23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən “V Beynəlxalq Uşaq və Gənclik Simpoziumu”nda iştirak edib.
Simpoziumda Azərbaycan, Almaniya, Rusiya, İran, Pakistan, Qırğızıstan, Özbəkistan, Makedoniya, Tatarıstan və Ukraynadan 70-dən çox elm adamı iştirak edib. Beynəlxalq tədbirdə uşaq və gənclik ədəbiyyatı sahəsində əsərlər ortaya qoyan, yazıçı, şair, rəssam, redaktor, naşir və elm adamlarının həyat və yaradıcılıqları, əsərləri ilə bağlı elmi məruzələr dinlənilib.
2014-cü ildən bəri mütəmadi olaraq keçirilən simpoziumun builki əsas mövzusu “Yaşayan uşaq ədəbiyyatçıları” olaraq müəyyən edilib. Tədbirdə Elxan Məmmədov “Naxçıvanda yaşayan və uşaqlar üçün şeirlər yazan şair: İbrahim Yusifoğlu” mövzusunda məruzə ilə çıxış edib. Məruzə təşkilatçılar və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, simpoziumun keçirildiyi ərəfədə IV Türk və İslam Dünyası Uşaq Ədəbiyyatı Təşkilat Komitəsinin yığıncağı da olub. Təşkilat Komitəsi nümayəndələrinin birgə rəyi əsasında Elxan Məmmədov həmin komitəyə üzv qəbul edilib.

AMEA Naxçıvan Bölməsinin
İnformasiya şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR