23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində 10-17 noyabr – Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
Oyun 1/4 final, yarımfinal və final mərhələlərindən ibarət olub. Yekun nəticəyə əsasən 12 komandanın mübarizə apardığı oyunda Naxçıvan Dövlət Universitetinin “Diplomat” komandası daha çox xal toplayaraq qalib adını qazanıb. Naxçıvan Dövlət Texniki Kollecinin “Zirvə” komandası ikinci, Naxçıvan Dövlət Universitetinin “Qisas” komandası üçüncü olub.
İntellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənc­lər Birliyi, “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib.
Beynəlxalq Tələbə-Gənclər Həftəsi ilə əlaqədar keçirilən tələbələr arasında stolüstü tennis üzrə muxtar respublika birinciliyinə yekun vurulub.
6 komandanın 18 idmançısının mübarizə apardığı birincilik olimpiya sistemi üzrə keçirilib. Oğlanlar arasında Kubilay Kumlay (Naxçıvan Dövlət Universiteti) bütün rəqiblərini üstələyərək birinciliyin qalibi olub. Digər iki pillədə Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Mətin Bağırov və Naxçıvan Dövlət Universitetinin tələbəsi Caner Atacan qərarlaşıblar.
Qızlar arasında isə Naxçıvan Dövlət Universitetinin tələbəsi Xurşud Mahmudova hamıdan güclü olub. Bu universitetinin digər tələbəsi Nərminə Məmmədova və Naxçıvan Dövlət Texniki Kollecinin tələbəsi Nərmin Mustafazadə ikinci və üçüncü yerlə kifayətləniblər.

Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR