23 Dekabr 2024, Bazar ertəsi

“Naxçıvan” Universitetinin bir qrup əməkdaşı – tədris və tərbiyə işləri üzrə prorektor, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu, beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəcəb Cəfərli və xarici dillər fakültəsinin müəllimi Könül Babayeva EQAC layihəsinin növbəti təlimində iştirak ediblər. EQAC Erasmus Plus layihəsinin növbəti təlimi Litvanın Vilnus şəhərində təşkil edilmişdi.
Təlimin ilk günündə Litvanın Keyfiyyətə nəzarət mərkəzinin direktoru və kordinatorları mərkəzin fəaliyyəti haqqında təqdimat keçiriblər. Səfər çərçivəsində Litvanın qabaqcıl ali təhsil müəssisələrindən biri olan Mykolas Komeris Universiteti ilə tanışlıq olub. Təlim zamanı universitetlər tərəfindən hazırlanmış hesabatlar xarici ekspertlərlə birgə müzakirə edilib və mərkəzin strukturunun formalaşması üçün görüləcək işlər barəsində fikir mübadiləsi aparılıb.

Universitetin İqtisadiyyat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova isə bu yaxınlarda Türkiyə Respublikasının Kocaeli şəhərində keçirilən, Kartəpə bələdiyyəsi, Kocaeli Universiteti, Nobel Bilik və Araşdırma Mərkəzinin birgə təşkil etdiyi, “Turizm, iqtisadiyyat və biznes elmləri üzrə II beynəlxalq konfransı”nda iştirak edib. İqtisadçı alimin “Azərbaycanda sənayeləşmə prosesinin səmərəli inkişaf istiqamətləri” mövzusunda çıxışı maraqla qarşılanıb. Onun bölmə iclasına rəhbərliyi də iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Təşkilatçılar Naxçıvanın ali təhsil ocaqları ilə birgə konfranslar keçirmək arzusunda olduqlarını bildiriblər. Konfransın yekununda Mehriban İmanovaya sertifikat və konfransda aktiv iştirakına görə xatirə hədiyyəsi təqdim edilib.

Nuray ƏSGƏROVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR