23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə şəhər və rayon Təhsil şöbələrinin baş məsləhətçiləri və təhsil müəssisələrinin təhsilin idarə­olunmasının məlumat sistemi üzrə əlaqələndiriciləri üçün seminar keçirilib. Seminarda nazirliyin əməkdaşı Məmməd Bayramov çıxış edərək iştirakçılara Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi (UTİS) proqramının tətbiqi, əsas xüsusiyyətləri və əhəmiyyəti haqqında ətraflı məlumat verib.
Vurğulanıb ki, muxtar respublika üzrə təhsil müəssisələrinin şagird və müəllim heyəti haqqında bütün məlumatların ümumiləşdirilməsi və saxlanılması məqsədilə Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi proqramı tətbiq olunur. Bunun nəticəsində ümumtəhsil məktəblərinin maddi-texniki bazası, sinif komplektləri, kitabxana fondları, laboratoriyaları, həmçinin şagird kontingenti, şagirdlərin təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olanlar, müəllimlərin təhsili, cari iş fəaliyyəti və digər bu kimi ­məlumatları əhatə edən elektron ­məlumat bazası yaradılıb.

Qeyd olunub ki, bu gün keçirilən seminarın əsas məqsədi həmin məlumatların müntəzəm yenilənməsi prosesində əlaqələndirici kadrların peşəkarlıq səviyyəsini artırmaqdır.
Sonra seminar iştirakçılarına proqramla işləmə qaydaları haqqında məlumat verilib, təhsilin idarə­olunmasının məlumat sisteminin əlaqələndiricilərinin vəzifələri və məsuliyyəti ilə bağlı müzakirələr aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Seminarın sonunda iştirakçılara Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemi üzrə istifadəçi təlimatı paylanılıb.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR