23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Vüqar Bayramovla görüş keçirilib.
Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək ölkə iqtisadiyyatının inkişafı istiqamətində həyata keçirilən məqsəd­yönlü tədbirlərdən danışıb. Naxçıvan Muxtar Respublikasında da iqtisadiyyatın çoxşaxəli inkişafı üçün ardıcıl və məqsədyönlü tədbirləri diqqətə çatdıran akademik muxtar respublikanın son illər iqtisadi inkişaf sahəsində əldə etdiyi uğurlardan, böyük bir yol keçərək müasir və inkişaf etmiş bir diyara çevrilməsindən danışıb. Diqqətə çatdırılıb ki, son illər dünyada davam edən maliyyə böhranlarına baxmayaraq, Naxçıvanda ümumi daxili məhsul istehsalının həcmi artıb, yeni iş yerləri yaradılıb, sosial infrastruktur təminatının həcmi və keyfiyyəti yaxşılaşıb.
Tədbirdə Vüqar Bayramov çıxış edərək Naxçıvanla bağlı təəssüratlarını bölüşüb. Qeyd olunub ki, bu gün Naxçıvanın öz daxili iqtisadi inkişafının nəticəsi ölkə iqtisadiyyatına öz müsbət təsirini göstərir.
İqtisadçı ekspert “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivliyi üzrə Strateji Yol Xəritəsi”nin icrası ilə bağlı nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsindən də söz açıb. Çıxışda ölkənin alim və mütəxəssislərinin elmi nailiyyətlərindən bəhs olunub. Vüqar Bayramov AMEA Naxçıvan Bölməsində elmi inkişaf istiqamətində görülən işləri yüksək qiymətləndirib.
Sonda qonaq bölmə əməkdaşlarının suallarını cavablandırıb.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR