir. Ali təhsil ocağının Pedaqoji fakültəsi ilə Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkil etdiyi elmi-nəzəri konfrans da bu məqsədə xidmət edib. 

Əvvəlcə universitetin Çağırışaqədərki hazırlıq və mülki müdafiə ixtisası tələbələrinin sıra hazırlığı dərsinə baxış olub.
Tədbirdə çıxış edən rektor, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov vurğulayıb ki, universitetdə tələbə-gənc­lər Vətənə sonsuz sədaqət, xalqa məhəbbət, milli adət və ənənələrə hörmət, hər an Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazır olmaq ruhunda tərbiyə olunur.

Ardını oxu...

Fransa Respublikasının Azərbaycandakı səfirliyinin Fransa-Azərbaycan universitetlərarası əməkdaşlıq attaşesi Morin Raabin və “Campus-France Azərbaycan” bürosunun koordinatoru Mədinə Mollayeva Naxçıvan Dövlət Universitetində olublar.
Əvvəlcə universitetin Media Mərkəzində qonaqlar “Universitet televiziyası” və “Nuhçıxan” radiosunun fəaliyyəti haqqında məlumatlandırılıb.
Sonra keçirilən görüşdə Naxçıvan Dövlət Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qonaqlara universitet haqqında ətraflı məlumat verib. Fransanın Bordeaux, Puatye, Ruan universitetləri ilə əməkdaşlıq müqavilələrinin olduğunu diqqətə çatdıran rektor Anje, Brotan, Tur universitetlərinə də tərəfdaşlıq üçün müraciət edildiyini bildirib. Rektor qeyd edib ki, cari tədris ilindən etibarən universitetin Turizm və otelçilik ixtisası üzrə təhsil alan 1 tələbəsi təqaüd proqramı çərçivəsində ali təhsilini Fransada davam etdirir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı Avrasiya Universitetlər Birliyinin Sammitində Xoca Əhməd Yasəvi adına Qazaxıstan Türk Universiteti ilə əməkdaşlığa dair razılığa gəlib, bununla bağlı universitetlərarası müqavilə imzalanıb. Müqaviləyə uyğun olaraq tələbə-müəllim mübadiləsinə başlanılıb. Əməkdaşlıq çərçivəsində bu yaxınlarda Qazaxıstan Respublikasının Əhməd Yasəvi Universitetinin müəllimi, turizm üzrə fəlsəfə doktoru, dosent Aktolkin Əbubəkirova bir ay müddətində turizm ixtisasını tədris etmək üçün “Naxçıvan” Universitetinə gəlib.

Qonağımızla həmsöhbət olduq. Qazaxıstanlı qonaq bizimlə təəssüratlarını bölüşərək bildirdi ki, muxtar respublikada həyatın bütün sahələrində, xüsusən də elm və təhsil sahəsində sürətli inkişaf var. “Naxçıvan” Universiteti üçün də inşa edilmiş müasir korpuslarda, kitabxana binasında, idman zalında, eləcə də tələbələrin rahatlığı üçün yataqxanada, həmçinin sosial xidmət mərkəzində hərtərəfli şərait yaradılıb. Belə möhtəşəm ali təhsil ocağında olduğumdan qürur duyuram. Bu ali məktəb dünyanın ən müasir və nüfuzlu təhsil müəssisələri səviyyəsindədir. Hər bir ali təhsil ocağının nüfuzu, sözsüz ki, həm də onun çalışqan, zəhmətsevər müəllimləri, gələcəyə inamla, nikbin nəzərlərlə baxan tələbələridir. Burada da belə müəllimlər və tələbələr var.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına uyğun olaraq Naxçıvan Dövlət Universitetinin Sosial idarəetmə və hüquq fakültəsinin Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi ixtisaslarında təhsil alan tələbələr Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyində olub, nazirliyin fəaliyyət istiqamətləri, xidməti sahələri ilə maraqlanıblar.
Təcrübənin sonunda tələbələrlə keçirilən görüşdə ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxış edərək bildirib ki, sərəncamdan irəli gələn vəzifələrin icrası məqsədilə nazirlik hər il öz iş planına uyğun olaraq tələbələrlə görüşlər keçirir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı, tariximizin qaranlıq səhifələrinə də işıq salınır, tarixi şəxsiyyətlərimiz  xalqımıza və geniş ictimaiyyətə təqdim edilir, tanıdılır. Müstəqillik illərində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun sərəncamları ilə görkəmli pedaqoq, maarifçi və şair ­Məhəmməd Tağı Sidqinin, Azərbaycan rəsm sənətinin tanınmış nümayəndəsi, realist portret və mənzərə rəsm yaradıcılığının əsasını qoymuş Bəhruz Kəngərlinin, ictimai xadim, publisist və maarifçi Məhəmməd ağa Şahtaxtlının, görkəmli dövlət xadimi və diplomat Behbud ağa Şahtaxtinskinin, yazıçı-publisist və pedaqoq Eynəli bəy Sultanovun və başqa onlarla tarixi şəxsiyyətlərin xatirələri əbədiləşdirilmiş, yubileyləri keçirilmiş, ev-muzeyləri yaradılmışdır.

Bu günlərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iki sərəncamı – görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi və görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi haqqındakı tarixi qərarları muxtar respublika ziyalılarının və geniş ictimaiyyətin dərin marağına və minnətdarlığına səbəb ­olmuşdur.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi Publik Hüquqi Şəxsin Naxçıvan Muxtar Respublikası Regional Bölməsinin təşkilatçılığı ilə şəhər və rayon təhsil şöbələri əməkdaşlarının, təhsil müəssisələrinin “Şagird-məzun informasiya sistemi”nin əlaqələndiriciləri üçün seminar keçirilib.
Seminarda Regional Bölmənin rəhbəri Sabir Məmmədov 2019-cu ildə tətbiqi nəzərdə tutulan ümumi təhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsi (buraxılış) imtahanlarının və ali təhsil müəssisələrinə qəbul imtahanlarının modeli və “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə qaydaları haqqında məlumat verib.
Qeyd edilib ki, test imtahanlarına muxtar respublikanın ümumtəhsil müəssisələrindən cəlb olunan müəllimlərdən ibarət zal nəzarətçiləri bazası formalaşdırılır. Bu işin sürətləndirilməsi və səmərəliliyinin artırılması məqsədilə 2014-cü ilin noyabr ayından “Nəzarətçilərin elektron qeydiyyatı” sistemindən istifadə edilir. Bu sistem vasitəsilə nəzarətçilərin qeydiyyatı elektron üsulla aparılır.
Sonra Təhsil Nazirliyinin sektor müdiri Məmməd Bayramov seminar iştirakçılarına 2018-2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun informasiya sistemi”nə daxil edilməsi, yekun qiymətləndirmənin aparılması, buraxılış siniflərində təhsil alan bütün şagirdlər barədə zəruri məlumatların sistemə daxil edilməsi ilə bağlı müvafiq qaydaları izah edib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb və tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Sonda seminar iştirakçılarına “Şagird-məzun informasiya sistemi” ilə bağlı istifadəçi təlimatı təqdim edilib.

Naxçıvan Muxtar Respublikası Təhsil
Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamı muxtar respublikada elektron təhsilin tətbiqinin genişləndirilməsinə, təhsil müəssisələrində virtual tədris mühitinin formalaşdırılmasına, tədrisin əyaniliyinin və səmərəliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Sərəncamdan irəli gələn məsələlərin həlli istiqamətində həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində milli-mənəvi dəyərlərimizi özündə əks etdirən muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələrin təşkili həyata keçirilir. Şagirdlərin milli-mənəvi irsimizə aid biliklərinin canlı şəkildə, audiovizual vasitələrlə artırılması təmin edilir.
Oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Duz Muzeyi arasında interaktiv dərs aparılıb. Muzeyin direktoru Camal Babayev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Duz Muzeyinin yaradılması haqqında” 2017-ci il 12 sen­tyabr tarixli Sərəncamı ilə şagirdləri tanış edib, Naxçıvanda qədim şəhər mədəniyyətinin formalaşması barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Naxçıvanın Nuh Peyğəmbərlə bağlılığı hələ qədim dövrlərdən diqqəti cəlb edib, yunan alimi Klavdi Ptolomey bizim eranın ikinci əsrində ilk dəfə olaraq Naxçıvanı Nuh Peyğəmbərin məskəni kimi xatırladıb, on altıncı əsrin görkəmli ərəb alimi, coğrafiyaşünas Əl-Şərifi Nuh Peyğəmbərin məzarının, hətta gəmisinin də qalıqlarının Naxçıvanda olması barədə ətraflı məlumat verib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Bayramovla görüş keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən məqsəd­yönlü tədbirlərdən danışıb. Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın çoxşaxəli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirləri diqqətə çatdıran akademik muxtar respublikanın son illər iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlardan, böyük bir yol keçərək müasir və inkişaf etmiş bir diyara çevrilməsindən danışıb. Diqqətə çatdırılıb ki, son illər dünyada davam edən maliyyə böhranlarına baxmayaraq, Naxçıvanda ümumi daxili məhsul istehsalının həcmi artıb, yeni iş yerləri yaradılıb, sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yaxşılaşıb.
Tədbirdə Vüqar Bayramov çıxış edərək Naxçıvanla bağlı təəssüratlarını bölüşüb. Qeyd olunub ki, bu gün Naxçıvanın öz daxili iqtisadi inkişafının nəticəsi ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərir.
İqtisadçı ekspert “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivliyi üzrə Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsindən də söz açıb. Çıxışda ölkənin alim və mütəxəssislərinin elmi nailiyyətlərindən bəhs olunub. Vüqar Bayramov AMEA Naxçıvan Bölməsində elmi inkişaf istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Sonda qonaq bölmə əməkdaşlarının suallarını cavablandırıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

Oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və “İstedad – XXI əsr” kurslarının təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IV-VIII sinif şagirdləri üçün test-sınaq imtahanları keçirilib. Məqsəd şagirdlərin biliklərinin yoxlanılması və elmlərə marağının artırılması, ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarına hazırlıqdır.
İmtahanlarda şagirdlərə IV sinif üçün altı, V sinif üçün yeddi fənn olmaqla, 70 sual, VI-VIII siniflər üçün isə on fənn olmaqla, 100 sual təqdim edilib. Sualların cavablandırılması üçün 150 dəqiqə vaxt ayrılıb. Onlara iş nömrəsi verilib və kodlaşma aparılıb. Nəticələr 5 gün sonra www.istedad21.com saytından öyrənə biləcəklər.
Qeyd edək ki, həmin gün Dövlət İmtahan Mərkəzi yeni təhsil pro­qramları (kurikulumlar) üzrə 2019-2020-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlaşan abituriyentlərin sınaq imtahanını keçirib.
Muxtar respublikada sınaq imtahanı Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbdə keçirilib. İmtahan saat ­1100-da­­­­­ başlayıb və 3 saat davam edib.
İmtahanda iştirak etmək üçün 625 abituriyent qeydiyyatdan keçib. İmtahanın idarə olunmasına 30 nəzarətçi və 4 imtahan rəhbəri cəlb edilib. Şagirdlərə hər fənn üzrə 22-si qapalı, 8-i isə açıqtipli olmaqla, 30 test tapşırığı təqdim edilib. Açıq formalı tapşırıqlardan 3-ü yazılı şəkildə cavablandırılması tələb olunan situasiya və yaxud mətn əsasında hazırlanan tapşırıqlar, digərləri isə uzun müddətdir, istifadə edilən hesablama, seçim, xronologiya, uyğunluğu müəyyənetmə tipli tapşırıqlardır.
İmtahan nəticələrinin yaxın 10 gün ərzində elan olunması nəzərdə tutulur.

 Güntac ŞAHMƏMMƏDLİ

Bu qadın Azərbaycan Milli Elmlər Akademiyasının  Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədovadır.  2018-ci ilin ötən dövrü ərzində bir-birinin ardınca  Paris, Moskva kimi dövlətlərin paytaxt şəhərlərində böyuk elmi nailiyyətlər qazanmasından duyduğumuz qürur hissi  bizi onunla görüşə apardı.  Bu ziyalı, eyni zamanda nəcib, təvazökar qadınla  tanış olub söhbətləşdik. Öyrəndik ki,  o, Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təsis etdiyi impakt faktorlu  nüfuzlu jurnallarda dərc olunan məqalələrinə və elmi fəaliyyətinə görə 1 fevral 2018-ci il tarixdə Akademiyanın prezidiumunda bu elm ocağının professoru elmi adını alıb. Elə buradaca Fizzə xanımla söhbət zamanı bir zamanlar xəyalında canlandırdığı arzularını xatırlamaq  yerinə düşər. O, deyir:  “Hələ balaca bir qızkən həmişə professor olacağam, deyirdim. Böyüdüm, təhsil aldım, arzuma çatmaq üçün mübarizələr apardım. Lakin səhhətimdə yaranan problemlər arzuma çatmağa yol vermədi. Sən demə mənim professor olmaq arzum belə gerçəkləşəcəkmiş: 2018-ci ildə Rusiya Federasiyasında”.

Fizzə Məmmədova fevral ayının 20-də isə  “Elmin qızıl fondu” milli proqramı  çərçivəsində Rusiya Təbiətşünaslıq Akademiyasının “Əməkdar elm və texnika xadimi” fəxri adına layiq görülüb.      

Ardını oxu...

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün növbəti interaktiv açıq dərs keçilib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən “V Beynəlxalq Uşaq və Gənclik Simpoziumu”nda iştirak edib.
Simpoziumda Azərbaycan, Almaniya, Rusiya, İran, Pakistan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Tatarıstan və Ukraynadan 70-dən çox elm adamı iştirak edib. Beynəlxalq tədbirdə uşaq və gənclik ədəbiyyatı sahəsində əsərlər ortaya qoyan, yazıçı, şair, rəssam, redaktor, naşir və elm adamlarının həyat və yaradıcılıqları, əsərləri ilə bağlı elmi məruzələr dinlənilib.
2014-cü ildən bəri mütəmadi olaraq keçirilən simpoziumun builki əsas mövzusu “Yaşayan uşaq ədəbiyyatçıları” olaraq müəyyən edilib. Tədbirdə Elxan Məmmədov “Naxçıvanda yaşayan və uşaqlar üçün şeirlər yazan şair: İbrahim Yusifoğlu” mövzusunda məruzə ilə çıxış edib. Məruzə təşkilatçılar və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, simpoziumun keçirildiyi ərəfədə IV Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Təşkilat Komitəsinin yığıncağı da olub. Təşkilat Komitəsi nümayəndələrinin birgə rəyi əsasında Elxan Məmmədov həmin komitəyə üzv qəbul edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

AMEA Naxçıvan Bölməsində tanınmış etnoqraf-alim, AMEA-nın müxbir üzvü Qadir Qədirzadənin anadan olmasının 70 illiyinə həsr edilən tədbir keçirilib.
Əvvəlcə alimin xatirəsi ehtiramla yad edilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək Qadir Qədirzadənin elmi və pedaqoji fəaliyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan etnoqrafiyasının Naxçıvan materialları əsasında etnik tarix, ailə və məişətlə bağlı qədim inamlar və onların digər türk xalqları ilə ortaq cəhətlərini öyrənmək alimin apardığı elmi-tədqiqat işlərinin başlıca istiqamətləri və araşdırma obyekti olub. Diqqətə çatdırılıb ki, Qadir Qədirzadə Türkiyə, İran, Rusiya, ABŞ və digər ölkə­lərdə respublikamızı layiqincə təmsil edib. O, AMEA Naxçıvan Bölməsi Rəyasət Heyətinin və qurumun nəzdində fəaliyyət göstərən Dissertasiya Şurasının, eyni zamanda Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu Elmi Şurasının üzvü olub.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Ümumi və tam orta təhsil səviyyəsi üzrə fənn kurikulumlarının tətbiqi” mövzusunda növbəti təlim kursu keçirilib.
İnformatika fənni üzrə keçirilən təlim kursunu Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbin informatika müəllimi Firuzə İsmayılova aparıb.
Qeyd olunub ki, təlim kursunun ­təşkil edilməsində məq­­səd hər bir fənn müəlliminin peşəkarlığının artırılmasına və dərslərin daha yüksək keyfiyyətdə tədrisinə köməklik etməkdir.
Bildirilib ki, təhsil kurikulumları cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlüdür. Bu üsul müəllim fəaliyyətinin idarə olunması, dəyərləndirilməsi baxımından əhəmiyyət daşıyır. Müəllimlər tədris fəaliyyətinin layihəsini hazırlamaqda, plan qurmaqda, fəaliyyət məqsədlərini həyata keçirməkdə daha müstəqil olurlar. Kurikulum təlim metodunda fənnin məzmunu nəticəyönümlü yanaşma əsasında müəyyən olunub və əsas diqqət şagird və tələbələrin nümayiş etdirməli olduğu fəaliyyətlərə yönəldilib.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan elmi-praktik konfrans ­keçirilib.
Tədbiri universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən bəhs edib. Görkəmli alimin 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın mono­qrafiya, dərslik, dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifi olduğu vurğulanıb. Rektor Prezident cənab İlham Əliyevin 2007-ci il iyulun 4-də “Azad Mirzəcanzadənin xatirəsinin əbədiləşdirilməsi haqqında” və alimin yubileyi ilə bağlı imzaladığı sərəncamları Azərbaycan elmində xüsusi xidməti olan Azad Mirzəcanzadənin əməyinə verilən yüksək qiymət və qayğının təzahürü kimi ­dəyərləndirib.
“Vətənpərvər və novator alim” mövzusunda məruzə ilə çıxış edən Ümumi riyaziyyat kafedrasının müdiri, fəlsəfə üzrə elmlər doktoru, professor Məhəmməd Hacıyev bildirib ki, alim neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlı sanballı elmi məqalələr, kitab və monoqrafiyalar ­hazırlayıb.

Ardını oxu...

“Naxçıvan” Universitetində ali təhsil ocağının İqtisadiyyat fakültəsinin müəllimi Zahid Qənbərovun “Məntiq test toplusu” kitabının təqdimat mərasimi olub.

Tədbiri giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açaraq bildirib ki, Zahid Qənbərov artıq 2 test kitabının, 2 test bankının və 1 dərs vəsaitinin müəllifidir. Bu nəşrlər oxucu kütləsi arasında çox geniş yayılmaqdadır. Bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində işıq üzü görən “Məntiq test toplusu” adlı kitab elmin müvafiq sahəsi üzrə biliklərin daha sistemli şəkildə mənimsənilməsinə xidmət edəcək aktual nəşrdir.
Universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu qeyd edib ki, dərs vəsaiti magistraturaya və dövlət qulluğuna qəbul imtahanları proqramı əsasında hazırlanıb. Verilmiş testlərdən istifadə etməklə tələbələr təməl məntiqi düşünmə biliklərini möhkəmləndirməklə yanaşı, öyrənmənin yeni forma və metodlarına da yiyələnəcəklər. Test vəsaitindən ali məktəb tələbələri, dövlət qulluğuna hazırlaşanlar, müəllimlər və məntiq elminə maraq göstərən bütün şəxslər istifadə edə bilərlər.
Sonra İqtisadiyyat kafedrasının müdiri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Dilsuz Qasımovun, həmin kafedranın müəllimi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Elşad Ağayevin, “Naxçıvan” Universiteti kitabxanasının əməkdaşı, magistrant Aygün Kürdovanın və universitetin Tələbə-Gənclər Təşkilatının sədri, İqtisadiyyat ixtisasının IV kurs tələbəsi Sənan Əhmədovun çıxışları dinlənilib.
Sonda müəllif tədbirin təşkilatçılarına minnətdarlıq edib.

Nuray ƏSGƏROVA

Bu gün muxtar respublikamızda şahmatın inkişafına xüsusi diqqət və qayğı göstərilir, şəhər və rayonlarda şahmat məktəbləri tikilərək zəka sahiblərimizin ixtiyarına verilir. Maddi-texniki bazası gücləndirilən bu məktəblər müasir informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunub, distant və interaktiv təhsilin təşkili üçün hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində həyata keçirilən tədbirlərin davamı kimi Şahmat Federasiyası mütəmadi olaraq şahmat məşğələləri keçirir.
Dünən Naxçıvan Şahmat Mərkəzində növbəti məşğələ təşkil olunub. Beynəlxalq hakim Emin Hacıyevin tədris etdiyi məşğələ 200-dən artıq təhsil müəssisəsində elektron lövhədən interaktiv şəkildə izlənilib. Şəhər və rayon şahmat məktəbləri arasında məşğələni isə 200-ə yaxın şahmatçı elektron lövhə vasitəsilə izləyib. Şahmatçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunan və qabaqcıl şahmat müəllimlərinin tədris etdiyi bu məşğələlərin keçirilməsində məqsəd şahmatın kütləviliyinə nail olmaq, şagirdlərin şahmata olan marağını artırmaq və onlar arasında rəqabət mühitini formalaşdırmaqdır.

Ceyhun MƏMMƏDOV

Bu gün muxtar respublika təhsili özünün uğurlu inkişaf dövrünü yaşayır. Hər il təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, yeni məktəb binaları tikilir və yaxud əsaslı təmir olunur, təhsilin keyfiyyət göstəriciləri yaxşılaşdırılır. 

2018-ci ilin ötən 9 ayında muxtar respublikada 1426 şagird yerlik 4 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamları ilə Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili, elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin yaradılması, elmi dərəcəli işçilər tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslərin keçilməsi də diqqətdə saxlanılmışdır. Ötən dövrdə ümumtəhsil məktəbləri ilə muzeylər arasında 7, Naxçıvan Şahmat Mərkəzi ilə 6, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsi ilə 8, Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzi ilə 5 interaktiv dərs keçilmişdir.

Ardını oxu...

Naxçıvan Tibb Kollecində Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar gənclər arasında muxtar respublikada ilk dəfə olaraq “Poliqon” strateji intellekt oyunu keçirilib.
Dörd mərhələdən ibarət oyunda “Kəşfiyyat” adlı ilk mərhələnin məqsədi növbəti mərhələlərdə strateji gedişləri müəyyən etmək üçün rəqibin güclü və zəif fərdlərinin aşkara çıxarılmasıdır. Sonrakı “Hədəf” mərhələsinin məqsədi rəqib komandanın zəif fərdindən istifadə edərək öz komandasının üstünlüyünü təmin etməkdir. “Girov” mərhələsinin məqsədi rəqib komandanın ən güclü fərdini oyundan kənarlaşdıraraq gücünü zəiflətməklə öz komandasına üstünlük qazandırmaqdır. “Zəfər” mərhələsinin məqsədi isə komandaların ən güclü fərdlərindən istifadə edərək öz üstünlüklərini təmin etməkdir.
Oyunda komandalar mərhələlərə uyğun olaraq səsləndirilən suallara cavab verməklə öz xal nominallarını artırıblar. Sonda ən çox xal toplayan komandalar qalib hesab olunublar. Belə ki, “Aran” komandası qalib adını qazanıb. “Turan” komandası ikinci, “Diplomat” komandası isə üçüncü olub.
Qalib komandalar və komanda üzvləri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar. Oyunda “Zirvə” komandası fəal iştirakına görə diplomla təltif olunub. Yarış Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə “Poliqon” strateji intellekt oyununun yaradıcı heyəti tərəfindən keçirilib.

Ceyhun MƏMMƏDOV

Dünən Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhər və rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin təhsilin idarə­olunmasının məlumat sistemi üzrə əlaqələndiriciləri üçün seminar keçirilib. Seminarda nazirliyin əməkdaşı Məmməd Bayramov çıxış edərək iştirakçılara Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Vurğulanıb ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi proqramı tətbiq olunur. Bunun nəticəsində ümumtəhsil məktəblərinin maddi-texniki bazası, sinif komplektləri, kitabxana fondları, laboratoriyaları, həmçinin şagird kontingenti, şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, müəllimlərin təhsili, cari iş fəaliyyəti və digər bu kimi ­məlumatları əhatə edən elektron ­məlumat bazası yaradılıb.

Ardını oxu...

Heydər Əliyev adına Hərbi Liseydə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar kursantlar arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
İntellektual oyunda 8 komanda iştirak edib. 2 yarımfinal və final mərhələsindən ibarət olan oyunda “İntizam” komandası qalib adını qazanıb. “Qaraqaya” komandası ikinci, “Mübariz” komandası isə üçüncü olub.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar.
Qeyd edək ki, intellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu, Yeni Azər­baycan Partiyası Naxçıvan ­Mux­­tar Respublika Təşkilatının ­Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə ­keçirilib.
Oyun Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrində canlı yayımlanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti

Naxçıvan Şəhər Peşə Liseyində qazanxana maşinisti kurslarını bitirmiş müdavimlərlə görüş keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbəsinin baş məsləhətçisi Elnur Qasımov açıb. Bildirib ki, muxtar respublikada texniki peşə təhsili sistemində şəbəkənin optimallaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib, bu müəssisələrin maddi-texniki və tədris bazası yaxşılaşdırılıb, təhsilin məzmunu və təlim-tədris prosesləri müasir tələblər baxımından yenidən qurulub, peşə təhsili müəssisələrində 1, 2 və 3 aylıq kursların təşkilinə başlanılıb.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsində görkəmli alim, Əməkdar elm və texnika xadimi, Dövlət mükafatı laureatı, akademik Azad Mirzəcanzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunan tədbir keçirilib.
Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq Prezident cənab İlham Əliyevin “Akademik Azad Mirzəcanzadənin 90 illik yubileyi haqqında” 2018-ci il 6 iyul tarixli Sərəncamının əhəmiyyətindən, görkəmli alimin elmi xidmətlərindən danışıb.
“Akademik Azad Mirzəcanzadə və Azərbaycanda yüksəkixtisaslı elmi kadrların hazırlanması” mövzusunda məruzə ilə çıxış edən bölmə sədri bildirib ki, alim neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaradıb. Həmçinin neft-qaz yataqlarının dinamik analizi ilə bağlı sanballı elmi məqalələr, kitab və monoqrafiyalar hazırlayıb. Görkəmli alim 500-ə yaxın elmi məqalənin, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaitinin, 50-dən çox ixtira və patentin müəllifidir.
Vurğulanıb ki, Azad Mirzəcanzadənin rəhbərliyi altında 300-dən çox elmlər namizədi, 120 elmlər doktoru hazırlanıb. Onun yetirmələri bu gün Azərbaycanla yanaşı, Rusiya, ABŞ, Vyetnam, Almaniya və digər xarici ölkələrdə yüksəkixtisaslı kadrlar kimi fəaliyyətlərini davam etdirirlər.

Ardını oxu...

Bu günlərdə “Naxçıvan” Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli Türkiyə Respublikasının İstanbul şəhərində təşkil edilən təhsil sərgisində iştirak ediblər.
Məlumat üçün qeyd edək ki, Türkiyənin Akare təhsil sərgiləri firmasının təşkilatçılığı ilə keçirilən sərgiyə dünyanın 32 ölkəsinin 80-dən çox universitet və təhsil agentlikləri qatılıb. Sərgidə iştirak edənlər “Naxçıvan” Universitetinin tanıtımı üçün hazırlanmış ­videoçarxa baxıb və ali məktəb haqqında geniş məlumat əldə ediblər. Bundan başqa, sərgi iştirakçılarına universitetin kataloq və broşürləri də paylanılıb. Onu da bildirək ki, sərgidə müxtəlif təhsil agentlikləri ilə görüş də keçirilib, universitetə tələbə cəlbi və bu istiqamətdə agentliklə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Nuray ƏSGƏROVA

Tədbiri giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açıb.
Bölmənin Elmi-təşkilat şöbəsinin müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Orxan Bağırov cari ilin tədqiqat dövründə həyata keçirilən elmi-tədqiqat işlərinin yekunlarına dair hesabatla çıxış edib.
Qeyd olunub ki, 2018-ci ilin 9 ayı ərzində bölmə əməkdaşlarının 16 monoqrafiyası, 10 kitabı, 4 kitabçası, 415 elmi məqaləsi, 158 konfrans materialı, 5 tezisi olmaqla, ümumilikdə, 608 elmi əsəri nəşr edilib. Əsərlərdən 2 monoqrafiya, 69 elmi məqalə, 55 konfrans materialı və 1 tezis olmaqla, 127 əsər xaricdə işıq üzü görüb. Elmi məqalələrdən 22-si impaktfaktorlu jurnallarda dərc olunub. Qarabağlar Türbə Kompleksi haqqında üç dildə (Azərbaycan, ingilis və rus dillərində) “Qarabağlar Türbə Kompleksi” adlı kitab nəşr edilib.
Vurğulanıb ki, məqalələrin 89-u xaricdə olmaqla, 388-i beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb.
Məruzəçi bölmənin Təbii ehtiyatlar laboratoriyasında hazırlanan müalicəvi əhəmiyyətli “Şorsu” palçığı haqqında da məlumat verib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Şorsu” müalicəvi palçığının hazırlanması ilə bağlı müvafiq tapşırığından irəli gələn vəzifələr uğurla yerinə yetirilib.

Ardını oxu...

Azərbaycan Respublikasının, Türkiyə Cümhuriyyətinin və İran İslam Respublikasının bir sıra universitetlərinin nümayəndələrinin iştirakı ilə Naxçıvan Dövlət Universitetində keçirilən 14-cü beynəlxalq elmi konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb.
Çankırı Karatekin Universitetinin prorektoru, professor Murad Arı elektrik enerjisinin əldə olunmasından, yüksəksürətli elektrik xətlərinin fəaliyyət mexanizmindən danışıb. Gələcək perspektivləri dəyərləndirən qonaq bildirib ki, ötürücü infrastrukturun təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər enerji sisteminin dayanıqlığını möhkəmləndirməklə yanaşı, regional əməkdaşlıq və kommersiya əlaqələri üçün texniki imkanların genişləndirilməsinə də şərait yaradacaq.
AMEA-nın Fizika İnstitutunun dosenti Kamil Qurbanov energetiklərin konfransının ilk dəfə 2002-ci ildə keçirildiyini diqqətə çatdırıb, İran, Türkiyə, Norveç, Rumıniya, İspaniya və başqa ölkələrdə də baş tutan bu cür tədbirlərin muxtar respublikada təşkilindən məmnunluq duyduğunu bildirib. Enerji sahəsində Türkiyə ilə əlaqələrin perspektivlərindən danışan Kamil Qurbanov vurğulayıb ki, Türkiyə enerji sistemi ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqə birbaşa, Azərbaycanla isə Gürcüstan vasitəsi ilə həyata keçirilir.

Ardını oxu...

Uşaqların sağlam böyüməsi, düzgün tərbiyə edilməsi, intellektual biliklərə yiyələnməsi hər bir valideynin istəyidir. Bu istək təbiidir və onun yerinə yetirilməsi üçün müstəqil ölkəmizdə hərtərəfli imkanlar yaradılıb. Bu mənada, uşaqların məktəb yaşına qədər uşaq bağçalarında tərbiyə alması onların gələcək həyatlarında mühüm rol oynayır. Ancaq uşağı bağçaya qoyarkən bəzi valideynlər tərəddüd edirlər: Görəsən, övladıma yaxşı baxacaq, yeməyini vaxtlı-vaxtında verəcək, saatında yatıb-duracaq, onun tərbiyəsi ilə məşğul olacaqlarmı? Bu və bu kimi suallara cavab tapmaq üçün Naxçıvan şəhərindəki 11 nömrəli bağçada olduq.
Naxçıvan şəhərinin Atabəylər məhəlləsində 1981-ci ildən fəaliyyətə başlayan bağçanın binası 2010-cu il noyabr ayında yenidən qurulub.
Bağçanın müdiri Aynur Əhmədova bağça barəsində bizə məlumat verərək bildirdi ki, bu məktəbəqədər tərbiyə müəssisəsi fəaliyyət göstərdiyi 37 il müddətində dəfələrlə fəxri fərmanlarla, diplomlarla təltif olunub. 2013-cü ildə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə keçirdiyi “Milli dəyərlərimiz uşaqların aləmi ilə” mövzusunda müsabiqədə III yeri tutaraq hər iki təşkilatın diplomuna layiq görülüb. Bağçanın istedadlı körpələri 2015-ci ildə Adil Babayev adına Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasının xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə təşkil etdiyi “Biz səndən öyrəndik vətənpərvərliyi” adlı şeir müsabiqəsində I, II və III yerləri qazanaraq fəxri fərmanlarla təltif olunublar.

Ardını oxu...

“Naxçıvan” ictimai-siyasi, ədəbi­-bədii, еlmi-publisistik jurnalının bu günlərdə növbəti 37-ci sayı çapdan çıxıb.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan jurnalın bu nömrəsinin ilk səhifələrində Azərbaycan Prezidentinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin yubileyin Naxçıvanda keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi ilə bağlı ­sərəncamları yer alıb.
“Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti tədqiqatlarda”, “Azərbaycan Xalq Cümhuriyyəti və Naxçıvan arxiv sənədlərində” bölmələrində Şərqin ilk demokratik respublikasının tarixi, onun siyasi fəaliyyəti, dövlətçilik prinsipləri haqqında geniş məlumat verilir. “Naxçıvan 1918-1920-ci illərdə” bölməsində isə həmin illərdə Naxçıvan və Türkiyənin Anadolu hissəsində yaradılan Araz-Türk Respublikası və Naxçıvanın həmin illərdəki ictimai-siyasi vəziyyəti öz əksini tapıb.
“Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəşr edilən jurnal geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.

Xəbərlər şöbəsi

AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə muxtar respublikanın 200-dən artıq ümumtəhsil məktəbinin şagirdləri üçün təşkil edilən növbəti interaktiv dərs “Babək rayonu-40: Tarixi və sosial-iqtisadi inkişafı” mövzusuna həsr olunub.
Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etno­qrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun apardığı dərsdə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov 2018-ci il 16 fevral tarixdə “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” Sərəncam imzalayıb.
Şagirdlərin diqqətinə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikasının tərkibində ayrıca inzibati ərazi olan Babək rayonu ümummilli lider Heydər Əliyevin təşəbbüsü və qərarı ilə 23 oktyabr 1978-ci ildə yaradılıb. Rayona Azərbaycan xalqının qəhrəman oğlu, görkəmli sərkərdə Babəkin adının verilməsi dahi öndərin tarixi keçmişimizə diqqət və qayğısının parlaq təzahürü, daim Azərbaycançılıq mövqeyində dayanması, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi tədbirlərdən biri idi.

Ardını oxu...

Naxçıvan şəhərindəki Saat meydanında Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər arasında fərdi olaraq “Xəmsə” milli intellektual oyunu keçirilib.
İntellektual oyunu keçirməkdə məqsəd gənclərin dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etmək, eyni zamanda gənclərin intellektual oyunlara marağını artırmaqdır.
İlk dəfə açıq havada təşkil edilən yarışa böyük maraq göstərilib. Fərdi qaydada keçirilən yarışın reqlamentinə əsasən iştirakçılar öncə qeydiyyatdan keçib və hər bir iştirakçı oyunda iki dəfə iştirak etmək hüququna malik olub. Hər oyunda 4 gənc mübarizə aparıb və mövzular yalnız onlar kürsü arxasına keçdikdən sonra elan edilib.
Naxçıvan şəhərinin 2018-ci il üçün ölkəmizin Gənc­lər Paytaxtı seçilməsi ilə əlaqədar keçirilən intellektual oyunda 80-dən çox gənc iştirak edib.
Yekun nəticəyə əsasən Tural Məmmədzadə qalib adını qazanıb. Digər iki pillədə isə Qulu Əlisoy və Zamin İbrahimov qərarlaşıblar. İlk 10 pillədə yer alan iştirakçılara təşkilatçılar tərəfindən fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunub.
Qeyd edək ki, “Xəmsə” milli intellektual oyunu Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki səhifələrində canlı yayımlanıb.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman
Nazirliyinin mətbuat xidməti

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində “Ümumi və tam orta təhsil səviyyəsi üzrə fənn kurikulumlarının tətbiqi” mövzusunda təlim-seminarlara start verilib. Bu münasibətlə keçirilən tədbirdə Təhsil Nazirliyinin Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbə müdiri Abdulla Əsgərov çıxış edərək bildirib ki, muxtar respublikamızda təhsil sahəsində məqsədyönlü islahatlar həyata keçirilir, qabaqcıl təcrübəyə əsaslanaraq dünya təhsil sisteminə inteqrasiya istiqamətində addımlar atılır. 2008-ci ildən etibarən ümumtəhsil məktəblərində yeni kurikulumların tətbiqinə başlanması da bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Ardını oxu...

“Naxçıvan” Universitetinin konfrans zalında keçirilən tədbirdə ali təhsil ocağının rektoru, professor İsmayıl Əliyev çıxış edərək müəllimləri bayram münasibətilə təbrik edib, ölkəmizdə bu şərəfli peşə sahiblərinə göstərilən qayğıdan danışıb. Bildirib ki, Azərbaycan xalqının milli təfəkküründə müəllim adı həmişə uca tutulub və onlara böyük ehtiram göstərilib. Azərbaycan müəllimləri də hər zaman ölkəmizin inkişafı və intibahı naminə fəaliyyət göstərib, xalqımızın maariflənməsi və tərəqqisi yolunda yorulmadan ­çalışıblar.
Vurğulanıb ki, ümummilli ­liderimiz Heydər Əliyev müəllim əməyini həmişə yüksək qiymətləndirib, elmin, təhsilin inkişafını, geniş dünyagörüşə malik, savadlı və intellektual gənc nəslin yetişdirilməsini dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirib. Ulu öndərimizin layiqli davam­çısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını dövlətin qarşısında duran ümdə vəzifə kimi qəbul edərək müəllimlərə qayğıkeş münasibət göstərir. Dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Rektor diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikasında öz peşəsini dərindən sevən peşəkar müəllim ordusu formalaşdırılıb. Cəmiyyətin maariflənməsi, bilikli, vətənpərvər, çalışqan və sağlam gəncliyin yetişdirilməsi yolunda yorulmadan çalışan muxtar respublika müəllimlərinin əməyi layiqincə qiymətləndirilir.
Sonra tədbirin bədii hissəsi olub. Tədbir iştirakçıları universitetin tələbəsi Pünhan Məmmədlinin hazır­ladığı videoçarxa baxıblar.

Nuray ƏSGƏROVA

*   *   *

Yeni Azərbaycan Partiyası Naxçıvan Müəllimlər İnstitutunun ərazi ilk partiya təşkilatı və institut ictimai tələbə təşkilatlarının iştirakı ilə Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar tədbir keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunda keçirilən tədbirdə ali təhsil ocağının rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev çıxış ­edərək bildirib ki, ulu ­öndər Heydər Əliyev həmişə milli təhsilimizin müasir tələblər səviyyəsində qurulmasına diqqətlə yanaşırdı. Dahi rəhbərin təhsil siyasətinin uğurlu bəhrələridir ki, bu gün milli təhsilimizin məzmunca təkmilləşdirilməsi, müasir dünya təcrübəsi və milli ənənələr əsasında inkişafı təmin edilib, Azərbaycançılıq ideologiyasını özündə əks etdirən tədris proqramları, çoxsaylı dərsliklər hazırlanıb, ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartlar tətbiq edilib.
Vurğulanıb ki, bu gün ölkəmizdə və muxtar respublikamızda təhsil quruculuğu uğurla həyata keçirilir. Naxçıvan Müəllimlər İnstitutunun ən müasir infrastrukturla, maddi-texniki baza ilə təchiz edilməsi bunu bir daha sübut edir. Bütün bunlar müəllimləri sevindirir, məsuliyyətimizi daha da artırır, bizi yeni uğurlara ruhlandırır.
Sonra çıxışlar olub.
Tədbirdə Beynəlxalq Müəllimlər Günü ilə bağlı videoçarx nümayiş etdirilib, tələbələrin ifasında bir-birindən maraqlı musiqilər səsləndirilib, rəqs nömrələri göstərilib, şeirlər oxunub.
Sonra tədbir iştirakçıları ali təhsil ocağının tələbələrinin əlamətdar günlə bağlı hazırladıqları sərgiyə baxıblar.

 Nail ƏSGƏROV

Hökumətlərarası Təqaüd Pro­qramları çərçivəsində 2018-2019-cu tədris ili üçün Macarıstan təhsil təqaüd proqramına seçimlər yekunlaşıb. Azərbaycanla Macarıstan arasında təhsil sahəsindəki uğurlu əməkdaşlığın nəticəsi olaraq 174 Azərbaycan vətəndaşı bu tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı əldə edib. Onlardan 18-i doktorantura, 134-ü magistratura, 22-si isə bakalavriat səviyyələrində iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, informasiya texnologiyaları, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetində 2018-2019-cu tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov pedaqoji təcrübənin yüksəkixtisaslı kadrların hazırlanıb gələcəkdə səmərəli fəaliyyət göstərmələrindəki rolundan bəhs edib.

Ardını oxu...

AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Coğrafiya şöbəsinin və Hidrogeologiya və mineral sular laboratoriyasının əməkdaşları Şahbuz rayonu ərazisindəki yeraltı su mənbələri qaynaqlarına ekspedisiyalar təşkil ediblər.
Ekspedisiya zamanı rayonun Badamlı kəndindən 3 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 1274 metr hündürlükdə yerləşən 4 və 5 saylı mineral su bulaqlarından, Badamlı mineral bulağından 1,5 kilometr cənub-qərbdə yerləşən Girdəsər mineral su bulağından, Gömür kən­dindən 3 kilometr cənub-qərbdə okean səviyyəsindən 2000 metr yüksəklikdə yerləşən Gömür mineral su bulağından nümunələr götürülüb. Bundan başqa, Şəfa bulağı, Karvansara mineral su bulağı, Biçənək mineral suyu və Söyüdlü, Almalı və İşgəsu bulaqları, Ağbulaq suyu, Batabat mineral bulağı, Zorbulaq, Şahbuz Şəfa bulağı və Böyrək suyundan da nümunələr götürülüb.
Həmin nümunələrin makro və mikrokomponent tərkibləri, fiziki-kimyəvi xüsusiyyətləri, temperatur və pH-ları, minerallıqları öyrənilərək Kurlov düsturu əsasında sistemləşdiriləcəkdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında suların 6 tipi, 16 sinfi və 33 müxtəlif növü mövcuddur. Şahbuz rayonu ərazisindəki çoxsaylı yeraltı su mənbələri infiltrasiya xarakterli olub zəngin mikroelement tərkibə malikdir. Ərazinin mineral suları aşağı minerallığa malik süfrə və müalicəvi sular növünə aiddir.

AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsi

YUNESKO-nun qərarına əsasən 1966-cı ildən etibarən hər il ok­tyabrın 5-i “Beynəlxalq Müəllimlər Günü” kimi qeyd olunur.
Bəşər tarixinin hər bir mərhələsində cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafı ilə bağlı olmuşdur. Təhsilin inkişafı isə yüksəkixtisaslı, peşəkar və təcrübəli müəllimlərin formalaşmasından asılıdır.
Azərbaycan xalqının təfəkküründə müəllim adı hər zaman ziyalı­lıq və mənəvi saflıq rəmzi olmuş, bu şərəfli peşə sahiblərinə xüsusi ehtiramla yanaşılmışdır. “Mən dünyada müəllimdən şərəfli ad tanımıram”, – deyən ümummilli liderimiz Heydər Əliyev Azərbaycana ­rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərə böyük hörmətlə yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir. Müəllimlərin fəaliyyətinə daim yüksək qiymət verən ulu öndər istər keçmiş Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində savadlı və vətən­pərvər müəllimlər ordusunun yaradılması qayğısına qalmış, müəllimlərin əməkhaqları artırılmış, ­sosial-məişət şəraitləri yaxşılaşdırılmış, onlar ölkə­mizin ziyalı təbəqəsinin aparıcı qüvvəsinə çevrilmişdir. Ulu öndərin təhsilə, müəllim əməyinə qayğıkeş münasibəti bu gün də ölkə­mizdə davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli təhsil islahatlarının bir hissəsini də ixtisaslı müəllim kadrlarının hazırlanması, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılması təşkil edir.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsində 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş bilik yarışması keçirilib.
Əvvəlcə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov çıxış edərək Beynəlxalq Müəllimlər Gününün yaranma tarixindən danışıb və bu əlamətdar gün münasibətilə gələcəyin müəllimlərini təbrik edib.
Sonra bilik yarışmasına start ­verilib.
On komandanın iştirakı ilə keçirilən yarış 2 turdan ibarət olub. 35 sual olmaqla, iki mərhələdə keçirilən bilik yarışında I yerə Beynəlxalq münasibətlər və xarici dillər fakültəsi, II yerə İqtisad, III yerə isə Tarix-­filologiya fakültələrinin tələbələri layiq görülüblər.
Qalib komandalar və fəal iştirakçılar diplom və fəxri fərmanla mükafatlandırılıb.

Badəm MƏMMƏDOVA

“Kitab qoy, kitab götür” devizi altında “Kitablar tozlanmasın” səyyar layihəsinin oktyabrın 5-də saat 1100-da Naxçıvan şəhərindəki Saat meydanının qarşısında təbliğat kampaniyası keçiriləcəkdir. Kampaniya zamanı bu layihədə oktyabr ayı ­ərzində mütəmadi iştirak edənlərə kitab hədiyyə olunacaqdır.
Qeyd edək ki, layihə çərçivəsində “Oxunması zəruri olan kitablar”, dünya və Azərbaycan ədəbiyyatından nümunələr alınıb gənclərin istifadəsinə veriləcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən bu lahiyə qarşıdakı aylarda muxtar respublikanın şəhər və rayonlarında, həmçinin ali və orta ixtisas təhsili müəssisələrində də keçiriləcəkdir.

 Ceyhun MƏMMƏDOV

Müasir dövrdə milli maraqlara və dəyərlərə əsaslanan gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə iştirakçı, eyni zamanda bunlardan yararlanan sosial qrup kimi qəbul edir. Hazırda gənclər ictimai həyatın bütün sahələrində təşəbbüskar kimi çıxış edir, ­irimiqyaslı layihələrin icrasına qoşulur, buradakı fəallıqları onların vətənpərvərlik ruhunun və vətəndaşlıq mövqeyinin möhkəmlənməsinə stimul verir. Belə şərait isə gənclərə inteqrasiya, mübadilə, ən əsası yaşadığı bölgə üçün lazımlı fərd kimi yetişmək imkanları yaradır.

Müasir dövrün reallıqları yüksək bilik və bacarıqlara malik, dövrün tələblərinə cavab verə biləcək insan kapitalının formalaşdırılmasını tələb edir. Xüsusilə bilik və informasiya mübarizəsinin getdiyi bir dövrdə əsas qüvvə olaraq gənclərin intellektual qabiliyyətlərinin inkişaf etdirilməsi xüsusi önəm kəsb edir. Bu mənada, ölkənin gələcək inkişafı insan kapitalından, bu isə mükəmməl təhsil sistemindən asılıdır. Sevindirici haldır ki, bu gün muxtar respublikamızda həmin sahə xüsusilə diqqət mərkəzindədir.
Təhsil ocaqlarında, eləcə də məktəb­dənkənar təhsil müəssisələrində gənclərin elmə, təhsilə marağını artıran müxtəlif bilik yarışlarının keçirilməsi əsas hədəflərdən biridir. Bu gün Naxçıvan Muxtar Respublikasında da gənclərin intellektual səviyyəsinin, bilik və məlumat bazasının möhkəmlənməsi üçün müxtəlif layihələr həyata ­keçirilir.

Ardını oxu...

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR