Heydər Əliyev adına Hərbi Liseydə 18 oktyabr – Dövlət Müstəqilliyi Günü ilə əlaqədar kursantlar arasında “Xəmsə” milli intellektual oyunu keçirilib.
İntellektual oyunda 8 komanda iştirak edib. 2 yarımfinal və final mərhələsindən ibarət olan oyunda “İntizam” komandası qalib adını qazanıb. “Qaraqaya” komandası ikinci, “Mübariz” komandası isə üçüncü olub.
Qaliblər təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablarla mükafatlandırılıblar.
Qeyd edək ki, intellektual oyun Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Əlahiddə Ümumqoşun Ordu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Oyun Gənclər və İdman Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələrində canlı yayımlanıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti